Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1991/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “evdən istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X5 cavabdeh İddiaçı qarşı “evin boşaldılaraq geri qaytarılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-319/2020 xx.xx.2020-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadıqları evdən istifadə hüququnun həyata keçirilməsində cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul eilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, döngə 1, ev 66 saylı ünvanda 2002-ci il tarixdən atası X5 istifadəsində olan 6 sot torpaq sahəsində evdə qeydiyyatdadır. 2005-ci ildə atası evin həyətindən ona 3 sot torpaq sahəsinin ayrılmasına icazə vermişdir. Həyat yoldaşı tərəfindən həmin torpaq sahəsində 4 otaqdan ibarət 1 mərtəbəli yaşayış evini tikmiş, evin tikilməsinə 55000 manat pul xərclənmişdir. Hazırda anası və qardaşları onları həmin evdən çıxartmaq istəyirlər. Cavabdehlər ondan tələb edirlər ki, evi boşaldaraq onlara təhvil versinlər. Qeyd olunan evdə 15 ildir ki, yaşayırlar, kommunal xərcləri ödəyirlər. Lakin, cavabdehlər evdən istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradırlar. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X5 cavabdeh İddiaçı qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı evi boşaldaraq qaytarması, ozünün tikdiyi evin onun tərəfindən sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X8 qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ünvanda olan özbaşına tikilmiş evdən qarşılıqlı iddia üzrə cavabdehlərin çıxarılması barədə və ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və əri Elnur cavabdehlərə hədə-qorxu gəlirlər. Qarşılıqlı iddia üzrə cavabdehlər qeyriqanuni olaraq İ.İbayevin evində yerləşmişlər. İbayev İldız onların kirayə yaşamamaları üçün öz evini qızı İddiaçı vermişdir. Sonradan evin boşaldılması və oradan çıxmalarını istəsə də, onlar məhəl qoymamışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-319/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Adilə Paşayeva). Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-319/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, döngə 1, ev 66 saylı ünvanda 2002-ci ildən iddiaçının atası X5 istifadəsində olan 6 sot torpaq sahəsində evdə qeydiyyatdadır. 2005-ci ildə atası evin həyətindən ona 0,03 ha torpaq sahəsinin ayrılmasına icazə vermişdir. Həyat yoldaşı X10 tərəfindən həmin torpaq sahəsində dörd otaqdan ibarət birmərtəbəli yaşayış evini tikmiş, evin tikilməsinə 55.000 manat pul xərcləmişdir. Hazırda valideynləri və qardaşları iddiaçını həmin evdən çıxartmaq istəyirlər. İlk iddia üzrə cavabdehlər iddiaçıdan tələb edirlər ki, evi boşaldaraq onlara təhvil versin. Halbuki həmin evdə artıq on beş ildir ki yaşayır, evin kommunal xərclərini ödəyir. Lakin ilk iddia üzrə cavabdehlər yaşadıqları evdən istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradırlar. Birinci instansiya məhkəməsi ilkin iddianın rədd olunmasına əsas kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanda yerləşən tikililərə dair mülkiyyət hüququ tərəflərdən heç birinin adına dövlət qeydiyyatından keçməməsinə, habelə ilkin iddia ərizəsində hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin çıxış etdiyinə, lakin həmin maddədə hallandırılan mülkiyyət hüquq anlayışının mübahisəli mübahisəli ev münasibətdə mövcud olmamasına istinad etmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli xx xxxxxx 2005-ci il tarixli qərarının 3.5-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan müddəalarından göründüyü kimi, istər mülki-prosessual tələblərinə, istərsə Ali Məhkəmənin formallaşdığı təcrübəsinə əsasən, hakim qətnamənin çıxarılmasında işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çərçivə ilə məhdudlaşdırılsa da, qanunla işdə iştirak edən şəxslərin iddia tələblərinin istinad etdiyi hüquqi əsaslarının çərçivəsində hər hansı məhdudiyyət nəzərdə tutulmamış, iddiaçının üzərinə isə hüquqi əsasların məhkəməyə təqdim edilməsi barədə vəzifə ilə yüklü etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə eyni zamanda müəyyən edilmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Əhmədova X6r, İddiaçı ailəsi ilə birlikdə, atası və qardaşları isə ayrı tikilidə yaşayırlar. Sabunçu Rayon Məhkəməsi tərəfindən iddiaçının ailəsi ilə birlikdə qarşı tərəflə ayrılıqda yaşamağı, habelə öz yaşayış evinin öz şəxsi vəsaiti hesabına inşa etdiyi və ilk iddia üzrə cavabdehlərə məxsus olmaması mübahisə edilmir. Azərbaycan Respublikası MM-nin 158-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (158.4.). Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Yaşadığı evə dair iddiaçı və həyat yoldaşı Elnur Əhmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev mübahisəsiz halda onların vəsaiti hesabına inşa edildiyindən onların əmlakı hesab olunur və bu evə mülkiyyət hüququ olmasa da, əmlak (əşya) hüququ danılmazdır. Qarşı tərəf isə əmlakdan (əşyamızdan) müvafiq hüquqdan onları faktiki olaraq məhrum etmişlər, birinci instansiya məhkəməsi isə işə tam hüquqlu məhkəmə qismində baxmasına baxmayaraq, göstərilən bu hüquqi xüsusiyyətlərə heç bir hüquqi qiymət verməmiş və müvafiq maddi hüquq normalarını iddiaya münasibətdə tətbiq etməmişdir. Əgər ilk iddiaya münasibətdə Mülki Məcəlləsinin 158, 159 və sair müvafiq maddələrinin müddəaları tətbiq edilsəydi, belə olan halda iddiaçı yaşadığı evə dair mülkiyyət hüququndan irəli gələn istifadə hüququ yox, əmlakdan (əşyadan) faktiki istifadə hüquqlarının pozulması prizmasından yanaşıb iddianın bu baxımından ən azı qismən təmin edilməsi barədə tam haqlı olaraq qətnaməni qəbul edə bilərdi. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnamsənin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etdilər. Kollegiya iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 199947 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əhmədov arvada Əhmədova Soyadı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********28 saylı məktubundan görünür ki, tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində mütəxəssis rəyi tərtib edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən hal-hazırda mübahisələndirilən torpaq sahəsinə hər hansı fiziki və hüquqi şəxsin adına hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlimat aşkar edilmədiyindən sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq olduğu müəyyən edilmişdir. Eyni zamanda X5 mülkiyyətində olan torpaq sahəsinin 300 kv.m hissəsi Zeynalov Göhər Şamil qızına və X2 müəyyən olunur. X5 reyestr nömrəsi **********93 sahəsi 600 kv.m olan çıxarış və plan ölçü sənədinə əsasən mülkiyyətində olmuş sonradan satılmış torpaq sahəsinin hazırda mübahisələndirilən torpaq sahəsi olmadığından hazırda İddiaçı faktiki istifadəsində olan yaşayış evi və altındakı torpaq sahəsi X5 mülkiyyətində olan torpaq sahəsinin olmadığı görünür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X8 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsini X3. AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X12 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanda yerləşən 600 kv.m torpaq sahəəsinin 300 kv.m hissəsini X1. AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X12 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsini Zeynalova Gövhər Şamil qızına satmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (neqator iddia). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən edir ki, Əhmədova X6r, İddiaçı ailəsi ilə birlikdə, atası və qardaşları isə ayrı tikilidə yaşayırlar. Hazırki iş üzrə ilkin iddiaçı onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanda yerləşən tikilidə yaşamasına maneələr törədildiyini bildirir və həmin maneələrin aradan qaldırılmasını xahiş edir. kollegiya qeyd edilməsini zəruri hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanda yerləşən tikililərə dair mülkiyyət hüququnun tərəflərdən heç birinin adına dövlət qeydiyyatından keçməməsi və özbaşına tikili olması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq işin hallarına və qeyd olunan hüquq normalarının mahiyyətinə əsasən qeyd edir ki, ilk iddia üzrə iddiaçı “maneələrin aradan qaldırılması” tələbi ilə məhkəməyə müraciət etsə də, qeyd olunan maddənin tələblərinə görə neqator iddia irəli sürülməsi üçün iddiaçı ilk öncə mülkiyyətçi olmalıdır. Lakin, iş materiallarından, apellyasiya şikayətinin məzmunundan və iddiaçının izahatından görünür ki, iddiaçının nə qeyd olunan evə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, ilkin iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, ilkin iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni ilkin iddianın rədd edilməsi hissəsində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Kollegiya hesab edir ki, mübahisəli yaşayış sahəsinə ilkin iddiaçının mülkiyyət hüququ olmadığından apellyasiya şikayəti təmin edilməməli, yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması tələbinin əsassız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ilkin iddianın təmin edilməməsi hissəsində ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-319/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1991/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1991/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver