Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-198/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: vindikasiya iddiası, zəruri keçid verilməsi, əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 Hümmət oğlunun, Cavabdeh2 vəkili və nümayəndəsi Məmmədov Asəf Sahib oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə) “torpağın boşaldılması, yolun açılması, maddi və mənəvi ziyanın tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 198/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədə yerləşən 25,2 kv metrdən ibarət olan 2 nömrəli ev İddiaçı mülkiyyətindədir (xx.xx.2004-cü il tarixli müqavilə əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi, 6921 № ilə reyestr kitabında yazılmışdır).
2. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi İddiaçı mülkiyyətindədir (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il).
3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 209 №-li sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində turizm obyektinin tikintisi üçün 2,8 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında "xxxx" MMC 2,53672 ha torpaq sahəsini mülkiyyət hüququ üzrə özəlləşdirmişdir (reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il).
4. "xxxx" MMC xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini Cavabdeh2 satmış, sonuncu da yuxarıda qeyd olunan Çıxarışı almışdır (məhkəmə aktları).
5. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində yerləşən 2,53672 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur (reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il).
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı və X6 cavabdehlər Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə və X4 qarşı maddi və mənəvi zərərin ödənilməsi və qeyri-qanuni tikilmiş hasarın tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin cavabdehlər İddiaçı, X10, X7, X15, AR ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə, Abşeron rayon İcra Hakimiyyətinə, Abşeron rayon 1 saylı DNK-ya və Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi nümayəndəliyinə qarşı daşınmaz əmlakın mülkiyyət hüququna dair qeydiyyat vəsiqələrinin, qərarların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.
7. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1408/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 209 saylı sərəncamı - X8 mərhum atası Məcid Nuru oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi 21-ci döngədəki 1 saylı yaşayış evinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evinin həyətyanı sahələrlə (texniki pasporta uyğun ölçüdə) birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmiş, həmin qərar apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, şikayətlər təmin edilməyərək qərar qanuni qüvvəsini almışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı və X8 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri qiamən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin iddiaçılara aid hissədə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evi, texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDR-də 424 nömrəli reyestr kitabının 40164 nömrəli vərəqəsində aparılmış qeydiyyatıniddiaçılara aid hissədə ləğv edilməsi, müqavilə əsasında Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın iddiaçılara aid hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin bakı şəhər Ərazi İdarəəsi tərəfindən DƏDR-də bu barədə müvafiq dəyişiklik aparılması qət edilmişdir.
9. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 3- 27-103/2-13536/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AYNA tərəfindən ödənişli parklanma yerləri “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 25 iyun tarixli, 213 nömrəli Qərarı ilə müəyyən olunmuş zonalar daxilində dövlət avtomobil yollarında təşkil edilir və hər bir zona üzrə parklanmaya görə ödənişin məbləği sözügedən qərarda öz əksini tapmışdır. Belə ki, Bakı şəhərinin ərazisində parklanmanın 1 saatına görə Mərkəz zonası üçün 1 AZN, İ zona üçün 0,70 AZN, İİ zona üçün 0,40 AZN, İİİ zona üçün 0,30 AZN, İV zona üçün isə ödənişsiz olması müəyyən olmuşdur; müraciətdə qeyd olunan ərazi dövlət avtomobil yollarına aid olmadığından və parklanmanın ödənişsiz olduğu İV zonada yerləşdiyindən həmin ərazidəki qiymətlər barədə məlumatların təqdim olunması imkan xaricindədir.
10. İşin apellyasiya baxışı zamanı İddiaçı tərəfindən təqdim edilmiş “X18”-ə aid parking biletindən görünür ki, qiymətlər - 15 dəqiqəyə qədər pulsuz; 1 saata qədər 1 AZN; 2 saata qədər 2 AZN; 3 saata qədər 3 AZN; 3 saatdan 5 saata qədər 4 AZN; 5 saatdan 10 saata qədər 5 AZN; 10 saatdan sutka sonuna qədər 10 AZN müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1 və q. qarşı məhkəməyə iddia ərizəsi (dəqiqləşdirilmiş tələblə) ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavabdehlər tərəfindən boşaldılması və ona təhvil verilməsi, həmin torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının cavabdehlər tərəfindən sökülməsi; vurulmuş maddi zərərin əvəzi olaraq (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) 3.000.000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi; xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edərək cavabdehlərin altı il ərzində əldə etdiyi 540.000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi; daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalar (stol-stullar, mebel, soyuducu, qabyuyan, iki ədəd kondisioner, iki ədəd televizor və digər) 96.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması; vurulmuş mənəvi zərərə görə 1.000.000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən iddiaçıya məxsus olan 2 saylı bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və burada mövcud olmuş iki və üç mərtəbəli evləri, hovuzu, palma və digər növ ağacları (bağ sahəsinin ətrafı daş hasarla əhatə olunmuşdur) 2012-2015-ci illər ərzində bu şəxs tərəfindən məhv edilmişdir. Bununla bağlı neçə ildir ki, müxtəlif orqanlara müraciət edir. Belə ki, torpaq sahəsinin ona məxsusluğu mülki məhkəmə icraatı qaydasında həll olunaraq, məhkəmə qərarları ilə təsdiqlənmişdir. Ona məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsinə bitişik torpaq sahəsi Əliabbas Salahzadənin həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Göstərilən işlə bağlı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 186.2.1, 320.1 və 322ci maddələri ilə cinayət işi başlanmış, cinayət işi istintaqın aparılması DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət icraatı öz yerində, hazırda ona məxsus torpaq sahəsindən həmin şəxslərin çıxarılmasını, onların hesabına daşınmaz əmlakın qaytarılması, illərlə daşınmaz əmlakından istifadə edə bilmədiyinə görə vurulmuş 1 000 000 manat mənəvi ziyan zərərin ödənilməsini tələb edir. Dağıdılmış evin 2012-ci ilə qiymətləndirilməsi iki milyon dörd yüz altmış min manat təşkil edir, bu barədə müvafiq audit rəyini hazırkı şikayətə əlavə edir. Hal-hazırda həmin dağıdılmış yerdə və onun torpaq sahəsində altı ildir ki, pullu dayanacaq fəaliyyət göstərir və həmin pullu dayanacağı iş üzrə Cavabdeh2 və əri Salahzadə Əliabbas işlədirlər. Gündə ən azı 150-200 maşın gəlir. Ancaq yay aylarında hər maşına görə beş manatdan hesablayanda günə 1000 manat, ayda 30000 manat, bir ilə ancaq yay ayları üçün 90000 manat edir. Altı il ərzində 540000 manat edir. Həmin şəxslər ər-arvad olduğundan birgə məsuliyyət daşıyırlar.
13. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı tələbini Bilgəh qəsəbəsində dəniz sahilində yerləşən 20 .sot əraziyə mülkiyyət hüququnun olması, 2004-cü ildə həmin ərazidən əmlak alması, tikdirdiyi 3 və 2 mərətəbəli iki evinin, hovuzunun sökülməsi, öz əmlakından istifadə edə bilməməsi ilə əsaslandırmağa çalışmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı göstərmişdir ki, iddiaçının özünün də bildirdiyi kimi, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev 1 ünvanında yerləşən yaşayış evlərinin, hovuzun və sairənin onun tərəfindən qəsdən məhv edilməsi, ona məxsus torpaq sahəsinin tərəfindən özbaşına tutulması, ona maddi ziyan vurulması üzrə hazırkı tələbləri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən daşınmaz əmlak, həmçinin torpaq sahəsinə aid olan münasibətlərlə bağlıdır. Belə olan halda iddiaçının həmin tələblərini esab edir və bildirir ki, həmin tələb əsassızdır və təmin oluna bilməz. İddia ərizəsində göstərildiyi kimi, ona məxsus əmlakın məhv edilməsi, torpaq sahəsindən istifadəyə dair maneələr kimi hərəkətlər guya onun tərəfindən 2012-ci ildə törədilmişdir. Ancaq həmin vaxtdan ötən 6 ildən artıq müddət ərzində bu münasibətlər iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Mülki iş üzrə iddia müddətinin anlayışı, iddia müddətləri, iddia müddətinin tətbiqi və bu kimi məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-384-cü maddələri ilə tənzimlənir. Həmin 373.1 -ci maddəsi ilə ümumi iddia müddəti 10 il, 373.1-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı münasibətlər üçün 6 il müəyyən edilmişdir. Göstərilən hüquqi normaların tələblərinə görə İddiaçı ona qarşı iddia irəli sürmək üçün müəyyən olunmuş iddia müddətini ötürmüşdür və belə olan hal iddiaçının iddia tələbindən imtina edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsasdır.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-198/2023 nömrəli, 2 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) Cavabdeh2 tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi, həmin torpaq sahəsinə maneəsiz gedişgəlişin təmin edilməsi, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqlarının Cavabdeh2 tərəfindən sökülməsi qət edilmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/7511 №-li ekspert rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına və Kadastr və Yerquruluşu Layihə Təhqiqat Mərkəzi MMC-nin tərtib etdiyi mövcud sxemə əsasən İddiaçı məxsus 0,2 ha torpaq sahəsinin (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş kadastr planının arxiv materiallarına əsasən) cənub-qərb tərəfdən sərhəd boyu, Zağulba prospektinə birbaşa çıxışı olan asfalt örtüklü yol mövcuddur. Qeyd olunan yol əvvəlki vəziyyətdə Cavabdeh2 məxsus 2,53672 ha (sonradan yerdə qalan 2,1487 ha) torpaq sahəsinin daxilində yerləşir. Faktiki vəziyyətdə yolun Zağulba prospektindən giriş hissəsində mühafizə postu mövcud olmaqla şəbəkə restoranına və çimrərlik ərazisinə xidmət edir. İddiaçı mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxış mövcud deyil.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi və ona gedən yol Cavabdeh2 tərəfindən zəbt edilmişdir və bu əsasdan iddiaçının birinci tələbi qismən təmin olunmalı, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavadbeh Cavabdeh2 tərəfindən boşaldılmalı və ona təhvil verilməli, həmin torpaq sahəsinə maneəsiz gediş-gəliş təmin edilməli, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqları sökülməli, iddia Cavabdeh1 qarşı rədd edilməlidir. Belə ki, Cavabdeh1 bu tələbə cavab verməli olduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələbi alıçəkilən 384.0.4-cü maddəsinin təsiri altiına düşdüyündən iddia müddəti tədbiq edilə bilməz. Məhkəmə hesab edir ki, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı digər tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə mənəvi zərərlə bağlı qeyd etmişdir ki, iddiaçı özünün mənəvi zərər çəkməsi, eyni zamanda həmin zərərin ******* manat olmasına dair sübut təqdim edə bilməmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 68-ci maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1, 152.1, 152.5, 157.1, 157.2, 180.1, 180.4, 372.1, 372.2, 373.2, 375.1 və 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-198/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək onun iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərini pozaraq işdə olan sübutları düzgün qiymətləndirməmiş, nəticədə iddianın təmin edildiyi hissəsində yanlış nəticəyə gələrək, həmin hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 tərəfindən zəbt edilmiş olduğu qənaətinə gəlindiyi torpaq sahəsi və yol zəbt edilməmişdir. Belə ki, həmin torpaq sahəsi və yol Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin tərkib hissəsidir. Mülki işin materiallarından görünür ki, iddiaçının torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir, sadəcə həmin torpaq sahəsi buna qədər iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada alınmışdır. Belə ki, birinci instansiya məhkəməsinin özünün də müəyyən etdiyi kimi həmin torpaq sahəsi "xxxx" MMC tərəfindən özəlləşdirildikdən sonra cavabdehə satılmış 2,53672 ha torpaq sahəsinin tərkibində olmuş, sonradan iddiaçının iddia ərizəsi əsasında başqa bir mülki iş üzrə Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ haqqında çıxarış qismən ləğv edildikdən sonra isə iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı nə zaman istəsə həmin torpaq sahəsi üzərində sərəncam hüququnu cavabdehdən və digər şəxslərdən asılı olmadan həyata keçirə bilər. Yalnız həmin torpaq sahəsi şimal-qərb, qərb və cənub-qərb tərəfdən Cavabdeh2 xüsusi mülkiyyətində olan 2,1487 ha torpaq sahəsi ilə, şimal-şərq tərəfdən isə başqa torpaq sahəsi ilə əhatə olunduğundan iddiaçı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilməmişdir. Sökülməsi tələb edilən şlaqbaum, darvaza və parklanma avadanlıqları Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə Zağulba prospekti arasında yerləşən bir hissəsində (Cavabdeh2 xüsusi mülkiyyətində olan hissəsində) quraşdırılmış olduğundan, həmin avadanlıqları quraşdırmaqla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsindən sadəcə bir mülkiyyətçi kimi istifadə etmişdir. Bu səbəbdən qeyd olunan maddələrin bu vəziyyətdə mübahisənin həllinə tətbiq edilməsi düzgün olmamışdır.
22. Qətnamədən həmçinin İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-198/2023 №-li, 2 fevral 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın hər iki cavabdehə münasibətdə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etmədiyi hissələrə münasibətdə norma tətbiqində yanlışlığa yol verib. Belə ki, cavabdehlərin aşkar qanunsuz hərəkətləri nəticəsində mənim külli miqdarda dəyərə malik evim qanunsuz olaraq sökülməklə mənə ağır maddi zərərlər vurulub ki, birinci instansiya məhkəməsi bu faktlara hüquqi qiymətini verməyib. Üstəlik buna birbaşa cavabdeh olan Cavabdeh1 iddiası üzrə cavabdeh kimi belə görməyib. Bu cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona məxsus ərazidən avtomobil parkı kimi istifadə edilib və külli miqdarda gəlirlər götürülüb. Məhz birinci instansiya məhkəməsi yerli baxış keçirərək bunların əyani şahidi olub. Nəticəyə gəldikdə isə hər şey görməməzlikdən gəlinib. Birinci instansiya məhkəməsi cavabdehlərin ona vurduqları külli miqdarda maddi zərələrə, həmin maddi zərərlərdən başqa illər yaşadığı haqsızlıqlar ucbatından keçirdiyi iztirablar səbəbindən cavabdehlərin ona vurduğu dəyərini belə müəyyən etməkdə çətinlik çəkdiyi mənəvi zərərə ümumiyyətlə münasibətini göstərməyib onlara dair sübutlarına hər hansı münasibətini bildirməyib, onun məhkəmədə müdafiə hüququnu təmin etməyib. Halbuki, bu məhkəmənin vəzifəsidir. Ona görə də qəbul edilmiş qətnamə iddinın təmin olunmayan hissəsində əsaslı, maddi və mənəvi hüquq normalarına cavab verən qətnamə sayıla bilməz. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi iddiasının təmin olunmayan hissəsində mühüm əhəmiyyətə malik faktiki halların aydınlaşdırılmadığını göstərir. Həmin mühüm əhəmiyyətli faktiki hallar ərazidə yerləşmiş, mülkiyyətində olmuş əmlaklarının cavabdehlərin qanunsuzluqları ucbatından dağıdılaraq məhv edilməsi, ərazidən cavabdehlərin özlərinin mənafeləri üçün istifadə etmələridir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirmişdir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza zamanı verilmiş ekspert rəyində qeyd edilir ki, alternativ yol yoxdur. Həmin yol elə onun evinə gedən yoldur. 30 may 2017-ci il tarixli tərəfindən verilmiş sorğunun məzmunundan görünür ki, əmlakına və dəniz zolağına gedişgəliş yolu keçmiş mülkiyyətçi Cavabdeh2 tərəfindən daş hasara alınma yolu ilə zəbt edilmişdir. Bu barədə Cavabdeh2 nümayəndəsinə xəbərdarlıq olunmuşdur. Yolu açmaq yerli icra hakimiyyətinin vəzifə borcudur. O yol həmişə olubdur. Mübahisəli sahə əvvəllər ümumi istifadədə olan yol olubdur, bununla bağlı sənədlər mövcuddur. Həyəti dayanacaq kimi istifadə olunur. Evinin hasarlarını sındırıblar. Onun evi qayalıqların üzərində idi. Hazırda onlar həmin qayalıqları sındırıb düzənlik ediblər. Məhkəmə söküntü işlərinin dayandırılması ilə bağlı qərar verməsinə baxmayaraq cavabdeh söküntünü həyata keçirdi. Həmin sahənin dayanacaq kimi istifadə olunmasını təsdiq edən videodisk mövcuddur. Ona məxsus torpaq sahəsindən avtodayanacaq kimi istifadə olunur. Ona məxsus torpaq sahəsi hazırda qarşı tərəfin sahibliyindədir. Maşınının saxlanıldığı yer əvvəl onun mülkiyyətində olmuşdur. Maşını saxladıqdan sonra sağda bir evidir, solda bir evi, daha sonra qabaqda pilləkəndir, pilləkənlə aşağı düşürsən. O vaxt mübahisə hasarın sökülməsi ilə bağlı idi, daha sonra isə əmlakını hissə-hissə sındırmışdılar. Həmin vaxt dəymiş ziyan 550 min idi. “İnşaat Servis” həmin ərazi ilə bir yerdə bütün əraziyə çıxarış almış və Xatirə xanıma alğısatqı etmişdir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, tərəflərindən İddiaçı heç bir maneə törədilmir. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən heç kimə yol verməyə borclu deyildir. İddiaçının mübahisəli yoldan keçən zaman pul verib-verməməsi cavabdehin mülahizəsindən asılıdır. İddiaçıya məxsus torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsi kimi cavabdehə satılmışdır. Daha sonra iddiaçı iddia qaldırmış və sonradan müəyyən olunmuşdur ki, 20 sot torpaq sahəsi onun mülkiyyətindədir. Bildirmişdir ki, həmin torpaq sahəsi onlara elə satılmışdır. Oranı alanda boş torpaq sahəsi idi. Mülkiyyətlərində olan yol kimi görünən sahə ümumi istifadədə deyildir. Çimərliyə giriş pulludur, adamlar harada boş yer oldu maşını orada saxlayırlar. Cavabdehin mülkiyyətində olan ərazi böyük ərazidir, maşın saxlamaq üçün kifayət qədər yer vardır. Ödəniş şlaqbaumdan keçəndə olur, içəridə isə ərazi böyükdür. 4 iyul 2013-cü il tarixli qətnamə Bakı Apellyasiya Məhkəməsində qüvvədə saxlanılmışdır. Belə ki, məhkəmə ilk iddiaçı tərəfindən təqdim olunmuş X19 Firmasının xx.xx.2012-ci il tarixli auditor hesabatında ilk iddianın əsaslı olmasını təsdiq edən sübut növü kimi qiymətləndirməmişdir. Belə ki, həmin hesabatda fiziki şəxs İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən tikinti-kompleksi daşınmaz əmlakın 04 mart 2012-ci tarixinə bazar qiymətinin 2 milyon 460 min manat təşkil etməsi göstərilsə də, məhkəmə baxışı zamanı həmin əmlakın olması iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır. Onlar qarşı tərəfin torpaq sahəsindən avtodayanacaq kimi istifadə etmirlər. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi çimərliyə gedib çıxır. Şlaqbaum cavabdehin mülkiyyətində olan torpaq sahəsinin qarşısındadır, çimərlik zamanı giriş pulludur. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində çəkilən yolla çimərliyə gedilir. Onlar iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmir, ora boş sahədir. Şlaqbaumdan çimərliyə gedən giriş pulludur, lakin bunun üçün cavabdehdən pul istəyən yoxdur. Qayalıq deyilən yerdən giriş-çıxış mümkün deyildir, oradan yolun çəkilməsi üçün bəlkə torpaq sahəsindən də çox pul qoymaq lazımdır ki, yol çəkilsin. Qarşı tərəf öz torpaq sahəsinə getmək üçün şlaqbaumdan keçməlidir. Qarşı tərəf qeydiyyat vəsiqəsinə və ünvana istinad edir, onlar oranı alan zaman boş torpaq sahəsi idi, necə alıblarsa elə də mülkiyyətlərinə verilmişdir. Hazırda orada ərazi yerquruluşu dəyişmişdir. Həmin əmlaklar onlar tərəfindən deyil, İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Hazırda ora yeni küçədir, yeni ərazi, yeni yerquruluşudur, buna onlar cavabdeh deyillər, onlar pul verib torpaq sahəsi alıblar.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, ziyanla bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2013-cü il tarixli qətnaməsi olubdur. Həmin qətnamə ilə iddia rədd olunmuş, hesabat rəyi sübut kimi qəbul olunmamışdır. Əmlakın Cavabdeh1 tərəfindən məhv olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Sözügedən cinayət işi CM-in 53-cü maddəsinə əsasən, həmin ziyanın kimin tərəfindən vurulmasının müəyyən olunmaması əsası ilə dayandırılmışdır. 28.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi X9 bildirmişdir ki, mübahisəli yolun əvvəllər ümumi istifadədə olan yol olub-olmamasına dair elektron baza məlumatlarında məlumat yoxdur. Hal-hazırda bu sahə Cavabdeh2 mülkiyyətindədir. Mübahisəli sahənin bir tərəfi kardiologiyadır, Həmkarlar İttifaqının balansındadır, ərazinin sağ tərəfi isə digər mülkiyyətçinin mülkiyyətindədir. İddiaçı torpaq sahəsində olmuş, İddiaçı torpaq sahəsi ilə şlaqbaum arasında olan məsafə təqribi 29-30 m olar. İddiaçı torpaq sahəsi ilə Cavabdeh2 torpaq sahəsi arasında səviyyə təqribi 3-5 m olar. 29.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında ekspert X5 bildirmişdir ki, İddiaçı torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Sxemdə də qeyd olunub. Sadəcə zəbt olunması məsələsi hüquqi məsələdir deyə ekspertin səlahiyyətində deyildir. Tərəflərin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində əlavə torpaq sahəsi aşkar edilməmişdir. Heç kim özündə olan çıxarışdakı torpaqdan əlavə torpaq sahəsindən istifadə eləmir. Cavabdeh iddiaçının torpaq sahəsində İstifadə etmir, sadəcə mülkiyyətin içərisində yerləşir. “İddiaçının yola çıxışı naturada yaxud elektron baza məlumatlarında nəzərdə tutulmuşdurmu?” sualı ilə bağlı bildirir ki, bu sualın cavabı keçən dəfə də açıq qalmışdı, indi də açıq qalır. Belə bir şey mümkün deyil. İddiaçının çıxarışı varsa deməli yolu da var. Torpaq sahəsi üçün verilən bütün çıxarışlarda yol qoyulur. Hal-hazırda iddiaçının yola çıxışı yoxdur. Son elektron bazada da bu göstərilir. İddiaçı özü də bunu qeyd edir. Elektron baza məlumatları son 2-3 ildə çıxır. Kompleks yerquruluşu xəritəsi lazımdır. Əgər vətəndaşa çıxarış verilmişdirsə mütləq yolu vardır. İddiaçıya məxsus torpaq sahəsinə yol verilmədiyi halda yolun verilməsinin daha əlverişli üsuluna ancaq yerində baxış keçirməklə müəyyən etmək olar. Bunun üçün mütəxəssi rəyi lazımdır. 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 32.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərində müvafiq olaraq qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın təmin edilən hissəsində ləğv edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
35.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 37.139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
38. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 39.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 40.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 41.157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 42.169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququməhdudlaşdırıla bilər 43.170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri,qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 44.175-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. 45.384.0.1-ci maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. 46.384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. 47.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 48.1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 49.1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. 50.1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 51.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 52.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
53.110-cu maddəsinə əsasən, torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyininpozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. 54.111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbtedilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına əsasən
55.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 56.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
57.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
58.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
59. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 60.82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuniqüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
61.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il qərarında belə nəticəyə gəlinib ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 62.Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi belə olub ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
63.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayətlər qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv olunan hissələrdə iddia qismən təmin edilməlidir.
64. İşdə olan sənədlərdən göründüyü kimi Abşeron rayon X1 və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 25,2 kv.m bir otaqdan ibarət olan fərdi yaşayış evi xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına tam mülkiyyət hüququ üzrə 6921 nömrə ilə reyestr kitabında, 197 N2-H inventar işində qeydə alınmışdır.
65. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 209 saylı sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində turizm obyektinin tikintisi üçün 2,8 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC 2,53672 ha torpaq sahəsini özəlləşdirərək (reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il) xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Nəticədə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində yerləşən 2,53672 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il).
66. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, A.Salahzadə küçəsində yerləşən torpaq sahəsi Bakı şəhər icra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 209 saylı sərəncamı ilə turizm obyektinin tikintisi üçün "xxxx" MMC-yə ayrılmış və daha sonra Cavabdeh2 satılmış torpaq sahəsinin hüdudları daxilinə düşdüyü işin mübahisələndirilməyən hallarındandır.
67. Belə ki, iddiaçılar İddiaçı və X14 Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər "xxxx" MMC, Cavabdeh2) qarşı “xx.xx.2012-ci il tarixli 209 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etimşlər. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1408/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 209 saylı sərəncamı - X8 mərhum atası Məcid Nuru oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi 21ci döngədəki 1 saylı yaşayış evinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evinin həyətyanı sahələrlə (texniki pasporta uyğun ölçüdə) birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmiş, həmin qərar apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, şikayətlər təmin edilməyərək qərar qanuni qüvvəsini almışdır.
68. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı və X8 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri qiamən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin iddiaçılara aid hissədə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evi, texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDR-də 424 nömrəli reyestr kitabının 40164 nömrəli vərəqəsində aparılmış qeydiyyatın iddiaçılara aid hissədə ləğv edilməsi, müqavilə əsasında Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın iddiaçılara aid hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin bakı şəhər Ərazi İdarəəsi tərəfindən DƏDR-də bu barədə müvafiq dəyişiklik aparılması qət edilmişdir.
69. Həmin məhkəmə aktları ilə mübahisəli torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 209 saylı sərəncam qəbul edilərkən torpaq ayırma prosesinin yerquruluşu qaydalarına uyğun şəkildə aparılmadığı, o cümlədən torpağın ayrılmasına dair sərəncam qəbul edilənədək həmin ərazinin bütün vəziyyətini əks etdirən xəritə əsasında torpaq sahələrinin sərhədləri yerində müəyyən edilməli olduğu halda, iş üzrə bütün bunlara riayət edilmədiyi, ümumiyyətlə "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli, 0142 saylı müraciətinə əsasən inzibati icraat aparılarkən müvafiq qanunvericiliyin tələbləri gözlənilmədiyi müəyyən edilmişdir. Nəticədə mübahisəli sərəncam ilə iddiaçının mülkiyyət hüququnun pozulduğu halı təsbit edilmişdir.
70. Bundan sonra "xxxx" MMC iddiaçıların mübahisə etdiyi daşınmaz əmlakların ona ayrılmış torpaq sahəsində yerləşməsinin iş materialları ilə təsdiq olunduğunu bildiyi halda yekun məhkəmə aktını gözləmədən 2,53672 ha torpaq sahəsinin bütövlükdə öz adına xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına aldırmışdır. Həmin inzibati aktın qəbul edilməsi MMC üçün əlverişli olsa da, hüquqi baxımdan iddiaçıya aid hissədə qanunsuz olmuşdur və bu çür müdaxilə iddiaçının mülkiyyətində olan əmlakla bağlı hüquqlarına və qanunla qorunan maraqlarına ziyan vurmuşdur.
71. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 209 saylı sərəncamına əsasən "xxxx" MMC mübahisəli torpaqdan yalnız istifadə etmək hüququna malik olmuşdur. Buna baxmayaraq MMC müvafiq mübahisəyə baxılan zaman məhkəmənin və işdə iştirak edən şəxslərin xəbəri olmadan, mübahisəli torpaq sahəsini öz adına özəlləşdirmiş, dərhal sonra da alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 xeyrinə özgəninkiləşdirmişdir. MMC-nin qeyd olunan torpaq sahəsini öz adına dövlət qeydiyyatına aldırması ilə bağlı hərəkətlərin qanunsuz olması və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu sübuta yetirilmişdir.
72. Məhkəmə tərəfindən araşdırılmış sübutların məcmusu ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə əlaqədar gedən məhkəmə mübahisələrindən məlumatlı olmuş, hətta həmin məhkəmə qərarlarını apellyasiya və kassasiya qaydasında mübahisələndirmişdir. Belə ki, İddiaçı ioğluna məxsus qeydiyyat vəsiqəsinin, həmçinin onun verilməsinə əsas olmuş sənədlərin etibarsız və ləğv edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir. Qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarlarında Cavabdeh2 həmin torpaq sahəsini vicdanlı əldə edən kimi qəbul edilməmişdir. 73.Hazırda mübahisələndirilən qətnamə ilə də, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavabdehlər tərəfindən boşaldılması və ona təhvil verilməsinə dair iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunaraq, tərəfindən torpaq sahəsinin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh2 da qətnamənin həmin hissəsindən narazı qalaraq iddiaçıya məxsus torpaq sahəsinin tərəfindən zəbt edilmədiyinə, zəbt edilməsi istinad olunan torpaq sahəsinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin tərkib hissəsinin olduğuna istinad etmişdir. 74.İşin apellyasiya baxışı zamanı alınmış Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Məkəzinin 3-16-16/2-10/9593 nömrəli 9 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən şlaqbaumdan İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan torpaq sahəsindən dənizə doğru istiqamətdə olan torpaq sahəsi Cavabdeh2 mülkyyətində olan torpaq sahəsinin hüdudları daxilində olduğu; tərəflərin mülkiyyətində olan torpaq sahələrinin sərhədləri daxilində əlavə istifadə edilən torpaq sahəsinin aşkarlanmadığı; iddiaçıya məxsus torpaq sahəsindən əsas yola çıxışın naturada və elektron baza məlumatlarına əsasən nəzərdə tutulmadığı; iddiaçıya məxsus torpaq sahəsindən əsas yola çıxışın Cavabdeh2 mülkiyyətində olduğu; İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxışının mövcud olmadığı; İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan 0,2 ha torpaq sahəsindən avtodayanacaq kimi istifadə olunmadığı müəyyən edilmişdir. 75.İşin apellyasiya baxışı zamanı alınmış Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Məkəzinin 10/5224 nömrəli 7 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı **********16 reyestr nömrəsi ilə 0.20 ha torpaq sahəsinin mülkiyyətində olduğu; həmçinin Cavabdeh2 **********23 reyestr nömrəsi ilə 2.1487 ha torpaq sahəsinin mülkiyyətində olduğu; mübahisəli yolun Cavabdeh2 mülkiyyətində olduğu (**********23 reyestr nömrəli sahə 2.1487 ha təşkil edir); İddiaçı müİkiyyətində olan 0.2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxışının mövcud olmadığı müəyyən edilmişdir. 76.Hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin 175-ci maddəsində sadalanan zəruri şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalı olduğundan, mülki işin araşdırılması zamanı isə xüsusi bilik tələb edən suallara tam və aydın şəkildə cavab verilmədiyindən, ətraflı tədqiqat aparılması üçün kompleks yerquluşu xəritəsindən istifadə edilmədiyindən, tədqiqat yerində baxış keçirilmədən aparıldığından, kollegiya tərəfindən keçirilmiş yerli baxışın nəticələri ilə üst-üztə düşmədiyindən, həmçinin digər məsələlərin araşdırılmasına ehtiyac yarandığından məhkəmə kollegiyası həmin ekspert rəyləri sübut olaraq nəzərə almır. 77.Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin. 78.Apellyasiya şikayətində göstərilən dəlillərin yoxlanılması məqsədilə məhkəmə kollegiyası tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin mütəxəssisin iştirakı ilə mübahisəli ərazi yerində müayinə edilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, ictimai avtomobil yolundan iddiaçının torpaq sahəsinə gedən yol Cavabdeh2 mülkiyətindədir. Bununla belə iddiaçıya məxsus olan torpaq sahəsinin müəyyən hissəsindən cavabdehin özü də yol olaraq istifadə edir. Mübahisəli torpaq sahəsinə əsas yol tərəfdən daxil olduğu zaman sahənin sol tərəfində cavabdehə məxsus transformatorun quraşdırıldığı və onun bir hissəsinin də iddiaçıya məxsus torpaq sahəsinə düşdüyü, sağ tərəfinin isə (qayalığın üst hissəsi) yol kimi istifadə edildiyi müəyyən edilmişdir. İddiaçıya aid torpaq sahəsi bir tərəfdən qayalıq, digər tərəfdən isə “Şaurma 1” restoranının yerləşdiyi sahə ilə mübahisəli sahəni ayıran daş hasarın olması müəyyən edilmişdir. Bundan başqa mübahisəli əraziyə yerində baxış keçirilərkən, İddiaçı mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə sərbəst giriş-çıxışın mövcud olmadığı, mübahisəli yolun üzərində darvaza, şlaqbaum və digər avadanlıqların mövcud olduğu aşkar edilmişdir. Hansı ki, həmin darvaza və şlaqbaum Cavabdeh2ın mülkiyyətində olan 2,1487 ha torpaq sahəsində yerləşir. İddiaçıya məxsus torpaq sahəsinə başqa sahədən zəruri keçidin verilməsinin mümkün olmadığı aşkardır. 79.Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, qətnamənin müzakirə edilən hissəsinə məhz bu prizmadan yanaşılmalıdır. 80.Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 81.Göründüyü kimi mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 82.Beləliklə Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.
83. Beləliklə, hazırda iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması, bu sahənin müəyyən hissəsinin də hələ də cavabdehin sahibliyində qalmaqda davam etməsi, sonuncunun həmin sahədən ümumi yol olaraq istifadə etməsi və mövcud vəziyyətdə bu sahəni iddiaçıya tam şəkildə təhvil verməkdən imtina etməsi öz təsdiqini tapmışdır. Cavabdehin, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən hər hansı formada istifadə etməsi, sahibliyində saxlanılması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddianı bu hissədə təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin mübahisəli torpaq sahəsini sahibliyində saxlamasına hüquqi əsas ola biləcək heç bir hal müəyyən edilməmişdir.
84. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə kollegiya qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür.
85. Birinci instansiya məhkəməsi iddianın “vurulmuş mənəvi zərərə görə 1.000.000 manat məbləğində cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı tərəfindən özünün mənəvi zərər çəkməsi, eyni zamanda həmin zərərin 1.000.000 manat məbləğində olmasına dair sübut təqdim edilmədiyindən iddia hazırki hissədə rədd edilməlidir.
86. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə uyğun şəkildə) sahiblik və ondan istfadə etmək hüquqlarını həyata keçirməkdən məhrum edildiyi nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir.
87. Məhkəmə kollegiyası mülkiyyət hüququnun qanunla qorunduğu, hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən istifadə etmək, həmin əmlaka sahiblik etmək hüququna malik olduğunu, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, şəxsin öz mülkiyyətindən məhrum edilməsinin yolverilməz olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini əsassız olaraq sahibliyində saxlaması ilə əlaqədar yol verdiyi qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər ödənilməlidir.
88. Məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 10.000 manat məbləğində təmin olunmasını isə məhkəmə daha ədalətli və ağlabatan hesab edir. Məhkəmə eyni zamanda zərərin məbləği ilə bağlı gəldiyi qənaəti ona görə əsaslı hesab edir ki, hazırkı mübahisə çərçivəsində həmin cavabdeh tərəfindən iddiaçının istinad etdiyi digər hallar üzrə hər hansı hüquqa zidd əmələ (hərəkət, hərəkətsizliyə) yol verildiyi müəyyən edilməmişdir.
89. Yuxarıda qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə müfəssəl araşdırma aparmadan onun sübuta yetirilmədiyi əsası ilə iddianı bu hissədə rədd etməkdə haqlı olmadığı, tətbiq etməli olduğu normaları tətbiq etmədiyi, bununla da hüququn tətbiqində səhvə yol verdiyi qənaətinə gəlir.
90. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə kollegiya qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür. 91.Məhkəmə kollegiyası iddianın “torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının cavabdehlər tərəfindən sökülməsi” hissəsi ilə qismən razılaşaraq hesab edir ki, qeyd olunan avadanlıqların məhz iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsi sökülməlidir. Tələbin bu hissədə təmin olunması həm də qətnamənin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavabdeh tərəfindən boşaldılmasına dair hissəsi ilə uzlaşır. 92.İddianın bu hissədə tam şəkildə təmin olunması cavabdehin mülkiyyət hüququna ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, avadanlıqların cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərində olması, bu avadanlıqların iddiaçının öz torpaq sahəsinə gedən yolun üzərində olması da ona bunların sökülməsini tələb etmək hüququnu vermir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı, yəni sökülməsi tələb olunan avadanlıqların iddiaçının və ya cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi ilə əlaqədar hallara düzgün hüquqi qiymət verməmiş, bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
93. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə kollegiya qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür. 94.İddiaçının mülkiyyətində olan torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsinə dair tələblə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi mübahisə, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmış torpaq sahəsindən iddiaçının keçid yolu kimi istifadə etməsindən qaynaqlanmışdır. İddianı əsaslı sayan birinci instansiya məhkəməsi tələbin qanuni əsası kimi Mülki Məcəllənin 164-cü maddəsinə istinad etmişdir. 95.Belə ki, iddiaçı məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən istifadəsinin məhdudlaşdırılmasını aradan qaldırmaq üçün torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, əvvəllər ümumi istifadədə olan və ictimai yol kimi istifadə olunan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi, həmin sahənin üzərində müvafiq avadanlıqların (dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqları) quraşdırılması onun öz torpaq sahəsinə gedib-gəlməsinə məhdudiyyət yaradır. Cavabdeh isə iddiaçının mübahisələndirdiyi yolun onun torpaq sahəsindən keçdiyini, gediş-gəlişin bu formada təmin edilməsinin onun mülkiyyət hüququnu məhdudlaşdıracağını qeyd edir. 96.İş materiallarından da müəyyən edilir ki, istinad olunan torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir, o, həmin torpaq sahəsindən özünə məxsus isitrahət kompleksinə gedən avtomobil yolu kimi istifadə edir. 97.Məhkəmə kollegiyası hesab edir ki, hazırki məsələnin düzgün həlli üçün mülkiyyət hüququ, qonşuluq hüququ çərçivəsində bu hüququn məhdudlaşdırılma imkanları və tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir. 98.Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 99.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
100. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir.
101. Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
102. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
103. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda göstərilən normativ hüquqi aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə, başqa şəxslərin və cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. Məhdudlaşdırmanın yolverilən sayılması üçün bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Bu şərtlərə cavab verən bir məhdudlaşdırma mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilmir.
104. Yuxarıda qeyd olunanları hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçı mübahisəli torpaq sahəsinin bir hissəsindən yol kimi istifadə etmək niyyəti üçün cavabdehin mülkiyyət hüququna müdaxilə halı mövcuddur. Bununla belə, həmin müdaxilənin qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması, mülkiyyətçinin həddən artıq məhrumiyyətə məruz qalıb-qalmaması da yoxlanılmalıdır. Belə ki, Mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir.
105. Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
106. Beləliklə mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar.
107. Göründüyü kimi, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdırma əsaslarından biridir.
108. Baxılan işdə də iddiaçının mülkiyyətində olan torpaq sahəsinə ərazinin əvvəlki vəziyyətində avtomobil yolunun mövcud olduğunu, zəruri keçid verilməsi tələb olunan sahənin cavabdehin mülkiyyətinə keçənədək təyinatı bütün hüquqi və fiziki şəxslərin zəruri tələbatının ödənilməsi olan yol kimi istifadə edildiyi, lakin bu yolun hazırda cavabdehin mülkiyyətində olması iddiaçının öz torpaq sahəsindən istifadəsinə maneə yaratdığı, həmçinin ümumi yoldan iddiaçıya məxsus torpaq sahəsinə yolun başqa tərəfdən açılmasının mümkün olmadığı müəyyən edilir. Mübahisəli sahənin əvvəllər yol olaraq istifadə edildiyi aidiyyəti dövlət orqanlarının tərtib etdiyi plan-cizgi sənədləri ilə təsdiq olunur.
109. Beləliklə məhkəmə kollegiyası iddiaçıya cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə edərək hesab edir ki, ümumi avtomobil yolundan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş və çıxışın olmadığı, iddiaçının torpağına gedən başqa, daha uyğun olan yolu olmadığı nəzərə alınmaqla, iddiaçıya zəruri keçidin mübahisəli sahədən (cavabdehin adına çıxarış verilənədək istifadə etdiyi formada) verilməsi əsaslı hesab edilməlidir. Belə ki, tərəflər arasında yoldan istifadə ilə bağlı mübahisənin artıq yarandığı və iddiaçının bu mabahisəni məhkəmə qaydasında həll edilməsi məqsədilə iddia ilə müraciət etdiyi, iddiaçının başqa yolu olmadığına görə zəruri keçidlə təmin edilməsi məsələsi Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilməlidir.
110. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, məqsədə çatma vasitəsi kimi hər hansı hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Belə ki, zəruri keçid müəyyənləşdirilərkən tərəflərin qarşılıqlı mənafeləri nəzərə alınmalıdır.
111. İşdə olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə dair tərtib edilmiş sənədlərdən göründüyü kimi iddiaçının torpaq sahəsinə girişinin əvvələr mövcud olduğu forması Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən yolun sol tərəfi ilə iddiaçının topaq sahəsinə doğru istiqamətdə (iş vərəq 14, torpaq sahəsinin eni 11 metr olan tərəfindən) olmuşdur.
112. Beləliklə də ictimai avtomobil yolundan - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, ünvan 2 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə (iş vərəq 14) verilməlidir.
113. Nəzərə alınsa ki, hesabına zəruri keçid təmin edilən sahədən cavabdeh özü tərəfindən fərdi qaydada deyil, məhz ona məxsus Şəbəkə restoranına, həmçinin çimərlik ərazisinə xidmət etməsi üçün istifadə edilir. Ona görə də hazırkı halda iddia tələbinin bu formada təmin edilməsi cavabdehin xüsusi və həddən artıq məhrumiyyətə məruz qalması ilə nəticələnməsi istisna edilir.
114. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə kollegiya qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür.
115. Məhkəmə kollegiyası iddianın “vurulmuş maddi zərərin əvəzi olaraq (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) 3.000.000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi; daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalar (stol-stullar, mebel, soyuducu, qabyuyan, iki ədəd kondisioner, iki ədəd televizor və digər) 96.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır.
116. Belə ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.
117. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşımaları üçün zəruri olan bütün şərtlərin mövcud olması təşkil edir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilərkən işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmalıdır.
118. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində yerləşən 2,53672 ha torpaq sahəsi Cavabdeh2 adına mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən dəymiş maddi zərərin qiymətləndirilməsi ilə bağlı məhkəməyə təqdim olunmuş olunmuş aktın tarixi isə xx.xx.2012-ci il tarixinə təsadüf edir. Həmçinin işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-054/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçənədək iddiaçı hazırda istinad etdiyi faktiki hallara əsaslanmaqla məhkəməyə müracət etmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən tikilinin sökülməsinə görə dəymiş zərərin başqa cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə baxılan zaman keçirilmiş yerli baxış nəticəsində mübahisəli ərazidə "xxxx" MMC tərəfindən tikinti işlərinin aparılması müəyyən edilmişdir.
119. Digər cavabdehə münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh1 bu məsələyə aidiyyəti ümumiyyətlə müəyyən edilmədiyindən ona münasibətdə mənəvi və maddi zərərin ödənilməsi barədə iddia rədd edilməlidir.
120. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.
121. Qeyd edilənlərə əsasən kollegiya birinci instnasiya məhkəmənin iddianın bu hissədə əssasız olduğundan rədd edilməli olması barədə gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, hazırki işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onların məsuliyyət daşımaları faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.
122. Halbuki işin obyektiv həlli yalnız mötəbər sübutlardan istifadə olunduğu təqdirdə mümkündür. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir.
123. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
124. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
125. Məhkəmə kollegiyası hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia bu hissədə əsassız olması səbəbilə rədd edildiyindən iddia müddətinin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir.
126. İddianın “xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edərək cavabdehlərin altı il ərzində əldə etdiyi 540.000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi” hissəsi ilə əlaqədar Mülki Məcəllənin 157.2, 157.5, 1091.1 və 1091.2-ci maddələrinə istinadla aşağıdakıları qeyd etməyi zəruri sayır.
127. Hazırda iddiaçı 2016-cı ildən başlayaraq məhkəməyə müraciət etdiyi tarixədək 540.000 manat məbləğində pulun tutulmasını xahiş edir. İddiaçı ona dəymiş zərər qismində bu məbləğin hansı əsasla (özünün adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən - əldən çıxmış faydadan məhrum olduğuna və ya bu müddət ərzində qarşı tərəfin həmin əmlakdan gəlir əldə etdiyinə görə) tutulmalı olduğunu göstərməsə də, məhkəmə kollegiyası Mülki Məcəllənin 21.2-ci və 1092.1-ci və 157.5-ci maddələrinin məzmununa istinadən iddianın bu hissəsini qiymətləndirir, sübutetmə vəzifəsinin bölgüsü baxımından zərər dəydiyini sübut etmək vəzifəsinin onu iddia edən şəxsə aid olmasını qeyd edir.
128. Belə ki, iddiaçı cavabdehlərin qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsindən beş il ərzində istifadə etdiklərini bildirir. İşin hallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi iddiaçıya aid hissədə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evi, texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilmiş, həmin müqavilə əsasında DƏDR-də 424 nömrəli reyestr kitabının 40164 nömrəli vərəqəsində aparılmış qeydiyyatın iddiaçıya aid hissədə ləğv edilməsi, müqavilə əsasında Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın iddiaçıya aid hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin bakı şəhər Ərazi İdarəəsi tərəfindən DƏDR-də bu barədə müvafiq dəyişiklik aparılması qət edilmişdir. Həmin qətnamə xx.xx.2016-cı il tarixində qanuni qüvvəsini almışdır.
129. Qeyd edilən məhkəmə aktı ilə Cavabdeh2 həmin torpaq sahəsini vicdanlı əldə edən kimi qəbul edilməmişdir. Belə ki, məhkəmələr, cavabdehin, iddiaçının mülkiyyətində olan yaşayış evlərinin yerləşdiyi torpaq sahələri ilə əlaqədar gedən məhkəmə mübahisələrindən məlumatlı olduğu, hətta həmin məhkəmə qərarlarını apellyasiya və kassasiya qaydasında mübahisələndirdiyi üçün bu nəticəyə gəlmişdir.
130. Mülki Məcllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
131. Göründüyü kimi mülkiyyətçi (iddiaçı) özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, qarşı tərəfin (faktiki sahibin) əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb etmək hüququna sahibdir. Belə olan halda iddiaçı sübut etməlidir ki, cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, digər şəkildə gecikdirməsi nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmiş və ya o, öz növbəsində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.
132. Məhkəmə kollegiyası iş materialları əsasında müəyyən etmişdir ki, cavabdeh buna hüququ olmadığı və mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını bildiyi halda heç bir qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Qeyd edilən bu hallar işdə olan sübutlarla (fotoşəkillər, parklanma talonu, parklanma yerlərinin təşkili – xətlənməsi və s. ilə) öz təsdiqini tapır. Cavabdehin torpaqdan avtodayanacaq olaraq istifadə etməsi nəticəsində varlandığı məbləğin dəqiq hesablanması mümkün olmasa da (ekspertizanın keçirilməsindən imtina edilmişdir), məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bu hal hazırki iddia tələbinin rədd edilməsi üçün əsas deyildir.
133. Beləliklə məhkəmə kollegiyası iddianın Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə istinadən qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
134. Məhkəmə kollegiyası mübahisəyə iddia müddətinin tətbiq olunması məsələsini müzakirə edərək nəzərə alır ki, hazırki işdən müəyyən olunduğu kimi iddiaçı azı 2016-cı ilin aprel ayından (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir) cavabdehin onun hesabına əsassız varlandığını bilmiş, lakin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Hazırki iddia yalnız xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmişdir. Buna baxmayaraq iddiaçının hüquqlarının pozulması vəziyyəti ən azı onun məhkəməyə müraciət etdiyi tarixə qədər davam etmişdir.
135. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
136. Beləliklə də, məhkəmə kollegiyası iddia müddətinə münasibətdə qeyd etməyi zəruri sayır ki, iddiaçı ən azı son iki il ərzində cavabdehin hesabına varlandığı məbləğə münasibətdə iddia müddətini buraxmamışdır.
137. İş materiallarına əlavə edilmiş “X18”-ə aid parklanma talonundan görünür ki, həmin isitrahət mərkəzində tətbiq olunan qiymətlər - 15 dəqiqəyə qədər pulsuz; 1 saata qədər 1 manat; 2 saata qədər 2 manat; 3 saata qədər 3 manat; 3 saatdan 5 saata qədər 4 manat; 5 saatdan 10 saata qədər 5 manat; 10 saatdan sutka sonuna qədər 10 manat müəyyən edilmişdir.
138. Məhkəmə parklanma talonunda qeyd edilənləri nəzərə alaraq, müvafiq illər üçün müqayisəyə gələ bilən hallarda oxşar şəraitdə göstərilən xidmətlər üçün adətən alınan qiymət üzrə, yəni ünvan 4 ünvanında yerləşən sahəsi 0,20 ha olan torpaq sahəsindən dənizkənarı avtodayanacaq kimi istifadə edilməklə əldə edilməsi mümkün olan gəlir həcminin (yay ayları (90 gün)) təxmini hesablama yolu ilə nə qədər təşkil etdiyini müəyyən edərək, həmin ölçüdə torpaq sahəsinin gün ərzində əhatə edə bildiyi avtomobillərin təxmini sayını, həmin avtomobillərin sahiblərinin dənizkənarı istirahət etməsinin ən azı 3 saata qədər davam etməsini nəzərə alaraq hesab edir ki, son iki il üçün Cavabdeh2 əsassız varlandığı məbləğ olaraq (3 manat x 30 avtomobil x 90 gün = 8.100 manat x 2 = 16.200 manat) 16.200 manat həddində pul iddiaçının xeyrinə tutulmalıdır.
139. Digər cavabdehə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 bu məsələyə aidiyyəti müəyyən edilmədiyindən ona münasibətdə iddia rədd edilməlidir.
140. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-198/2023 saylı, 2 fevral 2023-cü il tarixli qətnaməsi qismən – parklanma avadanlıqlarının sökülməsi, mənəvi zərərin tutulması, zəruri keçidin verilməsi, əmlakdan gəlir əldə etməsi nəticəsində yaranmış zərər hissələrində ləğv edilməli, həmin hissələrdə Cavabdeh2 münasibətdə iddia qismən təmin edilməli, gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqlarının yalnız İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə düşən hissəsi Cavabdeh2 tərəfindən sökülməli, ictimai avtomobil yolundan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə İddiaçı zəruri keçidin verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulmalı, zəruri keçid - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, ünvan 2 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə (iş vərəq 14) verilməli, mənəvi zərər olaraq 10.000 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, xüsusi mülkiyyətdə olan torpaq sahəsindən dayanacaq kimi istifadə etdiyi üçün 16.200 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh2 münasibətdə iddia tələbləri digər hissələrdə rədd edilməlidir. İddia Cavabdeh1 münasibətdə rədd edilməlidir.
141. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
142. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-198/2023 saylı, 2 fevral 2023-cü il tarixli qətnaməsi qismən – parklanma avadanlıqlarının sökülməsi, mənəvi zərərin tutulması, zəruri keçidin verilməsi, əmlakdan gəlir əldə etməsi nəticəsində yaranmış zərər hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum və digər parklanma avadanlıqlarının yalnız İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə düşən hissəsi Cavabdeh2 tərəfindən sökülsün. İctimai avtomobil yolundan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə İddiaçı zəruri keçidin verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulsun. Zəruri keçid - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, ünvan 2 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə (iş vərəq 14) verilsin. Mənəvi zərər olaraq 10.000 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçıa ödənilsin. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən dayanacaq kimi istifadə etdiyi üçün Cavabdeh2 16.200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbləri Cavabdeh2 münasibətdə digər hissələrdə rədd edilsin. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh2 tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova