Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1960/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(008)-4324/2020 saylı qətnaməsindən iddiaçı tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5879,10 manat məbləğində zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5909,10 manat məbləğində pulun İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 22.12.2017-ci il tarixdə T/17123 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” bağlanmış, İddiaçı İB cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh qazdan qeyri-qanuni istifadə etdiyindən Birliyin əməkdaşları tərəfindən: 21.10.2016-cı il tarixli ******* saylı akt əsasında 172,10 manat; 15.02.2017-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; 30.03.2017-ci il tarixli ******* saylı akt əsasında 278,80 manat; 04.12.2017-ci il tarixli ******* saylı akt əsasında 360,60 manat; 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 816,60 manat; 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 151,60 manat; 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat; 19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; 16.05.2018-ci il tarixli ******* saylı akt əsasında 61,40 manat; 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 140,40 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 131,40 manat; 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla, cəmi 4942,50 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmış, eyni zamanda onun 2016cı ilin oktyabr ayına qədər istifadə etdiyi qaza görə ödəmədiyi 936,60 manat borcu qalmışdır. Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi MN №0486083 nömrəli 07.03.2020-ci il tarixli protokolla və MN ******* nömrəli 10.03.2020-ci il tarixli qərardadla sübuta yetirilmişdir və buna görə də ümumilikdə 5879,10 manat olan borc məbləği, həmçinin dövlət rüsumunun əvəzi ondan tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(008)- 4324/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 21.10.2016-cı il tarixli ******* saylı akta əsasən 172,10 manat dəymiş zərərin və 936,60 manat qalıq borcun, həmçinin 30 manat dövlət rüsumunun, yəni cəmi 1138,70 manatın İddiaçı İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı İB-nin nümayəndəsi apelyasiya şikayəti verərək onun qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6701/2021 saylı 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4324/2020 saylı iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5944/2021 saylı 06 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)-6701/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək, mülki işə iştirakı olmadan baxılmasını, qətnamənin qismən ləğv edilməsini və apelyasiya şikayətinin iddia tələbinin mübahisələndirilən (təmin olunmayan) hissəsində tam təmin edilməsini xahiş etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya məhkəməsi iddianın təmin edilməmiş hissəsində qətnaməni qanuni hesab edərkən cavabdehin qazdan qış mövsümündə bir dəfə qanunsuz istifadə etməsi barədə etirafını, qış mövsümünün bir aydan ibarət olmadığını, oxşar faktla bağlı pozuntuların 2020-ci ildə də davam etməsinin Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN №0486083 nömrəli 07.03.2020-ci il tarixli protokolla və MN ******* nömrəli 10.03.2020-ci il tarixli qərardadla sübuta yetirildiyini, qanunsuz qoşulma faktının sayğacla bağlı qüsur olmadığını və cavabdehin bu müddət ərzində qazdan istifadəyə görə ödənişlərinin cüzi olmasını nəzərə almamış, itirilmiş qaza görə vurulmuş ziyanın ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilərini araşdırmamış, onlara müvafiq qiymət verməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur.” Hazırda qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evi Cavabdeh istifadə və sahibliyindədir. 22.12.2017-ci il tarixdə onunla İddiaçı İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, bununla belə o, 2010-cu il tarixindən etibarən təbii qazı istehlak etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən 21.10.2016-cı il tarixdə ******* saylı; 15.02.2017-ci il tarixdə ******* saylı, 30.03.2017-ci il tarixdə ******* saylı, 04.12.2017- ci il tarixdə ******* saylı; 24.01.2018-ci il tarixdə ******* saylı; 09.02.2018-ci il tarixdə ******* saylı; 15.03.2018-ci il tarixdə ******* saylı; 19.04.2018-ci il tarixdə ******* saylı; 16.05.2018ci il tarixdə ******* saylı; 28.06.2018-ci il tarixdə ******* saylı; 30.11.2018-ci il tarixdə ******* saylı; 28.12.2018-ci il tarixdə ******* saylı; 31.01.2019- cu il tarixdə ******* saylı; 28.02.2018-ci il tarixdə ******* saylı; 29.03.2019-cu il tarixdə ******* saylı; 30.04.2019-cu il tarixdə ******* saylı; 30.05.2019-cu il tarixdə ******* saylı; 29.11.2019-cu il tarixdə ******* saylı; 30.12.2019-cu il tarixdə ******* saylı; 30.01.2020-ci il tarixdə ******* saylı; 28.02.2020-ci il tarixdə ******* saylı; 30.03.2020-ci il tarixdə ******* saylı aktlar tərtib olunaraq həmin aktlarda Cavabdeh qazdan sayğacdan kənar istifadə etdiyi göstərilmiş və ona ümumilikdə 4942,50 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Abonent saldosundan aydın olur ki, cavabdehin barəsində 21.10.2016-cı il tarixdə ******* saylı akt tərtib edilənə və onunla qazdan istifadəyə görə müqavilə bağlanana qədər də o, təbii qazı istehlak etmiş, 21.10.2016-cı il tarixinə kimi sayğac göstəriciləri əsasında onun 936,60 manat borcu yaranmış, yuxarıda qeyd edildiyi kimi bu xüsusat cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə (sayğacdan kənar qeyri-qanuni xətdən istifadə etmişdir) MN ******* nömrəli 07.03.2020-ci il tarixli protokol tərtib edilmiş, MN ******* nömrəli 10.03.2020-ci il tarixli qərardad qəbul edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia tələbini qismən etiraf edərək, əvvəllər bir dəfə qış vaxtı məcburən qanunsuz olaraq qaz xəttinə qoşulduğunu, lakin sonradan qaz xəttinə heç bir müdaxilə etmədiyini, hazırda tələb olunan məbləği ödəməyə imkanı olmadığını bildirərək, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlanıla bilməzdi. Bununla yanaşı, iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırılmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur. Bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab oluna bilməz. Məhkəmə hesab etmişdir ki, 21.10.2016-cı il tarixli ******* saylı akta əsasən (birinci akt) 172,10 manat dəymiş zərərin və 936,60 manat qalıq borcun tutulması hissəsində təmin edilməli, digər aktlara əsasən hesablanmış dəymiş zərərin tutulması hissəsində isə iddia sübuta yetirilmədiyindən təmin edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmayan hissəsi üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə cavabdehin adına qeydiyyata alınmış mexanika və smart tipli qaz sayğıcları üzrə abonent saldolarını tədqiq etməmiş, aktların tərtib edildiyi tarixlərdə cavabdehin qaz sayğacı üzrə təbii qazdan istifadəyə görə nə qədər ödəniş etməsi araşdırılmamışdır. İş materiallarından müəyyən olunur ki, cavabdehin mənzilinə 15.03.2011-ci il tarixdə Smart G-4 İtron markalı 1002AQ**********4 saylı, 15.10.2012-ci il tarixdə Smart G-4 İtron markalı 1202AQ**********2 saylı və 27.04.2020-ci il tarixdə Zenner G4T ME markalı **********2 saylı sayğac quraşdırılmışdır. Cavabdeh 15.03.2011-ci il tarixdən 27.04.2020-ci il tarxədək smart tipli qaz sayğacı üzrə təbii qaz istifadəçisi olmuş, lakin 9 il ərzində cəmi 20 manat ödəniş etmişdir. Abonent saldosundan aydın olur ki, 21.10.2016-cı il tarixdən 27.04.2020-ci il tarixinə qədər o, qazdan istifadəyə görə ümumiyyətlə ödəniş həyata keçirməmiş, sayğacın quraşdırıldığı tarixdən sonrakı ay ərzində 121 m3 qaz istehlak etmişdir. İşdə olan fotoşəkillərin birində Smart G-4 İtron markalı 1202AQ**********2 saylı sayğacın şəkli vardır. Göründüyü kimi tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4324/2020 saylı iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4770,4 manat dəymiş zərər İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1960/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1960/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver