Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1997/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, İddiaçı və vəkili X1, Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyinin vəkili Sarıyev Əjdər Hakim oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi x Bakı Peşə Liseyinə qarşı (3-cü şəxs qismində Azərbaycan Respublikası y Nazirliyi cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi x Bakı Peşə Liseyinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının y Nazirliyini qeyd etməklə «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan sənədləri cavabdeh Azərbaycan Respublikasının y Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi x Bakı Peşə Liseyindən götürməklə araşdırma aparıb, İddiaçı işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması və məcburi proqula görə əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı əmək qabiliyyətinin olmadığı dövrdə işə getməməsi əsas gətirilməklə qanunsuz olaraq işlədiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi x Bakı Peşə Liseyinin biologiya müəllimi vəzifəsindən azad edilmişdir. Bu barədə qeyd edilən peşə liseyi tərəfindən poçt vasitəsi ilə edilmiş xx.xx.2019-cu il tarixli teleqram ilə məlumat almışdır. Bundan sonra işlədiyi liseyə dəfələrlə getmiş olsa da, bütün heyətin məzuniyyətdə olması səbəbindən nə adıçəkilən əmrin, nə də digər zəruri sənədləri götürmək mümkün olmuşdur. Odur ki, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı hesab edir ki, aşağıdakı əsas və səbəblərə görə onun işdən azad edilməsi barədə verilmiş xx.xx.2019-cu il tarixli əmr ədalətsiz və əsassız hesab olunmaqla ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı cavabdeh x Bakı Peşə Liseyinin direktoru X3 qarşı “xəbərdarlıq verilməsi haqqında əmrin qanunsuz tərtib edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etmiş, iddia tələbində Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən x Bakı Peşə Liseyinin direktoru X2 xx.xx.2018-ci il tarixli 69 nömrəli xəbərdarlıq əmrinin ləğv edilməsi, X2 iddiaçının qanunla qorunan hüquqlarını və əmək nüqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilərək barəsində xüsusi qərardadın çıxarılması, cavabdeh şəxsdən mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdən hal-hazıra kimi Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən x Bakı Peşə Liseyinin biologiya fənni üzrə müəllim işləyir. Bu günə kimi onun barəsində heç bir xəbərdarlıq və digər intizam tənbeh tədbirləri görülməmişdir. Liseyin fəaliyyətində öz üzərinə üşən əmək funksiyalarını lazımınca yerinə yetirmişdir. Lakin xx.xx.2018-ci il tarixdə həftənin şənbə gününə təsadüf edən bir vaxtda həmin təhsil müəssisəsinin direktoru “ağacəkmə” aksiyası keçirmişdir. Bundan bir gün əvvəl, yəni xx.xx.2018-ci il tarixdə pedoqoji şuranın iclası keçirilmiş, direktor həmin aksiyanın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edildiyini, dövlət əhəmiyyətli tədbir olduğunu qeyd etmiş, hamının bir nəfər kimi həmin tədbirdə iştirak etməyinin məcburi olduğunu, iştirak etməyən şəxslərin cəzalandırılacağını əlavə etmişdir. Həmin sözlər bir çox əməkdaşlar kimi iddiaçıda da aqressivlik yaratmış, qanunla nəzərdə tutulmayan “iməcilik”lərin yalnız könüllü ola biləcəyini, eyni zamanda onun gərgin iş həftəsinin yekununda istirahət hüquqlarını pozmaqla deyil, iş günlərini əhatə etməklə günün müəyyən vaxtında əvvəlcədən razılaşdırılmaqla həyata keçirilə biləcəyini hesab etmişdir. Bundan əlavə olaraq onunla lisey arasında bağlanmış əmək müqaviləsində də ağacəkmə və s. kimi digər aksiyalarda iştirak edəcəyinin məcburiliyi və iştirak etmədiyi halda intizam tənbehinin nəzərdə tutulduğu da qeyd edilməmişdir. Həmçinin, əvvəlcədən məlumatlı olmadığından iddiaçı həftə sonları öz şəxsi problemlərinin həlli üçün müəyyən plan qurmuş, bu səbəbdən də qeyd edilən aksiyada iştirak etməmişdir. Lakin ağacəkmə aksiyasında iştirak etmədiyi onun əmək funksiyalarına daxil olmadığı halda, cavabdeh X4 birbaşa Əmək Məcəlləsinə istinad edərək onun və digərlərinin barəsində xx.xx.2018-ci il tarixli, 69 nömrəli əmr tərtib etmiş, əmrlə həmin şəxslərə, o cümlədən İddiaçı xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq əmri iddiaçıda narahatçılıq hissi yaratmış, onun bundan əvvəlki əmək fəaliyyətini kölgə altına aldığından, eyni zamanda birbaşa əmək funskiyalarının pozulmasını əks etdirmədiyindən haqlı olaraq narazılığına səbəb olmuşdur. Odur ki, yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş, pozulmuş hüquqlarının bərpa olunması üçün Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən x Bakı Peşə Liseyinin direktoru X2 xx.xx.2018-ci il tarixli 69 nömrəli xəbərdarlıq əmrinin ləğv edilməsi, X2 iddiaçının qanunla qorunan hüquqlarını və əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilərək barəsində xüsusi qərardadın çıxarılması, cavabdeh şəxsdən mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə məhkəmə baxışı zamanı vəkili vasitəsi ilə Azərbaycan Respublikasının y Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə şəxsi e-mail vasitəsi ilə aldığı məktubunu məhkəməyə təqdim etmiş, həmin məktubda xx.xx.2019-cu il tarixdə ağacəkmə aksiyasının keçirilməsinin nəzərdə tutulduğunu göstərmişdir. Bununla kifayətlənməyən cavabdeh həmin tədbirin X7 vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilməsini əsas gətirərək aksiyanın məcburiliyini vurğulamağa çalışmışdır. Eyni zamanda cavabdeh vəzifə səlahiyyətlərini aşaraq tərtib etdiyi əmrdə də ümumilikdə 17 nəfər təhsil işçisini milli müstəqillik, dövlətçilik atributlarına örnək olmaq əvəzinə ona biganə yanaşmaqda günahlandırmışdır. Lakin Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)- 623/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh x Bakı Peşə Liseyinin direktoru X3 qarşı “xəbərdarlıq verilməsi haqqında əmrin qanunsuz tərtib edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bundan sonra iddiaçı həmin qətnamədən şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmişdir. Məhz bundan sonra işəgötürən iddiaçının əmək qabiliyyətli olmadığı dövrlərdə işə gəlməməsini əsas gətirməklə onu tutduğu vəzifədən azad etmişdir. Halbuki işə gəlmədiyi dövrlər üçün tibb müəssisəsindən əmək qabiliyyətinin olmaması vərəqələrini iş yerinə təqdim etmiş, lakin iş yerindən həmin vərəqələrin hamsının birlikdə təqdim edilməsi tələb olunduğundan, sonuncu əmək qabiliyyətinin olmaması vərəqini də alıb yenidən iş yerinə müraciət etmişdir. Lakin həmin vaxt yay tətilinə düşdüyü üçün ona həmin vərəqələri dərslər başlayanda təqdim etməsini tövsiyə etmişlər. Teleqramdan da göründüyü kimi, xx.xx.2019-cu il tarixi yay tətilinə düşdüyü üçün iddiaçı və eləcə də digər işçilər işdə olmamamışlar. Belə olan halda iddiaçının işdən hansı səbəbdən çıxarılması şübhə doğurur. İddiaçı haqlı olaraq hesab edir ki, onun işdən azad edilməsi, əmək qabiliyyəti olmaması barədə vərəqələrin ondan götürülməməsi halları qərəzli olaraq bundan əvvəlki mübahisənin davamıdır. Göründüyü kimi, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürənin iddiaçı ilə aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan, izahatını almadan, öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. Bundan əlavə olaraq işəgötürən cavabdeh x Bakı Peşə Liseyi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə göndərmiş olduğu teleqramda aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Teleqramda konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi onun səbəbsiz işə gəlməməsi göstərilmişdir. Halbuki, iddiaçı yay tətilində işə getməyin vacib olması barədə də heç bir bildiriş almamışdır. Belə ki, onunla x Bakı Peşə Liseyi arasında bağlanmış sonuncu xx.xx.2014cü il tarixli əmək müqaviləsindən də göründüyü kimi məzuniyyət qrafası boş qalmış, işçi qaydada razılaşdırılmaqla həll edilmişdir, bu da ümumilikdə may ayının sonlarından avqust ayının sonlarına qədər bir müddəti əhatə etmişdir. Belə olan halda iddiaçının hansı vaxtda səbəbsiz işə getməməsi aydın olmur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 2379/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Republikasının y Nazirliyi İlk Peşəİxtisas Təhsili müəssisəsi x Bakı Peşə Liseyi apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-2379/2019 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Qaradağ rayon məhkəməsi qəbul etdiyi qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı üzürlü səbəb olduğundan iş yerinə uzun müddət gəlməmiş və buna görə də onun işdən azad edilməsi barədə 142 nömrəli, xx.xx.2019-cu il tarixli əmr qanunsuz və əsassızdır. Mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçının məhkəməyə təqdim etdiyi 269691 nömrəli xəstəlik vərəqəsinin qanuni əsaslarla əldə edilməsinə əsaslı şübhələr mövcud olduğunu, bununla əlaqədar olaraq İmişli MRX Muradxanlı kənd xəstəxanasına vəkil sorğusu ilə müraciət edərək 269691 №-li “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin İmişli MRX Muradxanlı kənd xəstəxansı tərəfindən verilibverilməməsi barədə rəsmi məlumatın, qeyd edilən sənəd İmişli MRX Muradxanlı kənd xəstəxanası tərəfindən verilmişdirsə, sənədlərin qeydiyyatı kitabından çıxarışın və Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın təsdiqlənmiş surətlərinin cavabdehə təqdim edilməsini xahiş etsələr də, sorğuya cavab verilmədiyindən məhkəməyə vəsatət verərək işin obyektiv və hərtərəfli araşdırılması, qanuni və ədalətli məhkəmə qərarı qəbul edilməsi üçün qeyd edilən sənədlərin İmişli MRX Muradxanlı kənd xəstəxanasından götürülməsi barədə qərardad qəbul etməsini xahiş etmişlər. Lakin məhkəmə vəsatəti əsassız olaraq təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, əmək müqaviləsinə əsasən x Bakı Peşə liseyi ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlanılmış və müqaviləyə əsasən sonuncu xx.xx.2008-ci il tarixdən biologiya müəlliməsi vəzifəsində işə başlamışdır. 155709 SN seriyalı 00006 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdən azad edilmişdir. 269691 SN seriyalı 00006 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdən azad edilmişdir. 443931 SN seriyalı 00006 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdən azad edilmişdir. Cavabdeh tərəfin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli AZ1071\********** nömrəli teleqramın məzmunundan aydın olur ki, cavabdehin nümyaəndəsi tərəfindən iddiaçıya işdən çıxma səbəbi ilə əlaqədar olaraq əmək kitabçasının xx.xx.2019-cu il tarixdən sonra gəlib götürülməsi xahiş edilmişdir. İddiaçı tərəfin cavabdeh tərəfə ünvanlandığı xx.xx.2019-cu il tarixli AZ1063\********** nömrəli teleqramın məzmunundan aydın olur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə işdən azad olunmağı barədə bildiriş aldığını, lakin həmin gündən bügünə qədər şəxsi sənədlərinin arxasınca getsə də, onu iş başında tuta bilmədiyini, işə gəlməməiyinin səbəblərinin xəstə olması ilə əlaqədar olduğunu, bülletenləri təqdim etmək istəsə də, işçilərin onu qəbul etmədiyini, ona görə də rəsmi qaydada təqdim edə bilmədiyini, qərarın məhkəmə qaydasında mübahisələndirəcəyini bildirərək, sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli AZ1071\********** nömrəli teleqramın məzmunundan aydın olur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən işdən azad olunduğu, şəxsi sənədlərinin gəlib götürülməisi xahiş olunmuşdur. Cavabdeh tərəfin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli AZ1071\********** nömrəli teleqramın məzmunundan aydın olur ki, iddiaçı işə gəlmədiyi üçün müdiriyyət tərəfindən xəbərdarlıq olunmuş, işə gəlməyi xahiş olunmuşdur. xx xxxx 2019-cu il tarixli x X5 təşkilatının Şura üzvlərinin yığıncağının protokolunun surətindən görünür ki, Əmək Məcəlləsinin müvafiq maddələrini kobud şəkildə pozduğuna görə İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə yenidən baxılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli dərs saatlarının əvəz edilməsi barədə əmrin surətindən görünür ki, İddiaçı aprel 24dən 30-na qədər və may ayının 1-dən 31-nə qədər xəstə olduğu üçün işə çıxmadığına görə, iyun ayının 1-dən 25-nə qədər işə çıxmadığına görə onun dərs saatları əvəz etmə yolu ilə tədris edilmişdir. İddiaçı tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli ərizənin məzmunundan aydın olur ki, iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərdə, xx.xx.2019 xx.xx.2019-cu il tarixlərdə xəstəlik vərəqəsi olduğunu bildirmiş, xx.xx.2019-cu il tarixdən onun işdə hesab olunmasını xahiş etmiş, həmin ərizənin üstündə işdən çıxma əmrinin hazırlanmasına dair xx.xx.2019-cu il tarixli qeyd aparılmışdır. xx.xx.2019-cu il tarixli dərs hissə müdirinin məlumatından aydın olur ki, 2019-cu ilin aprel ayının 23-dən İddiaçı ona zəng edərək, xəstələndiyinə görə işə gələ bilməyəcəyini, gələndə buna dair bülleten gətirəcəyini bildirmiş, may ayının 22-si işə gələrək bülleten gətirəcəyini bildirmiş, may ayının 28-i yenidən bülletenə çıxdığını bidlirmiş, 27 iyunda yenidən işə gələrək bülleten gətircəyəni bidlirmiş, iyulun 1-dən yenidən bülletenə çıxdığını bildirmişdir. Onun uzun müddət üzrsüz səbəbdən işə gəlmədiyinə görə barəsində lazımi araşdırma aparılmaqla, ciddi tədbir görülməsi xahiş olunmuşdur. x Bakı Peşə Liseyi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2019, xx.xx.2019, xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli aktlarda İddiaçı işdə olmadığı üçün buraxdığı dərslərin saatları qeyd edilmişdir. x Bakı X5 İttifaqı Komitəsi həmkarlar təşkilatı liseyin biologiya müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. 142 nömrəli xx xxxx 2019-cu il tarixli Azərbaycan Republikasının y Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi x Bakı Peşə Liseyi tərəfindən verilmiş əmrin surətindən görünür ki, İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə xitam verilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsi xitam verilməsi bildirilmişdir. 027 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı barəsində göndərişin verilmə tarixi xx.xx.2019-cu il, daxil olma tarixi xx.xx.2019-cu il, xəstəliyi qızılca ağır gedişli, diaqnozun müəyyən edilmə tarixi xx.xx.2019-cu il, çıxma tarixi xx.xx.2019-cu il, xəstəliyin başlanma tarixi 7 gün, aparılmış müalicə yataq rejimi, pəhriz, xəstəliyin gedişinin ağır gedişli olduğu, xəstənin müayinə və müalicənin davamından imtina etdiyi qeyd olunmuşdur. 543 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 19 saylı BŞX-nın məktubunun məzmunundan aydın olur ki, ünvan 1 mənzil 39 ünvanda yaşayan İddiaçı adına xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə evə çağırış verilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən İmişli rayonu Muradxanlı kənd xəstəxanasına sorğu ilə müraciət olunmuş və İddiaçı Muradxanlı kənd xəstəxanasının “Sənədlərin qeydiyyatı kitabından” çıxarışın və xəstəlik tarixindən çıxarışın (Ambulator kitabça) müvafiq qaydada təsdiqlənmiş sürətləri məhkəməyə göndərilmişdir. x Bakı Peşə Liseyi tərəfindən məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2008-ci il tarixindən 17.07. 2019-cu il tarixədək biologiya müəllimi vəzifəsində işləyən İddiaçı 2019-cu ilin aprel ayı üçün 53 saat dərs saatı olmuşdur. xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərində cəmi 33 saat tədris etmişdir. May ayı üçün 53 saat dərs saatı olmuşdur. xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə cəmi 6 saat dərs tədris etmişdir. 1 dərs saatının qiyməti 6 manat 04 qəpikdir. Aprel ayı üçün əmək haqqı 303 manat 68 qəpik, vergi tutulmalarından sonra 272 manat 46 qəpik olmuşdur. May ayı üçün əmək haqqı 128 manat 52 qəpik, vergi tutulmalarından sonra 121 manat 45 qəpik olmuşdur. İşdə olan materiallarla və tərəflərin apellyasiya baxışı zamanı verdikləri izahatlarla müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində işə çıxmamış, həmin müddət ərzində ayrı-ayrı vaxtlarda – xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətlər ərzində xəstə olması ilə əlaqədar müvafiq həkim arayışlarını və xəstəlik tarixindən çıxarışları iş yerinə təqdim etmişdir. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə, həmçinin 29-xx xxx 2019-cu il tarixdə işə çıxmaması ilə bağlı hər hansı üzrlü səbəb göstərməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Liseyin dərs hissə müdirinə zəng edərək ondan şifahi icazə aldığını bildirsə də, cavabdeh tərəf bu halı qismən qəbul etməklə, iddiaçının doğrudan da həmin gün liseyin dərs hissə müdirinə zəng edib xəstə olduğunu və işə qayıdanda bu barədə zəruri tibbi sənədləri təqdim edəcəyini dediyini göstərmişdir. Bundan başqa, iddiaçı 29, 30 və xx.xx.2019-cu il tarixlərdə işə çıxmadığı üç gün ərzində xəstə olduğunu və ev şəraitində müalicə aldığını, həkimə yalnız xx.xx.2019-cu il tarixdə müraciət etdiyini, bu səbəbdən də həmin günlərlə bağlı xəstəlik kağızı almadığını, lakin sonradan verilmiş xəstəlik tarixindən çıxarışda bu barədə zəruri qeyd olduğunu bildirmişdir. Göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə işə çıxmamasını bu barədə liseyin dərs hissə müdirinə zəng edib icazə alması ilə izah etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. İddiaçının 29, 30 və xx.xx.2019-cu il tarixlərdə xəstə olmasını xx.xx.2019-cu il tarixdə tərtib edilmiş xəstəlik tarixindən çıxarışda onun sözləri ilə yazılmış «özünü yeddi gündür ki, xəstə hesab edir» qeydi ilə bağlı kollegiya bu qənaətə gəlir ki, həmin qeyd iddiaçının öz sözlərinə əsasən yazılmışdır və onun həmin günlərdə xəstə olması həkimin müayinəsi ilə təsdiq olunmur. Beləliklə, kollegiya tərəfindən aparılan araşdırma ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə, həmçinin 29, 30 və xx.xx.2019-cu il tarixlərdə üzrlü olmayan səbəblərdən işə çıxmamış, nəticədə liseydə tədris prosesi pozulmuş və İddiaçı tədris etməli olduğu dərs saatları liseyin başqa müəllimləri tərəfindən digər fənnlərlə əvəz edlimişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. HəminMəcəllənin 70-cimaddəsinin“ç”bəndinəəsasənişçiözünün əmək funksiyasını və ya əmək müqaviləsiüzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsiişəgötürən tərəfindən ləğv edilə bilər. Həminməcəllənin 71-cimaddəsininikincihissəsinəəsasənbu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerindəişin, istehsalın, əmək vəicra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habeləəmək kollektivinin (onun ayrı-ayrıüzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏməkMəcəlləsinin 70-cimaddəsinin“ç”bəndindəgöstərilmişəmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-cimaddəsindəaçıqlanmışlar. Həminmaddənin“e”bəndinəəsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsiişçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. HəminMəcəllənin 68-cimaddəsininbirincihissəsinəəsasənəmək müqaviləsinə yalnız bu Məcəlləilə müəyyən edilmişəsaslarla və qaydada xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı işdən azad edilməsi barədə x Bakı Peşə Liseyi üzrə xx.xx.2019-cu il tarixli əmri qanuni və əsaslı olmuşdur, ona görə də iddiaçının işdən azad olunması barədə əmrin ləğv edilməsi və iddiaçının vəzifəsinə bərpa edilməsi, o cümlədən məcburi işburaxmaya görə əmək haqqının tutulması üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış və işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu səbəbdən hazırkı mübahisə üzrə səhv nəticəyə gələrək iddianı təmin etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qərara gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Ъавабдещ Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi x Bakı Peşə Liseyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 2379/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə- İxtisas Təhsili müəssisəsi x Bakı Peşə Liseyinə qarşı (3-cü şəxs qismində Azərbaycan Respublikası y Nazirliyi cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1997/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1997/2020
15.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver