Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1956/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-4580/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdı ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil onun tərəfindən xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, xx.xx.2019-cu il tarixdə mənzilə çıxarış verilmişdir. Cavabdeh onun oğlunun keçmiş həyat yoldaşıdır. 2004-cü ildə onların nikahı pozulsa da, cavabdeh tərəfindən ona məxsus mənzil zəbt edilərək orada qanunsuz şəkildə bu günədək yaşamağa davam edir. Tərəfindən dəfələrlə mənzilə çıxarış əldə etmək üçün cəhdlər edilsə də, cavabdeh tərəf buna qərəzli olaraq maneələr yaratmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4580/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Əlibaba Əli oğluna təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qətnamə qanunuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddia ərizəsində qeyd edilmişdi ki, iddiaçı mübahisəli mənzili 2014-cü ildə alqı-satqı yolu ilə əldə etmiş və guya o da həmin mənzili sonradan zəbt etmişdi. “Azərişıq” İstehsalat Birliyi tərəfindən abunə haqqına dair verilmiş çıxarışdan görünür ki, xx.xx.2008-ci il tarixdən mənzilin abunəçisi odur. “Azərsu” İstehsalat Birliyinin abonent kartından görünür ki, xx.xx.2015-ci il tarixdən mənzilin abunəçisi odur. O, mübahisəli mənzili zəbt etməmiş, keçmiş əri və qızı ilə həmin mənzildə yaşamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icrata qəbul edilmiş, işə baxılması xx.xx.2020ci il tarixə təyin edilmiş, qətnamənin elan edilməsi isə xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, mübahisəli ev əvvəllər özbaşına tikili olsa da, sonradan iddiaçının adına özəlləşdirilmişdir. Cavabdeh uzun müddətdir ki, həmin evdə yaşayır. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və onun nümayəndəsi, vəkili X5 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdilər ki, cavabdeh iddiaçının oğlu ilə 1997-ci ildə nikaha daxil olduqdan sonra bir müddət iddiaçının mülkiyyətində olan bina evində yaşamışlar, sonradan 2004-cü ildə iddiaçı həmin mənzili sataraq əldə olunmuş pul vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən evi özbaşına tikili kimi torpaqla birlikdə almış və elə həmin vaxtdan da cavabdeh yenə də onlarla birlikdə həmin evdə yaşamışdır. Lakin sonradan cavabdehin həyat yoldaşı, yəni iddiaçının oğlu ilə aralarında olan münasibətləri korlanmış və onların nikahları məhkəmə qətnaməsi ilə 2005-ci ildə pozulmuşdur. Bundan sonra cavabdeh həmin evə istifadə hüququnun tanınması ilə bağlı iddia versə də, onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı hazırda mübahisəli evi özəlləşdirib mülkiyyətçisi olduğundan hesab edir ki, cavabdehin həmin evdə yaşaması onun mülkiyyət hüququnu pozur. Buna görə də cavabdehin ona məxsus evdən çıxarılmasını tələb edir, iddiası əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Bununla bağlı iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə iddiaçı cavabdehin keçmiş qaynatasıdır, cavabdeh iddiaçının oğlu ilə 1997-ci ildə nikaha daxil olduqdan sonra bir müddət iddiaçıya məxsus başqa mənzildə yaşasalar da, sonradan 2004-cü ildə iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, 33B saylı ünvanda yerləşən mübahisəli özbaşına tikilinin yerləşdiyi torpaq sahəsini həmin tikili ilə birlikdə satın almış və cavabdeh də həmin evdə onlarla birlikdə yaşamağa başlamışdır. 2005-ci ildə iddiaçının oğlu ilə cavabdeh arasında nikah məhkəmə qətnaməsi ilə pozulmuş, lakin cavabdeh mübahisəli evdə yaşamaqda davam etmişdir. Sonradan iddiaçı satın aldığı torpaq sahəsində yerləşən mübahisəli tikilini özəlləşdirmiş və həmin ev artıq İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı keçmiş gəlini olan cavabdehin onun mülkiyyətində olan evdə yaşamasını öz mülkiyyət hüququnun pozuntusu kimi qəbul etdiyi üçün cavabdehin həmin evdən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. İşə birinci instansiya qaydasında baxan məhkəmə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-7391/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş evə girməsinə və orada qanuna müvafiq qaydada evin texniki ölçülərinin götürülməsinə şərait yaradılması və torpaq sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılması və İddiaçı təhvil verilməsi, həmçinin cavabdeh Reyhanə Dadaşovaya münasibətdə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1399/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-7391/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Əmircan qəsəbəsində olan 0,01 ha torpaq sahəsində yerləşən evdən çıxarılaraq evin və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1399/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8833/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 0,01 ha torpaq sahəsində yerləşən ev üzərində hüququn qeydə alınması ilə əlaqədar edilmiş müraciət əsasında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin əməkdaşının həmin evə daxil olmasına və müvafiq texniki ölçülər götürülməsinə mane olmağın Cavabdeh qadağan edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdi ki, iddiaçı evi zəbt etməyib, ev onun yaşayış yeridir, o, 2004-cü ildən (14 ildir) orada yaşayır, cavabdehin evdən çıxarılmasının (evdən məhrum edilməsinin) məhkəmə tərəfindən qət edilməsi o halda qanuni ola bilər ki, iddiaçının ev üzərində qeydə alınmış mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Eyni zamanda məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Cavabdeh Əliyev Şakir İddiaçı oğluna və müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair iddiası Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4356/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə rədd edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7179/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamə qanuni qüvvəsini almışdır. MPM-nin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3). Göründüyü kimi, yuxarı instansiya məhkəməsinin adı çəkilən qərarında cavabdehin mübahisəli mənzildən çıxarılması o halda mümkün hesab edilmişdi ki, iddiaçının həmin mənzilə mülkiyyət hüququ mövcud olsun. Digər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə isə cavabdehin mübahisəli evə istifadə hüququnun tanınması barədə iddiası özbaşına tikiliyə subyektiv hüququnun mövcud olmaması səbəbindən rədd edilmişdir. Hazırda mübahisəli evin hüquqi vəziyyəti dəyişmiş və həmin ev artıq iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli ev AN-İ ******* saylı xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X2 tərəfindən alıcı (cavabdehin qaynatası) İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən 0.01 hektar torpaq sahəsi üzərində inşa edilmişdir ki, hansı ki, iddiaçı sonradan həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən adına müvafiq çıxarış almışdır. Cavabdeh əvvəllər iddiaçıya məxsus digər evdə yaşasa da, həmin evin satışından əldə olunmuş vəsait hesabına 2004cü ildə alınmış torpaq sahəsi üzərində yerləşən mübahisəli evdə yaşayır və bu hallar işin mübahisəsiz halıdır. Odur ki, cavabdeh uzun müddət iddiaçıya məxsus mübahisəli evdə yaşamasına rəğmən onun istifadə hüququnun olmasına istinad edir, lakin bu fakt işin halları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından, o cümlədən məhkəmə qətnamələrindən görünür ki, cavabdeh mübahisəli evdə uzun müddət yaşasa da, mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar üzrə onun həmin evə istifadə hüququ yaranmamışdır, lakin hazırki vəziyyətdə mülkiyyətçi olan iddiaçı cavabdehin ona məxsus evdə yaşamasını onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələndiyinə istinad etməklə müvafiq iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur ki, onun bu iddiasını birinci instansiya məhkəməsi düzgün olaraq təmin etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu qətnamənin əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı həmin dəlilləri əsassız hesab edir və bu barədə əlavə əsasdırmaya zərurət görmür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti MPM-nin 385.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin ləğvi üçün əsas vermədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4580/2019 saylı xx xxxxxxx 2019cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-1956/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1956/2020
16.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver