Məhkəmə qərarları › İş №2(103)-2010/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2010/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2010/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3597/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X5 xx xxxxxx 2007-ci il tarixdə ünvan 1 mənzil 4 ünvanda yaşayan Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. İlk illərdə onların bir-birlərinə qarşı olan münasibətləri yaxşı olmuşdur. Birgə nikahdan iki övladları olmuşdur. Lakin xx xxxxx 2009-cu il tarixdə oğlu X1 Federasiyasında həbs olunmuşdur. Oğluna xx xxxxxx 2010-cu il tarixdə Rusiya Federasiyası X6, Yurqa Surqut Şəhər məhkəməsi tərəfindən X3 Məcəlləsinin müxtəlif maddələri ilə, 8 il 06 ay həbs cəzası verilmişdir. Bundan sonra onun və böyük oğlunun İsmayılov Mehmanın maddi dəstəyi ilə, gəlini Cavabdeh və nəvələrinin yaşayışlarına köməklik etmişlər. Lakin gəlini Cavabdeh boşanma tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(008)-438/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə oğlu X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Halbuki, həmin vaxt oğlu Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkirdi. O, kürəkəninin həyətində ev quşlarını saxlamaqla məşğul olur. Bu il 2000 baş ev quşu (toyuq və hind quşları) yetişdirərək satmış, böyük oğlu Mehman da ona həmişə maddi yardım etmişdir. O, mütəmadi olaraq gəlininə və nəvələrinə bazarlıq etmişdir. Hələ, 2011-ci ildə Cavabdeh ona bildirmişdir ki, atası Camalətdin Əbdürəhmanov gəlin köçəndə cehiz vermədiyi üçün əvəzinə, ünvan 2 mənzil 4 saylı ünvanda yerləşən həyətindən onlara yurd yeri üçün torpaq sahəsi vermişdir. Gəlini 2011-ci ildə atasının evinə qayıdarkən ona bildirmişdir ki, pensiya kartını ona versin ki, həmin pulları yığıb, atasının verdiyi torpaq sahəsindən gələcəkdə ev tiksin. Bununla da onun pensiya kartı 2016-cı ilə qədər Cavabdeh qalmışdır. Cavabdeh ona bildirdi ki, gələcəkdə həyat yoldaşı həbsdən azad olana qədər, həmin yerdən ev tikib ailə olaraq bir yerdə yaşayacaqlar. Bundan sonra Cavabdeh onunla tez-tez əlaqə saxlayaraq pul istəyirdi. O da mərhələli şəkildə müxtəlif vaxtlarda cavabdehə 2000 manat, 500 manat, 500 manat və 4500 manat pul vermişdir. Həmin 2000 manat və 4500 manat olmaqla, şəxsən özü onlarda olanda gəlininə vermişdir. İki dəfə 500 manat pulu Bakı şəhərinə sərnişin daşıyan, taksi sürücüsü ilə göndərmişdir. Onlar həmin pulları cavabdehin qardaşı Kamilə verib, qalan pulları nəvəsi Gülməmmədov Müstəcəb ilə göndərmişdir. O, ana olaraq, həmişə öz övladlarının xoşbəxt olmasını istəmişdir. O, heç düşünməmişdir ki, cavabdeh onu aldadar. Cavabdeh ümumilikdə ondan 9000 manat pulu və ona məxsus pensiya kartından 5 il ərzində mənimsədiyi pulları aldıqdan sonra onun telefon zənglərinə cavab verməmişdir. Bundan əlavə olaraq gəlini ondan qızıl ziynət əşyaları da almışdır. Cavabdeh həyat yoldaşı ilə boşandıqdan sonra o yenə də nəvələrinin xətirinə maddi yardım etməyə davam etmişdir. Boşandıqdan sonra cavabdeh bildirmişdir ki, atası C.Əbdürəhmanov həyətyanı sahəni ona vermir. Bundan sonra o, cavabdehdən pulunu tələb etmiş və cavabdehin yaşadığı, ünvan 2 mənzil 4 saylı ünvana getsə də, ona qapını açmamışlar. Bu hadisədən sonra Cavabdeh ona zəng vuraraq bildirmişdir ki, əgər o, bir də narahat etsə onu polisə verəcəklər. Hal-hazırda onlar Cavabdeh və ailəsi ilə əlaqə saxlaya bilmirlər. Cavabdehin atası və anası da onlarla əlaqə saxlamaqdan tamamilə imtina ediblər. Nəvələrinin yaşayışını təmin etmək məqsədi ilə, o, Cavabdeh bundan əvvəllər də dəfələrlə pul göndərmişdir. Həmişə onların qayğısına qalmışdır. Qaynının həyat yoldaşı X2 da onun 9000 manat pul verdiyini təsdiq edə bilər. Çünki qaynı arvadı hal-hazırda Bakı şəhərində qalır və hadisələrin gedişində iştirak edib. Buna görə məhkəmədən ünvan 1 mənzil 4 ünvanda yaşayan Cavabdeh 9000 (doqquz min) manat borcun, 30 manat dövlət rüsumunun, cəmi 9030 (doqquz min otuz) manat pulun alınıb, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3597/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3597/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflər arasında olan hazırki mülki mübahisənin qanuni və əsaslı həll edilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından görünür ki, hazırki iş üzrə İddiaçı iddia ərizəsində 9000 (doqquz min) manat məbləğində pulun məhz onun tərəfindən Cavabdeh verilməsi bildirilsə də, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, bununla əlaqədar iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3597/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3597/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar