Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2001/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X7" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, əmək haqqı və zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(004)-619/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 05 yanvar 2021-ci il tarixli Əmək müqaviləsi əsasən işçi haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla sosial işçi ictimai işlər vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 2.1 və 2.2-ci maddəsinə əsasən Əmək Müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq, eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixinədək uzadıla bilər. 2.Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı ünvanlanmış 23 avqust 2024-cü il tarixli bildirişin məzmunundan görünür ki, işçi onunla bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsinə qısa vaxt qaldığını, onunla bağlanılmış əmək müqaviləsinə müddət bitdikdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 3.Cavabdeh MMC-nin 05 sentyabr 2024-cü il tarixli, 3-17-7/3-4-2456/2024 saylı əmrindən çıxarışa əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” X2 X5 İdarəsi üzrə Şəki rayonu ərazisində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi əmri verilmiş; Maliyyə departamentinə tapşırılmışdır ki, İddiaçı xx.xx.2024-cü iltarixinə son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilsin. 4.Mərkəzləşdirilmiş elektron infiormasiya sistemindən görünür ki, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, əmək müqaviləsinə verilən xitamın tarixi 05 sentyabr 2024-cü il tarixli olmaqla, əmək müqaviləsinə xitam verilməsinin əsası 68.2.b, əmək müeqaviləsinin müddətinin qurtarmasıdır. a)Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı işdən azad edilməsinə dair 05 sentyabr 2024-cü il tarixli, 3-17-7/3-4-2456/2024 saylı əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli Sazişə əsasən “Azəriqaz” İB-nin Zaqatala X5 İdarəsinin Şəki rayonu ərazisində ictimai işlər üzrə köməkçi peşəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi, ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 (altmış) manat rüsumun Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1984-cü ildə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşdur. Yaşadığı ünvan üzrə 2016-cı ildə xidməti müqavilə əsasında, xx.xx.2021-ci il tarixdən isə Cavabdeh MMC ilə bağlanılmış müddətli əmək müqaviləsi əsasında Zaqatala X5 İdarəsinin Şəki rayonu üzrə ictimai işlər üzrə köməkçi peşəsində işləyir. İşlədiyi dövr ərzində isə əmək fəaliyyəti ilə bağlı ona hər hansı irad və nöqsan tutulmamışdır. Bununla belə, ona Cavabdeh MMC tərəfindən heç bir xəbərdarlıq edilmədən 05 sentyabr 2024-cü il tarixdən işdən azad edildiyi bildirilmişdir. Məlumat üçün bildirir ki,onun beş nəfərdən ibarət ailə üzvü var və ailənin yeganə qazanc mənbəyi hazırda azad edildiyi iş yeri olmuşdur. Azyaşlı balaca övladının isə əlillik dərəcəsi mövcuddur. Onun işdən azad edilməyi ilə bağlı sənədlər isə ona 21 oktyabr 2024-cü il tarixdə təqdim edilmişdir və məlum olmuşdur ki, Cavabdeh MMC-nin 05 sentyabr 2024-cü il tarixli 3-17-7/3-4- 2456/2024 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən azad edilmişdir. Fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı qanunverciliyin tələblərinə uyğun olaraq cavabdehlərə “əmrin ləğv edilməsi, işə bərpa, məburi iş buraxmağa görə əmək haqqının və digər xərclərin ödənilməsinə dair” mediasiya prossesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, daha sonra isə aidiyyatı təsdiq edici sənədlərlə ilkin mediasiya sessiyası üçün ərizə Bakı 14 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatı tərəflərə bildiriş göndərərək xx.xx.2024-cü il tarixdə İMS-yə dəvət edilmişdir. Lakin keçirilmiş İMS-də tərəflər arasında heç bir razılıq əldə edilmədiyindən Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən 21 oktyabr 2024-cü il tarixli mŞb/14/2024-00593 müvafiq arayış verilmiş və mediasiya sessisyasının keçirilməsi ilə bağlı 60 manat xərclər onun tərəfindən ödənilmişdir. Aşağıdakı əsaslara görə Cavabdeh MMC onun 05 sentyabr 2024-cü il tarixli 3-17- 7/3-4-2456/2024 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən azad edilməyi qanunsuz olmuşdur. Cavabdeh MMC ilə arasınzda bağlanılmış 05 yanvar 2021-ci il tarixli əmək müqaviləsinin 2-ci bəndinə əsasən müqavilə 1 (bir) ay müddətində bağlanılmış, müddət başa çatdıqdan sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə onun qüvvədə olma müddəti avtomatik olaraq, eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixədək uzadıla bilər. Göründüyü kimi, müqavilə müddətləri ilə bağlı münasibətlər artıq tənzimləndiyindən, başqa sözlə artıq həmin müqavilənin bağlanılmasından dörd il keçmiş və eyni şərtlərlə avtomatik olaraq davam etmişdir. Yəni müqavilə 05 yanvar 2021-ci ildən 05 fevral 2021-ci ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən 30 dekabr 2021-ci il tarixədək uzanmışdır. Bu tendensiya növbəti illərdə də eyni şərtlərlə davam etdiyindən həmin müqavilə 05 yanvar 2024-cü ildən 05 fevral 2024-cü ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən 30 dekabr 2024-cü il tarixədək uzanmışdır. Ona görə Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə əmək müqaviləsinin müddətinin bitməsi ilə mənimlə bağlanılmış müqaviləyə xitam verməsi tamamilə əsassız olmuşdur. Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə əmək müqaviləsinin müddətinin bitməsi onunla bağlanılmış müqaviləni ən yaxşı halda müqavilə 05 yanvar 2024-cü il tarixdə bağlanıldığından bir ay sonrakı tarixdən yəni 05 fevral 2024- cü il tarixdən 12 fevral 2024-cü il tarixi aralığında ləğv edə bilərdi. Çünki müqavilə 05 fevral 2024-cü il tarixdən sonrakı bir həftə ərzində ləğv edilmədiyindən 2024-cü ilin 30 dekabrınadək avtomatik uzadılmışdır. Belə olan halda müqaviləyə 05 sentyabr 2024-cü il tarixdə xitam verilməsi əsassız və qanunsuz olmaqla bərabər maddi hüquq normalarını pozmuşdur.Başqa sözlə, iddiaçının əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən əmək müqaviləsinin müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2024-cü il tarixinədək uzadıldığı halda, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Cavabdeh ilə onun arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli əmək müqaviləsinin1.1-ci bəndinə 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Tərəflər arasında əmək münasibətləri 05 yanvar 2023-cü il tarixdən sonra davam etdirilmişvə müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün həmin əmək müqaviləsi müqavilənin 2.2-ci bəndinə əsasən avtomatik olaraq 31 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Belə olan halda, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi xx.xx.2024-cü il tarixdən dəyişdirildiyindən və iddiaçı bundan sonra xx.xx.2024-cü il tarixdə işdən azad edildiyindən ona münasibətbdə qanunverciliyin yeni dəyişikliyi tətbiq edilməlidir. Yəni Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verməsi üçün müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etməsi imperativ formada şərtləndirilmişdir. Lakin Cavabdeh MMC onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bir həftə əvvəlcədən xəbərdar etmədiyindən müqaviləyə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi tamamilə əsassız olmuşdur. Bundan əlavə yuxarıda qeyd etdiyi kimi himayəsində olan övladına əlillik təyin edilmişdir. Əlilliyin olması isə ümumiyyətlə onun bağlanılmış əmək müqaviləsinə xitam verilməsində üstünlük hüququ verir və belə bir vəziyyətdə bağlanılmış müqaviləyə xitam verilməsini qanunvercilik qadağan edir. 7.Cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-2456/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "X7” MMC ilə “Azəriqaz" İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli Sazişə “Azəriqaz" İB-nin Zaqatala X5 İdarəsinin Şəki rayonu ərazisində ictimai işlər üzrə köməkçi peşəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi və ilkin mediasıya sessiyası üçün ödənilmiş 60 (altmış) manat rüsumun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019- 2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqıödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021 -ci il tarixində əmək müqaviləsi bağlanılaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X2 X5 İdarəsinin Şəki rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1 -ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2024-cü il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Müqavilənin qeyd edilən bəndindən açıqaydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC- nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda, məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti)xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1,2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda, məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Hesab edir ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. 8.İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, xx.xx.2025-ci il tarixində, saat 11:45-də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında nəzərdə tutulan iclasın iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq, bildirmişdir ki, hazırkı mübahisədə iddia müddətinin tətbiq edilməsindən söhbət belə gedə bilməz. Ona görə ki, həm iddia müddəti ötürülməyib, həm də tərəf iddia müddətinin tətbiqini tələb etməsi üçün iddianı qəbul etməsi lazımdır. 9.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə verilmiş etirazı və iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə verilmiş ərizəni müdafiə edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-2456/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "X7” MMC ilə “Azəriqaz" İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli Sazişə “Azəriqaz" İB-nin Zaqatala X5 idarəsinin Şəki rayonu ərazisində ictimai işlər üzrə köməkçi peşəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi və ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 (altmış) manat rüsumun cavabdeh “X7" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X2 X5 İdarəsinin Şəki rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçıfəhlə vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2024-cü il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Hesab edir ki, İddiaçı iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində cavablandırılmış, xx.xx.2024cü il tarixində Cavabdeh MMC-nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra iddiaçı E. Məmmədov isə iddia müddətini gözləmədən xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, mübahisənin mürəkkəbliyi və va digər səbəblərlə mediasiya prosesinin müddəti uzadılmamışdır. Göründüyü kimi iddiaçı, İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən qanunların tələblərinə əsasən İddiaçı iddia müddətini ötürdüyündən ilkin əmək müqaviləsi üzrə iddia tələbləri iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. 10.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 yanvar 2025-ci il tarixli, 2(004)-619/2025 saylı qətnaməsi ilə (hakim-Ayşən Sultanova-Məmmədova) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X2 X5 İdarəsinin Şəki rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təyin olunmuşdur. Müqavilənin şərtlərinə görə əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqaviləyə görə 1 aylıq müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq, eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixinədək uzadıla bilər. İşəgötürən qanunla ona verilmiş səlahiyyət əsasında işçi ilə müqaviləni 05 sentyabr 2024-cü il tarixədək uzatmışdır. Cavabdeh MMC-nın 5 sentyabr 2024-cü il tarixli, 3- 17-7/3-4-2456/2024 saylı əmri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” X2 X5 İdarəsi üzrə Şəki rayonu ərazisində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi; Maliyyə departamentinə tapşırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixinə son haqq hesabı ödənilməsi əmri verilmişdir. Hazırda iddiaçı əmri mübahisələndirib “işə bəpa”, əmək müqaviləsinə xitam verilməsi nəticəsində məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. 12.Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təkliflə 09 sentyabr 2024-cü il tarixdə Cavabdehnə müraciət etmişdir. Bakı 14 saylı Mediasiya Təşkilati tərəfindən 21 oktyabr 2024-cü il tarixdə “X3 sonra Prosesin davam etdirə bilməməsi” barədə arayış verilmişdir. Beləliklə, 09 sentyabr 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək iddia müddətinin axımı dayandırılmışdır. İddiaçı 05 sentyabr 2024cü il tarixli əmrin mübahisələndirməsi tələbi ilə məhkəməyə 15 noyabr 2024-cü il tarixində müraciət etmişdir. 13.Məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 21.5, 35.1, 35.2-ci maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməmişdir. 14.Məhkəmə iddianın əsasını təşkil edən dəlilləri əsasız hesab edərək qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə onunla işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə əsasən 05 yanvar 2021-ci il tarixli əmək müqaviləsi bir ay müddətinə bağlanılmış, müddət başa çatdıqdan sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən, müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq, eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Odur ki, 05 yanvar 2024-cü il tarixdən yenidən uzadılmış müqavilə 05 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixi aralığında ləğv edilmədiyindən 2024-cü ilin 30 dekabrınadək avtomatik olaraq, uzadılmalı idi. 15.Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qeyd edilən müqavilədə əmək müqaviləsinin müddətini uzatmaq imperativ qaydada müəyyən edilməmişdir. Yəni cavabdeh 1 ay müddət keçdikdən sonra mütləq şəkildə ilin sonunadək əmək müqaviləsinin müddətinin uzadılması barədə öhdəlik götürməmişdir. 16.Məhkəmə əlavə etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər. Haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Odur ki, iddiaçının gətirdiyi dəlil tamamilə əsassızdır. 17.Bundan əlavə, iddiaçı əmək müqaviləsinin xitam olunmasına dair işəgötürənin qabaqcadan onu xəbərdar etmədiyini bildirir. Halbuki, iş materiallarında olan mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı ünvanlanmış 23 avqust 2024-cü il tarixli bildirişin məzmunundan görünür ki, işçi onunla bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsinə qısa vaxt qaldığını, onunla bağlanılmış əmək müqaviləsinə müddət bitdikdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 18.Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. 19.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi, 45-ci maddəsinin “1”-ci bəndi, 47-ci maddənin “e” bəndi, 68.1, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin “1”-ci bəndinə; “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 21.5, 35.1, 35.2-ci; “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına; “Haqqı ödənilən ictimai işlərin təşkili” qaydalarının 2.6-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 20.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Apellyasiya şikayətində qeyd olunur ki, Yasamal Rayon Məhkəməsi mülki iş üzrə araşdırmaya verilmiş maddi sübutlara düzgün hüquqi qiymət verməmiş və sonda iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Cavabdeh MMC ilə arasında bağlanılmış 05 yanvar 2021-ci il tarixli əmək müqaviləsinin 2- ci bəndinə əsasən müqavilə 1 (bir) ay müddətində bağlanılmış, müddət başa çatdıqdan sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixədək uzadıla bilər. Göründüyü kimi müqavilə müddətləri ilə bağlı münasibətlər artıq tənzimləndiyindən, başqa sözlə artıq həmin müqavilənin bağlanılmasından dörd il keçmiş və eyni şərtlərlə avtomatik olaraq davam etmişdir. Yəni müqavilə 05 yanvar 2021ci ildən 05 fevral 2021-ci ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən 30 dekabr 2021-ci il tarixədək uzanmışdır. Bu tendensiya növbəti illərdə də eyni şərtlərlə davam etdiyindən həmin müqavilə 05 yanvar 2024-cü ildən 05 fevral 2024-cü ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən 30 dekabr 2024-cü il tarixədək uzanmışdır. Ona görə Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə əmək müqaviləsinin müddətinin bitməsi ilə onunla bağlanılmış müqaviləyə xitam verməsi tamamilə əsassız olmuşdur. Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə əmək müqaviləsinin müddətinin bitməsi onunla bağlanılmış müqaviləni ən yaxşı halda müqavilə 05 yanvar 2024-cü il tarixdə bağlanıldığından bir ay sonrakı tarixdən yəni 05 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixi aralığında ləğv edə bilərdi. Çünki müqavilə 05 fevral 2024-cü il tarixdən sonrakı bir həftə ərzində ləğv edilmədiyindən 2024-cü ilin 30 dekabrınadək avtomatik uzadılmışdır. Belə olan halda müqaviləyə 05 sentyabr 2024-cü il tarixdə xitamverilməsi əsassız və qanunsuz olmaqla bərabər maddi hüquq normalarını pozmuşdur. Başqa sözlə, iddiaçının əmək müqaviləsinin2.2-ci bəndinə əsasən əmək müqaviləsinin müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2024-cü il tarixinədək uzadıldığı halda, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli əmək müqaviləsinin 1.1-ci bəndinə 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Tərəflər arasında əmək münasibətləri 05 yanvar 2023-cü il tarixdən sonra davam etdirilmiş və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün həmin əmək müqaviləsi müqavilənin 2.2-ci bəndinə əsasən avtomatik olaraq 31 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Belə olan halda, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qanunsuzdur. Məhkəmənin nəzərinə çatdırırki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi xx.xx.2024-cü il tarixdən dəyişdirildiyindən və iddiaçı bundan sonra xx.xx.2024-cü il tarixdə işdən azad edildiyindən ona münasibətbdə qanunverciliyin yeni dəyişikliyi tətbiq edilməlidir. Yəni Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitamverməsi üçün müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitamverilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi imperativ formada şərtləndirilmişdir. Lakin Cavabdeh MMC mənimlə bağlanılmış müddətli əmək müqaviləsinə xitamverilməsi ilə bağlı bir həftə əvvəlcədən xəbərdar etmədiyindən müqaviləyə müddətin bitməsi ilə əlaqədar xitamverilməsi tamamilə əsassız olmuşdur. Bundan əlavə yuxarıda qeyd etdiyikimi himayəsində olan övladına əlillik təyin edilmişdir. Əlilliyin olması isə ümumiyyətlə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsində üstünlük hüququ verir və belə bir vəziyyətdə bağlanılmış müqaviləyə xitamverilməsini qanunvercilik qadağan edir. Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Lakin qanunvericilik işəgötürəni bu hüquqlarından sui-istifadə etməsini qadağan edir və sui-istifadə hallarına yol verilməsi ilə bağlı onun barəsində Əmək Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş şəkildə məsuliyyətə səbəb olur. Başqa sözlə "X7"MMC-nin İddiaçı tərəflər arasında bağlanılmış müqavilə şərtlərinə zidd şəkildə müqavilə müddəti başa çatmadan əmək münasibətlərinə xitam verməsi hüququndan sui-istifadə kimi qiymətləndirilməlidir.Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Cavabdeh "X7" MMC-nin direktoru Cəbraylov Firudun tərəfindən apellyasiya şikayətinə qarşı iddia ərizəsinə etirazla eyni məzmunlu etiraz təqdim edilərək apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(004)- 619/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 23.Məhkmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, etirazlarında göstərilən məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 24.İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
25. 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 26.11-ci maddəsinin “b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
27. 42-ci maddənin 1-ci hissəsi.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
28. 45-ci maddənin 1-ci hissəsi.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
29. 45-ci maddənin 4-cü hissəsi. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
30. 45-ci maddənin 5-ci bəndi.Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
31. 47-ci maddənin “e” bəndi. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
32. 68-ci maddənin 1-ci hissəsi.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
33. 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
34. 73-cü maddənin 1-ci hissəsi.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun:
35. 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
36. 1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
37. 2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı:
38. 2.6 bəndi. İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər.
39. 2.7 bəndi. İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər. Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilikictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir.
40. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “2019–2030cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi; Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 41.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47.Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(004)-619/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 48.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün işə qəbul olunmuş, onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmışdırdur. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Cavabdeh MMC-nın 5 sentyabr 2024-cü il tarixli, 3-17-7/3-4-2456/2024 saylı əmri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” X2 X5 İdarəsi üzrə Şəki rayonu ərazisində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İddiaçı əmri mübahisələndirib “işə bəpa”, əmək müqaviləsinə xitam verilməsi nəticəsində məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. 49.Kollegiya qeyd edir ki, iərəflər arasında bağlanmış müqavilədən görünür ki, müqavilə 1 ay müddətinə bağlanmış, həmin müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə, yəni hər dəfə 1 ay olmaqla xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. 50.Kollegiya iddiaçının “müqavilə 05 yanvar 2021-ci ildən 05 fevral 2021-ci ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən 30 dekabr 2021-ci il tarixədək uzanmışdır. Bu tendensiya növbəti illərdə də eyni şərtlərlə davam etdiyindən həmin müqavilə 05 yanvar 2024-cü ildən 05 fevral 2024-cü ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən 30 dekabr 2024-cü il tarixədək uzanmışdır. Ona görə Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə əmək müqaviləsinin müddətinin bitməsi ilə onunla bağlanılmış müqaviləyə əsassız xitam verməsi” ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, müqavilənin 2.2-ci bəndində “müqavilənin qüvvədə qalma müddəti eyni şərtlərlə uzadıla bilər” ifadəsi onu nəzərdə tutur ki, müqavilə hər dəfə 1 ay müddətinə uzadıla bilər, çünki qeyd olunan “şərt” müqavilənin 2.1-ci bəndinə nəzərdə tutulmuş 1 aylıq müddətdir. O da qeyd edilməlidir ki, müqavilənin xx.xx.2021-ci il tarixinədək uzadılması imperativ qaydada müqavilənin 2.2-ci bəndində əks olunmamışdır, yəni cavabdeh 1 ay müddət keçdikdən sonra mütləq şəkildə ilin sonunadək əmək müqaviləsinin müddətinin uzadılması barədə öhdəlik götürməmişdir. 51.Kollegiya iddiaçının əmək müqaviləsinin xitam olunmasına dair işəgötürənin qabaqcadan onu xəbərdar etməməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı ünvanlanmış 23 avqust 2024-cü il tarixli bildirişin məzmunundan görünür ki, işçi onunla bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsinə qısa vaxt qaldığını, onunla bağlanılmış əmək müqaviləsinə müddət bitdikdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 52.Həmçinin, qanunvericiliyin tələblərinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər. Haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 53.Kollegiya qeyd edir ki, müqavilə müddəti başa çatdıqdan sonra 1 həftə ərzində tərəflərdən heç birinin müqaviləyə xitam verilməsini tələb etməməsi müqavilə müddətinin hər dəfə 1 ay müddətinə uzadılmasına gətirib çıxarmış və əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən xitam verilmişdir. 54.Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. 55.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(004)-619/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov