Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2018/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh “xxxx” X7 X2 Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1997/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” X7 X2 Cəmiyyətinin nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” X7 X2 Cəmiyyətinə qarşı “zaminliyə xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” BOKT MMC ilə arasında bağlanmış 28iyul 2010-cu il tarixli ÇAŞək 55645/10 saylı zaminlik müqaviləsinə xitam verilməsi, hesabından 1.966,86 ABŞ dolları borcun silinməsi və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kredit alınması üçün banka müraciət edərkən şəxsi hesab vərəqəsində zamin öhdəliyi kimi 1.966.86 ABŞ dolları borc məbləği olduğu bildirilmişdir. Bununla əlaqədar xx.xx.2020-ci ildə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə müraciət etmiş və Mərkəzində Cavabdeh2 MMC tərəfindən ona verilmiş SF4275 nömrəli çıxarışda onun zamin kimi öhdəlikləri üzrə “xxxx” BOKT-dan alınmış 4.000 ABŞ dolları kredit məbləğinə görə 1.966,86 ABŞ dolları qalıq borcu olduğu göstərilmişdir. xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdeh2 MMC-yə və “xxxx” BOKT MMC-yə müraciət edərək kredit tarixçəsində qeydə alınmış borcun silinməsini xahiş etmişdir. Cavabdeh2 MMC-dən bununla bağlı məhkəməyə müraciət etmək hüququ olduğu, eyni zamanda “xxxx” BOKT MMC-dən zamin olduğu X1 xx.xx.2020-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam icra edilmədiyindən 1.966,86 ABŞ dolları borcu olduğu bildirilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli ÇAŞƏK 55645/10 saylı kredit müqaviləsinin surətindən göründüyü kimi 18 ay müddətində ödənilməsi şərtilə 4.000 ABŞ dolları verilmiş və onun son icra tarixi xx.xx.2012-ci il təşkil edir. Həmçinin onun xx.xx.2010-xx.xx.2012-ci il tarixlərdə həmin kredit müqaviləsinə zamin olmağı ilə bağlı xx.xx.2010-cu il tarixli ÇAŞƏK 55645/10 saylı zaminlik müqaviləsi əlavə edilmişdir. Eyni zamanda kredit ödənişi barəsində çıxarışdan göründüyü kimi X1 xx.xx.2020-cu il tarixli ÇAŞƏK 55645/10 saylı kredit müqaviləsi üzrə əsas borcu yoxdur və sonuncu ödəniş tarixi xx.xx.2012-ci ildir. Beləliklə, xx.xx.2010-cu il tarixli ÇAŞƏK 55645/10 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilənin müddəti xx.xx.2010-cu il tarixli ÇAŞƏK 55645/10 saylı kredit müqaviləsinin müddəti ilə üst üstə düşür. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə görə kredit 18 ay müddətinə verilir (kreditin müddəti: xx.xx.2010- xx.xx.2012). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1997/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “xxxx” BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, ÇAŞək 55645/10 saylı zaminlik müqaviləsinə xitam verilməsi, hesabda olan 1.966,86 ABŞ dolları (İddiaçı) borcun silinməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “xxxx” X7 X2 Cəmiyyətinin nümayəndəsi X5 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1997/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanuna zidd, qeyri-obyektiv və əsassızdır. Belə ki, X4 CAŞək 55645/10 saylı xx xxxx 2010-cu il kredit müqaviləsinə əsasən “xxxx” BOKT MMC-dən 18 ay müddətinə 4.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmədə işə qeyri obyektiv baxılaraq, iş üzrə heç bir araşdırma aparılmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1997/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh “xxxx” X7 X2 Cəmiyyətinin nümayəndəsi X5 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1997/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və Cavabdeh2 MMC-nin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh “xxxx” X7 X2 Cəmiyyətinin nümayəndəsi X5 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh “xxxx” BOKT MMC nümayəndəsi Sudef Rəhimovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh “xxxx” BOKT MMC nümayəndəsi Sudef Rəhimovun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, X4 ilə “xxxx” BOKT arasında bağlanmış CAŞƏK 55645/10 saylı, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Şahmar Mikayılova 18 ay müddətinə, illik 36 % olmaqla 4.000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan, İddiaçı ilə “xxxx” BOKT arasında bağlanmış CAŞək 55645/10 saylı, xx xxxx 2010-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, X4 ilə “xxxx” BOKT arasında bağlanmış CAŞƏK 55645/10 saylı, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə Şahmar Mikayılov tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə İddiaçı məsuliyyəti üzərlərinə götürmüşlər. İş materiallarında olan, Cavabdeh2 MMC-nin xx.xx.2020-ci il tarixli, SF4275 saylı kredit məlumatlarının icmalından görünür ki, 55645 saylı hesab nömrəsi üzrə İddiaçı 1.966.86 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin belə nəticəyə gəlmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı öhdəliyin yarandığı andan əmələ gəlir. Həmçinin zaminliyə xitam verilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa sxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul eməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” BOKT MMC nümayəndəsi Sudef Rəhimov apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh “xxxx” BOKT MMC nümayəndəsi Sudef Rəhimov apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və məhkəmə iclasında iştirak edərkən apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh “xxxx” BOKT MMC nümayəndəsi Sudef Rəhimovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1997/2020 saylı, xx xxxxxx 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh “xxxx” X7 X2 Cəmiyyətinin nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1997/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2018/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2018/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver