Məhkəmə qərarları › İş №2(103)-1978/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1978/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1978/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2(006)-3549/2022 nömrəli qətnaməsindən iddiaçının şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 148875,76 ABŞ dolları məbləğdə əsas borc, gecikdirilmiş məbləğ üzrə hesablanmış 28428,35 ABŞ dolları məbləğdə faiz borcu, vurulmuş maddi zərərə görə 22290 İsveçrə frankı və 8488 ABŞ dolları məbləğlərində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Qətnamə ilə razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

4. İşə apellyasiya qaydasında baxılarkən tərəflər Məhkəməyə İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli barışıq sazişini təqdim edərək, təsdiq edilməsini xahiş etmişlər.

5. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: “- Maddə 2. Barışıq Məbləğinin ödənilməsi - 2.1. Cavabdehlər Banka ümumilikdə 50000 ABŞ dolları (əlli min dollar) (bundan sonra “Barışıq Məbləği”) məbləği ödəməyi öhdələrinə götürürlər. 2.2. Cavabdehlər Barışıq Məbləğini aşağıdakı kimi ödəyəcəklər: 2.2.1. 20000 ABŞ dolları (iyirmi min dollar) X7 sonra 10 (on) gün ərzində ödənilməlidir (bundan sonra “İlkin Ödəniş”); - 2.2.2. Qalan 30000 ABŞ dolları (otuz min dollar) İlkin Ödəniş tarixindən etibarən 1 (bir) il ərzində birdəfəlik və ya hissəvi şəkildə ödənilməlidir; - 2.3. Cavabdehlər Barışıq Məbləğini ABŞ dolları ilə ödəyəcəklər. Cavabdehlər Barışıq Məbləğinin Banka köçürülməsi üçün Azərbaycanda olan bütün vergiləri, məsrəfləri və xərcləri (bank haqları daxil olmaqla) ödəməyi öz üzərilərinə götürürlər və X8 bərabər xalis məbləği almasını təmin etməlidirlər; X11 aşağıdakı bank hesabına ödənilir: İBAN USD: CH53 0872 7105 1269 1204 4 Hesabın sahibi: Banque Cramer & Cie SA – X2 Kodu: CRAMCHGGXXX - 2.4. X13 üzrə ödənişi tam şəkildə və bütün İddiaların qəti şəkildə həll edilməsi müqabilində qəbul edir və Cavabdehləri bütün İddialardan azad edir (bu Barışıq Sazişi üzrə əmələ gələn öhdəliklərin icrası ilə bağlı iddialar istisna olmaqla); - 2.5. Bank, Barışıq Məbləğini tam şəkildə aldıqdan sonra 30 (otuz) gün ərzində, Cavabdehlərin Banka Preambula hissəsinin “B” bəndində göstərilmiş olan ödənilməmiş borcu barədə müvafiq kredit tarixçəsi qeydinin silinməsi və ya dəyişdirilməsi (şəraitdən asılı olaraq) üçün müvafiq kredit bürosu(ları)na bildiriş(lər) göndərir; Maddə 3. Müqavilənin ləğvi 3.1. Tərəflər bununla Müqaviləni ləğv edir: Belə ləğvetmə X1rşılıqlı razılığı ilə baş vermiş hesab olunur. Müqavilənin ləğvinə hüquqi qüvvənin verilməsi üçün Tərəflərdən hər hansı başqa hərəkətin edilməsi (o cümlədən, lakin bununla məhdudlaşmadan, Müqavilənin ləğvi üçün ayrıca razılaşmanın bağlanılması və ya Tərəflərin bir-birinə hər hansı bildirişi verməsi) tələb olunmayacaqdır. 3.2. Müqavilənin ləğvi Tərəflərin Müqavilə üzrə bütün və hər hansı hüquq, öhdəlik və məsuliyyətlərinin onların məlum olub-olmamasından, faktiki və ya şərtli olmasından və ya keçmiş, hazırkı və ya gələcək olmasından asılı olmayaraq dərhal ləğv edilməsi ilə nəticələnəcəkdir. 3.3. Hər hansı şübhəni aradan qaldırmaq üçün Tərəflər razılaşır ki, bu Barışıq Sazişinin müddəaları, Müqavilənin ləğvinə müstəsna olaraq tətbiq edilir və Müqavilənin bunlarla ziddiyyət təşkil edən və ya bunlara uyğun olmayan bütün müddəalarını dəyişir və onlardan üstündür; - 3.4. 12749231 nömrəli hesabla bağlı bank münasibətlərinə xitam verildikdən sonra, Bank belə xitamı təsdiqləyən məktubu Cavabdehlərə təqdim edəcəkdir; Maddə 4. Hüquqlardan imtina və öhdəliklərdən azad olma 4.1. X7 etibarən hər bir Cavabdeh qeyd-şərtsiz və geri-götürülməz şəkildə Banka qarşı olan bütün İddialardan imtina edir və Bankı Müqavilə üzrə ona qarşı olan hər hansı öhdəlik və məsuliyyətlərdən azad edir; - 4.2. X7 etibarən Bank qeyd-şərtsiz və geri-götürülməz şəkildə Cavabdehlərə qarşı bütün İddialardan imtina edir və Cavabdehləri Müqavilə üzrə Bank qarşısında olan hər hansı öhdəlik və məsuliyyətlərdən azad edir, bu şərtlə ki, Cavabdehlər bu Barışıq Sazişinə uyğun olaraq X10 tam şəkildə ödəmiş olsunlar; - 4.3. X7 etibarən hər bir Cavabdeh qeyd-şərtsiz və geri-götürülməz şəkildə Banka 12749231 nömrəli hesabı (bank münasibətlərini) bağlamağı tapşırır və Banka qarşı bütün İddialardan imtina edir və bu tapşırıq və belə hesabın bağlanması ilə əlaqədar Bankı ona qarşı olan hər hansı öhdəlik və məsuliyyətlərdən azad edir; - 4.4. Yuxarıdakılara baxmayaraq, bu 4-cü maddədə göstərilən imtina və azadolma Tərəfin bu Barışıq Sazişində müəyyən edilmiş hüquqları, öhdəlikləri və məsuliyyətinə şamil edilmir”.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası barışıq sazişini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, saziş qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 10 mart 2023-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2(006)- 3549/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar