Məhkəmə qərarları › İş №2(103)-20/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-20/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-20/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh (Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Aparatı 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilə köçürülməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5371/2017 saylı işi üzrə 31 iyul 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdehı çıxarılmasını və iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, 22 nömrəli evin, 14 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki: Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, 22 nömrəli evin, 14 saylı mənzili İddiaçı qızmın xüsusi mülkiyyətindədir (iş.səh.6), ASAN 3 tərəfindən 21 noyabr 2016-cı il tarixdə verilmiş ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı hazırda mübahisənin predmeti olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, 22 nömrəli evin, 14 saylı mənzildə qeydiyatdadır (səh.5). Sabunçu Rayon Məhkəməsiılin 10 mart 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı N.C. Şirinovanın Cavabdeh qarşı cavabdehin "mənzildən və özbaşına tikilidən çıxarılma, qarajın əvvəlki yerinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir (səh.44), Sabunçu Rayon Məhkəməsinin 11.07.2017-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı iddia tələbinə cavabdehin mənzildən çıxarılması hissəsində icraata xitam verilməsi qərara alınmışdır (səh.82) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5371/2017 saylı işi üzrə 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, 22 nömrəli evin, 14 saylı mənzilinə köçürülməsinə dair iddia tələbi rədd edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı qızma aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin 2(008)- 5371/2017 saylı işi üzrə 31 iyul 2017 il tarixli qətnaməsinin ləğv olunmasına və İddiaçı iddiasını təmin edərək onun Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, 22 nömrəli evin, 14 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1504/2018 saylı işi üzrə 27.03.2018-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhəri İcra Hamiyyəti Mənzil Kommunal Təəsrrüfatı Departamentinin Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə verilmiş sorğuya 11.06.2021-ci il tarixli cavab məktubu və ona əlavə edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 2 saylı Bakı İnibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1587/2018 saylı 13.06.2018-ci il tarixli qərarı ilə iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə, “ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına olan mülkiyyət hüququ qeydinin ləğv edilməsi, onun adına olan 13 yanvar 2005-ci il tarixli, ÖM seriyalı, 220865 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 2 saylı Bakı İnibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1587/2018 saylı 13.06.2018-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.10.2018-ci il tarixli Qərarı ilə Apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin 2- 1 (82)-1587/2018 saylı 13 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə dair İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrində olan mülkiyyət hüququnun ləğv edilməsi, onun adına olan 13 yanvar 2005-ci il tarixli, ÖM seriyalı, 220865 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli 2- 1(102)-639/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli 2-1(013)2301/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2301/2018 saylı, 25.10.2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15.07.2019-cu il tarixdə icra edilmişdir . Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-20/2021 saylı işi üzrə 16.06.2021-ci il tarixli qərardadı ilə məhkəmənin təşəbbüsü ilə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının həmin mənzilə heç bir hüququnun olmadığını, iddiaçının pasport qeydiyyatının silindiyini, Ali Məhkəmənin qərarının icra edildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Aparatı 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-158; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçının apellyasiya şikyətində qeyd etdiyi dəlilləri onun istinad etdiyi mülkiyyət hüquqlarına aid olduğundan və məhkəmə qərarları ilə bu hüquqlara xitam verildiyindən, habelə iddianın təmin edilməsi üçün digər əsaslar müəyyən edilmədiyindən onların müzakirəsinin iş üçün artıq sübutedici əhəmiyyəti mövcud deyildir.. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5371/2017 saylı işi üzrə 31 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar