Məhkəmə qərarları › İş №2(103)-195/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-195/2023

06.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-195/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil2 və X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzilindən çıxarılmaları, həmin mənzilin sahiblik və qanuni istifadə hüququnun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 03 noyabr 2020-ci il tarixdə AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 almışdır. Həmin alğı-satqı müqaviləsi əsasında o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 11 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Hal-hazırda ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzilin üzərində tam olaraq mülkiyyət hüququ var. Həmin mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra Cavabdeh1 bir müddət yaşayış yeri olmadığı üçün ev tapana kimi ailəsi ilə birlikdə qalmağa icazə almışdır. Digər Cavabdeh2 Cavabdeh1 qızıdır. O da, həmin vaxt Cavabdeh1 nəvəsini yaxın tanıdığından insanlıq xatirinə onlara bir ay vaxt vermişdir ki, ev tapıb rahat çıxsınlar. Ancaq cavabdehlər sonradan evdən çıxmamış və onun tələblərini yerinə yetirməmişlər. O, cavabdehlərlə evdə yaşamaları barədə heç bir müqavilə bağlamamışdır. Bir neçə müddət əvvəl cavabdehə zəng edərək evin boşaldılmasını tələb etmiş, lakin yenə də heç bir xeyri olmamışdır. Onun və ailə üzvlərinin mənzilinin olmasına baxmayaraq, cavabdehin özbaşına mənzilini zəbt etməsi nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir. Sonunda, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər ona məxsus mənzili zəbt etdiyindən uşaqları ilə birgə həmin mənzildən çıxarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzilindən çıxarılmaları, İddiaçı mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsi (faktiki istifadə və sahiblik etməsi) təmin edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, əslində iddiaçı ilə Cavabdeh1 arasında imzalanmış alqı-satqı müqaviləsi və alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış formal xarakter daşıdığından və işə baxan məhkəmə təqdim etdikləri sübutlara birtərəfli və səthi yanaşaraq maddi və prosessual hüquq normalarını pozduğundan apellyasiya şikayəti təmin edilməli, Nəsimi rayon məhkəməsinin xx.xx.2021ci il tarixli 2(006)-5292/2021 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.Belə ki, İddiaçı iddia ərizəsini öz formal mülahizələri əsasında belə əsaslandırmışdır ki, güya o xx.xx.2020-ci il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100.000 (bir yüz min) manata ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzili tam mülkiyyət hüququ əsasında cavabadeh Cavabdeh1 almışdır.Həmin alqı-satqı müqaviləsi əsasında o, Azərbaycan Respublikası Əmlak X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarış almışdır. Hal-hazırda ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzili tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Cavabdeh1 bir müddət yaşadığı yer olmadığı üçün ev tapana kimi ailəsi ilə birlikdə həmin mənzildə qalmağa icazə almışdır. Digər Cavabdeh2 Cavabdeh1 qızıdır.Əslində mənzilin alqı-satqısı ilə bağlı hadisənin real məzmunu aşağıdakı kinlidir: İddiaçı güya ********** verigi ödəyicisinin eyniləşdirmə nömrəsi altında sahibkarlıq fəaliyyəti ilə məşqul olmuş. Sahibkarlıq fəaliyyətinin əsas istiqaməti lombard kreditinin verilməsi olmuşdur. Belə ki, Cavabdeh2 çox ciddi maliyyə sıxıntıları olması səbəbindən o lombartdan kredit götürməsi qərarına gəlmiş və nəticədə lomabr kreditlərinin verilməsi ilə məşqul olan Cavabdeh2 oğlunun tanışı olan İddiaçı müraciət edərək 150.000 manat ona kredit verilməsini istəmişdir.İddiaçı lombard kreditinin verilməsi üçün mənzillərinin girov qoyulmasını Cavabdeh2 tələb etmişdir, lakin daşınmaz əmlakların lombard girovu qoyulması mülki qanunvericiliyin tələblərinə zidd olduğundan lomabr fəaliyyəti ilə məşqul olan İddiaçı bizdən Cavabdeh2 anası Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzili onun adına alqı-satqı etməsini və bunun müqabilində 150.000 manat kredit verilməsini və 150.000 manatın faizi ilə birlikdə 220.000 manatın ona qaytarılacağı halda mənzili bizə geri alqı-satqı edəcəyini təklif etmişdir. Cavabdeh2 çox ciddi maliyyə sıxıntıları olduğu üçün o bu təklifi qəbul etmək məcburiyyətində olmuş və nəticədə anası Cavabdeh1 Nikoleyevnanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzili ünvan 3 Kontorunda xx.xx.2020-ci il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100.000 (bir yüz min) manata İddiaçı alqı-satqı etmiş və həmin alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarış verilmişdir.2021-ci ilin fevral ayında Cavabdeh2 İddiaçıla danışıq apararaq ona alqı-satqı edilmiş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzilin onun anasına məxsus olduğunu və həmin evi qaytararaq Cavabdeh2 İddiaçı 220.000 manat borcun etiraf edilməsi haqqında İddiaçı müqavilə bağlanmasını xahiş etmiş və Cavabdeh2 ilə İddiaçı arasında razılaşmaya əsasən güya İddiaçı sahibkarlıq fəaliyyətinin əsası kimi onun fəaliyyətinin əsas istiqaməti lombard kreditlərinin verilməsi olduğu üçün onlar arasında 150.000 manat borcun qarşılığı olaraq 220.000 manat borcun olması ilə bağlı lombar müqaviləsi bağlanmış.Elə həmin tarixdə də borcun qarşılığ olaraq İddiaçı Cavabdeh2 arasında ƏİX seriyalı, ******* ,xx.xx.2021-ci il tarixdə “Girov bileti” əsasında 220.000 manat pulun kredit kimi Cavabdeh2 verildiyi göstərilmişdir.Halbu ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzilin girov qoyulmaqla və alqı-satqı edilməklə İddiaçı verilməsi müqabilində ondan cəmi 150.000 manat kreditə pul alınmışdır. İddiaçıla Cavabdeh2 arasında ƏİX seriyalı, 3107717, xx.xx.2021-ci il tarixli “Girov bileti”-də isə bu məbləğ, yəni 150.000 manat kredit borcu 70.000 manat faiz olmaqla əlavə hesablanmaqla qeyd edilmişdir. Fakitiki olaraq göründüyü kimi Cavabdeh2 İddiaçı 150.000 manat əsas kredit borcu almış və İddiaçı isə həmin kredit borcuna 70.000 manat faizlər hesablamış, hətta Cavabdeh2m aldadaraq girov kimi Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzili alq-satqı edib öz adına qeydiyyatdan keçirtdiyi və xüsusi mülkiyyətndə olan (özünə məxsus) həmin mənzili xx.xx.2021-ci il tarixli “Girov bileti” ilə Cavabdeh2 mülkiyyətində olan ev kimi girov götürüb xx.xx.2021-ci il tarixli “Girov bileti” ilə güya Cavabdeh2 220.000 manat kredit vermişdir.Beləliklə, girov müqaviləsini İddiaçı Cavabdeh2 verilmiş 150.000 manat borcun qarşlığı olaraq girov qismində öz adına xx.xx.2021 tərixdə alqı-satqı etdiyi və xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əldə edərək çıxarış aldığı özünə məxsus mənzili xx.xx.2021-ci il tarixdə girov bileti əsasında Cavabdeh2 mülkiyyəti kimi göstərib mənzili girov götürməsi onu göstərir ki, xx.xx.2020-ci il tarixdə onlar arasında imzalanmış alqı-satqı müqaviləsi Cavabdeh2 İddiaçı aldığı borcun qarşlığı olmuş və həmin alqı-satqı müqaviləsi onlar arasında imzalanmış formal alqı-satqı müqaviləsidir.İş materiallarında olan Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadındn görünür ki, tərəflərindən hazırkı iş məhkəmənin icraatında olan zaman məhkəməyə qarşlıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçıla Cavabdeh1 arasında imzalanmış “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini” məhkəmədən xahiş etmişlər, lakin işə baxan məhkəmə iddia ərizəsini icraata götürmədən geri qaytarmışdır. Bundan əlavə xx.xx.2021 tərixdə alqı-satqı etdiyi və xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əldə edərək çıxarış aldığı özünə məxsus mənzili xx.xx.2021-ci il tarixdə girov bileti əsasında Cavabdeh2 mülkiyyəti kimi göstərib mənzili girov götürməsinə əsas olan ƏİX seriyalı,3107717 nömrəli, xx.xx.2021-ci il tarixli “girov bileti” əsasında iddiaçı Cavabdeh2 220.000 mant “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı apellyasiya məhkəməsinin 2(103)- 3472/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2(103)- 2677/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi (İddiaçı Zoya və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı lombard biletinin etibarsız hesab olunması barədə qarşılıqlı iddia üzrə mülki iş) qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmışdır. Belə ki, hazırkı iş üzrə apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət idi ki, İddiaçı Cavabdeh2 arasında ƏİX seriyalı, 3107717, xx.xx.2021-ci il tarixdə “Girov bileti” əsasında 220.000 manat pulun kredit kimi Cavabdeh2 verildiyi göstərilmişdir.Halbu ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzilin girov qoyulmaqla və alqı-satqı edilməklə İddiaçı verilməsi müqabilində ondan cəmi 150.000 manat kreditə pul alınmışdır. Bakı apellyasiya məhkəməsinin 2(103)-195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş məhkəmənin icraatında olan 2(103)-2677/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnamə qanuni qüvvəsini aldığından hazırkı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkilləri (nümayəndələri) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki,cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Möhsün Sənani küçəsi 1 saylı evin 20 saylı mənzilini İddiaçı 100.000 (bir yüz min) manata satmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verlmiş 11 noyabr 2020-ci il tarixli ********** saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Möhsün Sənani küçəsi 1 saylı evin 20 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Möhsün Sənani küçəsi 1 saylı evin 20 saylı mənzilini İddiaçı satmış və sonuncuya hazırda həmin mənzil onun adına qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətindədir. Cavabdehlər apellyasiya şikayətində bildirmişlər ki, İddiaçı Cavabdeh2 arasında ƏİX seriyalı, 3107717, xx.xx.2021-ci il tarixdə “Girov bileti” əsasında 220.000 manat pulun kredit kimi Cavabdeh2 verildiyi göstərilmişdir.Halbu ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzilin girov qoyulmaqla və alqı-satqı edilməklə İddiaçı verilməsi müqabilində ondan cəmi 150.000 manat kreditə pul alınmışdır. Bakı apellyasiya məhkəməsinin 2(103)-195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş məhkəmənin icraatında olan 2(103)-2677/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnamə qanuni qüvvəsini aldığından hazırkı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.Belə ki, 2(103)-2677/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnamə üzrə mülki işdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 126,8 kv.m olan, 3 otaqlı mənzilin girov qoyulmaqla və alqı-satqı edilməklə İddiaçı verilməsi müqabilində ondan cəmi 150.000 manat kreditə pul alınması da mübahisələndirilmişdir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının predmeti iddia tələbi üzrədir.Yəni cavabdehlərin iddiaçının mübahisəli mənzilin əldə edilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsini və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verlmiş 11 noyabr 2020-ci il tarixli ********** saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ını ayrıca tələb irəli sürməklə mübahisələndirməmişlər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı qəbul edilmişdir. Həmin Qərardadda qeyd edilmişdir ki, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir.Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Beləliklə, müəyyən olunur ki, mübahisəli mənzilə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verlmiş 11 noyabr 2020-ci il tarixli ********** saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» mübahisələndirilməmiş və qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-isfadə olmasın. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir.Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir.Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehlərə müraciət etmiş, mənzildən çıxmalarını və ona təhvil vermələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehləri xəbərdar etmişdir.Lakin cavabdehlər mənzili iddiaçının faktiki sahibliyinə verməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olmaqla o, hazırda cavabdehin mənzilin tərk etməmələri səbəbindən öz mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə edə bilmir. Çünki, cavabdehlər həmin mənzildən çıxmamışlar və bu isə iddiaçıya öz mənzili üzərinə mülahizəsinə əsasən mülkiyyət hüquqlarından istifadə etməsinə maneə yaradır. Bununla da, cavabdehlər iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüququnu pozurlar. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, cavabdehlərin qeyd olunan mənzildən çıxmamaları və heç bir hüquqi əsas olmadan yaşamağa davam etmələri iddiaçının mülkiyyət hüquqlarını pozduğundan iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Həmin Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar