Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1966/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1728/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X16 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) 18.03.2021-ci il tarixli, 2(001)-1728/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X13 İddiaçı arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X14 əvvəlki vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X15 tərəfindən məcburi işburaxmaya müddəti üzrə 30.06.2020-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) 15.07.2021-ci il tarixli, 2(103)-6966/2021 nömrəli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1728/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X6rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi” tələblərinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Ə.Nurməmmədov, Z.Əliyev) 08.12.2021-ci il tarixli, 2(102)-7007/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinqismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6966/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən Qərarında vurğulanmışdır ki, “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd edərkən Əmək müqaviləsinin 47-ci maddəsində əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanması imkanının nəzərdə tutulmasını və cavabdehin də qanunun tələbinə uyğun olaraq iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasını və həmin müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin qanuni olmasını əsas göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində 1998-ci ildən müddətsiz əmək müqaviləsi əsasında işləmiş və Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanı ilə həmin mərkəzin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinə 22 fevral 2019-cu il tarixdə məktub hazırlanmış və həmin məktubda ləğv ediləcək mərkəzin ixtisar olunan işçilərinin məşğulluğunun diqqət mərkəzində saxlanılması və sərbəstləşən işçilərin yeni yaradılacaq X14 işlə təmin olunmasının həyata keçiriləcəyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” yaradılmışdır. İddiaçı yeni yaradılmış hüquqi şəxsdə işlə təmin olunarkən onunla müddətli əmək müqaviləsi (3 ay) bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin məzmunundan görünür ki, onun tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin həmin halı cavabdeh tərəfindən mübahisə olunmur. Belə olduqda, kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olmamışdır. Nəticədə iddiaçı müqavilənin müddətinin bitməsi ilə əlaqədar işindən məhrum olunmuşdur. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair 30 iyun 2020-ci il tarixli əmrdən görünür ki, həmin əmrin verilməsi üçün müqavilənin müddətinin qurtarması və “xidməti məruzə” əsas kimi götürülmüşdür. Həmin əmrdə əsas kimi istinad olunmuş “xidməti məruzə”nin nə barədə olması məlum deyildir. Belə ki, həmin məruzə işə əlavə edilməmiş və işə baxan məhkəmə instansiyaları tərəfindən tədqiq olunmamışdır. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən görünür ki, iddiaçı ilə əmək müqaviləsinin uzadılmaması işlə təmin edilmiş sərbəstləşən işçilərin fəaliyyətinin təhlili və qiymətləndirilməsinin nəticələrindən asılı olaraq həyata keçirilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gələrkən iş üzrə həqiqətə nail olmaq və mübahisənin obyektiv həllini təmin etmək üçün həmin qiymətləndirmənin nəticələrini təsdiq edə bilən hər hansı bir sübut əldə etməmiş, həmin istiqamətdə heç bir araşdırma aparmamışdır. Kollegiya hesab edir ki, iddiaçı ilə qanunun tələbinə uyğun olmayan müddətli əmək müqaviləsinin bağlanması və ondan dərhal sonra işdən azad edilməsi iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüququna ziddir.” Yeni Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X16 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi qanunsuz, əsassız, qeyriobyektiv, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul olunduğundan ləğv edilməlivə iş üzrə iddia tələbinin təmin edilməməsibarədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə qətnaməsinin iddiaçının güya ayrı-seçkiliyə məruz qalması ilə bağlı müddəaları ilə əlaqədar bildirirlər ki, ləğv edilmiş Əməkvə Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin yeni yaradılmış qurum olan Milli Observotoriya tərəfindən işlə təmin edilmiş sərbəstləşən işçilərinin fəaliyyətinin təhlili və qiymətləndirilməsi aparılmış, qiymətləndirmənin nəticələri həmin əməkdaşların birbaşa struktur bölmə rəhbərlərinin şifahi rəyləri, işə davamiyyəti, nizam-intizam qaydalarına riayət etmələri, ünsiyyət və kommunikasiya həmçinin, komandada işləmək potensialları və s. Keyfiyyətləri nəzərə almaqla müəyyən edilmiş və bir sıra əməkdaşların əmək müqavilələrinin müddətinin uzadılması məqsədəuyğun hesab edilmişdir. Həmin əməkdaşarından biri də iddiaçı olmuşdur. Həmçinin qeyd edirlər ki, ləğv edilmiş Mərkəzin işçilərindən təkçə iddiaçı ilə deyil, onların hamısı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Odur ki, iddiaçının hər hansı əsaslarla ayrı-seçkiliyə məruz qalması barədə dəlillər tamamilə əsassızdır. Eyni zamanda bildirirlər ki, iddiaçının ixtisası əmək fəaliyyətinə (Demoqrafik proqnozlaşdırma şöbəsinin aparıcı mütəxəssisi) müvafiq olmamış, iddiaçı X1 “Aqronom” ixtisasını bitirmiş və əmək fəaliyyətinin Mərkəzindəki fəaliyyətinə qədərki dövründə müxtəlif kollektiv təsərrüfatlarda tütünçü, aqronom işləmişdir. Məhkəmə qətnaməsində cavabdeh ayrı-seçkiliyə yol verməkdə ittiham edilsə də ayrıseçkiliyin obyektiv cəhətinin zəruri elementi olan motiv göstərilməmişdir. Başqasözlə məhkəmə Milli Observotoriyanı iddiaçını ayrı-seçkiliyə məruz qoymaqda ittiham etsə də sonuncunun hansı meyar əsasında ayrı-semkiliyə nəruz qoyulması və ya ehtimal olunan əmək hüquqlarının məhdudlaşdırılması əsaslandırılmamışdır. Eyni zamanda mübahisəli məhkəmə qətnaməsinin iddiaçının güya ayrı-seçkiliyə məruz qalması ilə bağılı xüsusatları əsaslandırmaq üçün istinad etdiyi “cavabdehin iddiaçının uzun illər xidmətinə baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlaması” məsələsi oilə ıəlaqədar qeyd etməyi zəruri hesab edir ki, Milli Observatoriya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 9 nömrəli Qərarı ilə yaradıldığı və ümumilikdə cəmi 1 il fəaliyyət göstərdiyi halda iddiaçının burada “uzun illər” xidmət göstərməsi sadə riyazi hesablama əsasında qeyri-mümkündür. Qeyd edilənlərə əsasən Binəqədi rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçı X2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq, apellyasiya şikayətinə əlavə iş üzrə izahat və mülahizələr təqdim edərək bildirmişdir ki, iş üzrə qətnamədən verdikləri apellyasiya şikayətinə əlavə olaraq aşağıdakı mülahizələrini təqdim etməyi vacib hesab edirlər: 1. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya (bundan sonra- Observartoriya) iddiaçının daha öncə işlədiyi ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin (bundan sonra - Mərkəz) hüquqi varisi deyil, onun öhdəlikləri ilə bağlı cavabdeh deyil, o cümlədən ləğv edilmiş mərkəz qarşısında onun sərbəstləşən işçilərini işlə təmin etmək kimi bir öhdəliyi olmamışdır. 2. Mərkəz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanına əsasən ləğv edilmişdir. 3. Observatoriya isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. 4. Observatoriya X16dir, “X13r haqqında” AR Qanununun 3.1, 6.2.8-ci maddələrinə və Nizamnaməsinin 1.5-ci bəndinə əsasən fəaliyyət istiqamətləri üzrə kommersiya fəaliyyəti ilə məşğul ola bilər. Mərkəzin isə belə səlahiyyəti mövcud olmamışdır. 5. Mərkəz müvafiq sahələr üzrə elmi tədqiqatlar aparan əsas və əlaqələndirici təşkilat kimi məşvərətçi hüquqa malik Elmi Şuraya malik olmuşdur. Observatoriya isə müvafiq sahələrdə sorğu-müayinə, monitorinq, təhlil və proqnozlar aparan praktiki əsaslarla fəaliyyət göstərən X16dir, hər hansı Elmi Şuraya malik deyil. 6. İki qurumun fəaliyyətinin maliyyələşməsi mənbəyi də fərqlidir. Mərkəzdən fərqli olaraq Observatoriyanın fəaliyyəti işsizlikdən sığorta fondunun vəsaitindən maliyyələşir (“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VİQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 1.3, 1.5-ci bəndlər). Göründüyü kimi Milli Observatoriya ləğv edilmiş Mərkəzdən tamamilə fərqli səlahiyyətləri icra edir və onun fəaliyyət istiqamətləri sonuncudan əsaslı şəkildə fərqlənir. Belə olan halda iddiaçının Observatoriyadakı əmək funksiyalarının Mərkəzdəki fəaliyyətinin davamı kimi qiymətləndirilməsinin heç bir hüquqi və faktiki əsası mövcud deyil. Qeyd olunduğu kimi müqayisə olunan qurumların fəaliyyət istiqamətləri, fəaliyyət metodları, maliyyələşmə əsasları, hüquqi statusları və təşkilati-hüquqi formaları tamamilə fərqlidir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir. Başqa sözlə sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. İş üzrə materiallardan göründüyü kimi tərəf əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı X3 iddia tələbinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(102)-7007/2021 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı adına olan sosial arayışdan görünür ki, onun sonuncu iş yeri Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X14 aparıcı mütəxəssis vəzifəsi olmuş, aylıq əmək haqqı 1200 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kollektiv müraciətin cavablandırılması barədə məktuba əsasən, müraciət edənlərə Nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12in 30 mart 2020-ci il tarixli əmrilə 30 mart 2020-ci il tarixdən 3 (üç) ay müddətinə adı çəkilən X14 müvafiq vəzifələrə təyin edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) Nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12in müvafiq əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər. Onlar 16 iyul 2020-ci il tarixdə müvafiq işlə təmin olunmaq üçün Nazirliyin tabeliyində yeni yaradılmış Sosial Xidmətlər Agentliyinə dəvət olunmuş, lakin görüşə gəlməmişlər. Daha sonra onlarla telefon əlaqəsi saxlanılmış və görüşə gəlməkdən könüllü imtina etdiklərini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 30.06.2020-ci il tarixli **********6 nömrəli əmrə əsasən İddiaçı - “Demoqrafik proqnozlaşdırma” şöbəsinin aparıcı mütəxəssisi 30 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin işəgötürəni X7 ilə İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X14 “Demoqrafik proqnozlaşdırma” şöbəsinin aparıcı mütəxəssis vəzifəsinə təyin edilməsi barədə 3 (üç) ay müddətinə əmək müqavilə bağlanmış, işə başlama tarixi 30 mart 2020-ci il tarixdən hesablanmışdır. Yeni apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, apellyatorun nümayəndəsi Qaya Əliyev işə mahiyyəti üzrə baxılmasının təzələnməsini, yeni sübutların təqdim edilməsi və yeni halların araşdırılmasını nəzərə alaraq iş üzrə iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizəsinin qəbul edilməsini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassızdır ona görə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməsinə baxmayaraq həmin mərhələdə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş sənədlərin təqdim olunmasına dair ərizə (vəsatət)dən görünür ki, apellyatorun nümayəndəsi X18 Məhkəmə tərəfindən istinad olunan heç bir təsdiqedici imza və möhürün, habelə qeydiyyat nömrəsinin olmadığı müvafiq elektron sənədin (Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinə 22 fevral 2019-cu il tarixdə məktub hazırlanmış və həmin məktubda ləğv ediləcək mərkəzin ixtisar olunan işçilərinin məşğulluğunun diqqət mərkəzində saxlanılması və sərbəstləşən işçilərin yeni yaradılacaq X14 işlə təmin olunmasının həyata keçiriləcəyi bildirilmişdir.) həqiqiliyi müəyyən olunmadığından bununla bağlı sübutların iddiaçıdan tələb olunmasını, əks təqdirdə həqiqiliyi şübhə doğuran həmin sənədin sübut kimi nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd edilən vəsatəti əsassız saymışdır ona görə ki, həmin elektron məktubun sübut kimi qəbul edilməsinə əvvəlki məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq cavabdehin nümayəndəsi etirz məzmunlu münasibət bildirməmişdir. İş materiallarına əlavə edilmiş Xidməti Məruzə və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Milli Observatoriyanın qarşısına qoyulan tədqiqat, təhlil, monitorinq, proqnoz, tədris və təlim kimi funksiya, vəzifə və öhdəliklərin keyfiyyətlə yerinə yetirə bilməsi məqsədi ilə kadr potensialının gücləndirilməsi və uyğun kadrların seçimi istiqamətində tərəflərindən bir sıra tədbirlər görülməkdədir. Qeyd olunan tədbirlər sırasında, Milli Observatoriyanın strukturunda müxtəlif vəzifələrə 3 aylıq müddətə təyin edilmiş daha əvvəl “Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəz”-ində çalışmış 29 nəfər əməkdaşların fəaliyyətlərinin təhlil və qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin nəticələri həmin əməkdaşların bir başa struktur bölmə rəhbərlərin şifahi rəyləri, işə davamiyyət, nizam-intizam qaydalarına əməl olunması, ünsiyyət və kommunikasiya həmçinin, komandada işləmə potensialları nəzərə alınmaqla ümumiləşdirilmişdir (əlavə olunur). Bununla əlaqədar əldə olunan nəticələr kadrların bacarıqları ilə bağlı minimum şərtlər nəzərə alınmaqla göstərir ki, qiymətləndirmə aparılmış əməkdaşlardan 12 nəfərin əmək müqavilələrinin uzadılmaması məqsəuyğun hesab edilmişdir. Məhkəmə Kollegiyası göstərilən “Xidməti məruzə” ilə bağlı qeyd edir ki, “Xidməti məruzə”də sadalananlar mötəbər sübutlarla əsaslandırılmamaqla, təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Hazırkı işdə əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 73.1-ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. - 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqavilə bağlanıla bilər. - 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. - 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə kollegiyası qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmətinə baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlaması, digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilə bilməli və bu halın baş verməsi özüüzlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 30.06.2020-ci il tarixli, **********6 nömrəli əmri ləğv edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X13 İddiaçı arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilərək, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(001)- 1728/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1966/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1966/2022
18.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver