Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2007/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və digərlərinə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyatının və çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X60 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X28 ibarət tərkibdə, məhkəmə iclas katibi X51 katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh6 iştirakları ilə, İddiaçı prosessual hüquq varisi X22 Cavabdeh1 və digərlərinə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyatının və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3920/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.1960-cı il tarixli 229799 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi üzərində Nəcəfova (Abbasova) Sənubər Əbdülrəhman qızının və X7 mülkiyyət hüququ xx.xx.1960-cı il tarixdə qeydiyyata alınmışdır.
2. X14 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. X44 ilə X15 arasında nikah xx.xx.1972ci il tarixində bağlanılmışdır. X44 xx.xx.2011-ci il tarixində vəfat etmişdir. Abbasova (Nəcəfova) Sənubər Əbdülrəhman qızının bacıları X19 1995-ci il tarixdə vəfat etmiş, X20 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X8 övladları Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1dır. X9 övladları İddiaçı, X13, X18, Rəsulov X26r. Abbasova (Nəcəfova) Sənubər Əbdülrəhman qızının uşaqları olmamış, vəfat edən zaman onun yeganə vərəsəsi əri X44 olmuşdur. O, miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 etibarnamə vermişdir. Buna baxmayaraq X21 vərəsəlik hüququnun rəsmiləşdirilməsi baş tutmamışdır.
3. 09.06.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1995-ci il tarixində vəfat etmiş X10 vərəsələri Bakı şəhəri Neapol küçəsi, ev 7Q, mənzil 63-də yaşayan Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 5 otaqlı evin ½ hissəsindən irs almışdırlar.
4. Sumqayıt Cavabdeh5ndə notariat kontorunun xüsusi notariusu X48 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən xx.xx.1995-ci il tarixində vəfat etmiş X2 vərəsələri X41, Cavabdeh2 Geray qızı, Cavabdeh1 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən evin ½ hissəsindən ibarət miras əmlakdan ¼ hissədə pay almışdırlar.
5. Qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh6 Geray qızı, ¼ hissədə Cavabdeh3 və ¼ hissədə Cavabdeh2 Geray qızının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 Geray qızı, Cavabdeh2, Cavabdeh6, "Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X64 1 saylı Bakı Ərazi İdarəsi və 1 saylı Sumqayit Regional "Asan Xidmət" Mərkəzinə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək, həmin ünvana dair daşınmaz əmlakın dövlət reyestrində mərhum X2 mülkiyyəti kimi qeydiyyatdan keçmiş pay hissəsinin vərəsəlik qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 adına aparılmış qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1960-cı il tarixdə X35 ilə X16 və X19 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncuların mülkiyyətinə keçmişdir. Qeyd edilən ünvanda uzun illər X16, X19 və Nəcəfova (Rəsulova) Gülarə Əbdülrəhman qızı öz ailə üzvləri ilə yaşamışlar. Bacılardan Nəcəfova (Rəsulova) Gülarə Əbdülrəhman qızının oğludur və doğulduğundan bəri faktiki olaraq ailə üzvləriylə birgə hazırkı ünvanda qeydiyyatda olmaqla yaşayır. Evin ½ hissəsi X8 vəfatından sonra 2010-cu ildə onun övladlarına vərəsəlik qaydasında keçmişdir. 2023-cü ilin mart ayında cavabdehlər tərəfindən iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edilərək iddiaçının və ailə üzvləri ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda həmin iddia tələbləri üzrə 2(009)-781/2023 saylı mülki iş hakim İlkin Rüstəmlinin icraatındadır. İddia ərizəsi ilə tanış olarkən iddiaçıya məlum olmuşdur ki, xalası Səmayənin övladları cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 digər xalam X3 vəfatından sonra özlərini onun vərəsələri kimi tanıdaraq miras əmlakı faktiki qəbul etmədən evin mərhuma aid hissəsini öz adlarına keçirmişlər. 1995-ci ildə xalası X16 vəfat etdikdən sonra mirası faktiki olaraq cavabdehlər deyil, iddiaçı qəbul etmişdir. Lakin buna baxmayaraq cavabdehlər bu faktı notariat ofisində gizlətmişlər. Sumqayıt Cavabdeh5 notariat kontoruna sorğu ilə müraciət edilərək vərəsəlik işinin surəti alınmışdır. Vərəsəlik işi ilə tanış olduqları zaman məlum oldu ki, vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı bir sıra hüquq normaları pozulmuşdur. Belə ki, vərəsəlik işində cavabdehlərin anası olan X17 ölüm haqqında şəhadətnaməsi yoxdur. Həmçinin, cavabdehlərin 1995-ci ildə xalası X16 vəfat etdikdən sonra mirası faktiki qəbul etmələrinə dair vərəsəlik işində hər hansı bir sübut yoxdur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3920/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsində şahid qimində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, o 2010-cu ildən Səmayə xalasının uşaqlarına vərəsəliyin verildiyini eşitmişdir. O da evin satılması üçün çalışdıqları üçün etiraz etməmişdir. Evin satılması ilə bağlı təşəbbüs də Rəsulov Ağasəməddən gəlirdi. Sənubər xalası vəfat etdiyindən orada əri qalırdı, o da hal-hazırda vəfat edib. O evdə Sənubər xalasının əri, Esmira xanım, bacısı Sevinc və böyük qardaşının həyat yoldaşı qalırdı.
10. Birinci instansiya məhkəməsində şahid qimində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, o tərəflərin qohumudur. Abbasova Sənubər vəfat etdiyi vaxt mübahisəli evdə Abbasova Sənubərin həyat yoldaşı Abbasov Marif yaşamışdır. O, vərəsəliklə bağlı X5 etibarnamə vermişdir
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyan Abbasova (Nəcəfova) Sənubər Abdülrəhman qızı xx.xx.1995-ci il tarixdə vəfat etdiyi zamanı onun birinci növbəli vərəsəsi olan əri X44 miras əmlak olan Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsində yerləşən 87 nömrəli evdə yaşamış, evə yiyələnmiş və miras əmlakı faktiki olaraq qəbul etmişdir. X44 hətta vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə X6 etibarnamə də vermişdir. Göründüyü kimi, miras qoyan məhrum Abbasova (Nəcəfova) Sənubər Əbdülrəhman qızının tək vərəsəsi X36 olmuş, o miras əmlakı faktiki olaraq qəbul etmişdir. Həmin şəxs vəfat etdikdən sonra ondan qalmış miras əmlak onun vərəsələri tərəfindən qəbul edilməmişdir. Digər tərəfdən miras qoyan Abbasova (Nəcəfova) Sənubər Abdülrəhman qızı xx.xx.1995-ci il tarixdə vəfat etdiyi vaxt həm iddiaçının, həm də cavabdehlərin anaları, yəni miras qoyanın bacıları sağ olmuşdur.
12. Belə olan halda, nə İddiaçı, nə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 miras qoyan Abbasova (Nəcəfova) Sənubər Abdülrəhman qızından miras qalmış əmlak vərəsəlik hüququ əsasında keçə bilməzdi və onlar miras qoyanın vərəsələri hesab edilə bilməzlər. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı miras qoyan Abbasova (Nəcəfova) Sənubər Adülrəhman qızının vərəsəsi hesab edilmədiyinə görə, onun hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ da yoxdur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan SSR-in 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 530, 532, 533 və 552-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
14. İddiaçı həmin qətnamədən apellyasiya şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3920/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təəssüflə qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozmaqla eyni zamanda iddiaçının “gözləntisi” olan mülkiyyət hüquqlarının pozulmasına da şərait yaradıb. Qanunvericiliyin sadalanan bütün bu tələblərindən aydın görünür ki, hazırki iş üzrə məhkəmədə iddia qaldırmaq üçün mənim subyektiv hüququm var və əsassız qətnamə qəbul etməklə Xətai rayon Məhkəməsi Konstitusiya və qanunlarla qorunan hüquqlarını pozub. Bu səbəbdən də Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, onun iddia tələbləri təmin edilməlidir. Belə ki, qətnamə onunla əsaslandırılıb ki, iddia ərizəsində göstərilənləri tələb etmək üçün subyektiv hüququ yoxdur və bu hüquq olmadığına görə də iddia əsassız hesab edilərək rədd edilib. Hesab edir ki, qətnamə əsassız olduğundan ləğv edilməli iddia tələbi isə təmin edilməlidir. Belə ki, o, mübahisələndirilən mənzildə pasport qeydiyyatında olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və hazırki iş üzrə cavabdehlər ona və ailə üzvlərinə qarşı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmışlar və həmin iddia tələbi üzrə iş Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmovun icraatında olmaqla baxılmaqdadır. Bu faktın özü artıq onun hazırki iddia tələbləri ilə çıxış etməyə subyektiv hüququnun olmasının faktiki sübutudur. Belə ki, Səbail rayon Məhkəməsində ona və ailə üzvlərinə qarşı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırıldığı andan, qaldırılmış iddia onun maraqlarına toxunduğu üçün, hüquqlarlarının müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldıra bilmək hüququ yaranmış olur. O da Səbail rayon Məhkəməsində ona qarşı iddia qaldırıldıqdan sonra subyektiv hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Vərəsəliyə gəlincə, o, istər miras əmlakı qoyan mərhum xalası X1, istərsə də ondan sonra onun varisi olmuş həyat yoldaşı ilə birgə mübahisələndirilən evdə birgə yaşamışdır. Cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamayıblar. Bu səbəbdən də miras əmlakı qoyan xalası Sənubər Abbasova dünyasını dəyişdikdən sonra miras əmlakını faktiki olaraq onun həyat yoldaşı qəbul edib. Mübahisə ilə bağlı mövqeyi bundan ibarətdir ki, mirasqoyan X4 vəfatından sonra birinci növbə vərəsə onun həyat yoldaşıdır. Onun mirası qəbul etmiş olması işin mübahisəsiz halıdır. Əgər vərəsəliyi rəsmiləşdirən notariat ofisi mirasın cavabdehlər tərəfindən qəbul edildiyi nəticəsinə gəlirsə, eyni dərəcəli vərəsə olaraq onun da mirası qəbul etdiyi nəticəsinə gəlməli idi. Təsadüfi deyil ki, iddia tələblərində qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi tələb edilsə də, mirasda payların müəyyən edilməsinə dair tələb yoxdur. Hesab edir ki, mübahisəli daşınmaz əmlakın vərəsəlikdən əvvəlki hüquqi vəziyyətinə qaytarılması məhkəmə qaydasında həll edilməlidir. Mirasın cavabdehlərin, onun, yaxud hamının tərəfindən qəbulu ilə bağlı məsələ bundan sonra yenidən araşdırıla bilər. Notariat işinin materiallarından görünür ki, mülki iş üzrə cavabdehlərin mirası faktiki olaraq qəbul etmiş olmasına dair hər hansı sənəd yoxdur. Notariat işinin nəticəsi olaraq verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” məhkəmə qaydasında ləğv edildiyi halda, vərəsəliyin rəsmiləşməsi ilə bağlı iş yenidən notariat ofisində araşdırımalı olacaq və əgər məhkəmə tərəflərindən heç birinə miras əmlakdan pay düşmürsə, müarciətlə bağlı imtina veriləcək. Bu halda nəzərə almaq lazımdır ki, notariat ofisi də məhkəmə mübahisəsində tərəflərdən biridir və qüvvəyə minmiş məhkəmə qətnaməsində əks edilənlər notariat üçün də məcburi xarakter daşıyır. O, həmin ünvanda qeydiyyatda olmaqla faktiki olaraq yaşayır, faktiki olaraq miras əmlakını qəbul edib həmin əmlaka dair kommunal xərcləri ödəməklə miras əmlakını idarə edir. Yəni miras əmlakın qəbulunda olan növbəlilik prinsipinə riayət edilirsə və iş üzrə cavabdehlər hər bir halda mirasdan pay almalıdırlarsa, cavabdehlərdən fərqli olaraq faktiki qəbulla bağlı onun sübutları var. Cavabdehlər isə qanunvericiliyin bütün tələblərini pozmaqla vərəsəlik haqqında şəhadətnamə əldə etməklə həmin evə yiyələniblər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o vaxt qarşı tərəf Maarif dayını evdən qovdular, daha sonra xalasıqızı Rəsulzadə Sevincə zəng vurdu və bildirdi ki, onunla görüşsünlər, onlar Sabir bağında görüşdülər. O, Sevinc xanıma etibarnamə verdi və bildirdi ki, arvadının payını heç kimə vermək istəmir. Maarif küçələrdə rəhmətə getmişdir. Onun ölüm kağızını vermirdilər. Onlar neçə illərdir ki, həmin şəhadətnaməni axtarmışlar. Onlar hazırda Əhmədlidə yaşayır. İçərişəhərdə qarşı tərəf yaşayır, Səmədin yoldaşı, ailəsi, rəhmətə gedən böyük qardaşının yoldaşı, üçüncü qardaş orada yaşayır. Evin sənədləri anasının və böyük xalasının adınadır 18.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evin sənədində Səmədin adı keçmir, lakin Səməd bildirirdi ki, o vərəsədir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq norması Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin
24.528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi iləaçılır. 25.532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədənövladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 26.552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və yamüəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 28.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
29. 337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 30.1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 31.1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 32.1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 33.1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 34.1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 35.1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” 37.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
38. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. 40.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 42.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 44.254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 45.256.0.1-ci maddəsinə əsasən, iş üzrə icraat bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək dayandırılır.
Apelyasiya baxışının hədləri
46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 47.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 48.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
49.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 50.İşin apelyasiya baxışı zamanı iddiaçının xx.xx.2024-cü il tarixdə öldüyü müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 256.0.1-ci maddəsinə əsasən, mülki iş üzrə icraatın ölmüş fiziki şəxsin hüquq varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. 51.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin https://exidmet.justice.gov.az:8284/ saytından araşdırılan müddət ərzində İddiaçı adına vərəsəlik işinin açılmadığı, həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı arvadı X42 olduğu müəyyən edilmişdir. Mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən ölmüş iddiaçının prosessual hüquq varisi qismində X42 işə cəlb edilmiş, iş üzrə icraat təzələnmişdir.
52. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi xx.xx.1960-cı il tarixli 229799 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsində yerləşən 87 nömrəli ev mülkiyyət hüququ ilə Nəcəfova (Abbasova) Sənubər Əbdülrəhman qızının və X7 adına xx.xx.1960-cı il tarixdə qeydiyyata alınmışdır. Hazırda miras əmlakın mübahisələndirilən hissəsi X11 məxsus olmuş ½ hissədir. O, xx.xx.1995-ci il tarixində vəfat etmişdir. Əri X44 onun birinci növbəli vərəsəsi olmuşdur. Sonuncu sözügedən ünvanda yaşamaqla miras əmlakı qəbul etdiyi də işin mübahisələndirilməyən hallarına aiddir. X44 xx.xx.2011-ci il tarixində vəfat etmişdir.
53. Abbasova (Nəcəfova) Sənubər Əbdülrəhman qızının bacıları X19 1995-ci il tarixdə vəfat etmiş, X20 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 X8 övladlarıdır; İddiaçı (iddiaçı), X13, X18, Rəsulov X37 isə X9 övladlarıdır.
54. Göründüyü kimi iddiaçı ilə cavabdehlər xx.xx.1995-ci il tarixdə vəfat etmiş Abbasova (Nəcəfova) Sənubər Əbdülrəhman qızının birinci növbəli vərəsəsi olan əri X27 vərəsələri deyillər. Sonuncunun vərəsələrinin olub-olmaması barədə məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir.
55. Belə olan halda, məhkəməyə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə sərgilədiyi əsaslandırma ilə razılaşaraq qeyd edir ki, İddiaçı miras qoyan Abbasova (Nəcəfova) Sənubər Ədülrəhman qızının, həmçinin vərəsəsi olan X27 ölümü ilə mübahisəli əmlaka vərəsəlik hüququ yaranmamışdır, bununla da iddiaçı hazırkı iddianı qaldırmaq üçün öz hərəkətlərinə hüquqi ixtiyar, tələb və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmamışdır. 56.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 58.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3920/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev