Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1965/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 və nümayəndəsi X1, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla “ipoteka qoyanın reqress tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC qarşısında 25.01.2008-ci il tarixli, 0750/0801 saylı və 02.08.2008-ci il tarixli, 080832- 0107/070750 saylı kredit müqavilələri üzrə yaranmış 487720,56 ABŞ dolları məbləğində əsas kredit borcu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzilləri hesabına ödəndiyindən, həmin mənzillər "xxxx" MMC tərəfindən 765.000 manat ilkin satış qiymətinə açıq hərracdan satışa çıxarılaraq realizə olunduğundan və həmin mənzillərin realizə edilməsi hesabına Cavabdeh kreditor qarşısında borc öhdəlikləri icra olunduğundan iddiaçı X4 məxsus 765.000 manata realizə edilmiş həmin mənzillərin ilkin satış qiymətinin reqress qaydada Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının verdiyi 2(103)-3532/2015 saylı, 30.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı kredit müqavilələrinin ləğvi və s. tələbləri barədə iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2008-ci il tarixli, 0750/0801 saylı və 02.08.2008-ci il tarixli, 080832- 0107/070750 saylı kredit müqavilələrinin ləğv edilməsi, 02.08.2008-ci il tarixli 080832- 0107/070750 saylı kredit müqaviləsi üzrə yaranmış 487720,56 ABŞ dolları məbləğində əsas kredit borcunun Cavabdeh tutulub iddiaçı "Bank Respublika” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin 750000 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh "xxxx" ASC-yə olan 487720,56 ABŞ dolları borcunun ödənilməsi, həmin mənzillər satıldıqda 1 ay ərzində boşaldılması qət edilmişdir. Həmin icra sənədi icraya yönəldilmiş və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Ədilovun 25.07.2016-cı il tarixli qərarı ilə icraata başlanılmış, daha sonra həmin icra şöbəsi tərəfindən "xxxx" MMC-yə 17/70-2412/1 saylı, 28.01.2016-cı il tarixli sifariş məktubu ilə hərrac sifarişi verilmişdir. Beləliklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 1 otaqlı 21 nömrəli mənzillər "xxxx" MMC tərəfindən 765.000 manat ilkin satış qiymətinə açıq hərracdan satışa çıxarılmış, keçirilmiş hərraclar baş tutmadığından sözügedən ipoteka predmeti olan mənzillər “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2008-ci il tarixli, 0750/0801 saylı və 02.08.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələri üzrə yaranmış 487.720,56 ABŞ dolları məbləğində əsas kredit borcunun ipoteka təminatı kimi ipoteka saxlayan "xxxx" ASC tərəfindən "xxxx" MMC tərəfindən tərtib edilmiş Y-750 saylı 08 iyun 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokola və həmin tarixli müvafiq alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, hərracın yekunlarına dair istinad olunan protokola əsasən "xxxx" ASC-yə sözügedən mənzillərə dair mülkiyyət hüquqlarına dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən hüquqların qeydiyyatına dair çıxarış verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(004)-1064/2020 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh 487688 (dörd yüz səksən yeddi min altı yüz səksən səkkiz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1064/2020 saylı 16 noyabr 2020-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbində göstərilən eyni dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işə baxılarkən qərəzli münasibət nümayiş etdirməklə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Hesab edir ki, Cavabdeh qarşı qaldırdığı reqres tələbi tam əsaslı olduğu halda, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3938/2021 saylı, 07.05.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, 765.000 (yeddi yüz altmış beş min) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3938/2021 saylı, 07.05.2021-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.12.2021-ci il tarixli, 2(102)-5627/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3938/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 və nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının predmetini mübahisələndirilən qətnamənin həmin hissəsi təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 30.11.2015-ci il tarixli, 2(103)- 3532/2015 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-107S/2014 saylı, 14 aprel 2014-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilərək "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2008-ci il tarixli, 0750/0801 saylı və 02.08.2008-ci il tarixli, 080832- 0107/070750 saylı kredit müqavilələri ləğv olunması, Cavabdeh iddiaçı "xxxx" ASC-nın xeyrinə iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2008-ci il tarixli, 0760/0801 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsinə görə hesablanmış faiz olan 203258 (iki yüz üç min iki yüz əlli səkkiz) ABŞ dolları, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.08.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə qalıq 515.248 (beş yüz on beş min iki yüz qırx səkkiz) ABŞ dolları 21 (iyirmi bir) sent, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.08.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqaviləsinə əsasən hesablanmış faiz üzrə 1.874.373 (bir milyon səkkiz yüz yetmiş dörd min üç yüz yetmjş üç) ABŞ dolları, iddiaçı "xxxx" AŞC ilə Cavabdeh arasında bağlanmış 25.04.2008-ci il tarixli, 0750/0801 saylı (20.000 ABŞ dolları) və 02.08.2008-ci il tarixli, 080832-0107/070750 saylı (32.000 ABŞ dolları) kredit müqavilələrinə əsasən hesablanmış penya üzrə 52.000(əlli iki min) ABŞ dolları, iddia tələbi üzrə cəmi 2.644.879 (iki milyon altı yüz qırx dörd min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində pul vəsaitin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidini manatla miqdarı tutulması, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 100 (bir yüz) manat ekspertiza xərcinin 58 (əlli səkkiz) manatı cavabdelılərə, 62 (altmış iki) manatı isə iddiaçıya aid edilməsi, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh "xxxx" ASC-yə olan 2.644 879 (iki milyon altı yüz qırx dörd min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları 21 (iyirmi bir) sent və 58 (əlli səkkiz) manat məbləğində borcun ödənilməsi, həmin mənzillər satıldıqda həmin əmlakların 1 (bir) ay ərzində boşaldılması qət edilmişdir. Qalan hissədə iddia təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30.11.2015-ci il tarixli, 2(103)-3532/2015 saylı qətnaməsinə əsasən iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2008-ci il tarixli, 0750/0801 saylı və 02.08.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələrinin ləğv olunması, 02.08.2008-ci il tarixli, 080832- 0107/070750 saylı kredit müqaviləsi üzrə yaranmış 487.720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində əsas kredit borcu (ödəniş vaxtı ABŞ dollarının Azərbaycan manatına məzənnəyə uyğun Azərbaycan Respublikasının pul vahidi olan manatla) Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət altı otaqlı 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət bir otaqlı 21 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin 765.000 manat ilkin satış qiyməti ilə satışa açıq hərraca çıxarılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh "xxxx" ASC-yə olan 487.720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində (ödəniş vaxtı ABŞ dollarının Azərbaycan manatına məzənnəyə uyğun Azərbaycan Respublikasının pul vahidi olan manatla) əsas kredit borcu ödənilməsi, həmin mənzillərin hərracda satıldıqda 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.12.2016-cı il tarixli, 2(102)-663/2016 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30.11.2015-ci il tarixli, 2(103)-3532/2015 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan 30.11.2015-ci il tarixli İcra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30.11.2015-ci il tarixli, 2(103)-3532/2015 saylı qətnaməsi icra edilməsi üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan "xxxx" Hərracın nəticələri haqqında protokoldan görünür ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə keçirilmiş hərracda İddiaçı mülkiyyətində olan 2 mənzil -ünvan 1 yerləşən 18 saylı və ünvan 1 yerləşən 21 saylı mənzillər ümumilikdə 487.688 manata satılmışdır. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş: - 25 dekabr 2014-cü il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, İddiaçı 10.01.2008-ci il tarixdə Cavabdeh 471000,0. (dörd yüz yetmiş bir min) manat (dolların manat olan kursu ilə 600000,00 ABŞ dolları) məbləğində borc pul vermiş, Cavabdeh 10.01.2008-ci il tarixdə İddiaçı 471000,0. (dörd yüz yetmiş bir min) manat (dolların manat olan kursu ilə 600000,00 ABŞ dolları) məbləğində borc pul aldığını etiraf etmiş, Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni 471000,0. (dörd yüz yetmiş bir min) manat (dolların manat olan kursu ilə 600000,00 ABŞ dolları) məbləğində borc pulu 05.05.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - 24 dekabr 2014-cü il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, borc alan Cavabdeh borc verən X2 47500 (qırx yeddi min beş yüz) ABŞ dolları borcunun olduğunu etiraf etmiş, borc alan Cavabdeh borc verən X3 olan borcunu 31 yanvar 2015-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)-132/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması barədə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 600000 (altı yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutulması qət edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı 25 dekabr 2014-cü il tarixli borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.08.2019-cu il tarixli, 2(103)- 8826/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)-132/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2(103)- 6198/2018 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - AR Ali Məhkəməsi Mülki Kollegiyasının 11.10.2019-cu il tarixli, 2(102)-5346/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2(103)-6198/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada sübuta yetir ki, İddiaçı məxsus iki ədəd daşınmaz əmlak - ünvan 1 yerləşən 18 saylı və ünvan 1 yerləşən 21 saylı mənzillər Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, məhkəmənin qətnaməsi əsasında qeyd edilən müqavilə üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin əmlaklara tutma yönəldilmiş, həmin əmlaklar 765.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, həmin əmlaklar ilkin və təkrar hərracdan satılmadığından, «İpoteka Haqqında» Qanunun tələblərinə uyğun olaraq, ilkin satış qiymətindən 40 faiz aşağı qiymətlə (15% və 25%), yəni 487.720,56 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. Hazırda iddiaçı həmin əmlaklarının satılması nəticəsində çəkmiş olduğu ziyanın əvəzini cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən cavabdehin bank qarşısında öhdəliyinin icra edilməməsinə görə iddiaçıya məxsus əmlaka tutmanın yönəldilməsini və əmlakın açıq hərrac vasitəsilə satılmasını həmin öhdəliyin iddiaçı tərəfindən icrası kimi qiymətləndirmiş və hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı reqress hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 431-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur (431.1). Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər (431.2). Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir (431.3). Bu maddədə birbaşa göstərilməsə də, qeyd edilən normanın dispozisiya şərtlərindən görünür ki, həmin maddə ilə öhdəliyin icrasının üçüncü şəxs tərəfindən hər hansı səbəbdən könüllü icra edilməsi imkanı müəyyən edilmişdir. Bu normada həmçinin müəyyən edilir ki, borcluya məxsus əmlaka məcburi icra yönəldilməsi ilə maraqlarına toxunan (əşya hüquqlarının itirilməsi təhlükəsi yaranan) hər hansı şəxs də kreditoru təmin edə bilər. Göründüyü kimi, burada söhbət üçüncü şəxsə məxsus əmlaka deyil, borcluya məxsus əmlaka məcburi icranın yönəldilməsi zamanı əsas öhdəliyi icra etmiş üçüncü şəxsə tələb hüququnun keçməsindən gedir. Hazırkı işin hallarından isə görünür ki, açıq hərrac vasitəsilə satılmış əmlaklara mülkiyyət hüquqları kreditor qarşısında əsas borclu olmuş cavabdehə deyil, əsas borcu ipoteka ilə təmin etmiş iddiaçıya məxsus olmuşdur. Deməli, hazırkı işin halları Mülki Məcəllənin 431-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericilikdə əsas borclu olmayan ipoteka qoyanın əmlakına tutmanın yönəldilməsi nəticəsində əsas borcludan ona dəymiş ziyanı tələb etmək hüququnu birbaşa müəyyən edən norma nəzərdə tutulmadığından, oxşar münasibətləri tənzimləyən norma qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı öz əmlaklarını cavabdehin bank qarşısında olan kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Mülki qanunvericilikdə ipoteka institutu əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi müəyyən edilmişdir. Qanunvericilikdə öhdəliyin icrasının təmin edilməsinin müxtəlif üsulları nəzərdə tutulsa da, ipoteka öz hüquqi təbiətinə görə öhdəliyin icrasının təmini üsullarından biri olan zaminliyə daha çox yaxındır. Belə ki, zaminlikdə olduğu kimi, ipoteka qoyulmuş əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmadığı halda da, həmin şəxs öz əmlakı ilə digər şəxsin kreditor qarşısında öhdəliyini təmin etməyi üzərinə götürür. Birinci halda söhbət puldan gedirsə, ikinci halda öhdəliyin təmin edilməsi vasitəsi kimi daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak çıxış edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni əsası kimi Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad edilməlidir. Həmin maddəyə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Bu maddənin dispozisiya şərtindən məlum olur ki, zamin borcludan kreditora ödənilmiş məbləğlə yanaşı, borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini də tələb etmək ixtiyarına malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçıya məxsus olan ipoteka predmetlərinin – iki ədəd mənzilin likvid qiyməti ümumilikdə 765.000 manat müəyyən edilmiş, lakin həmin əmlaklar ilkin və təkrar hərrac prosesində satılmadığından, ilkin satış qiymətindən 40% aşağı qiymətlə, yəni 487.638 manata kreditor tərəfindən əldə edilmişdir. Göründüyü kimi, əmlakların ilkin satış qiyməti ilə onların özgəninkiləşdirildiyi qiymətlər arasında 277.312 manat fərq mövcuddur. Kollegiya hesab edir ki, Mülki Məcəllənin 475.2-ci maddəsi baxımından əmlakların real satış qiymətini təşkil edən 487.638 manat İddiaçı Cavabdeh əvəzinə bank Respublikaya ödəmiş olduğu məbləğ, həmin əmlakların ilkin satış qiyməti ilə onun real satıldığı qiymət arasındakı 277.312 manat fərq isə bu zaman iddiaçının çəkmiş olduğu zərər kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olmuş, lakin işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı qismən təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə etirazın dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Cavabdeh qeyd etmişdir ki, iddiaçıya məxsus mənzillərin ipotekası ilə bağlı onunla iddiaçının arvadı arasında 25 dekabr 2014-cü il tarixli borcun etirafı müqaviləsi bağlanmış və o, İddiaçı həyat yoldaşına guya 471.000 manat, yəni 600.000 ABŞ dolları borcunun olması barədə borcun etirafı müqaviləsini imzalamışdır. Ona görə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə əsassız olmuşdur. Həmçinin hesab etmişdir ki, prosessual qanunvericiliyin tələblərinə riayət edilməyərək məhkəmə proseslərində onun iştirakı təmin edilməmiş, araşdırma onun iştirakı olmadan aparılmış, nəticədə Yasamal rayon məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə tutulmalı olan 600.000 ABŞ dolları məbləğ yenidən tutulmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddia tələbinin qismən təmin olunmasına dair qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan başqa, iş materiallarında olan məktublardan, onların göndərilməsi haqqında poçt reyestrinin məlumatlarından, habelə SMS bildirişlərin göndərilməsi barədə hesabatlardan müəyyən edilir ki, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Hazırkı iş üzrə cavabdehdən ödənilməsi tələb olunan pul məbləğinin onunla iddiaçı arasında 25 dekabr 2014-cü ildə bağlanmış borcun etirafı müqaviləsində göstərilmiş məbləğ olması, bu borcla bağlı Yasamal rayon məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsinin mövcud olması və hazırda məhkəmənin artıq ondan tutulmuş olan məbləği yenidən tutması ilə bağlı dəlilləri də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, adı çəkilən borcun etirafı barədə müqavilədə göstərilən və Yasamal rayon məhkəməsinin qətnaməsi ilə tutulması qət olunan məbləğlərin hazırkı iddia ilə tələb olunan məbləğə aidiyyatının olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 2(004)-1064/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunsun. Cavabdeh 765.000 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1965/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1965/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver