Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1955/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli qərardaddan iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili (nümayəndəsi) Vəkil6 vasitəsi ilə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 31 saylı Notariat Ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması tələbi barədə” qarşılıqlı iddia ərizəsi ilə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və X7 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması tələbi barədə” iddia ərizəsi ilə, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişlər. Bundan sonra müstəqil tələb irəli sürən üçüncü şəxs Kamilə Heydərova vəkili (nümayəndəsi) Vəkil6 vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Kamilə Heydərovanın verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizənin icraata qəbul edilməməsini və ərizənin geri qaytarılmasını qərara almışdır. Kamilə Heydərovanın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs Kamilə Heydərovanın vəkili (nümayəndəsi) Vəkil6 “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün işin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin qəbulu məsələsinə yenidən baxmış Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəni geri qaytarmışdır. Üçüncü şəxslər Kamilə Heydərova və Azər Heydərovun nümayəndəsi (vəkili) Vəkil6 həmin qərardaddan şikayət və “şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün müstəqil tələb irəli sürən üçüncü şəxslər Kamilə Heydərova və Azər Heydərovun nümayəndəsi (vəkili) Vəkil6 prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, həmin prosessual müddətin ötürülməmiş hesab edilməsi, şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, üçüncü şəxslərin nümayəndəsi (vəkili) Vəkil6 “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək məhkəmə baxışı zamanı yeni əsaslar yarandığından, iddianın dəyişdirilməsi zərurəti yarandığını bildirmiş və iddia tələblərinin aşağıdakı kimi qəbul edilməsini xahiş etmişdir: - Cavabdeh1 adına Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2v-152 saylı reystrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi; - həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli “Çıxarış” ləğv edilməsi; - mərhum Tofiq Heydərovdan qalmış miras əmlak (Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsi, 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi) Azər Heydərov və Kamilə Heydərova tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi; - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsi, 42 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin üzərinə Azər Heydərov və Kamilə Heydərovaya düşən vərəsəlik payına uyğun miras payının müəyyən edilməsi. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Nümayəndə (vəkil) Vəkil6 “iddia tələbinin dəqiqləşməsi barədə” ərizəni təqdim edərkən məhkəməyə verdiyi izahatında yeni əsasların əmələ gəlməsini onunla əsaslandırmışdır ki, məhkəmədə şahid ifadəsindən müəyyən olunmuşdur ki, məhkəməyə təqdim olunan üzük və saat mərhum Tofiq Heydərova məxsusdur və həmin əşyalar Kamilə Heydərovada qalmışdır. Belə ki, Kamilə Heydərova mərhum Tofiq Heydərovdan qalan üzük və saatı özündə saxlamışdır. Göründüyü kimi Kamilə Heydərova mərhum Tofiq Heydərovdan qalan əşyaları qəbul etdiyindən mirası da qəbul etmişdir. Göründüyü kimi Nümayəndə (vəkil) Vəkil6 göstərdiyi hallar məhz mirasın qəbulu faktı ilə bağlıdır ki, mübahisəli əmlakın Kamilə Heydərova və oğlu Azər Heydərov tərəfindən faktiki qəbul olunması məsələsinə məhkəmə qətnaməsində qiymət verilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 ilk iddiasının təmin edilməsi, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş reyestrdə 2V-152 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,8 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,06447 ha torpaq sahəsinin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Çıxarışın” ləğv edilməsi, Tofiq Heydərovdan miras qalan əmlaka 1/2 hissədə İddiaçı2, 1/2 hissədə isə İddiaçı1 miras payının müəyyən edilməsi, qarşılıqlı iddianın, habelə müstəqil iddiaların təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bundan başqa Kamilə Heydərovanın ilk iddia ərizəsində göstərilən tələblər ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə göstərilən tələblər demək olar ki eynilik təşkil etmiş, yalnız ilk iddiasında miras əmlakdan onlara düşən payların Azər Heydərovla onun arasında 1/2 paylarında bölünməsini xahiş etsə də, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə sadəcə olaraq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsi, 42 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin üzərinə Azər Heydərov və Kamilə Heydərovaya düşən vərəsəlik payına uyğun miras payı müəyyən edilməsin xahiş etmişdir ki, həmin tələbə münasibətdə mirasın iddiaçılar tərəfindən faktiki qəbul edildiyi məhkəmə tərəfindən müəyyən edilsə bu hal ilk iddianın mahiyyətinə təsir göstərməyəcəkdir. Yəni iddia tələbinin dəqiqləşməsi vizual olaraq görsənsə də faktiki olaraq iddiaçının idiaçının niyyətinin vahid nəticənin əldə edilməsinə yönəlmişdir ki, bu da mirasdan pay əldə edilməsinə nail olmaq olmuşdur. İlk iddia tələbində iddiaçı 1/2 pay bölgüsünün aparılmasını xahiş etsə də, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə pay bölgüsünün aparılmasını məhz məhkəmənin mülahizəsinə həvalə etmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin dəqiqləşməsi barədə ərizə hazırki mülki işin taleyinə xüsusi təsiri olmadığından “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin icraata qəbul edilməsi ağlabatan deyildir. Məhkəmə həmçinin bildirir ki, artıq Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edildiyindən, qətnamədən apellyasiya şikayəti verilən zaman üçüncü şəxs tərəfindən müzakirə edilə nməsələ ilə bağlı etirazları apellyasiya şikayətinə daxil edilə bilər. MPM-in 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili (nümayəndəsi) Vəkil6 vasitəsi ilə verdiyi şikayət təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1955/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1955/2024
27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver