Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-200/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3452/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1570 manat əsas borc, 157 manat cərimə borcu, ümumilikdə 1727 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1757 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********1583 olan İphone 8 plusmarkalı telefon almış vənəticədə 1727 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1884 manat (12 ay x 157 manat + 0 manat ilkin ödəniş) olanİMEİ Kodu **********1583 olan İphone 8 plusmarkalı telefon üçün ümumilikdə 1727 manat olmaqla, ondan, 1570 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 157 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 314 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3452/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 1570 manat ödənilməmiş hissə, 157 manat cərimə, ümumilikdə 1727 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1757 manat borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasıqət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx"MMC-dən aldığı məhsulda yaranmış qüsurlarla bağlı iddiaçıya iki dəfə müraciət etmiş, bununla bağlı ona bildirilmişdir ki, yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət edə bilər, o da “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ödənilən pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir, buna baxmayaraq "xxxx"MMC ona qarşı hazırki iddia ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxılarkən Nəsimi rayon Məhkəməsind onun “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ödənilən pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə baxıldığını bildirsə də birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmamış və işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ödənilən pul vəsaitinin geri qaytarılması” barədə iddia tələbi üzrə yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, qanuni qüvvəsinialmış qətnamə ilə iddiaçı tərəfindən ona keyfiyyətsiz məhsul satılması öz təsdiqini tapmışdır. Hesab edir ki, hazırki iş üzrə qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilərək, hazırki iş üzrə cavabdehə pulun ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə aşağıdakı nəticəyə gəlir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh, "xxxx" MMC ilə 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********1583 olan İphone 8 plusmarkalı telefonalmış və nəticədə 1727 manat borc yaranmışdır. 30.09.2019-cu il tarixli bildiriş və təhvil-təslim aktlarına əsasən, cavabdeh əşyanı təhvil almışdır. Cəmiyyət tərəfindən 25.05.2020-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı məhz həmin müqaviləyə istinad edərək "xxxx" MMC-yə Cavabdeh ümumilikdə 1727 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1757 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir, birinci instansiya məhkəməsi də müqavilə əsasında cavabdehin öz öhdəliklərini icra etmədiyi qənaəti ilə iddianı təmin etmişdir. Bununla belə, cavabdeh həmin kredit müqaviləsini ayrıca icraatda mübahisələndirərək, mobil telefonunda olan qüsurun əhəmiyyətli qüsur hesab edildiyindən nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini və ödənilən 157 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 30.09.2019-cu il tarixli, 00949297 saylı “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilən 157 (yüz əlli yeddi) manat pul vəsaiti iddiaçı Cavabdeh geri qaytarılması, cavabdeh "xxxx" MMC-yə “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefon təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 30.09.2019-cu il tarixli, 00949297 saylı İhone 8 plus 64GB”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilən 157 (yüz əlli yeddi) manat pul vəsaitinin iddiaçı Cavabdeh geri qaytarılması, cavabdeh "xxxx" MMC-yə “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefonun təhvil verilməsi və iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 53.65 (əlli üş manat altmış beş) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir, həmin qətnamə "xxxx" MMC tərəfindən apellyasiya qaydasında mübahisələdirlsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5494/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Аzərbаycаn Rеspublikаsı MPM-nin 82.3-cü mаddəsinə əsаsən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə işin müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı 30.09.2019-cu il tarixli müqaviləyə istinad edərək "xxxx" MMC-yə Cavabdeh ümumilikdə 1727 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1757 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb etsə də, qanuni qüvvəsini almış qətnamə ilə qeyd olunan müqavilə ləğv edilmişdir və həmin iş üzrə mobil telefonun işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 30.09.2019-cu il tarixli müqavilənin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin məhz hazırki iş üzrə cavabdehə satılmış mobil telefonun işlək vəziyyətdə olmaması əsası ilə ləğv edilməsini nəzərə almaqla hesab edir ki, "xxxx" MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır və hazırki iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Qeyd olunanlara əsasən iddiaçının yeganə sübutunun 30.09.2019-cu il tarixli müqavilənin olduğunu, həmin müqavilənin də ləğv edilməsi müəyyən edildiyini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbi təmin etməklə düzgün nəticəyə gəlməyərək, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı “borcun tutulması” barədə iddiası təmin edilməməlidir. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci və 385.1.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, apelyasiya şiyakətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz, belə ki, hazırki iddia tələbinin qiyməti beş min manatdan az təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3452/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “iddiaçı "xxxx" MMC-nin xeyrinə 1570 manat əsas borc, 157 manat cərimə borcu, ümumilikdə 1727 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1757 manat məbləğində pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi, habelə apellyasiya şikayətlərii üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-200/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-200/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver