Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1991/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5878/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət kimi xx.xx.2018- ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
2. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
3. xx.xx.2024-cü il tarixli MŞB/6-01352 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.
4. 81 saylı MKİS tərəfindən verilmiş 01/211 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 ünvan 1 ünvanında qeydiyyatdadır, babasının deməsinə görə xx.xx.2022-ci il tarixdən həmin ünvanda yaşamır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh ünvan 1-yə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırımışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. xx.xx.2001-ci təvəllüdlü Cavabdeh onun nəvəsidir. Cavabdeh doğulduğu gündən onun mənzilində yaşamış, universiteti bitirdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən ünvan 1-dən köçüb getmişdir, həmin tarixdən indiyə kimi bu ünvanda yaşamır. Cavabdehin ona məxsus mənzildə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh onun mülkiyyətində olan ünvan 1-yə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.
7. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, o, Bakıxanov qəsəbəsi Sülh küçəsi 11 mənzil 43-də yaşayır. O, Ceyran xanımla 30 ildir qonşu olmuşdur. 2019-cu ildə həyat yoldaşı öldükdən sonra həmin mənzilin yaxınlığında yerləşən marketin arxa tərəfində həyət evi almışdır. Amma qızı ailəlidir, Sülh küçəsi 11-də yaşayır. O, əvvəlki mənzildən köçsə də qızı, kürəkəni, qudası Sülh küçəsi ev 11 mənzil 43 ünvanında qeydiyyatdadırlar. O, Nailəni 2022-ci ilə qədər iddiaçının mənzilində görmüşdür. Nailəni nənə və babası o ünvanda böyüdüb oxutmuşdur. Nailənin atası fərqli ünvanlarda işləyirdi, anası isə ölüb, amma öldüyü vaxtı xatırlamır. Nailə təqribən 5-ci sinifdə oxuyanda anası ölmüşdür. Nailə ali məktəbi oxuyub bitirəndən sonra öz xalası oğluna qoşulub qaçmış və qonşular bir də onu görməmişlər. Hazırda Nurəddin bəy evi satmaq istəyir, amma Nailə orada hələ də qeydiyyatdadır. Nailə hazırda eşitdiyi qədərilə xalası oğlu ilə ailə qurub, Şəmkir rayonunda yaşayır, ailəsi, uşağı var, amma şəxsən özü görməmişdir. Xalasının evi var, Nailə orada yaşayır, onun fikrincə kirayədə yaşamır.
8. Məhkəmə iclasında X7 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə təxminən 30 ilə yaxındır ki, qonşudurlar. İddiaçının nəvəsi Nailə də qonşusu olub. Sonuncu dəfə 2022-ci ilin may ayından sonra Nailənin bir nəfərlə qaçdığını eşitmişdir. Hazırda da bildiyi qədərilə qoşulub qaçdığı yerdə - Şəmkir rayonunda yaşayır. Orada Nailənin kirayə qalması və ya evinin olması barədə məlumatı yoxdur. Nailə iddiaçının evinə gəlib-getmir. O, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən mənzildə yaşayır. Hazırda yaşadığı ünvana yeni köçmüşdür. Əvvəllər o, Sülh küçəsi ev 11 mənzil 33-də yaşayırdı, öz evi idi. Nailənin hazırda dəqiq harada yaşaması barədə məlumatı yoxdur. Təxminən 3 ildir ki, əvvəlki ünvandan köçsə də, valideynləri orada olduğu üçün ora tez-tez gedib gəlir, həmçinin, Ceyran xanımgillə qapıbir qonşudurlar. Hər gün olmasa da, bir gündən bir gün ora valideynlərini görməyə gedir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5878/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci təvəllüdlü Cavabdeh iddiaçının nəvəsidir. Cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, mənzil 32-dən köçüb getmişdir. O, mənzildən köçüb gedərkən bütün əşyalarını da özü ilə aparmışdır. Evində Cavabdeh məxsus heç bir əşya yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş hər iki şəxs də Cavabdeh 2022-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, mənzil 32-də yaşamadığını, xalası oğluna qoşulub qaçaraq, ailə qurduğunu və hal-hazırda Şəmkirdə yaşadığını bildirmişlər. Sabunçu Rayon Məhkəməsi isə elə hesab etmişdir ki, iddiaçı cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığını sübut edə bilməmişdir. Hesab edir ki, təqdim etdiyi sübut vasitələri ilə Cavabdeh mənzildən istifadəyə ehtiyacının aradan qalxdığını sübut etmişdir və bu hal iddianın təmin edilməsi üçün əsasdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, mənzil 32 mənim xüsusi mülkiyyətimdə olan əmlakdır. Cavabdeh mənzildə yaşamamasına baxmayaraq, formal qeydiyyatda qalmaqla mülkiyyət hüquqularını məhdudlaşdırması konstitusion hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, mənzil 32-dən köçüb getməsini, gedərkən özünə məxsus bütün əşyalarını aparmasını, həmin mənzildə cavabdehə məxsus heç bir əşyanın olmamasını, cavabdehin onun mənzilindən istifadəyə ehtiyacının aradan qalxdığını aydınlaşdırmamışdır. Cavabdeh mənzildən ailə quraraq köçüb getməsini, daimi olaraq Şəmkir rayonunda yaşamasını şahid ifadələri ilə sübut etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. Maddə 228.1 yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
17. Maddə 228.2 yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
18. Maddə 228.5 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
19. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
21. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Kollegiya qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirərək ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5878/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
32. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
34. Kollegiya ilkin olaraq qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığından, hazırki halda mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun baxılmalıdır.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
36. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, mənzil 32 tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının nəvəsi olmaqla, doğulduğu vaxtdan valideynləri (iddiaçının ailə üzvü olan oğlu və gəlini) ilə birlikdə mübahisəli mənzilə qeydiyyata alınmaqla orada yaşamışdır. Bu baxımdan cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmışdır. Belə olan halda cavabdehin mübahisəli mənzildən istifadə hüququnun mövcud olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxıb-qalxmamasıdır.
37. İşin hallarından görünür ki, cavabdeh faktiki olaraq başqa ünvanda yaşamış olsa da, mübahisəli mənzilə ehtiyacı aradan qalxmamış, o, hələ də mübahisəli mənzildə qeydiyyatdadır və doğulduğu gündən həmin mənzildə yaşamışdır. İddiaçı tərəfindən cavabdehin nikaha daxil olaraq ərin evinə köçməsi ilə əlaqədar hazırda cavabdehin mübahisəli mənzilə olan ehtiyacının aradan qalxmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir.
38. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə aparılan məhkəmə araşdırması zamanı cavabdehin mülkiyyətində daşınmaz (və ya daşınar) əmlakın olması kimi hallar müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hazırkı mənzilə olan ehtiyacının aradan qalxması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
40. Məhkəmə kollegiyası həmçinin şikayətin “şahid ifadələri” dəlilinə münasibətdə qeyd edir ki, şahid X2 ifadə verərək bildirmişdir ki, “xalasının evi var, Nailə orada yaşayır, onun fikrincə kirayədə yaşamır.” X7 isə ifadə verərək bildirmişdir ki, “Nailənin kirayə qalması və ya evinin olması barədə məlumatı yoxdur.” Şahid ifadələrində nümayiş olunan qeyri-müəyyən halların mövcudluğu, iş materiallarında şahid ifadələrinin dolğunluğunu təsdiq etməyə imkan verən, cavabdehin mübahisələndirilən yaşayış sahəsindən daimi köçüb getməsini aşkar ifadə edən sübutların mövcud olmaması, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə aparılan məhkəmə araşdırması zamanı cavabdehin mülkiyyətində daşınmaz (və ya daşınar) əmlakın olmasının müəyyən edilməməsi özlüyündə apellyasiya şikayətinin təmin edilməməsinə əsas verir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
43. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı iddiası təmin edilməməlidir.
44. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5878/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.