Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1978/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi Qaziyevnanın Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(005)-5940/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qaziyevna “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X1 27 may 1937-ci il tarixdə Zaqatala rayonunda doğulması barədə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum əri A.Şahbazov 27 may 1937-ci il tarixdə Zaqatala rayonunda doğulmuş və 16 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Ərizəçi 2021-ci ilin oktyabr ayında hazırda Fransada yaşayan qızına həmin ölkədə daimi yaşamaq üçün icazənin verilməsinə görə müxtəlif sənədləri hazırlamalı olmuş, həmin sənədlər arasında mərhum ərinin doğum haqqında şəhadətnaməsi də vardır. Lakin həmin sənəd leqalizasiya edilərkən notariat kontorunda bildirilmişdir ki, doğum haqqında akt qeydi bazada mövcud deyil. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etmiş və şöbə tərəfindən mərhumun doğum akt qeydinin itirildiyi, bərpası üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(001)- 5940/2021 saylı qərardadı ilə (hakim Solmaz Ədilə) iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmuşdur. Qərardaddan narazı olan ərizəçi ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş və şikayətini – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, işə ümumi məhkəmədə xüsusi icraat qaydasında baxılmalı olması ilə əsaslandırmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12.04.2019-cu il tarixli müvafiq qərarına istinad etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(001)- 5940/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 16.02.2022-ci il tarixli, 287 saylı məktubla məhkəməyə müraciət edərək, ərizəçinin apellyasiya şikayətinə etirazı olmadığını bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəəəəəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmənin hansı faktların müəyyən edilməsi barədə işlərə baxdığı konkret göstərilmiş və onlardan biri kimi həm də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən olunması qeyd olunmuşdur. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hazırda ərizəçi mərhum əri X1 doğum, ölüm və nikah haqqında şəhadətnamələrinin surətlərini təqdim etməklə onun doğum faktının müəyyən olunmasını xahiş edir. Qeyd olunan məsələ ilə bağlı ərizəçi ilk öncə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş və şöbə tərəfindən 05.11.2021-ci il tarixli, 232 saylı cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aklarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri təərfindən icra edilir. Hazırkı halda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi isə, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icrata qəbul etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən rayon məhkəməsinin bu mövqeyi ilə razılşamır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. ...İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ərizədən və ona əlavə olunmuş sənədlərdən də göründüyü kimi, ərizəçi xüsusi icraat qaydasında ərizə verməklə qanunvericiliyin bununla bağlı yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq itən sənədin bərpasını tələb etmiş və həmin qeydin mövcudluğu ilə bağlı sənədləri, eyni zamanda onun bərpasının mümkün olmamasını təsdiq edən sənədi (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair məktub) məhkəməyə təqdim etmişdir. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi işə prosessual normaların tələblərinin pozulması ilə baxmış və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi ərizəyə nəyə görə inzibati qaydada baxılmalı olmasını əsaslandırmamış, ümumi mülahizələrdən çıxış etmişdir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş xüsusi icraat qaydasında verilmiş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi Qaziyevnanın Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(005)-5940/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(005)-5940/2021 saylı qərardadı ləğv edilsin və iş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1978/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1978/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver