Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1990/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1484/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xadimə vəzifəsidən azad olunmağına dair Cavabdeh xx xxxxxx 2019- cu il tarixli, 2300/437ş nömrəli əmrin ləğv edilərək, onun işə bərpa olunması, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X1 iddia tələbinin həcminin azaldılmasına dair notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini azaldaraq, iddia tələbinin işə bərpa olma hissəsində təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, xx xxxx 2018-ci il tarixdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda xadimə olaraqn işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh xx xxxxxxxx 2019-cu ıl tarixli, 2300- 015/0xx-xx/000982 saylı məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx xxxx 2019-cu il tarixli 16/7733 nömrəli cavab məktubunda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı barəsində qeyd olunanlar və bu səbəbdən Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postuna buraxılmamağı faktı nəzərə alaraq, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 2300/437ş nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşur. Həmin maddəyə görə tərəfindən əmək qanunvericiliyi kobud qaydada pozmuş və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsinin məlumatı işdən azad olunmağı üçün əsas hesab edilmişdir. Bunlar da qanunsuz və əsassızdır. Həmin məlumatların nədən ibarət olduğu və hansı sübutlarla təsdiq olunduğu ona məlum deyil. Hazırkı vaxta kimi işdən azad edilməyi barədə əmrin surəti ona təqdim edilməmiş və ünvanına göndərilməmişdir. Əmrin surətinin təqdim edilməsi və göndərilməsi ışəgötrüənin vəzifəsidir. Bu iddia ilə müraciət etmək üzrə iddia müddəti əgər buraxılıbsa onun hərəkətləri ilə bağlı deyil və məhkəmə bunlara münasibət bildirməlidir. Əmək vəzifələrinin kobud şəkildə pozulmasının hansı halının baş verdiyindən xəbərsizdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqi İdarəsinin xx xxxx 2019-cu il tarixli 16/7733 nömrəli cavab məktubunda qeyd edilənlər "Azərterminalkompleks” Birliyinin xx xxxxxx 2019-cu il tarixli 2300/437ş nömrəli əmri ilə onu Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-cı maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi üçün əsas hesal edilə bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1484/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 2300/437ş nömrəli əmri ləğv edilərək X1nın Cavabdehnə xadimə olaraq işə bərpa olunması qət olunmuşdur. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1484/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı pozulmasını iddia elədiyi əmək hüququn bərpasından ötrü məhkəməyə müraciət edərkən, subyektiv hüququnun pozulmasını bildiyi vaxtdan bir ay müddətində məhkəməyə müraciət etməlidir. Əgər həmin müddəti ötürülərsə, iddiaçı həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə iddia ərizəsi ilə birgə vəsatət də verməlidir. Şəxsin hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməsi onun təbii hüququ olsa da, həmin hüququn pozulmasını bildiyi vaxtdan qanunla müəyyən edilmiş müddətlərdə şikayət (iddia ərizəsi verə bilər) edə bilər. Əks halda bu hüquqda nihilizm yaradar və iddia tələbinə cavab verməli olan şəxsin əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinə rəvac verər. “E.Həkimovun şikayəti ilə əlaqədar” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Hazırki iddia tələbindən də müəyyən edilir ki, iddiaçı Y.Abdullayevə xx.xx.2019-cu il tarixdən işdən azad edildiyindən xəbərdar olmuş və həmin tarixdən də işə çıxmamışdır. Bu hal iddiaçının iddia ərizəsi ilə də öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etsə də Astara Rayon Məhkəməsi İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsı barədə 20.11 2019-cu il tarixli qərardadı qəbul etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsi isə öz növbəsində xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbini təmin etmişdir. Göründüyü kimi İddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən də müəyyən edilir ki, İddiaçı iddia müddətini ötürsə də iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübutlara malik olmalıdır ki, belə sübutlarda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış Sabunçu Rayon Məhkəməsi isə işə baxarkən bu hallara nəzərə almadan əsassız olaraq iddiaşının iddiasını təmin etmişdir. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddiaçının iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilə bilməz. Belə ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. Bu hal hazırki mülki işin materialları ilə də öz təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində də iddia müddətinin ötürüldüyünü etiraf etmiş, lakin bunun üzrlü səbəblərdən baş verdiyini təsdiq edən hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almadan yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks” Birliyi tərəfindən X3 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubda bildirilir ki, Cənub Ərazi Baş Gömrük İdarəsindən xx xxxx 2019-cu il tarixli 1800- 322/0xx-xx/002165 nömrəli məktubla Cavabdehnə müraciət edilərək, sərhədkeçmə ilə bağlı cinayət işində adınının hallandırıldığı səbəbi göstərilməklə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Astara” X7 əməkdaşları tərəfindən onun Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postuna buraxılmadığı barədə məlumat verilmiş və həmin məktub “AzərterminalkompleksBirliyinin xx xxxx 2019-cu il tarixli 2300-015/0xx-xx/000753 nömrəli məktubu ilə baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində qaldırılan məsələnin araşdırılması zamanı xx xxxx 2019-cu il tarixli 1000-190/1xx-xx/014891 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsinə sorğu göndərilmiş, həmin İdarənin xx xxxx 2019-cu il tarixli 16/7733 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş idarəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumatların mövcud olduğu səbəbindən o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Astara” X7 əməkdaşları tərəfindən Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postuna buraxılmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx xxxx 2019-cu il tarixli 16/7733 nömrəli cavab məktubu qanunamüvafiq qaydada baxılması üçün xx xxxxxx 2019-cu il tarixli 1000-190/1xx-xx/017023 nömrəli məktubla Cavabdehnə və Cənub Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx xxxx 2019-cu il tarixli 16/7733 nömrəli cavab məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində qeyd olunanlar və bu səbəbdən Cənub Ərazi Baş Görürük İdarəsi “Astara” gömrük postuna buraxılmamağı faktı nəzərə alınaraq, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 2300/437ş nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ‘Azərterminalkompleks” Birliyinin 2300/437Ş saylı, xx xxxxxx 2019-cu il tarixli əmrindən görünür ki, X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbi ilə işdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks” Birliyi tərəfindən X3 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərilən xx xxxx 2019-cu il tarixli 16/7733 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumatların mövcud olduğu səbəbindən o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Astara” X7 əməkdaşları tərəfindən Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postuna buraxılmamışdır. Dövlət Sərhəd Xidmətinin məktubuna əsasən “Astara” X7 ərazisinə buraxılmamağı səbəbindən Cavabdeh əməkdaşı olaraq onun bilavasitə əmək funksiyalarını yerinə yetirməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx xxxx 2019-cu il tarixli 16/7733 nömrəli məktubunu və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Astara” X7 əməkdaşları tərəfindən Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postuna buraxılmamağını və bununla bağlı öz əmək funksiyalarını yerinə yetirə bilmədiyini nəzərə alaraq “Azərterminalkompleks" Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 2300/437ş nömrəli əmri ilə işdən azad olunmuşdur. Müraciəti ilə bağlı aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli 5/406 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1965-ci il təvəllüdlü X4 barəsində Dövlət Sərhəd Xidmətində nüfuzdansalıcı məlumatlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə görə fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək daxildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunu üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir. Hazırki halda ‘Azərterminalkompleks" Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 2300/437ş saylı əmrdən X2 işdən azad edilərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı onun barəsində məlumatların mövcudluğu və bununla əlaqədar əsasən “Astara” X7 ərazisinə buraxılmamağı səbəbindən Cavabdeh əməkdaşı olaraq onun bilavasitə əmək funksiyalarını yerinə yetirməsinin qeyri-mümkün olmasına istinad edilmişdir. Lakin məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə ünvanlanmış sorğuya xx.xx.2020-ci il tarixli 5/406 saylı cavab məktubunda Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1965-ci il təvəllüdlü X4 barəsində Dövlət Sərhəd Xidmətində nüfuzdansalıcı məlumatların mövcud olmaması qeyd edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin nümayəndəsi X8 məhkəmə iclasında yazılı ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh X1nın xadimə olaraq işə bərpa olunmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 2300/437ş nömrəli əmrinin ləğv edilməsi X1nın Cavabdehnə xadimə olaraq işə bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Bundan başqa apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin nümayəndəsi X8 verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işinə dair məhkəmə hökmü olub-olmaması barədə məlumatı yoxdur. Həmçinin apelyasiya şikayətində qeyd edilən iddiaçının məhkəməyə müraciət edərkən müddəti ötürməsi barədə cavabdehin ərizəsi iş materiallarında mövcud deyildir.Əksinə, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin nümayəndəsi X8 məhkəmə iclasında yazılı ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh X1nın xadimə olaraq işə bərpa olunmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1484/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1990/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1990/2021
28.01.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver