Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1966/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilərək işə bərpa, məcburi iş buraxmaya görə itirilmiş əməkhaqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3494/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh və maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı məxsus əmək kitabçasından görünür ki, o xx.xx.2021-ci il tarixdə AMEAnın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29- /3-1- 800K/2023 saylı əmrinə əsasən "Rəhbərlik” bölməsində "İcraçı direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə "AR ƏM-nin 68.2 "b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onun Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsindən azad olunması haqqındakı xx.xx.2023-cü il tarixli, 3-29-/3-1- 800K/2023 saylı əmək müqaviləsinə xitam verilməsi barədəki Cavabdeh əmrinin məhkəmə tərəfindən tam qanunsuz hesab olunaraq ləğv olunması və Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə bərpa edilməsi, onun məcburi iş buraxmasına görə əməkhaqqının tam şəkildə birdəfəlik ödənilməsi, qanuni hüquqlarının pozulduğuna görə ona dəymiş mənəvi ziyan 50000 manat məbləğində pul, eyni zamanda vəkil xidmətlərindən istifadə etməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının "Yusifbəyli və Partnyorları” vəkil bürosunun hesabına ödədiyi 120 manat pulun və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 17,25 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsinin bir vəzifə kimi Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Milli Elmlər X5 qərarına əsasən hazırda Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29-13-1-800K/2023 saylı əmrinə əsasən heç bir qanuni əsas olmadan, tamamilə qanunsuz olaraq, xx.xx.2023-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilmiş və heç bir qanuni əsas olmadan vəzifəsindən azad olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə öz tabeliyində olan elmi müəssisə, təşkilat və qurumlara ünvanladığı məktubda bildirmişdir ki, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə elm sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndiniməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Ölkə Prezidentinin digər Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Cavabdeh tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilmişdir. Ümumilikdə, 37 müəssisə təşkilat və qurumlar üzrə səlahiyyətlərin icrası Nazirliyə həvalə edilmişdir. Bu müəssisə, təşkilat və qurumlarda müddətli əmək müqaviləsi ilə çalışan rəhbər heyət ilə hazırda qüvvədə olan Nizamnamə və Əsasnamələrə uyğun olaraq müqavilə müddətinin 2023-cü ilin yanvar ayının 31-dək uzadılması, eyni zamanda, elmi müəssisə təşkilat və qurumların fəaliyyətində vakant saxlanması fasilələr yarada biləcək vəzifələr (maliyyə-təsərrüfat) istisna olmaqla, digər vəzifələr üzrə işə qəbulun müvəqqəti dayandırılması, xüsusi zərurət olduğu halda 2023-cü ilin yanvar ayının 31-dək müddətli əmək müqaviləsi ilə təyinatın aparılması məqsədəmüvafiq hesab edilir". Lakin 31 yanvaradək əsasnamələr təsdiq olunmadığından bu müddət iyun ayınadək uzadıldı. Bu müddət ərzində də əsasnamələr təsdiq olunmadığından müqavilə müddətləri qeyri-müəyyən müddətədək uzadılmışdır. X13 Cavabdeh də aldadaraq, xx.xx.2021-ci ildə AMEA Rəyasət Heyəti ilə İddiaçı arasında bağlanan müqavilənin, belə bir müqavilənin faktiki olmamasına baxmayaraq bilmə tarixə əsaslanaraq, həmin tarixdən onu işdən azad edilməsinə nail olmuşdur. Unutmuşlar ki, göstərilən əmək müqavilələri bütün rəhbər işçilər üçün Prezidentin fərmanından sonra qüvvədən düşmüş və elə bu səbəbdən yuxarıda sadalanan müddətlərədək əmək müqavilələri uzadılmışdır. AMEA Rəyasət Heyəti ilə bağlanan və Prezident fərmanı ilə qüvvədən düşmüş və göstərilən səbəblərdən Cavabdeh tərəfindən də qeyri-müəyyən müddətədək (Cavabdeh yanında "Elm və Ali Təhsil üzrə X3 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Yəni əmək müqavilələrinin müddətləri faktiki xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır) uzadılan əmək müqaviləsinə (xx.xx.2021-ci il) yenidən istinad edilərək onun işinə xitam verilməsi heç bir məntiqə sığmayan qanun pozuntusudur. Cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli, R- 16902/02/11-24 saylı məktubunda qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1769 nömrəli Fərmanına əsasən elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilmiş, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları Nazirliyin tabeliyinə verilmişdir. Eyni zamanda AMEA yenidən təşkil olunaraq öz fəaliyyətini müstəqil qurum olaraq davam etdirir. Qeyd olunanlara əsasən Nazirliyin yeni əsasnaməsinin və AMEA-nın yeni nizamnaməsinin hazırlandığını nəzərə alaraq, qaldırılan məsələyə adıçəkilən sənədlər təsdiq edildikdən sonra baxılmasını məqsədəmüvafiq hesab edirik. Yəni bir ildən artıqdır ki, Əlövsət Quliyevin dövlətin büdcəsini öz ata malı kimi talan etməsinin qarşısının alınması və məsuliyyətə cəlb edilməsini tələb edən ona "bu məsələlər nizamnamə və digər sənədlər təsdiq olunduqdan sonra baxılacağı cavabı verilir, lakin dərhal məsuliyyətə cəlb olunmalı bir adamın saxta tərtib etdiyi sənədlərə əsasən o, dövlət büdcəsinin talan olunmasının qarşısını almağa çalışan həmin müddət gözlənilmədən dərhal tələm tələsik, saxta əmrlə işdən azad olunur. Məntiqi nəticə ondan ibarətdir ki, burada yaranmış boşluqdan istifadə edib, cinayət əməlində ittiham olunan birini müdafiə etməklə cinayəti ört-basdır etmək məqsədi güdülmüşdür. Ağlı başında olan heç bir məmur bu kimi saxtakarlığa getməzdi. Heç Allah da bunu bağışlamaz. Cavabdeh Əsasnaməsi və Cavabdeh yanında Elm və Ali Təhsil üzrə X3 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən təsdiq olunmuşdur. Bu tarixdən sonra təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturu formalaşdırılacaqdır. Onun Cavabdeh ilə heç bir əmək müqaviləsi bağlamadığından, (yeni əsasnamələr təsdiq olunmadığından) odur ki, onun işdən azad olunmasına səbəb onun Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyevin cinayət əməllərini ifşa etməyə cəhd etməsi olmuşdur. Eyni zamanda, yaranmış müvəqqəti boşluqdan məharətlə istifadə edən Əlövsət Quliyev müxtəlif yollarla Cavabdehndə özünə havadar taparaq, özünün tərtib etdiyi saxta sənədlərlə onları da aldadaraq, onun işdən çıxarılmasına nail olmuşdur. Əsas məqsədi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində haqqında aparılan cinayət işlərinin araşdırmalarından canını qurtarmaq olmuşdur. Hər həftə bu haqda, Əlövsət Quliyevin cinayət əməllərinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması haqqında Baş Prokurorluqdan iddiaçıya SMS-lə məlumat verilir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3494/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 68.2 "b”əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xitam verilməsi barədə 04 iyul 2023-cü il tarixli, 3-29-/3-1-800K/2023 saylı əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 120 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 17,25 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X6).
6. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, İddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsini icra etdiyi müddətdə qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Cavabdeh tabeliyinə verilməsi "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə əlaqədar olaraq Nizamnamə və Əsasnamələrin təsdiq edilməsi prosesi yekunlaşdırılmadığı üçün Cavabdeh tərəfindən həyata keçirilə bilməz. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci bəndinin "b” yarımbəndinə əsasən xitam verilməsi səlahiyyətinə malik olması üçün İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsasnaməsi və Cavabdeh yanında “Elm və Ali Təhsil üzrə X3” təsdiq edilməli idi. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi, Əmək Məcəlləsinin 45-ci, 68-ci, 73-cü, 76-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ilin aprel-may aylarından başlayaraq institut daxilində öz vəzifə səlahiyyətlərinə aid olmayan məsələrlə məşğul olmuş, fəaliyyətindəki nöqsanların aradan qaldırılması və kollektivlə normal rəftar etməsi ondan tələb olunmuşdur. İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, o fəaliyyətindəki nöqsanların aradan qaldırmaq əvəzinə institutun normal işini pozmaqda davam etmişdir. İddiaçı tabeçilik prinsiplərinə əməl etməmiş, üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən nümayişkarənə şəkildə imtina etmişdir. Onun bu hərəkətləri İnstitutun normal fəaliyyətinə mənfi təsir etmişdir. İddiaçı qanunsuz hərəkətləri barədə 16 may 2022-ci il tarixdə AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova bu barədə məlumat verilmiş, İddiaçı tutduğu vəzifədər azad edilməsi xahiş edilməklə və tərtib olunmuş sənədlər baxılması üçün A.Həşimova göndərilmişdir. AMEA tərəfindən onun barəsində heç bir tədbir görülməmiş, tərtib olunmuş sənədlər müzakirəyə belə çıxarılmamışdır. Bu da İnstitutun imicinə böyük zərbə vurmuşdur. AMEA prezidenti vəzifəsini icra edən akademik X15 Rüstəmov barəsində tədbir görmək əvəzinə İddiaçıla AMEA arasında bağlanmış əmək müqaviləsinin müddəti bitən gün İddiaçı əmək məzuniyyəti verilməsi barədə sərəncam vermiş və sərəncamda işə çıxma vaxtı olaraq 02 sentyabr 2022-ci il tarix göstərilmişdir. İddiaçı məzuniyyətdən sonra işə çıxmamış, bu barədə sənədlər tərtib olunaraq AMEA rəhbərliyinə göndərilmişdir. İddiaçı qanunsuz hərəkətləri barədə İnstitutun baş direktoru Əlövsət Quliyev tərəfindən AMEA rəhbərliyinə müraciətlər olmuş, işə çıxmadığına və əmək müqaviləsinin uzadılıbuzadılmaması barədə müqavilənin olub-olmaması barədə məlumatsız olduğu üçün Baş Direktor İddiaçı əmək haqqı verilməsini dayandırmış və bu barədə AMEA rəhbərliyinə məlumat verilmişdir. Sonra AME/ rəhbərliyinin göstərişinə əsasən İddiaçı əmək haqqısı ödənilmişdir. Asin Rüstəmovun əmək intizamını pozması ilə bağlı Torpaqşünaslıq və X2 Təşkilatının qərarı da olmuşdur. 03 oktyabr 2022-ci il tarixdə AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Vəkil1 İnstitutun baş direktoruna ünvanladığ məktubda qeyd edilir ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru İddiaçı arasında 06 iyul 2022-ci il tarixində 2 ay müddətində bağlanmış əmək müqaviləsinin bitmə tarixi 06 sentyabr 2022-ci il tarixi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanına əsasən Torpaqşünaslıq və Aqrokimya İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinir tabeliyinə və Azərbaycan Respubluikası Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli, 374 nömrəli qərarı ilə tıəsdiq edilmiş Azərbaycan Mill Elmlər Akadeniyyasının sturukturunun siyahısında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun adının olmaması səbəblərindən İnstitutunbaş direktoru və icraçı direktoru ilə bağlı əmək münasibətlərinə baxılması AMEA rəhbərliyinin səlahiyyətləri xarixindədir. Hazırda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun rəhbər vəzifəli şəxsləri ilə əlaqədar əmək münasibətləri ilə bağlı məsələlər Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyinin səlahiyyətlərinə daxildir. Bundan sonra İnstitutun Baş direktoru Əlövsət Quliyev tərəfindən icraçı direktor İddiaçı qanunsuz hərəkətləri barədə mütəmad olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məlumatlandırılmışdır. İddiaçı uzun müddətdir işə gəlmir, gələndə də bir neçə saatlığa gəlib gedir, işə gəlmədiyini gizlətmək məqsədi ilə “turniket”dən keçmir, bu tələbə əhəmiyyət belə vermir, ona irad tutanda isə heç kimi saymadığını nümayişkarənə şəkildə bildirir, bu da kollektivdə mənfi qarşılanır. Məhkəmə işə baxarkən Torpaqşünaslıq və Aqrokimya İnstitutunu işdə iştirak etməyə cəlb etməli idi. Lakin məhkəmə bunu etməmiş, çıxardığ qətnamə isə bilavasitə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hüquq və vəzifələrinə toxunur. Ona görə ki, icraçı direktorun vəzifəyə təyin olunması Baş direktorun təqdimatı əsasında həyata keçirilir. İcraçı direktorun işə bərpa olunması birbaşa Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hüquqlarına toxunur. əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə əmək müqaviləsinə xitam verilə bilər. Göründüyü kimi İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti 06 iyul 2023-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanına əsasən Torpaqşünaslıq və Aqrokimya İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan da AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun idarə edilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətinə verilmişdir. Lakin qanunun bu müddəası məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.
10. Maraqlı şəxs AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu da qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin başa çatmasını nəzərə alaraq, Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli, 3-29-/3-1-800K/2023 saylı əmri ilə xitam verilmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, Torpaqşünaslıq və X1 təsdiq edilmədiyindən icraçı direktorun əmək müqaviləsinə xitam verilə bilməzdi. Hesab edirlər ki, məhkəmənin bu mövqeyi hüquqi əsası olmayan formal mülahizələrə əsaslanmışdır. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qeyd edilən qanunun tələbinə uyğun olaraq, xx.xx.2022-ci il tarixli, 1769 saylı Fərman dərc edildiyi gündən orada qeyd edilən səlahiyyətlər Elm və Təhsil Nazirliyinə verilmişdir. Lakin, məhkəmə qətnamədə qeyd edir ki, əmr İnstitutun Nizamnaməsi təsdiq edilmədən verildiyindən ETN-nin iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, 2(005)-3494/2023 saylı mülki iş üzrə tərəf olmayan Cavabdeh “Torpaqşünaslıq və Aqrokimya İnstitutunun” baş direktoru Əlövsət Quliyevin heç bir hüququ olmadığı halda, 26 dekabr 2023-cü il tarixdə vermiş olduğu etibarnaməyə istinad edən “M.B.M” vəkil bürosunun vəkili X8 11 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3494/2023 saylı mülki iş üzrə çıxardığı 24 noyabr 2023-cü il tarixli qətnaməsindən 10 yanvar 2024-cü il tarixli apellyasiya şikayətini vermişdir. Belə ki, 2(005)- 3494/2023 saylı mülki iş üzrə Cavabdeh “Torpaqşünaslıq və Aqrokimya İnstitutu” tərəf olmadığından, həmin İnstitutun baş direktoru Əlövsət Quliyevin 26 dekabr 2023-cü il tarixdə vermiş olduğu etibarnamə qanunsuz olmaqla yanaşı, həmin etibarnaməyə əsaslanaraq, “M.B.M” vəkil bürosunun vəkili X4 11 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3494/2023 saylı, 24 noyabr 2023-cü il tarixli Qətnaməsindən vermiş olduğu 10 yanvar 2024-cü il tarixli apellyasiya şikayəti tərəf olmayan şəxs, yəni apellyasiya şikayətini apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu səbəbdən də qeyd olunan apellyasiya şikayəti həmin birinci instansiya məhkəməsi, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq məhkəmə qərardad çıxarılmaqla geri qaytarılmalıdır.
ç) Proses iştirakçılarının izahatı
13. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X9, habelə nümayəndəsi və vəkili Vəkil3 öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 63.1-cüi maddəsinə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 63.2-ci maddəsinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 73-cü maddəsinin ikinci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilmiş, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə elm sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmin Fərmanla təsdiq olunmuş "Azərbaycan Milli Elmlər Akademiyasının Cavabdeh tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının Siyahısı”nın 1.23-cü maddəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutu da göstərilmişdir. Cavabdeh müvafiq əmrinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsini 68-ci maddəsinin ikinci bəndinin "b” yarımbəndinə əsasən xitam verilmişdir.
23. İş materialları ilə də təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə öz tabeliyində olan elmi müəssisə, təşkilat və qurumlara ünvanlanan məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə verilən müəssisə, təşkilat və digər qurumlarda müddətli əmək müqaviləsi ilə çalışan rəhbər heyət ilə qüvvədə olan Nizamnamə və Əsasnamələrə uyğun olaraq müqavilə müddətinin 2023-cü ilin yanvar ayının 31-dək uzadılması məqədəmüvafiq hesab edilir. Lakin bu müddətədək əsasnamələr təsdiq olunmadığına görə bu müddət iyun ayına qədər uzadılmış və yenə bu müddət ərzində də əsasnamə və nizamnamələr təsdiq olunmamışdır.
24. İddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsini icra etdiyi müddətdə qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Cavabdeh tabeliyinə verilməsi "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə əlaqədar olaraq Nizamnamə və Əsasnamələrin təsdiq edilməsi prosesi yekunlaşdırılmadığı üçün Cavabdeh tərəfindən həyata keçirilə bilməz. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci bəndinin "b” yarımbəndinə əsasən xitam verilməsi səlahiyyətinə malik olması üçün İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsasnaməsi və Cavabdeh yanında “Elm və Ali Təhsil üzrə X3” təsdiq edilməli idi.
25. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.
26. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.
27. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.
28. Göründüyü kimi, İddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda icraçı direktoru vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu Cavabdeh tabeliyinə keçdikdən sonra, sonuncu tərəfindən əsassız olaraq iddiaçı ilə həmin orqan arasında hər hansı bir əmək müqaviləsi bağlanılmadan, İddiaçıla AMEA-nın Rəyasət Heyəti arasında bağlanan 06 iyul 2021-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndini tətbiq etməklə xitam verilmişdir. Halbuki bütün əmək müqavilələri, eyni zamanda İddiaçıla AMEA-nın Rəyasət Heyəti arasında bağlanan 06 iyul 2021-ci il tarixli əmək müqaviləsi "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə qüvvədən düşmüşdür. Bu səbəbdən Fərmanda əmək müqavilələrinin müddətinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsasnaməsi təsdiq edilənədək uzadılması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsasnaməsi 24 iyul 2023-cü il tarixdə təsdiq edilməsinə baxmayaraq Nazirliyin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən 06 iyul 2021-ci il tarixli əmək müqaviləsinə istinad etməsi əsassız olmuşdur. İşin hallarından aydın olur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddiaçıya münasibətdə iddiaçıyla əmək müqaviləsinə artıq onun işəgötürəni olmayan şəxs olaraq onlar tərəfindən xitam verilmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və maraqlı apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3494/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.