Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-20/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(011)-515/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra, iddiaçı) və Cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından iki övladları - xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 doğulmuşdur.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-762/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılmaları və uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat məbləğində alimentin cavabdeh İddiaçı tutulması qət edilmişdir.
3. Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 31 saylı evin cənub-şərqində təsərrüfat həyəti kimi istifadə olunan 0,02 ha torpaq sahəsi Xətai Rayon Bələdiyyəsinin xx.xx.2004cü il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmiş, xx.xx.2006-cı il tarixdə isə fərdi evin təsdiq edilmiş layihəyə uyğun tikintisi ilə bağlı cavabdehlə Xətai rayon İcra Hakimiyyəti MKTB arasında 03 saylı müqavilə bağlanmışdır. Fərdi ev iddiaçıya ayrılmış sözügedən torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir. Tərəflər başqa ünvanlarda pasport qeydiyyatında olsalar da, faktiki olaraq mübahisəli fərdi evdə yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikah dövründə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı iki övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra birlikdə cavabdehə məxsus Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 38 saylı evin 88 saylı mənzilində 7 ilə yaxın yaşamışlar. 2011-ci ildə iddiaçı cavabdehlə birlikdə ona məxsus olan birgə nikahdan əvvəl iddiaçının ata-baba yurdunda tikilmiş ünvan 1 ünvanında yerləşən ikimərtəbəli evə köçmüşlər, aralarındakı münasibət bir müddət yaxşı olsa da son vaxtlar xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün pozulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, nikah pozulduqdan sonra iddiaçının cavabdehə məxsus Suraxanı rayonunda yerləşən əmlaka dair heç bir iddiası olmasa da, cavbadeh nikahdan əvvəl tikilmiş, iddiaçıya məxsus olan ünvan 1 saylı evdən çıxmaq niyyətində deyildir, halbuki həmin ev 2004-cü ildə, yəni nikaha daxil olandan əvvəl tikilməyə başlanmışdır. Bunu iş materiallarına əlavə olunmuş xx.xx.2004-cü il tarixli torpaq sahəsinin ayrılması haqqında qərardan da görmək mümkündür. Mübahisəli yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-515/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (Şəhriyar Əliyev) iddia rədd olunmuşdur.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər 2005-ci ildə nikaha daxil olmuş, ər-arvad olmaqla bir ailə üzvü olmuşlar, aralarında nikah münasibətlərinə 2019-cu ildə xitam verilmişdir, uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. ünvan 1 ünvanında yerləşən yaşayış evi özbaşına tikilidir, həmin mənzilə dair hüquq müəyyənedici sənədlər mövcud deyildir. Tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar, cavabdeh ünvan 2asport qeydiyyatda olsa da həmin mənzildə yaşamır və o, öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır. Bununla belə, iddiaçının mübahisəli yaşayış sahəsinə dair mülkiyyət hüququ, o cümlədən əmlaka sahiblik və istifadə hüququna dair hallar, cavabdehin isə özbaşına tikiliyə dair əmlak hüquqlarını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Mübahisəli yaşayış evinə iddiaçının mülkiyyət hüququ müəyyən edən, cavabdehin isə əmlak hüquqlarını istisna edən hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır və o bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə halları təsdiq edən sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Mübahisəli ünvan 1 ünvanında 2004-cü ildə tikilmiş evin şəxsi mülkiyyət hüququ əsasında İddiaçı malik olması barədə Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Birliyi 2 saylı MKİS tərəfindən verilmiş arayışa hüquqi qiymət verərək hesab edir ki, arayış verən orqan kimi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Birliyi qanunla mülkiyyətə dair dövlət reyestrini aparan orqan olmadığndan, onun bu barədə verdiyi arayış da mötəbər sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlamış məktubdan isə görünür ki, İddiaçı adına hazırda Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəlləsinin 135.2, 146.1, 146.2, 166.3, 178.1, 180.2 və s., Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmiş, apellyasiya şikayəti - iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mülkiyyətçi kimi hüququnun pozulması, təqdim olunmuş sübutların obyektiv, hərtərəfli və tam qiymətləndirilməməsi və s. göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu, təmin olunmamasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, hazırki icraatın dayandırılmasına əsas olan digər mülki işdə onun mübahisə predmeti olan daşınmaz əmlaka hüquqları tanınmış, həmin əmlakın birgə nikah dövründə inşa olunması müəyyən edilmişdir.
10. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir.
11. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbayjan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
13. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
14. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir.
15. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var.
16. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
18. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.
19. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 6.1.1. Mülki hüquq subyektləri bərabərdir.
21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
22. Maddə 32.1. Ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
23. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
24. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.
01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi
25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;
26. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(011)-515/2020 saylı qətnaməsi ləğv olunaraq, iddia aşağıda göstərilən əsaslarla rədd olunmalıdır.
39. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, Xətai rayonu, Zığ şossesi 31 saylı evin cənub-şərqində təsərrüfat həyəti kimi istifadə olunan 0,02 ha torpaq sahəsində inşa edilmiş ikimərtəbəli 39/2 saylı fərdi yaşayış evinin tikintisinə sərf olunmuş dəyəri 154070 manat olan mal, material və digər vəsaitlərin ½ hissəsinə, yəni 77035 manat dəyərində olan hissəsinə iddiaçının hüququ tanınmışdır.
40. Eyni tərəflər arasında eyni yaşayış sahəsinə dair qanuni qüvvədə olan qeyd edilən məhkəmə qərarı ilə (həmin qərar yuxarıda instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır) müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 2011-ci il tarixdən fərdi evə köçərək nikahları pozulanadək azyaşlı övladları ilə birlikdə orada yaşamışlar və halhazırda da ayrı-ayrılıqda həmin evdə yaşayırlar. Həmçinin, mübahisəli fərdi evin tikildiyi torpaq sahəsi Bakı şəhəri Xətai Rayon Bələdiyyəsinin sərəncamı ilə İddiaçı verilmiş, habelə evin tikintisi ilə bağlı müvafiq dövlət qurumu ilə (Xətai rayonu İH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyi) onun arasında müqavilə bağlanmışdır. Bu baxımdan İddiaçı evə mülkiyyət hüququna dair qanuni gözləntisi vardır. Cavabdeh isə əmlak hüquqlarına malik olması mübahisəli fərdi evin inşa olunmasına çəkilən xərclərdə iştirak etməsindən, habelə İddiaçı ilə birgə nikahda olmasından irəli gəlir. Eyni zamanda, iddiaçı ilə cavabdehin fərdi evə əmlak hüquqları onların evdən özlərinin yaşayış yerinə (mənzilə) olan ehtiyaclarının ödənilməməsi məqsədilə daimi olaraq istifadə etmələrindən, habelə orada yaşamaqla evlə mütəmadi bağlılıqlarından irəli gəlir. İşdən görünür ki, tərəflər arasındakı mübahisə evin iddiaçı ilə cavabdehin (ər-arvadın) birgə əmlakı hesab edilməsi ilə bağlıdır. Cavabdeh iddia edir ki, ev cavabdehlə birgə nikaha daxil olduqdan sonra, əsasən onun vəsaiti (nikahdan da əvvəl əldə etdiyi vəsait) hesabına inşa edilmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirir ki, fərdi ev nikahdan əvvəl, 2004-2005-ci illərdə özünün və anasına məxsus evin satılmasından əldə edilmiş vəsait hesabına inşa edilmişdir. Fərdi ev dövlət reyestrində qeydiyyata alınmadığından iddia rədd edilməlidir. Eyni zamanda, üçüncü şəxs də iddia edir ki, fərdi ev ona məxsus Bakı şəhəri, Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 19 saylı evin 80 saylı mənzilinin satılmasından əldə edilmiş onun şəxsi vəsaiti hesabına tikilmişdir. İşin mübahisəsiz halıdır ki, fərdi ev özbaşına tikilidir və evə dair mülkiyyət hüququ dövlət reyestrində tərəflərin heç birinin adına qeydiyyata alınmamışdır. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, fərdi evin özbaşına tikili olması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması mübahisəyə Ailə Məcəlləsinin 32-ci maddəsinin tətbiq edilməsini istisna etmir. Fərdi ev iddiaçı ilə cavabdehin birgə nikahda olduqları müddətdə və birgə qazancları hesabına inşa edildiyindən onların birgə əmlakı hesab edilməlidir.
41. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
42. Göründüyü kimi, qanunveriji başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məjburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Beləliklə, qanuni qüvvədə olan, hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçının çıxarılmasını tələb etdiyi daşınmaz əmlak tərəflərin birgə nikah dövründə, birgə vəsait hesabına inşa edilməklə onların birgə əmlakı hesab edilir.
44. Eyni zamanda, cavabdeh uzun müddətdir ki, uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində yaşamaqla, oradan qanuni əsaslarla istifadə edir.
45. İddiaçının isə qeyd olunanların əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
46. Belə olan halda isə, iddiaçının həmin yaşayış sahəsinin yalnız ona məxsus olması, cavabdehin hüquqlarının olmaması və s. əsaslar irəli sürməklə, son nəticədə cavabdehin ünvan 1 saylı evdən çıxarılması barədə hazırki iddiası əsaslı sayıla bilməz.
47. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
48. MPM-in 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.
49. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).
50. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır.
51. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
52. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
53. Eyni zamanda iddiaçı tərəfin bildirdikləri (izahatı) iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz.
54. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
55. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
56. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.
57. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, işin həqiqi hallarını, tərəflərin mübahisəli yaşayış sahəsinə hüquqlarının mövcudluğunu və s. yuxarıda qeyd edilən halları dəqiq müəyyən etməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, fərqli əsaslarla iddianın təmin olunmaması nəticəsinə gəlmişdir ki, bu da qanuni və əsaslı sayıla bilməz.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia yuxarıda göstərilən əsaslarla rədd olunmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(011)-515/2020 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.