Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1997/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X19 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSCnin nümayəndələri X7 və X8 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı ("xxxx" QSC və Xətai rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3494/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzili "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4066 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1010/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən X4 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X9 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı, X2 və X11 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmişdir.
3. xx.xx.2015-ci il tarixli “"xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair” müqavilənin surətindən görünür ki, Hüquq sahibi ("xxxx" ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, "xxxx" QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da "xxxx" QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2022-ci il tarixli, S-FK-1188 saylı təhvil-təslim aktına əsasən borclu şəxs X10 tərəf olduğu xx.xx.2011-cü il tarixli 140 nömrəli kredit müqaviləsinə dair sənədlər (025 saylı, xx.xx.2011ci il tarixli ipoteka müqaviləsi ilə) "xxxx" QSC-yə verilmişdir.
5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzili "xxxx" QSC-nin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4066 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1010/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən X4 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş ona məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X9 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin ona qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan o, X2 və X11 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Xətai rayon İcra Şöbəsinin xx/xx-25435/16 nömrəli, xx.xx.2016-cı il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. Açıq hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli, 01/2550 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ilkin satış qiyməti 80000 manat olmaqla birinci hərracı keçirilmişdir. Daha sonra, açıq hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli 01/2886 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 manat olmaqla ikinci hərracı keçirilmişdir. Hərracların heç biri baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2016-cı il tarixli nömrəsində dərc edilmişdir. Qeyd olunmalıdır ki, mövcud qanunvericiliyin tələbləri kobudcasına pozularaq hərracın keçirilməsi yeri və vaxtı barədə ipoteka qoyan ona bildiriş göndərilməmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MMC-nin vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə olunmuş sənədlər də bunu təsdiq edir. Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İpoteka predmetinin mülkiyyətçisi olan onun qeydiyyatda olaraq yaşadığı ünvan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinə heç bir rəsmi bildiriş göndərilməmişdir. Bundan başqa, iki dəfə hərrac keçirilməsinə baxmayaraq, "xxxx" ASC ipoteka predmetini əldə etməmişdir. Ona görə də, onun “İpoteka haqqında” Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. Belə ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Eləcə də, həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3494/2022 saylı 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia təmin edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. İpoteka predmetinin mülkiyyətçisi olan İddiaçı qeydiyyatda olaraq yaşadığı ünvan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinə heç bir rəsmi bildiriş göndərilməmişdir. Bundan başqa, iki dəfə hərrac keçirilməsinə baxmayaraq, "xxxx" ASCnin ipoteka predmetini əldə etməmişdir. Ona görə də İddiaçı “İpoteka haqqında” qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. İddiaçı mübahisəli əmlakın mülkiyyətçisi kimi haqlı olaraq ipotekaya xitam verilməsini tələb etmişdir.
10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.8-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək iddia tələbinin qanuni və əsaslı olması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3494/2022 saylı 31 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellaysiya Məhkəməsinin 2(103)-1010/2015 nömrəli, xx.xx-2015-ci il tarixli icra vərəqəsinə əsasən Əskərov RamizTeyyub oğlundan 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx"ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105-saylı evin 105-saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X9 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı, X2 və X11 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80 000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Xətai rayon İcra Şöbəsinin xx/xx- 25435/16 nömrəli, xx.xx-2016-cı il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC -nin xx.xx.2016-cı il tarixli, 01 nömrəli bildirişdən müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 80000 manatdır, hərrac xx.xx.2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”MMC -nin xx.xx.2016-cı il tarixli, 02/2 nömrəli bildirişdən müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın satış qiyməti 68000 manatdır, hərrac xx.xx.2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. Xətai rayonu İcra Şöbəsinin xx.xx-2016-cı il tarixli, xx/xx-25435/16 saylı sifariş məktubuna əsasən “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMCyə sifariş verilmişdir. “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin xx.xx.2016-cı il tarixli, 01/3555 nömrəli bildirişdən müəyyən edilir ki, "xxxx"ASC-yə ipoteka predmeti haqda etdiyi son qərarla hərrac təşkilatını tanış etməsi barədə bildiriş məktubu göndərilmişdir. Yuxarıda qeyd edilən xəbərdarlıq məktuba cavab olaraq tələbkar "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 13/3995 nömrəli məktubla “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə bildirilmişdir ki, “sözügedən əmlakın qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə "xxxx"ASC-nin mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedurun başlanması xahiş edilmişdir. Bundan başqa Bank həmin məktubda sözügedən əmlakın hərracdan satılmasını “Azərbaycan Respublikası Xammal və X20 və DaşınmazƏmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən təşkil edilməsini nəzərə alaraq, ipoteka predmetinin Bankın mülkiyyətinə keçirilməsi tarixini "xxxx" MMC tərəfindən müəyyənləşdirilməsini və Banka rəsmi məlumat verilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli 13/3995 nömrəli məktubun ünvan 2 ünvanında qeydiyyatda olan “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”MMCyə aid olan məktubun "xxxx" MMC-nin kuryeri tərəfindən götürülüb, 849367 nömrəli qaimə ilə həmin ünvana çatdırılması və xx.xx.2016-cı il tarixdə qeyd edilən ünvanda “Kərimova” soyadlı əməkdaş tərəfindən qəbul edilməsi barədə "xxxx" MMC tərəfindən təqdim edilmiş AKT iş materialına əlavə edilmişdir. Qeyd olunan məktubla bağlı “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən tələbkara Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir müqavilə təqdim edilməmişdir. Belə olduğu təqdirdə də Bakı Apellaysiya Məhkəməsinin qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Xətai Rayon İcra Şöbəsi tərəfindən lazımi tədbirlər görülməyərək icra işi başa çatdırılmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış və “Tələb hüququnun güzəşt edilməsinə” dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın-alınması ilə bağlı borclu şəxs X3 dair sənədlər S-FK-1188 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" QSC–nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X18 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Həmçinin qeyd edilmişdir ki, İddiaçı Qənbər oğlu tərəfindən cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı “İpotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsi tələbinə dair müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilən xəbərdarlıq məktubuna cavab olaraq tələbkar "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 13/3995 nömrəli məktubla “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə bildirilmişdir ki, “sözügedən əmlakın qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə "xxxx" ASC-nin mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedurun başlanması xahiş edilmişdir. Bundan başqa Bank həmin məktubda sözügedən əmlakın hərracdan satılmasını “Azərbaycan Respublikası Xammal və X20 və DaşınmazƏmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən təşkil edilməsini nəzərə alaraq, ipoteka predmetinin Bankın mülkiyyətinə keçirilməsi tarixini "xxxx" MMC tərəfindən müəyyənləşdirilməsini və Banka rəsmi məlumat verilməsi xahiş edilmişdir. Qeyd olunan məktubla bağlı “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”MMC tərəfindən tələbkara Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir müqavilə təqdim edilməmişdir. Belə olduğu təqdirdə də Bakı Apellaysiya Məhkəməsinin qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Xətai Rayon İcra Şöbəsi tərəfindən lazımi tədbirlər görülməyərək icra işi başa çatdırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi X7 bildirmişdir ki, Bakı Apellaysiya Məhkəməsinin 2(103)-1010/2015 nömrəli, xx.xx-2015-ci il tarixli icra vərəqəsinə əsasən Əskərov RamizTeyyub oğlundan 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx"ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105-saylı evin 105-saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X9 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı, X2 və X11 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80 000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Xətai rayon İcra Şöbəsinin xx/xx-25435/16 nömrəli, xx.xx-2016-cı il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin xx.xx.2016-cı il tarixli, 01 nömrəli bildirişdən müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 80000 manatdır, hərrac xx.xx.2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”MMC nin xx.xx.2016-cı il tarixli, 02/2 nömrəli bildirişdən müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın satış qiyməti 68000 manatdır, hərrac xx.xx.2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. Xətai rayonu İcra Şöbəsinin xx.xx-2016-cı il tarixli, xx/xx-25435/16 saylı sifariş məktubuna əsasən “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə sifariş verilmişdir. “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC -nin xx.xx.2016-cı il tarixli, 01/3555 nömrəli bildirişdən müəyyən edilir ki, "xxxx"ASC-yə ipoteka predmeti haqda etdiyi son qərarla hərrac təşkilatını tanış etməsi barədə bildiriş məktubu göndərilmişdir. Yuxarıda qeyd edilən xəbərdarlıq məktuba cavab olaraq tələbkar "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 13/3995 nömrəli məktubla “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə bildirilmişdir ki, “sözügedən əmlakın qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə "xxxx" ASC-nin mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedurun başlanması xahiş edilmişdir. Bundan başqa Bank həmin məktubda sözügedən əmlakın hərracdan satılmasını “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən təşkil edilməsini nəzərə alaraq, ipoteka predmetinin Bankın mülkiyyətinə keçirilməsi tarixini "xxxx" MMC tərəfindən müəyyənləşdirilməsini və Banka rəsmi Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən müəyyənləşdirilməsini və Banka rəsmi məlumat verilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli 13/3995 nömrəli məktubun ünvan 3 ünvanında qeydiyyatda olan “Azərbaycan Respublikası Xammal və X20 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə aid olan məktubun "xxxx"MMC-nin kuryeri tərəfindən götürülüb, 849367 nömrəli qaimə ilə həmin ünvana çatdırılması və 15.10- 2016-cı il tarixdə qeyd edilən ünvanda “Kərimova” soyadlı əməkdaş tərəfindən qəbul edilməsi barədə "xxxx" MMC tərəfindən təqdim edilmiş AKT iş materialına əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən bu halları araşdırmamış, iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, apellyasiya şikayətində qeyd edilmiş “Babayev Etibar” texniki səhvdir; xx.xx.2016-cı il tarixli məktubu ilə “Beynəlxalq Bank" "xxxx" MMC kuryeri vasitəsilə məktubun çatdırılmasına dair akt tərtib olunmuşdur. Poçt xidmətinin aktıdır, həmin aktın birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi sənədin sonradan əldə olunmasıdır. Kreditlə bağlı portfel onlara 2017-ci ildə verilmişdir. 19.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X13 bildirmişdir ki, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Beynəlxalq Bankın onlara gələn təklifə məktuba cavabı yox idi. Həmin vaxtı əldə edə bilməmişlər. Əslində bu məktub Azərbaycan Respublikası Beynəlxalq Bankın özündə olubdur. Bundan əvvəldə Bakı şəhəri Səbail Rayon Məhkəməsində bir iş olmuşdur ki, onlar özündə saxladıqları sənədə imza və möhür vurmurlar. Qətnamə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2022-ci ildə çıxmışdır. Onlar müraciət etmişlər ki, lap imza və möhürü olan məktub yoxdursa belə "xxxx" MMC-yə çatdırılmasına dair onlara sənəd versinlər. Sorğunu onlara təqdim ediblər. Artıq birinci instansiya məhkəməsinin qətnaməsi çıxmışdır. Poçt tərəfindən Beynəlxalq Bankının məktubunun çatmasına dair akt tərtib olunmuşdur. Bunu birinci instansiya məhkəməsinə təqdim edə bilməyiblər.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 bildirmişdir ki, iddia ərizəsində konkret olaraq söykəndiyi sübutlar vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasın pul tələbi təmin edilib, həmin pul tələbinin hazırkı mübahisəli əmlaka yönəldilməsinə dair qətnamə qəbul olunmuşdur. Yekun nəticədə həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələrində qüvvədə qalmış və qətnamə Xətai Rayon İcra şöbəsinə yönəldilmişdir. Xətai Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. Birinci hərrac avqust ayında baş tutubdur. Birinci hərrac zamanı əmlakın ilkin satış qiyməti 80 min manat müəyyən olunmuşdur. 80 min manat qətnamədə də qeyd olunmuşdur. Bu hərrac baş tutmadığına görə xx.xx.2016-cı il tarixində ikinci hərrac keçirilmişdir. Bu dəfə əmlakın qiyməti 68 min manat qeyd edilmişdir. İkinci hərracın nəticələrinə dair heç bir alğı-satqı baş tutmamışdır. Bundan sonra iş materiallarında Xətai Rayon İcra Şöbəsinə və Banka ünvanlanmış məktub var ki, qəzetdə elan olunmuşdur ki, hərrac baş tutmamışdır. Məhkəmə qərarını yekunlaşdırarkən xahiş olunur ki, ipoteka saxlayana ipoteka predmeti ilə bağlı qəbul edilən son qərarla hərrac təşkilatını tanış etsinlər. Bundan sonra nə Hərrac Təşkilatında olan iş materiallarında, nə də Xətai Rayon İcra Şöbəsində olan iş materiallarında ipoteka saxlayan “Beynəlxaq” Banka məxsus hər hansı bir məktub, hər hansı bir hərəkətin edildiyi görünmür. Birinci instansiya məhkəməsinə onlar “Beynəlxalq” Bankı məhkəməyə vermişlər, daha sonra "xxxx" QSC təşkilatı işə qoşulmuşdur. “Beynəlxalq” Bank birinci instansiya məhkəməsində iştirak edərkən ümumiyyətlə sübutlarını məhkəməyə təqdim etmədi. "xxxx" QSC-də heç bir sübut məhkəməyə təqdim etmədi ki, həqiqətən də Bankın hər hansı məktubu vardır. Əvvəla “Famko Kuryer” və "xxxx" MMC tərəfindən verilmiş məktubu mübahisələndirirlər. Birincisi həmin məktub yoxdur, olsa idi birinci instansiya məhkəməsinə təqdim olunardı. İkinci isə həmin məktub olsa idi belə bank mövcud təcrübəyə uyğun olaraq bu işin nəticəsi ilə maraqlanmalı idi. İş hərrac təşkilatına göndərildikdən sonra bank Hərrac Təşkilatı ilə əlaqə saxlayaraq işin nəticəsi ilə maraqlanmalı idi. Mövcud təcrübə belədir. Banklar əlaqə saxlayaraq bir ay ərzində həmin əmlakı almaq istədiyinə dair məlumat verir, bir ay ərzində hərrac baş tutur, alğı-satqı protokolu tərtib olunur və əmlak bankın mülkiyyətinə keçir. Lakin burada 6-7 il keçməsinə baxmayaraq bank tərəfindən heç bir hərəkət həyata keçirilmir. Bundan sonra qanunvericiliyin tələblərinə hüquqlarını təmsil etdiyi şəxs ipoteka predmetinə xitam verilməsinə və əmlakın yüklülükdən azad edilməsinə dair iddia tələbi qaldırmaqda haqlıdır. Mübahisəli əmlak hal-hazırda hüquqlarını təmsil etdiyi şəxin adınadır, çıxarış da onun adınadır, sadəcə sistemdə ipoteka ilə yüklü olduğu qeyd edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Apellyasiya şikayəti əsassızdır. Qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıbdır. Nə "xxxx" QSC, nə də Beynəlxalq Bank tərəfindən lazimi sübutlar iş materiallarına əlavə edilməyibdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, əmlakın bankın xeyrinə yüklü edilməsinə dair sənəd onlarda yoxdur, iş materiallarına qətnamə əlavə edilmişdir, həmin qətnaməyə əsasən əmlakın bankın xeyrinə yüklü edilməsi təsdiq olunur. İddia ilə məhkəməyə müraciət edərkən tələb etmək hüququnun "xxxx" QSC-yə güzəşt edilməsindən məlumatı yox idi. Tələbin güzəşt edilməsinə dair sənədlər məhkəməyə təqdim edilməmişdir. "xxxx" QSC hazırlıq iclasında tələb hüququnun onlara keçməsi barədə məlumat vermişdir.
21. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X14 bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunarkən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Beynəlxalq Bankının dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı fərmanı mövcuddur. Həmin fərmanın 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı 15 gün müddətində Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-yə məxsus problemli akt illərini müəyyən etsinlər və həmin akt illərini mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" QSC-yə güzşət olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanları Azərbaycan Respublikası ərazisində bütün hüquqi şəxslər üçün məcburi xarakter daşıyır. Həmin fərmana əsasən tələbetmə hüququnu "xxxx" QSC-yə güzəşt etmişlər. Hətta zaminlik üzrə də tələb etmək hüququ "xxxx" QSC-yə güzşət edilmişdir. Həmin fərman əsasında onlar da tələb etmək hüququnu "xxxx" QSC güzəşt etdikdə hətta ipoteka predmetinə yüklü etmək hüququ da "xxxx" QSC-yə keçirilmişdir. Birinci instansiya məhkəməsində "xxxx" QSC bildirmişdir ki, MPM-in 54-cü maddəsinə əsasən iddiaçıya təklif olunub ki, əsl olmayan cavabdeh əsl olan cavabdehlə əvəz edin. Hal-hazırda bu iddiaya cavab verən tərəf Azərbayacan Respublikası Beynəlxalq Bankı ASC-yə deyildir. Çünki hal-hazırda qəbul ediləcək qətnamə ilə Azərbayacan Respublikası Beynəlxalq Bankı ASC-in hüququna toxunmur. Həmçinin Azərbayacan Respublikası Beynəlxalq Bankı ASC üzərində heç bir vəzifə öhdəliklər əmələ gətirmir. Həmin qətnamə "xxxx" QSC-yə vəzifə və öhdəliklər əmələ gətirir. Həmçinin "xxxx" QSC-nin həmin əmlak üzərindəki ipoteka yüklülüyünü ləğv edir. Bu iş üzrə "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməli deyildir. Həmçinin suallara cavab olaraq bildirmişdir, təhvil-təslim aktı 2018-ci ildə tərtib olunmuşdur; hal-hazırda işə baxılarkən məhkəmə qətnaməsi Azərbayacan Respublikası Beynəlxalq Bankı ASC-nin hüququna toxunmur, mübahisəli əmlakın üçüncü şəxsin xeyrinə yüklü edilmişdir; təhvil-təslim aktı vardır. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış işdə iştirak edən şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23.140-cu maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 24.193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 25.196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 26.416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qəradadı 28.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.
29. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. 30.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. 31.Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. 32.Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
33. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
37. Beləliklə yuxarıda qeyd edilən maddələrə əsasən, tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar (girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar) tələb güzəşt edildikdə yeni kreditora keçir. 38.Araşdırılmış iş materiallarından göründüyü kimi Azərbaycan Respublikaslnın Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın-alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təslimina dair S-FK-1188 nömrəli, xx.xx.2018-ci il tarixli akta əsasən borclu şəxs X10 tərəfi olduğu xx.xx.2011-cü il tarixli 140 nömrəli kredit müqaviləsinə dair tələb (025 saylı, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə) müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararılaq, yeni şəxsə "xxxx" QSC BOKT-a güzəşt edilmişdir.
39. Bununla əlaqədar iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzili "xxxx" QSC-nin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4066 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
40. Hazırda İddiaçı cavabdeh qismində "xxxx" ASC və "xxxx" MMC-ni qoyaraq mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməsi və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
41. Halbuki iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1010/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrası məqsədilə keçirilmiş hərracdan sonra kredit müqaviləsi ilə bağlı, o cümlədən əsasında qəbul edilmiş məhkəmə aktları və yaranmış öhdəliyin icrasını təmin edən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə dair ipoteka hüququ üzrə tələb S-FK-1188 nömrəli, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən yeni kreditora güzəşt edilmişdir. Bununla əlaqədar mübahisəli Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzili xx.xx.2019cu il tarixdə "xxxx" QSC-nin xeyrinə yüklü edilmişdir.
42. Beləliklə qeyd olunan hər iki müqavilə (kredit və ipotek müqavilələri) üzrə yaranmış öhdəliklərlə hazırki mülki iş üzrə cavabdeh qismində cəlb olunmuş "xxxx" ASC-nin hər hansı bağlılığı qalmamış, tələb hüququ "xxxx" QSC-yə güzəşt edilmiş və o ipotekasaxlayan olaraq tanınmışdır. Belə olan halda iş üzrə qəbul ediləcək istənilən qətnamə ilə Bankın maraqlarına toxunması istisna olunur. Halbuki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
43. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının müvafiq subyektiv hüququ mövcud olsa da, onun hazırki cavabdeh tərəfindən pozulması faktı müəyyən edilməmişdir. Belə ki, iddia cavabdeh "xxxx" ASC-yə deyil, ipoteka yüklülüyünə xitam verilməsi səlahiyyətinə malik olan və bu istiqamətdə qanunsuz olması ehtimal edilən hərəkətlərə yol verən şəxsə qarşı yönəldilməli idi.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq qəbul edilmiş və mahiyyəti üzrə əsaslı olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3494/2022 saylı 31 avqust 2022-ci il tarixli qətnaməsi iddia əsl olmayan cavabdehə ("xxxx" ASC-yə) qarşı irəli sürüldüyündən ləğv edilməli, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3494/2022 saylı 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Anar İbrahimov Günay Axundova