Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1995/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Hüseynov Nazim Nuşrəvan oğlunun, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2236/2024 saylı 28 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixli 326 saylı narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz protokolundan görünür ki, İddiaçı oğlunun müayinə zaman sidikdə THC aşkarlandığı üçün qan nümunəsi götürülmüşdür.
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 25 nömrəli qərarından görünür ki, Xidmətin Təşkilati nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı polkovnik Əziz Hidayevin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən Xidmətin Mərkəzi Hərbi komissiyanın müfəttişi X4, Sumqayıt Şəhər Baş İdarəsinin müfəttişi İddiaçı və Yasamal Rayon İdarəsinin müfəttişi X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsininn 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmələrinə razılıq verilmişdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 148 saylı əmrindən çıxarışdan görünür ki, əmək qanunvericiliyinin tələblərini pozaraq qanunsuz yolla əldə olunmuş narkotik vasitədən istifadə etdiyinə görə Sumqayıt şəhər baş idarəsinin müfəttişi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, İddiaçı qanunsuz yolla narkotik vasitə əldə etməsi faktına prosessual qiymət verilməsi üçün toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin xx.xx.2024-cü il tarixli 2226/K saylı maddi sübutların ekspertizası aktından görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), metadon, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, 1,4 benzodiazepin törəmələri, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və akta əlavə edilmiş cədvəl 1 və cədvəl 2-də qeyd edilmiş digər maddələr aşkar edilməmişdir.
5. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X4, İddiaçı və X9 barələrində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X4 və X9 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına verilmişdir.
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 469 ş/h saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddəsinin “b” bəndi - alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması)) müvafiq olaraq İddiaçı 27 avqust 2024-cü il tarixdən Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir.
7. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin 2079/K nömrəli 17 iyun 2025-ci il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən çətənə bitkisinin əsas aktiv maddəsi - delta-9-tetrahidrokannabinol və tetrahidrokannabinol (büti'ın izomerləri) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları" dair qanunun İ siyahısının İİ hissəsinə, yəni Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasında dövriyyədə olan dərman vasitələrinin rəsmi reyestrində tərkibində kannabinoid (bütün izomerləri) olan dərman vasitələri mövcud deyil. Şəxs tərkibində kannabinoidlərin (bütün izomerlərinin) mövcud olmadığı bəzi qeyri-steroid iltihab əleyhinə olan İbuprofen, Ketoprofen, Naproksen və s., proton pompası inhibitorlarına aid Pantoprazol, antihistamin qrupuna aid olan Prometazin, FL-reseptor antagonistlər qrupuna aid olan Ranitidin, Famotidin və s. tərkibli dərman vasitələrini daxilə qəbul etdikdən sonra onun sidik nümunəsində yalnız ekspresstest üsulu ilə müayinə zamanı kannabinoidlərə aid testin antikorlarının kross-reaktivlik (səhv reaksiya) verməsi ilə əlaqədar olaraq (həmin dərman maddələrinin kimyəvi quruluşca kannabinoidlərə yaxın olması səbəbindən) yanlış müsbət nəticə verə bilər. Bu səbəbdən də immunokimyəvi metodlara aid olan ekspress-test (test-xətt) üsulu ilə aparılan müayinə sidik nümunəsində narkotik vasitə və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilir və alman müsbət nəticələr mütləq başqa instrumental və selektiv xromatoqrafik metodlar ilə təsdiqlənməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmindən xaric olma müddəti bir çox amillərdən: insanın yaşından, çəkisindən, piy qatından, fiziki hərəkətindən, istifadə edilən narkotik vasitənin və psixotrop maddənin növündən, dozasından, qəbul edilmə növündən asılı olaraq narkotik vasitələrin və psixotrop maddələrin orqanizm tərəfindən absorbsiya sürətindən, paylanmasından, metabolizmindən və onun xaric edilməsindən və s. asılıdır. Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət ərzində narkotik vasitədən və psixotrop maddədən istifadə etməsidir. Kannabinoid çəkilən zaman bir neçə dəqiqə ərzində qana sorulur, 5-30 dəqiqədən sonra onun qanda miqdarı maksimuma çatır. Aktiv metabolizm və toxumalara paylanma (qaraciyərdə və digər toxumalarda ehtiyat halında toplanması) səbəbindən onun miqdarı qanda sürətlə azalır. Kannabinoidlərin daxilə qəbulu zamanı qanda miqdarı yavaş-yavaş artır və 1.5-3 saatdan sonra maksimuma çatır. Kannabinoidlər lipidlərdə (piylərdə) çox yaxşı həll olur və buna görə də beyində, piy toxumasında, qaraciyərdə, sümük iliyində və böyrəklərdə toplanır və uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq kannabinoidlərin metabolitləri 15-30 gün müddətində qanda aşkar oluna bilər. Kannabinoidlərin metabolitlərinin analizi məqsədilə sidikdə aparılan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilən immunoferment üsul ilə müayinə zamanı xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün müddətində, epizodik istifadədə isə 29 gün müddətində aşkar edilə bilər. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Poliklinikasında İddiaçı qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2024-cü il) 44 gün sonra, yəni xx.xx.2025- ci il tarixində Azərbaycan Respunlikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7" publik hüquqi şəxsin Məhkəmə-kimya şöbəsində İddiaçı qan və sidik nümunələri götürülərək məhkəmə-kimyəvi tədqiqat aparılmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cıi il tarixli protokolda və Azərbaycan Respunlikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7"nin xx.xx.2024-cii il tarixli 2226/K saylı məhkəmə - kimyəvi aktda əks olunan nəticələr arasında yaranmış fərq canlı şəxslərin orqanizmdə gedən fizioloji proseslər nəticəsində qəbul edilmiş narkotik vasitələrin, psixotrop. güclü təsiredici maddələrin və eləcə də, dərman maddələrinin metabolizmə uğraması, parçalanması və son nəticədə orqanizmdən xaric olunması ilə əlaqəlidir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 4698/4 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsində iştirak etmiş və döyüşlər zamanı kəllə-beyin travması almışdır. 2021-ci ilin dekabr ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun narkotik vasitələrdən istifadə edib-etməməyinin müəyyən edilməsi məqsədi ilə DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçdikdən sonra DTX-nın Hərbi Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının sidik/qan analizinin nəticələrində şübhəli vəziyyətdə THCCOOH (marixuana) aşkar edilmiş, əvvəllər isə heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş, 2021-ci ilin noyabr ayının əvvəllərində Beyləqan rayonu Xocavənd qəsəbəsində yerləşən xəstəxanada, 2022-ci ilin yanvar ayında isə DSX-nın Hospitalında sinir-əsəb şöbəsində müalicə almış, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının nəticəsində şübhəli vəziyyətin aradan qaldırılması məqsədi ilə atası X1 ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə "Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X7"ndə təkrar müayinə üçün qan və sidik nümunələri götürülmüş və xx.xx.2024-cü il tarixdə götürülən nümunələrin cavabında qan və sidik analizlərində heç bir narkotik tərkibli maddələr aşkar edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 148 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmr o, məzuniyyətdə olduğu dövrdə qanunsuz vəziyyətdə verildiyi üçün etirazlarından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 4698/4 nömrəli əmri ilə 2-ci dəfə işdən azad edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ekspert rəyini araşdırmaq və hüquqi qiymət vermək üçün hüquq-mühafizə orqanlarına müraciət etmiş, məsələ ilə bağlı Bakı şəhəri Səbail rayonun 41-ci polis bölməsində material üzrə araşdırma aparılmış və onun barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan səbəblərdən sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Nəzərə çatdırır ki, mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhər 9 saylı Mediasiya Təşkilatının ərizəsinə əlavə etdiyi arayışını xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Barəsində verilən işdən çıxartma əmrini aşağıdakı əsaslarla qanunsuz hesab edir. Qanunvericiyin normalarının pozulması: AR Əmək Məcəlləsinin 187.1-ci maddəsində göstərilən tənbeh vermə qaydalarına əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin, ona bu barədə heç bir təklif edilməyib. Buna görə də o, göstərilən "nöqsanlara" qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə guya onun izahat verməkdən imtina etməyi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və onun işçi kimi hüquqlarını kifayət qədər məhdudlaşdırmışdır. Araşdırma zamanı pozuntular: onun barəsində ilkin əmr verilərkən o, rəsmi qaydada əmək məzuniyyətində olmuşdur. Bu barədə araşdırma aparıldığını, həmçinin ekspertizanın nəticəsinin nə olduğunu ümüumiyyətlə bilməmişdir. Yəni tam məlumatsız şəkildə əmək məzuniyyətində olduğu halda onu idarədən çağıraraq işdən azad edildiyi və əmək kitabçası təqdim edilmişdir. Hətta o, əmrin surətini belə əldə edə bilməmişdir. Bu barədə həm özünün, həm də nümayəndəsi olan atasının müraciətlərindən sonra işdən azad olunmağı barədə növbəti əmr qəbul edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 4698/4 nömrəli əmr ilə müffətişlik vəzifəsinə işdən azad edilməyi ilə bağlı xitam verilmişdir. Hesab edir ki, barəsində verilmiş əmr tam qanunsuz və əsassızdır, heç bir məntiqə sığmır və məhkəmə qaydasında ləğv edilməlidir. Hal-hazırda işsizdir və cavabdehin onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxartmasına görə başqa iş tapmaqda çətinlik çəkir. Gəliri yoxdur. Ona görə də hesab edir ki, həmçinin ona iş buraxdığı dövrlərə görə cavabdeh təşkilat tərəfindən əmək haqqı ödənilməlidir.
10. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, Xidmətin Sumqayıt şəhər baş idarəsinin Səfərbərlik hazırlığı yə səfərbərlik şöbəsinin müfəttişi İddiaçı 16 may 2024cü il tarixdə "Narkoloji xidmət və nəzarət haqqında" 29 iyun 2001-ci il tarixli 161-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın tələblərinə əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin poliklinikasında “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərkən ondan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu üçün qan nümunəsi də götürülmüş və bununla bağlı “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək İddiaçı tərəfindən imzalanmışdır. 31 may 2024-cü il tarixdə qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına qəbul edilərək tədqiq edilmiş və 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). Mövcud qanunvericiliyin tələblərinə uyğun İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə təqdimat göndərilmiş və 21 iyun 2024-cü il tarixdə təqdimata İddiaçı iştirakı ilə baxılaraq yuxarıda qeyd olunan əsaslarla onun işdən xaric edilməsinə razılıq verilmişdir. Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri ilə İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş (TNBİ-nin rəyi əsasında) və toplanmış material həmin fakt üzrə prosessual qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İddiaçının atası X3 tərəfindən təqdim olunmuş İddiaçı 1 iyul 2024-cü il tarixdə (44 gün keçdikdən sonra) götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktla əlaqədar qeyd olunmalıdır ki, marixuana maddəsinin izlərinin qanda aşkar edilməsi 2 həftəyə qədər mümkündür. İddiaçı 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək növbəti məzuniyyətdə olduğunu, 24 iyul 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək xəstəliklə əlaqədar müalicə aldığını, 23 avqust 2024-cü il tarixdə isə işə çıxdığını nəzərə alaraq bağlanmış əmək müqaviləsi Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri ilə ləğv edilmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2236/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İşin materiallarından görünür ki, 16 may 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin poliklinikasında “ekspress-test” üsulu ilə tibbi müayinə zamanı iddiaçıdan əvvəl sidik analiz nümunəsi götürülmüş, THC maddəsi aşkar olunduğu üçün qan nümunəsi də götürülmüşdür. Məhz bundan sonra cavabdeh tərəfindən 16 may 2024cü il tarixli 326 saylı “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz protokolu» tərtib edilmişdir. Adından da görünür ki, protokol tibbi analiz nəticəsində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edildiyi üçün tərtib edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, artıq cavabdehə özünün təbirincə deyilsə iddiaçıdan götürülmüş nümunədə THC maddəsinin olması məlum olduğu üçün qeyd edilən başlıqlı protokol tərtib edilmişdir. Sözügedən protokolun tərtibi artıq iddiaçının narkotik vasitələrin və ya psixotrop, ya da güclü təsiredici maddələrin istifadəsi hallarının təsdiqidir. Lakin cavabdeh özünün tərtib etdiyi protokolla kifayətlənməyərək analiz nümunələrini Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına göndərmiş və 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı konkret olaraq hansı narkotik vasitədən (marixuana tərkibli) istifadə etməsi müəyyən olunmuşdur. Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri hazırki iddianın predmeti olmasa da, iddiaçının narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi faktı cavabdehə xx.xx.2024-cü il tarixdən əvvəl də, yəni xx.xx.2024-cü il tarixində sözügedən protokol tərtib edilərkən məlum olduğu halda həmin əmri verərkən cavabdeh Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq Xidmətin rəhbərliyinin adına yazılı izahat almamış, həm də iddiaçının 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək növbəti məzuniyyətdə olmasını nəzərə almadan törədilmiş xətanın məlum tarixindən 1 ay keçdikdən sonra iddiaçıya intizam tənbehi vermişdir. Başqa sözlə, qeyd edilən əmr qüvvədə olsa idi cavabdeh tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin də tələbinin pozulması faktı mübahisəsiz olardı. Cavabdeh tərəf İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi və 189-cu maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olmamasını müəyyən etdiyi üçün həmin əmrin icrasını dayandırmış, (əmr elektron sistemə yüklənməmiş) lakin ləğv də edilməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Xidmətin Həmkarlar İttifaqı Komitəsində 21 iyun 2024-cü il tarixdə təqdimatına baxarkən izahat verməsi qeyd edilən normanın tələbinə uyğun alınmış izahat kimi qiymətləndirilmir. Bu izahat Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə ünvanladığı təqdimatın müzakirəsi zamanı iddiaçının mövqeyidir. Buna qədər isə cavabdeh iddiaçının narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi faktının qəbul edilməsi faktı xx.xx.2024-cü il tarixdə ona məlum olduqdan sonra Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən ondan yazılı izahat almalı idi. Bu qanunvericinin imperativ tələbidir. İddiaçı 23 avqust 2024-cü il tarixdə isə işə çıxdığı və 26 avqustda da işdə olduğu halda ondan yenə də yazılı izahat alınmayaraq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair bu dəfə Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri verilmişdir.
15. Sözügedən əmr verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmasından əlavə həmin Məcəllənin 84–cü maddəsinin tələbləri baxımından da əmrdə cavabdehin hüquqi ünvanı və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı göstərilməmişdir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər də Əmək Məcəlləsində nəzərdə tutulmuşdur və nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin və ya bir neçəsinin göstərilməməsi əmrin (sərəncamın, qərarın) məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas sayılır.
16. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçının 23 avqust 2024-cü il tarixdə çıxdığı və 26 avqustda da işdə olduğu onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Xidmət rəisinin şəxsi heyət üzrə əmri göstərilən tarixlərdə deyil, məhz 27 avqust 2024-cü il tarixdə ləğv edilməsinin səbəblərini cavabdeh tərəfin bunu işəgötürənin hüququ kimi əsaslandırmasına dair mövqeyinə qiymət verərək hesab etmişdir ki, iddiaçının yol verdiyi nöqsanla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində sadalanan halların hər hansı biri qətiyyətli şəkildə uzlaşmadığı halda, onunla əmək müqaviləsi məhz işə çıxdığı tarixdə ləğv edilməli idi. Lakin bu əmrin iddiaçının işə çıxmasından 4 gün sonra (şənbə və bazar günləri nəzərə alınmaqla) verilməsi cavabdehin iddiaçı ilə əmək münasibətlərinin dərhal kəsmək istəmədiyinə də bir növ dəlalət edir. Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə 2021-ci ilin dekabr ayının 13-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş kimi fəaliyyət göstərən, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsində iştirak etmiş və döyüşlər zamanı kəllə-beyin travması almış, bununla əlaqədar dəfələrlə müalicələr almış iddiaçının yol verdiyi iddia olunan pozuntunun (analizinin nəticələrində şübhəli vəziyyətdə THC- COOH (marixuana) aşkar edilməsi) mövcudluğu qəbul edilsə belə onunla əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır.
17. Həmçinin məhkəmə qeyd etmişdir ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün yetərli deyil. Bunun üçün tələb olunan şərt ondan ibarətdir ki, işçinin sadalanan hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə, o cümlədən "ç" bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyini əmrdə (sərəncamda, qərarda) əsaslandırmaq öhdəliyi daşıyır.
18. Məhkəmə nəzərə almışdır ki, cavabdeh tərəfin İddiaçı 1 iyul 2024-cü il tarixdə (44 gün keçdikdən sonra) götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktı nəticəsində cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına göndərilmiş material üzrə İddiaçı barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin qənaətinə görə göstərilən akt marixuana maddəsinin izlərinin qanda aşkar edilməsinin 2 həftəyə qədər mümkünlüyünə baxmayaraq İddiaçı narkotik vasitələrinin istifadəçisi olmamasına və aludə olmamasına bir növ dəlalət edir.
19. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 15, 70, 71, 72, 80, 83, 84, 186, 187, 289, 292, 300, 311-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2236/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
21. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə diqqət yetirməmişdir ki, iddiaçı barədə “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” xx.xx.2024-cü il tarixli, 326 nömrəli protokolu cavabdeh (Xidmət) deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi (DTX-nin 14 iyul 2016-cı il tarixli “Q/075” nömrəli qərarı ilə təsdiq edilmiş Təlimata 1 nömrəli əlavə) tərtib etmiş və nəticə olaraq “müayinə zamanı sidikdə THC aşkarlandığı üçün qan nümunəsi götürüldü” göstərilmişdir. Adıçəkilən protokolun adından və nəticəsindən görünür ki, ekspres test üsulu ilə götürülmüş sidikdə THC aşkarlanması narkotik və digər maddələrinin istifadəsi anlamına gətirmir, bunun üçün qanın müayinə edilməsi zərurət şərtdir. Qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasına qəbul edilərək tədqiq edilmiş və 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən İddiaçı narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). İddiaçı narkotik vasitədən istifadə etməsi faktı üzrə Xidmətin Təşkilati nəzarət baş idarəsində xidməti təhqiqat aparılmış, İddiaçı verdiyi izahatda Qarabağ döyüşləri zamanı qapalı kəllə-beyin travması aldığını, 2021-ci ildə Beyləqan rayonu Xocavənd qəsəbəsində yerləşən xəstəxanada, 2022-ci ilin yanvar ayında isə Dövlət Sərhəd Xidmətinin hospitalında sinir-əsəb şöbəsində müalicə aldığını, hazıradək sakitləşdirici dərmanlardan istifadə etdiyini göstərmişdir. Bu səbəbdən Əmək Məcəlləsinin müddəalarına əsasən ilkin olaraq 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixdə təqdimat göndərilmiş və 21 iyun 2024-cü il tarixdə təqdimata İddiaçı iştirakı ilə baxılaraq yuxarıda qeyd olunan əsaslarla onun işdən xaric edilməsinə razılıq verilmişdir. Bundan sonra Xidmət rəisinin 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmri (bu əmr icra olunmamışdır) ilə İddiaçı ilə Xidmət arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və o, 4 iyun 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək növbəti məzuniyyətdə olduğunu, 24 iyul 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək xəstəliklə əlaqədar müalicə aldığını, 23 avqust 2024-cü il tarixdə isə işə çıxdığını nəzərə alaraq bağlanmış əmək müqaviləsi Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri (27 iyun 2024-cü il tarixli 148 nömrəli əmrinə istinad edilərək) ilə ləğv edilmişdir. Yuxarıda sadalananlardan görünür ki, cavabdeh Xidmət tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinn 1-3-cü hissələrinin tələblərinə riayət etməklə İddiaçı əmk müqaviləsinə xitam vermişdir. Bundan başqa xidmət mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət rəisi isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəyə təyin edilir. Xidmətin ünvanı və Xidmət rəisinin adı, ata adı və soyadı barədə məlumatlar Xidmətin rəsmi saytlarında (seferberlik.gov.az) tam məlumatlar qeyd olunmuşdur. Məhkəmənin bu kimi məlumatların əmrdə göstərilmədiyinə əsaslanaraq əmrin etibarsız hesab edilməsi qənaətinə gəlməsi absurddur. Bundan başqa məhkəmə bir daha nəzərə almamışdır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyası tərəfindən iddiaçının analizlərində narkotik vasitələr tapıldıqdan sonra Xidmətin Təşkilat nəzarət baş idarəsində araşdırma aparılmış və həmin araşdırmanın nəticəsinə, habelə Xidmətin Həmkarlar İttifaqı Komitəsinin qərarını nəzərə almaqla Xidmət tərəfindən Əmək Məcəlləsinin tələblərinə əsasən İddiaçı ilə əmək müqaviləsini ləğv etmişdir. Əlavə olaraq bildiririk ki, Xidmət hərbi qurumdur və Xidmətin əməkdaşları daimi dövlət əhəmiyyətli və məxfi sənədlərlə işləyirlər. Narkotik istifadəçisinin bu kimi sənədlərlə işləməsi dövlət üçün qarşısı alınmaz səbəblərə gətirib çıxara bilər. Həmçinin bu kimi vasitələrin istifadəçisinin işdə saxlanılması Xidmətin digər əməkdaşlarına pis nümunə ola bilər, bununla da Xidmətin əmək və icra intizamının normal ahəngi pozulmuş hesab olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsində göstərdiyi dəlillərlə əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda izahat vermiş və təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 28.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
29.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 30.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 31.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 32.68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 33.68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 34.70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 35.71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 36.72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 37.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 38.80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 39.83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 40.84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən: əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi faktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 41.186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. 42.187-ci maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 43.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 44.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
45.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 46.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 47.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 48.Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. (76.3-cü maddə).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
49.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından mübahisələndirilən qətnamə ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. 50.İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2021-ci ilin dekabr ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçı, narkotik vasitələrdən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədilə, DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçirilmişdir. Bu müayinənin keçirilməsi "Narkoloji xidmət və nəzarət haqqında" 29 iyun 2001-ci il tarixli 161-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın tələblərinə uyğun olmuşdur. Göstərilən üsulla tibbi müayinədən keçirilərkən iddiaçıdan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu üçün ondan qan nümunəsi də götürülmüş, 16 may 2024-cü il tarixində “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək İddiaçı tərəfindən imzalanmışdır. 51.31 may 2024-cü il tarixdə İddiaçı qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasında qəbul edilərək tədqiq edilmiş, iddiaçının 5 iyun 2024-cü il tarixli nəticələrinə əsasən narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). 52.İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halı) əsasən işdən azad edilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixində təqdimat göndərilmiş, təqdimata 21 iyun 2024-cü il tarixində İddiaçı iştirakı ilə baxılmışdır. İclas protokolunda əksini tapmış İddiaçı izahatından görünür ki, o, Vətən müharibəsinin iştirakçısı olduğundan səhhətində problemlər yarandığına, bununla əlaqədar aldığı müalicə zamanı qəbul etdiyi dərman preparatlarının bu cür fəsad verə bildiyinə istinad etmişdir. 53.Yuxarıda qeyd olunan əsaslarla Xidmətin Həmkarlar İttifaqı Komitəsi tərəfindən iddiaçının işdən xaric edilməsinə razılıq verilmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 148 nömrəli əmr verilmiş, müvafiq fakt üzrə prosessual qiymət verilməsi üçün həmin əmrlə bağlı toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. 54.Müraciətə əsasən araşdırma aparan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən İddiaçı 1 iyul 2024-cü il tarixində götürülmüş qan və sidik nümunələri üzrə aparılmış müayinənin nəticəsində narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar edilməməsinə dair tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin 3 iyul 2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktına əsasən «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 5 avqust 2024-cü il tarixli qərar qəbul edilmiş, İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı iddiaçı eyni məzmunlu izahat vermişdir. 55.Daha sonra müəyyən edilmişdir ki, İddiaçı 4 iyun 2024-cü il tarixindən 23 iyul 2024cü il tarixinədək növbəti əmək məzuniyyətində olmuş, 24 iyul 2024-cü il tarixindən 22 avqust 2024-cü il tarixinədək xəstəliklə əlaqədar müalicə almış və 23 avqust 2024-cü il tarixində isə işə çıxmışdır. İddiaçının iş yerində olmadığı dövrdə əmək müqaviləsinə xitam verildiyi üçün barəsində qəbul edilmiş 27 iyun 2024-cü il tarixli 148 saylı əmri ləğv edilmişdir. Xidmət rəisinin şəxsi heyət üzrə 27 avqust 2024-cü il tarixli 469 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq İddiaçı tərəf olduğu əmək müqaviləsi 27 avqust 2024-cü il tarixindən yenidən ləğv edilmiş, o, Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilmişdir. 56.Beləliklə də iddiaçı 2021-ci ilin dekabr ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt şəhər Baş İdarəsində müfəttiş vəzifəsinə qəbul edilmişdir. Dövlət Xidmətinin rəisinin xx.xx.2024-cü il tarixli 148 saylı əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən iddiaçının iş yerində olmaması (xəstələnməsi, məzuniyyətdə olması ilə əlaqədar) səbəbilə barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 148 saylı əmr ləğv edilmişdir. xx.xx.2024-cü il tarixində (iddiaçının işə çıxdığı gün) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 469 ş/h saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddəsinin “b” bəndi - alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması)) müvafiq olaraq İddiaçı Sumqayıt şəhər baş idarəsi Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin müfəttişi vəzifəsindən azad edilməklə onunla bağanmış əmək müqaviləsi ləğv edilmişdir. 57.İddiaçı məhkəməyə müraciət edərək tələbinin faktiki əsası kimi, barəsində “əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə tədbiq edilmiş intizam tənbehinin ona atılmış böhtanın, eləcə də qeyri-obyektiv davranışın nəticəsi olduğunu göstərmişdir. O, işdən xaric edilməsinin əsassız olmasına istinad etmişdir. 58.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 59.Belə ki, 16 may 2024-cü il tarixində iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən narkotik vasitələrdən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədi ilə DTX-nın poliklinikasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçirilmişdir. Göstərilən üsulla tibbi müayinədən keçirilərkən iddiaçıdan götürülmüş sidik analiz nümunəsində THC maddəsi aşkar olunduğu üçün ondan qan nümunəsi də götürülmüş, bu barədə 16 may 2024-cü il tarixində “narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin istifadəsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi analiz” protokolu tərtib edilərək iddiaçı tərəfindən imzalanmış, 31 may 2024-cü il tarixində İddiaçı qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasında qəbul edilərək tədqiq edilmiş, iddiaçının 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi müəyyən olunmuşdur (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml narkotik maddə aşkar edilmişdir). 60.İddiaçı əmək müqaviləsinə xitam verilməmişdən əvvəl izahatının alınmadığına istinad etsə də iş materiallarından görünür ki, onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı Xidmətin Həmkarlar İttifaqı Komitəsinə 11 iyun 2024-cü il tarixində göndərdiyi təqdimata baxılarkən, o izahat vermiş, izahat verərkən Vətən müharibəsinin iştirakçısı olduğundan səhhətində problemlər yarandığına, müalicəsi zamanı qəbul etdiyi dərman preparatlarının bu cür fəsad verə bildiyinə istinad etmişdir. İddiaçı eyni məzmunlu izahatı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən fakt üzrə araşdırma aparılarkən vermişdir. 61.İstinad olunan halların yoxlanılması məqsədilə məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi labüd hesab edilmiş, ekspert qarşısında İddiaçı qapalı kəllə-beyin travması ilə əlaqədar mütəmadi olaraq keçdiyi müalicə (qəbul etdiyi dərmanlar) nəticəsində sidiyində/qanında narkotik və ya psixotrop tərkibli maddələrin, xüsusilə də THC-COOH (marixuana) narkotik vasitəsinin aşkar edilməsinin mümkün olub-olmaması; THC-COOH (marixuana) narkotik vasitəsinin insan orqanizmində qalma müddətinin nə qədər olması; İddiaçı qan nümunələri üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasının xx.xx.2024-cü il tarixli protokolunda və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin xx.xx.2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktında əks olunan nəticələr arasında yaranmış fərqin nə ilə izah olunduğu barədə suallar verilmişdir.
62. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞnin 2079/K nömrəli 17 iyun 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə çətənə bitkisinin əsas aktiv maddəsi delta-9-tetrahidrokannabinol və tetrahidrokannabinol (bütün izomerləri) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"na dair Qanunun İ siyahısının İİ hissəsinə, yəni Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmişdir.
63. Azərbaycan Respublikasında dövriyyədə olan dərman vasitələrinin rəsmi reyestrində tərkibində kannabinoid (bütün izomerləri) olan dərman vasitələri mövcud deyil. Şəxs tərkibində kannabinoidlərin (bütün izomerlərinin) mövcud olmadığı bəzi qeyri-steroid iltihab əleyhinə olan İbuprofen, Ketoprofen. Naproksen və s., proton pompası inhibitorlarına aid Pantoprazol, antihistamin qrupuna aid olan Prometazin, FL-reseptor antagonistlər qrupuna aid olan Ranitidin, Famotidin və s. tərkibli dərman vasitələrini daxilə qəbul etdikdən sonra onun sidik nümunəsində yalnız ekspress-test üsulu ilə müayinə zamanı kannabinoidlərə aid testin antikorlarının kross-reaktivlik (səhv reaksiya) verməsi ilə əlaqədar olaraq (həmin dərman maddələrinin kimyəvi quruluşca kannabinoidlərə yaxın olması səbəbindən) yanlış müsbət nəticə verə bilər.
64. Bu səbəbdən də immunokimyəvi metodlara aid olan ekspress-test (test-xətt) üsulu ilə aparılan müayinə sidik nümunəsində narkotik vasitə və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilir və alınan müsbət nəticələr mütləq başqa instrumental və selektiv xromatoqrafik metodlar ilə təsdiqlənməlidir.
65. Narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmindən xaric olma müddəti bir çox amillərdən: insanın yaşından, çəkisindən, piy qatından, fiziki hərəkətindən, istifadə edilən narkotik vasitənin və psixotrop maddənin növündən, dozasından, qəbul edilmə növündən asılı olaraq narkotik vasitələrin və psixotrop maddələrin orqanizm tərəfindən absorbsiya sürətindən, paylanmasından, metabolizmindən və onun xaric edilməsindən və s. asılıdır. Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət ərzində narkotik vasitədən və psixotrop maddədən istifadə etməsidir. Kannabinoid çəkilən zaman bir neçə dəqiqə ərzində qana sorulur, 5-30 dəqiqədən sonra onun qanda miqdarı maksimuma çatır. Aktiv metabolizm və toxumalara paylanma (qaraciyərdə və digər toxumalarda ehtiyat halında toplanması) səbəbindən onun miqdarı qanda sürətlə azalır. Kannabinoidlərin daxilə qəbulu zamanı qanda miqdarı yavaş-yavaş artır və 1.5-3 saatdan sonra maksimuma çatır. Kannabinoidlər lipidlərdə (piylərdə) çox yaxşı həll olur və buna görə də beyində, piy toxumasında, qaraciyərdə, sümük iliyində və böyrəklərdə toplanır və uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq kannabinoidlərin metabolitləri 15-30 gün müddətində qanda aşkar oluna bilər. Kannabinoidlərin metabolitlərinin analizi məqsədilə sidikdə aparılan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilən immunoferment üsul ilə müayinə zamanı xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün müddətində, epizodik istifadədə isə 29 gün müddətində aşkar edilə bilər.
66. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Poliklinikasında İddiaçı qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2024-cü il) 44 gün sonra, yəni xx.xx.2025-ci il tarixində Azərbaycan Respunlikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7" publik hüquqi şəxsin Məhkəmə-kimya şöbəsində İddiaçı qan və sidik nümunələri götürülərək məhkəmə-kimyəvi tədqiqat aparılmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cıi il tarixli protokolda və Azərbaycan Respunlikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7"nin xx.xx.2024-cii il tarixli 2226/K saylı məhkəmə kimyəvi aktda əks olunan nəticələr arasında yaranmış fərq canlı şəxslərin orqanizmdə gedən fizioloji proseslər nəticəsində qəbul edilmiş narkotik vasitələrin, psixotrop güclü təsiredici maddələrin və eləcə də, dərman maddələrinin metabolizmə uğraması, parçalanması və son nəticədə orqanizmdən xaric olunması ilə əlaqəlidir.
67. Göründüyü kimi İddiaçı məxsus sidik və qan nümunələrində narkotik (marixuana tərkibli) vasitənin aşkar olunması (sidiyində 23,074 ng/ml, qanında isə 19,827 ng/ml miqdarda) iş materialları ilə öz təsdiqini tapmışdır.
68. İddiaçı sidik və qan nümunələrində narkotik vasitənin aşkarlanmasını istifadə etdiyi dərman preparatlarının qəbulu ilə əlaqələndirməyə çalışsa da, əldə olunmuş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, dərman vasitələrinin qəbulu zamanı (həmin dərman maddələrinin kimyəvi quruluşca kannabinoidlərə yaxın olması səbəbindən) onun sidik nümunəsində ekspress-test üsulu ilə müayinə zamanı yanlış müsbət nəticə çıxması ehtimalı vardır. Ümumi qaydalara əsasən də bu halda alınan müsbət nəticə mütləq başqa instrumental və selektiv xromatoqrafik metodlar ilə təsdiqlənməlidir.
69. İş materiallarından göründüyü kimi iddiaçıdan 31 may 2024-cü il tarixində götürülmüş qan nümunələri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin mərkəzi laboratoriyasında tədqiq edilmiş, 5 iyun 2024-cü il tarixli nəticələrə əsasən onun narkotik (marixuana tərkibli) vasitədən istifadə etməsi yenidən müəyyən olunmuşdur. Göründüyü kimi sidik nümunəsinin ekspress-test üsulu ilə yoxlanılması zamanı alınmış müsbət nəticə daha sonra başqa instrumental və selektiv xromatoqrafik metodlarla da öz təsdiqini tapmışdır.
70. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Poliklinikasında qan və sidik nümunələrinin götürülmə tarixindən (16 may 2024-cü il) 44 gün sonra 1 iyul 2025-ci il tarixində, yəni bir aydan çox müddət keçdikdən sonra yenidən analiz verməsi başadüşülən deyil. Aparılmış tədqiqatların nəticələrinin fərqli çıxması da iddiaçının orqanizmində gedən fizioloji proseslər nəticəsində qəbul edilmiş narkotik vasitələrin, psixotrop güclü təsiredici maddələrin və eləcə də, dərman maddələrinin metabolizmə uğraması, parçalanması və son nəticədə orqanizmdən xaric olunması ilə izah olunur.
71. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin 3 iyul 2024-cü il tarixli 2226/k saylı məhkəmə-kimyəvi aktına əsasən qəbul edilmiş Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 5 avqust 2024-cü il tarixli qərar da Azərbaycan Respublikasının Baş Prokurorluğunda ləğv edilərək, materiallar, əlavə araşdırmanın Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində davam etdirilməsini təmin etmək üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir.
72. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir.
73. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər.
74. Beləliklə də, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilmişdir. Bunun nəticəsində işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» növündə intizam tənbeh verməyə kifayət qədər hüquqi əsaslar yaranmışdır.
75. Bundan başqa Əmək Məcəlləsinin 71.2-ci maddəsində göstərilən işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair dispozisiya şərti ilə əlaqədar kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
76. Xidmət fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, dürüstlük və Silahlı Qüvvələr quruculuğunun təşkili prinsipləri əsasında qurur. Bu qurumda xidmət göstərən hər bir əməkdaş mənəviyyatını hər şeydən üstün tutmalı, davranışı ilə nümunə olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
77. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda təsvir edilmiş əməl ilə Xidmətin adına xələl yetirən hərəkətə yol verən istənilən əməkdaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə, dövlətin ümumi maraqlarına zərər vurur.
78. Əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmış olmasından başqa məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilib-verilməməsi aydınlaşdırılmışdır. Müəyyən edildiyi kimi, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatına qabaqcadan təqdimatla müraciət edilmiş, müvafiq əsaslandırma sənədləri təqdimata əlavə edilmiş və razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.
79. İddiaçının əmək münasibətlərinə xitam verilməsinin rəhbərliyin ona qarşı etdiyi ayrıseçkilik və qərəzlilik zəminində baş verməsinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
80. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
81. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
82. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
83. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2236/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2236/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov