Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1984/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 nümayəndəsi İddiaçı1, Cavabdeh X11 nümayəndəsi eyni zamanda vəkili X22 iştirakları ilə, İddiaçılar İddiaçı2 qıznın, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X16 qarşı “evə köçürülmə, evə istifadə hüququnun bərpası” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh X29 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m olan evin bir otağına köçürülməsi və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı ev İddiaçı1 baba mülküdir. İddiaçı1 həmin mülkdə doğulub böyümüşdür. Sonradan İddiaçı1 digər İddiaçı3 ilə ailə qurmuş və İddiaçı3 həmin evə gəlin köçərək uzun müddət mübahisəli evdə ailəsi ilə yaşamışdır. İddiaçılar X23 və X24 iddiaçılar Arzu Zeynalovun və İddiaçı1 ailəsində doğulublar, onların övladlarıdır. Mübahisəli də iddiaçılar uzun müddət yaşamışlar, sonradan cavabdeh tərəfindən evdən qovulmuşlar və bu günə kimi mübahisəli evdə qeydiyyatdadırlar. İddiaçılar mübahisəli evdə 2005-ci ilə kimi cavabdehlə birgə yaşamışlar. 2005-ci ildə üzrə cavabdeh xarici ölkədən Azərbaycan Respublikasına daimi yaşayış yerinə mübahisəli evə qayıtdıqdan sonra dava-dalaş salaraq iddiaçıları mübahisəli evdən qovmuşdur. Evdən qovularkən iddiaçılara məxsus əmlaklar mübahisəli evdə qalmışdır. İddiaçılar ailəliklə cavabdeh tərəfindən daimi qeydiyyatda olub yaşadıqları evdən qovulduğdan sonra kirayə yaşamaq məcburiyyətində qalmışlar. Həmin vaxt babaları və nənələri (digər iddiaçıların atası və qaynatası) sağ olduğundan həmin evə gedib gəlirlər, onların qayğısı ilə məşğul olurlar. Dəfələrlə onlarda cavabdehdən onlar yaşadıqları evə könüllü buraxılmasını tələb etsə də, cavabdeh bunu bilməmiş və hər dəfə valideyinləri ilə bu səbəbdən münaqişə yaratmışdır. Bu səbəbdəndə onlar onların rahatlığı naminə cavabdehlə evə köçrülmə haqqında mübahisə açmamışlar. Lakin cavabdeh onları evdən qovduğdan bir müddət sonra onlara qarşı 2012-ci ildə onlardan əmlakların çıxarılması, yaşadıqları otaqın boşaldılması tələbinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhər Nəsimi rayon məhkəməsi 2(006)-3434/2012 saylı qətnaməsi ilə hazırki iş zrə cavabdeh X3 iddiasını təmin etmişdir. Onlar həmin qətnamədən apellyasiya şikayəti etmişlər. Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 2(006)- 3434/2012 saylı qətnaməsini ləğv etmiş, iddianı təmin etməmişdir. Bundan sonra 2015-ci il tarixə kimi aralarında həmin iş üzrə apellyasiya məhkəməsində Ali Məhkəmədə məhkəmə prosesləri olmuş və nəhayət Ali Məhkəmə 2(103)-4905/2014 tarixli qərarı ilə yekun qərar qəbul edərək Balayev Etibarın iddiasının təmin olunmaması barədə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla yekun qərar verdi. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisə predmeti olan ünvan 2 ünvandakı ev İddiaçı1 babasının mülki olmuşdur, sonra mərhum atası Bala Ağanın mülkiyyətinə keçmişdir. Həmin evin bir neçə otağı Bala Ağa kişinin sağlığında satılmışdır. Bala Ağanın sağlığında 2005-ci ilə kimi onların cavabdehlə birgə yaşadıqları ev 47, 7 kv.m sahədən və 3 otaqdan (yaşadıqları ev 18,2 kv.m-də daxil olmaqla) ibarət olmuşdur. Həmin 3 otaqlı evin bir otağında (18,2 kv.m. sahəsi olan otaq) bütün yardımçı sahələrdən istifadə etməklə onlar cavabdehlə birgə yaşamışlar. Qeyd etmək istəyir ki, həmin ünvanda ilkin olaraq hər biri 18,2 kv.m. olmaqla 3 bir otaqlı otaqlar olmuşdur. Onların yaşadıqları 18, 2 kv.m sahəsi olan bir otaqlı mənzil 2-ci mərtəbədə cavabdehin mülkiyyətində olan 47,7 kv.m sahəyə daxil idi. Cavabdeh onları evdən qovduğdan sonra həmin otağında arakəsməsini sökərək evdə rekonstruksiya etmişdir ki, onlar evə qayıda bilməmişdir. Sonra cavabdeh ata Bala Ağanı məcbur edərək, onların razılığı olmadan həmin üç otaqdan və yardımçı sahələrdən ibarət evi öz adına rəsmləşdirmiş və alt mərtəbədəki otaqda özünə mağaza açmışdır və hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onların əmlakları da hazırda cavabdehin ailəsi ilə yaşadığı həmin mənzildədir. Cavabdehdə qalan əmlaklarının siyahısını cavabdeh özü onlara qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldırarkən məhkəməyə təqdim etmişdir və bir daha sübut etmişdir ki, onların əmlakları onun mülkiyyətində olan mənzildədir. Dəfələrlə cavabdehdən onları qeydiyyatda olduqları və yaşadıqları evə könüllü buraxmasını xahiş etsədə, bunu könüllü buraxmasını xahiş etsə də, bunu könüllü etmək istəmir və hər dəfə münaqişə yaradır. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m olan evin bir otağına köçürülmələri və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X29 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayırlar. Hazır ki, iddiaçılar isə onun xüsusi mülkiyyətim olan yaşayış evində yaşamırlar, İddiaçıların öz şəxsi evləri vardır, onların bir neçə yerdə mülkləri olduğundan, həmin evlərdə yaşayırlar, onun evində sadəcə formal olaraq qeydiyyatdadırlar. İşə baxılarkən isə məhkəmə iclaslarından onun xəbəri olmamış, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş, iddia tələbləri, vəsatətlərin, əlavə sübut və sənədlərin məhkəməyə təqdim olunmasına imkan yaradılmamışdır. Bununla belə, məhkəmə qeyd etmişdir ki, şəxs axırıncı dəfə 2005-ci il tarixdə ona məxsus yaşayış evini, ailə üzvləri ilə birlikdə tərk etmiş, daha sonra üzərindən 14 il keçdikdən sonra dəfə 2019cu il tarixdə yaşayış evinə köçürülmə tələbinə dair, hazırki işə oxşar, eyni məzmunda iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib, iddia təmin olunsa da, sonra Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə, Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi, eyni məzmunlu iddia ilə bağlı ləğv edilmiş, şikayəti təmin edilmişdir. Həmçinin həmin məhkəmə iclaslarında da, iddiaçı özü etiraf edərək, bu zamana qədər, 14 il ərzində nə üçün iddia vermədiyi barədə sual verilsə də, cavabında, özü istəmədiyini, bu 14 il ərzində evə köçürülmə tələbinə dair iddia ilə müraciət etmək istəmədiyini bildirmişdir. Bundan başqa hazır ki, iddiaya oxşar iddia üzrə artıq Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da məhkəmə eyni iş üzrə eyni predmetlə bağlı tərəflər arasında qanuni qüvvəyə minmiş, ləğv olunma barədə qətnamə olduğu halda təkrar olaraq, eyni tələblə bağlı iddianı məhkəmə icraatına götürərək baxıb və təmin edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 nümayəndəsi eyni zamanda vəkili X39 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, mübahisəli mənzil cavabdehin mülkiyyətindədir, iddiaçılar isə həmin ünvanda qeydiyyatda olmuşlar, lakin 2005-ci ildən həmin evi tərk etmişlər. Üzərindən 19 il keçəndən sonra isə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin tərəflər arasında eyni predmetlə bağlı artıq məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, cavabdeh onları 2005-ci ildə mübahisəli evdən qovmuşdur. Hal-hazırda onlara məxsus əmlaklar mübahisəli mənzildə yerləşir, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, apellyasiya şikayətini isə cavabdeh verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir, digər tərəfdən qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilən hisəsində cavabdehə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1, onun həyat yoldaşı İddiaçı3, qızları İddiaçı4 və İddiaçı2 qeydiyyatda olduqları ünvan 1 saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2622/2020 saylı, 20.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4905/2014 saylı, 09.10.2014-cü il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh və qeyrilərinə qarşı ünvan 1 saylı evin iddiaçıya məxsus yaşayış sahəsi 47,7 kv.m olan üç otaqlı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərə məxsus əmlakın oradan çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2015ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4905/2014 saylı, 09.10.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışından görünür ki, ünvan 1 saylı evdə İddiaçı2, X17, X6, X35, X28, X15, X25, X20, X12, Cavabdeh, X30, X18, X26, X7, X4, X9, X31, X32, X13, İddiaçı3, X19, İddiaçı4 qeydiyyatdadırlar. Qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçı İlqar Babayev və onun ailə üzvləri mübahisəli evdə mülkiyyətçinin, yəni tərəflərin mərhum ataları X2 ailə üzvləri kimi yaşamaqla evə hüquq və vəzifələr əldə etmişlər. Daha sonra Cavabdeh mübahisəli evə mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyatda olmaqla əmlaklarının orada olmasını bilmişdir. Həmçinin iddiaçı X5 mübahisəli evdən getməsi məcburi xarakter daşımışdır. Belə ki, hazırki iş üzrə Cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, mülkiyyətdə olan otaqların boşaldılaraq oradan ev avadanlıqları və əmlakların çıxarılması tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası isə həmin qətnaməni əsaslı hesab edərək ondan verilən kassasiya şikayətini təmin etməmişdir. Göründüyü kimi, hər iki Məhkəmə tərəfindən İddiaçı1 və onun ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 111 saylı evdən istifadə hüquqlarının itirilməsinə əsas verəcək hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüquqları mövcuddur və hazırki tələbi də məhz mənzilə istifadə hüququna əsaslanır. Odur ki, iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6388/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı1, onun həyat yoldaşı İddiaçı3, qızları İddiaçı4 və İddiaçı2 qeydiyyatda olduqları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 111 saylı evə köçürülmələri, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2622/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə qeyd olunan qətnamə ləğv edilərək iddia tələbinin rədd edilmişdir. Həmin qətnamədən görünür ki, “iddiaçı həyat yoldaşı və iki qızı ilə birlikdə həmin evə köçürülmələrini xahiş etsə də iddiaçının həyat yoldaşı və qızları yetkinlik yaşına çatmış şəxslər olduqlarından və müstəqil tələb irəli sürmək hüququna malik olduqlarından onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan çıxarış və texniki pasportdan, eyni zamanda digər sənədlərdən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 18.2 kv.m olan iki otaq mövcuddur. Həmin otaqlardan biri X8, digəri isə X1 mülkiyyətindədir. Yəni cavabdehin mülkiyyətində sahəsi 18.2 kv.m olan hər hansı otaq mövcud deyil. Cavabdehin mülkiyyətində həmin ölçüdə iddiaçının ailə üzvləri ilə birlikdə yaşadıqlarını iddia etdiyi 18.2 kv.m otaq olmadığı üçün həmin sahəyə köçürülmə barədə iddia tələbinin təmin edilməsi üçün də əsaslar mövcud deyil. Birinci instansiya məhkəməsinin 111 saylı evə köçürülmələri barədə gəldiyi nəticə isə qeyrimüəyyəndir”. Göründüyü kimi cavabdehin istinad etdiyi qətnamədə iddia tələbi – iddiaçının həyat yoldaşı və iki qızının adından iddia qaldırması və cavabdehin mülkiyyətində həmin ölçüdə iddiaçının ailə üzvləri ilə birlikdə yaşadıqlarını iddia etdiyi 18.2 kv.m otaq olmadığı üçün rədd edilmişdir. Bununla da müəyyən edilir ki, iddianın rədd edilməsinin əsasları iddianın mahiyyəti üzrə əsassız olması ilə bağlı olmamışdır və hazırki iddia tələbinə baxıla bilər. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının 14 il sonra evə köçürülməsini tələb etməklə iddia müddətinin ötürülməsini qeyd etsə də qanunvercilikdə evə köçürülmə ilə bağlı iddialar üçün hər hansı müddət müəyyən edilməmişdir. Cavabdehin məhkəmə iclasэnda iюtirakэnэn təmin edilməməsi ilə baрlэ dəlilinə gəlincə kollegiya qeyd edir ki, iю materiallarэna cavabdehə məhkəmə iclaslarэnэn, o cьmlədən sonuncu məhkəmə iclasэnэn yeri və vaxtэ barədə xəbərdar edilməsi barədə SMS bildirişləri əlavə edilmiş, bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Şərh edilənləri ümumiləşdirirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı1 və onun ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqları qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, hazırda iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh X11 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh X16 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Anar Tanrıverdiyev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1984/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1984/2022
02.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver