Məhkəmə qərarları › İş №2(103)-1951/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1951/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1951/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh MTK-ya qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh MTK-ya qarşı “mənzilin boş vəziyyətdə təhvil verilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MTK-nın direktoru X1 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nın tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı ümumi dəyəri 47698 manat məbləğində müəyyən olunmuş mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə vermişdir.

2. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 47698 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir.

3. Cavabdeh MTK-nin sədri X1 ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş “Yeni Yasamal’' MTK-nın tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı ümumi dəyəri 52000 manat məbləğində müəyyən olunmuş mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə vermişdir.

4. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 52000 manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir.

5. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanda Yeni ünvan 2 mənzildə Maraqlı şəxs, həyat yoldaşı X5 və ikiazyaşlı uşaqları ilə birlikdə qeydiyyatsız olaraq yaşayır.

6. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 ünvan 3 ünvanda Cavabdeh MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 207 saylı mənzilində qeydiyyatsız olaraq yaşayır (övladları X2, X9).

7. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MTK-da olan 3 otaqlı, 130,5 kv.m sahəli 207 nömrəli mənzil ilə əlaqədar Maraqlı şəxs və İddiaçı adları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi ünvanında inşa edilən binada yerləşən 75 kv.m mənzilin ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişdir. İddiaçı "xxxx" MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü ilə X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 20,178.3.2. və 308.2-ci maddələri ilə məhkum edilmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nin tikilməkdə olan binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixində Cavabdeh MTK ilə aralarında baglanmış yasayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində, Cavabdeh MTK-nin tikilməkdə olan binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı cavabdeh mənzili ona verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin ümumi dəyəri 47698 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqqın ödənilməsi nəzərdə tutulmuşdur. Aldığı mənzilin dəyərini bir dəfəyə ödəmək niyyətində olduğundan, müqavilə bağlandığı gün mənzilin ümumi dəyərini yəni, 47698 manatı ödəmiş və xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Çox zaman Respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır. Bu yaxınlarda aldığı mənzilə baxış keçirmək üçün binanın yerlaşdiyi əraziyə getmiş, lakin cavabdehin nümayəndələri onu ora buraxmamış va elə həmin vaxt ona məlum olmuşdur ki, bu binada bir mənzil bir neçə nəfərə satıldığından, binanı inşa edən şəxsləri həbs ediblər. Bundan sonra, mənzilə dair sənədləri götürərək cavabdehin əməkdaşlarına yaxınlaşmış, aldığı mənzili təhvil vermələrini xahiş etmişdir. Lakin, mənzili göstərməkdən və təhvil verməkdən imtina edərək, onun burada belə bir mənzilinin olmadığını qeyd etmişlər. Artıq 11 ildir ki, öz üzərinə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmir və icra etməkdən boyun qaçırır.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7864/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7864/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.

12. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və 02.102014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq, boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və 02.102014-cü il tarixli maliyyə arayışı etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin boşaldılaraq, boş vəziyyətdə İddiaçı təhvil verilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi, Cavabdeh MTK-dan 52000 (əlli iki min) manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh Maraqlı şəxs xeyrinə ödənilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin ilkin olaraq Cavabdeh MTK ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə əsasında İddiaçı satılmasını, sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyərinin tam ödənildiyini, mənzilin ona təhvil verilməsini və tərəfindən mənzilə qapı qoyulmasını, MTK-nın qanuni qüvvəsini almış məhkəmə aktları ilə məhkum edilmiş vəzifəli şəxsləri tərəfindən mübahisəli mənzilin tamah niyyətilə məzmununa biləbilə yalan məlumatlar daxil edərək xx.xx.2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından cavabdeh Maraqlı şəxs satılmasını, cinayət əməlini gizlətmək üçün mənzilə iddiaçı tərəfindən qoyulmuş qapını sındıraraq cavabdehin mənzilə köçürülməsini, bununla iddiaçını öz əmlakına sahiblik və ondan istifadə ilə bağlı hüquqlarından məhrum etməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mübahisəli məsələ ilə bağlı Qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və 02.102014-cü il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, həmin mənzilin boşaldılaraq, boş vəziyyətdə İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Həmçinin, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, cavabdeh Maraqlı şəxs iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə və maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 52000 manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir. Hazırki halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni Maraqlı şəxs hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə Maraqlı şəxs mənzili müqavilə əsasında əldə edib, müqaviləyə, maliyyə arayışına əsasən mənzili satın almaq üçün qabaqcadan 52000 manat pay haqqı ödəyib. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh MTK-dan 52000 manat məbləğində pul vəsaiti tutularaq cavabdeh Maraqlı şəxs xeyrinə ödənilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 157.2, 158.1.2, 324, 337.2, 337.5, 385.1, 425.1, 452.1, 567-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 217.4, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işi araşdırarkən, iddia müddətinin tətbiqi barədə ərizədə göstərilmiş xüsusatları araşdırmamış və düzgün hüquqi qiymət verməmişdır. Bu xüsusatlar İddiaçı iddia etdiyi mənzildə Maraqlı şəxs yaşadığını 5 il öncə bilməsi, bu barədə hər hansı bir iddia tələbi qaldırmamaqla iddia müddətini ötürməsidir. Bu xüsusat ilk olaraq İddiaçı etirafına əsaslanır. Onun bildirməsinə görə alralıçarci“ mənzilə gedəndə cavabdehin orada təmir işlərinin apardığını görmüş, cavabdehə mənzilin özünə məxsus olduğunu, buna görə də təmir işlərinin dayandırmasını xahiş etdiyini” demişdir. Həmin vaxt cavabdeh Maraqlı şəxs mübahisəli mənzil ona təhvil verildiyi üçün təmir işləri aparmış və mənzilin ona məxsus olduğunu iddiaçıya o zaman bildirmişdir. İddiaçı bundan sonra cavabdeh Maraqlı şəxs qarşı hər hansı bir iddia qaldırmamış, tələbini Cavabdeh MTK-dan etmişdir. 5 ildən artıq bir müddət keçdikdən sonra məhkəmədə cavabdeh Maraqlı şəxs qarşı müqavilənin etibarsızlığı tələbini qaldırmış və məhkəmə də bu xüsusatı araşdırmadan iddia tələbini təmin etmişdir. İddiaçı Əhməd Məmmədov mübahisələndirdiyi müqavilənin mövcudluğunu cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı bilmiş, istintaqın sonunda qəbzə imza etməklə iş materialları ilə tanış olduğunu təsdiq etmişdir. İddiaçının istintaq dövründə istintaqa təqdim etdiyi qiyabi qətnamə "xxxx" MTK-ya qarşı olmuşdur ki, həmin istintaq dövründə "xxxx" MTK tərəfindən istintaqa mübahisəli mənzillərdə yaşayan şəxslərin (zərərçəkmiş şəxslərin) siyahısının təqdim edilməsi barədə istintaq orqanının sorğusuna cavab məktubu ünvanlamışdır. Həmin məktubda qeyd edilən siyahıya əsasən, Maraqlı şəxs da hazırki mübahisəli mənzilin zərərçəkəni kimi yaşadığı göstərilmişdir. Bu gün də həmin siyahı üzrə mübahisəli binada yaşayan zərərçəkən şəxslərdən biri də cavabdeh Maraqlı şəxsdur. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməməsinin səbəblərini qətnaməsində əsaslandırmamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

19. Cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, cavabdeh MTK-nın iştirak etməsi araşdırma üçün vacibdir. Təqdim edilən predusial qətnamə də hazırda qüvvədədir. Həmin qiyabi qətnaməyə əsasən iddiaçının cavabdehi mənzildən çıxarılması təmin edilə bilməz. Həmin qətnaməni məhkəmədə iddiaçıya göstərib. Qətnamə ilə müəyyən edilir ki, iddaçıya mənzil verilə bilməz, çünki müqavilə öhdəliklərinə əsasən vicdanlı alıcı kimi cavabdehə mənzil təhvil verilmişdir. Onların mənzildən çıxarılmaqları həmin qətnaməyə əsasən mümkünsüzdür. Qiyabi qətnaməni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə də qiyabi qətnamənin nəzərə alınmalı olduğu qeyd edilmişdir. Həmin cinayət işində iddiaçı və cavabdeh zərərçəkmiş şəxs statusundadırlar. Cavabdehin məlumatı olmamışdır ki, mənzil ondan əvvəl satılmışdır. Bu da əsassız varlanmaya səbəb ola bilməz. 5-6 il araşdırma getmiş və iddiaçı heç bir tələb irəli sürülməmişdir. Hazırda mübahisələndirilən qətnamə qüvvədə qalarsa gələcəkdə icra edilməsində problemlər olacaq. Onlarla bağlanan müqaviləni əhəmiyyətsiz hesab etmək olmaz. Buna görə də cavabdeh MTK-nın nümayəndəsi məhkəmədə iştirak etməli idi. Cavabdeh MTK bəlkə də ləğv edilmiş müştərək cəmiyyətə çevrilmişdir. Bu barədə də məlumatları yoxdur. Müştərək cəmiyyətə çevirilibsə ondan pul tutulması mümkünsüzdür. Hazırkı mülki iş təkrar iddiadır. Çünki eyni tələb eyni tərəflər arasındadır. Cavabdehə mənzil təhvil veriləndə onları məlumatı yox idi. Onlar qapını qoymuşdular, hələ təmir işləri başlamamışdı. Daha sonra görüblər ki, qapı yoxdur. MTK-dan maraqlananda onlara bildirildi ki, başqa şəxslə bağlı olduğuna görə yoxdur. Korrupsiya idarəsində bildirilmişdi ki, Cavabdeh MTK zərərçəkmiş şəxslərə pulu ödəyəcək, amma kim təmir edibsə mənzil özündə qalacaq. Cavabdeh MTK-nın kimlərin yaşayıb-yaşamaması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi arayışdan görünür ki, cavabdeh "yaşayır" kimi görünür. Mənzilin bütün təmirini onlar ediblər.

20. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirir ki, ilk növbədə iddiaçı "xxxx" MTK-ya qarşı "mənzil boş vəziyyətdə təhvil verilməsi" tələbinə dair iddia qaldırmışdır. Həmin iş üzrə də qiyabi qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin zaman cavabdehin ailəsinin həmin mənzildə yaşadığı aşkar olunmuşdur. Cavabdehin ailəsinin hansı əsasla orada yaşamağı barədə heç bir məlumat olmamış, ailələr arasında münaqişələr olmuş, iddiaçını həmin mənzildən qovmuşlar. Daha sonra qiyabi qətnamənin izah edilməsi üçün tərəflərindən ərizə verilsə də, məhkəmə heç bir izah verməmişdir. Buna görə də İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh MTK-ya qarşı “mənzilin boş vəziyyətdə təhvil verilməsi" tələbinə dair iddia qaldırdı. Tərəflərindən kifayət qədər sübutlar da təqdim edilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin həyat yoldaşı-nümayəndəsinə verilən suala cavab olaraq bildirmişdir ki, giriş qapısının dəyişilməsinə baxmayaraq onu sındıraraq daxil olublar. Həmin zaman cavabdeh orada təmir işləri aparmışdır. İddiaçı dəfələrlə cavabdehə bildirmişdir ki, mənzildə təmir işləri aparmayın. Bakı Ağır Cinayatlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-6112021 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1331/2022 saylı xx.xx.2022-ci il qərarı ilə mənzilin iddiaçının vicdanlı əldə etməsi öz əksini tapmışdır. Qarşı tərəfin bağladığı əqd saxta olduğuna görə həmin əqdə istinad edilməsi qanunsuzdur.

21. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin əvvəlki məhkəmə iclasında izahat verməsini, digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədən təkrarən məhkmə iclasına gəlməməsini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

28. Belə ki, hazırkı iddiasında iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq, boş vəziyyətdə ona təhvil verilməsini xahiş etmişdir.

29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək, ona istinad edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -cı il tarixli, 1(101)-61/2021 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin CK-nın 1(103)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən olunan mübahisəsiz hallarına əsasən mübahisəli mənzilin ilkin olaraq iddiaçıya satıldığı, “Yeni Yasamal" MTK-nin sədri, “Yuksəliş-C" MMCnin və "xxxx" MMC-nin direktoru vəzifələrində işləyən X1 və “Yeni Yasamal" MTK-nın və “Yuksəliş-C" MMC-nin direktorunun nümayəndəsi-hüquqşünas kimi müvafiq səlahiyyətləri faktiki olaraq icra edən X3 öz qulluq mövqeylərindən istifadə etməklə Maraqlı şəxs ilə mübahisəli mənzillə bağlı müqavilənin bağlanması təsdiq edildiyindən Maraqlı şəxs ilə “Yeni Yasamal" MTK arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan heç bir hüquqi nəticə yaratmır.

30. İş materiallarından müəyyən edildiyi kimi İddiaçı cavabdehlər Maraqlı şəxs və X4 qarşı mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7020/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Maraqlı şəxs və X4 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7020/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qətnaməsində qeyd edilir ki, məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzilə dair müqavilə bağladıqdan sonra həmin mənzilə sahiblik və istifadə hüququ həyata keçirmədiyini (özünün iddia ərizəsində etiraf etdiyi kimi çox zaman respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır), həmin mənzildə ümumiyyətlə yaşamadığını, cavabdehlərin müqavilə əsasında əldə etdikləri mübahisəli mənzili təmir etdirərək, artıq neçə illərdir ki, həmin mənzildə daimi yaşadıqlarını, "xxxx" MTK tərəfindən mübahisəli mənzilin əvəzində iddiaçıya yeni mənzil sahəsi təklif edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hazırki mülki iş üzrə tələb cavabdehlər Maraqlı şəxs və Cavabdeh MTK ya qarşı Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq, boş vəziyyətdə ona təhvil verilməsidir. Tələbdən də göründüyü kimi hazırki iş üzrə “mənzilin boşaldılaraq, boş vəziyyətdə ona təhvil verilməsi” tələbi eyni predmet barəsində olsa da, başqa əsasla, yəni cavabdehlər arasında mənzillə bağlı bağlanmış müqavilənin etibarsız hesab edilməsinin nəticəsi olaraq irəli sürülmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddianın yolverilməzliyi üçün əsaslar yoxdur. 33.Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Maraqlı şəxs qarşı tələbi eyni mənzillə bağlı olduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7020/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki mülki işdə onlara münasibətdə mübahisələndirilmir və yenidən sübut edilmir.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun qərarında qeyd edilir ki, “...Mülki Prosessual Məcəllənin 233.3cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.”

35. Beləliklə, işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh MTK tərəfindən mübahisəli Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair əvvəl iddiaçı ilə müqavilə bağlansa da, sonradan həmin mənzilə dair cavabdeh Maraqlı şəxs ilə xx.xx.2014-cü il tarixli müqavilə bağlanıb və mənzil faktiki olaraq sonuncunun sahibliyinə və istifadəsinə verilib. Bundan sonra məhz cavabdeh tərəfindən mənzildə təmir-bərpa işləri aparılıb və cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. "xxxx" MTK tərəfindən mübahisəli mənzilin əvəzinə iddiaçıya yeni mənzil sahəsi təklif edilmiş, lakin iddiaçı razılaşmamışdır.

36. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq qeyd edir ki, Maraqlı şəxs ilə Cavabdeh MTK arasında bağlanmış müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsinə dair hissədə rədd edilməlidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə tələbi təmin edilmədiyi üçün mənzilin boşaldılması tələbi də rədd edilməlidir.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh MTK-ya qarşı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat İddiaçı alınaraq cavabdeh Maraqlı şəxs ödənilməlidir.

39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh MTK-ya qarşı qarşı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat İddiaçı alınaraq cavabdeh Maraqlı şəxs ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar