Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2020/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, xxxxxx qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “mənzil” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)- 4258/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinin İddiaçı adına veriməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X7 1983-cü ildən 2012-ci ilədək Balaxanı Neft və Qaz çıxarma İdarəsində '‘Hidroizolyasiyaedici” vəzifəsində çalışmış və 1988-ci ildən sözügedən idarədə mənzil növbəsində olmuşdur. 2018-ci ilin aprel ayında mənzil verilməsi ilə bağlı məlumat almaq üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Baş X15 üzrə İş şöbəsinə müraciət edildikdə, onlara 2018-ci ilin mart ayında T.Abtalıbova mənzil verilməsi ilə bağlı bildirişlərin göndərildiyi lakin onlara cavab gəlmədiyinə görə sözügedən evin başqa şəxsə təhvil verildiyi bildirilmişdir. Halbuki, onun həyat yoldaşının və qızının istifadə etdiyi əlaqə nömrələrinə heç bir bildiriş gəlməmişdir. Həmçinin həyat yoldaşının qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 mənzil 97 saylı ünvana mənzil verilməsi ilə bağlı heç bir məktub göndərilməmişdir. Yenidən mənzil verilməsi üçün idarə tərəfindən müfaviq sənədlərin verilməsi tələb olunmuşdur. T.Abtalıbov səhhəti ilə əlaqədar idarəyə gedə bilmədiyindən tələb olunan sənədlər qızı və qaynı tərəfindən idarəyə təqdim olunmuş və evlə bağlı bütün məlumatların qızının qeyd etdiyi əlaqə nömrəsinə göndərilməsi bildirilmişdir. T.Abtalıbov uzun sürən ağır xəstəlikdən sonra xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfalından cəmi 1 həftə sonra, yəni xx xxxx 2018-ci il tarixdə sözügedən idarədən qızı ilə əlaqə saxlanılmış və T.Abtalıbova Qaraçuxur qəsəbəsində mənzil verilməsi ilə bağlı məlumat verilmişdir. Qızı atasının vəfat etdiyini bildirən zaman ona ölüm aktını götürərək idarəyə yaxınlaşması bildirilmişdir. Bu sənədlərlə, idarəyə müraciət etdikdə, ailəyə bildirilmişdir ki, T.Abtalıbov vəfat etdiyinə görə onun adı mənzil növbəsi uçotundan çıxarılacaq və ailəyə mənzil verilməyəcəkdir. Həmçinin onun ailə üzvlərinin ev almaq hüququnun olmaması qeyd olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4258/2019 saylı xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ilə iddianın təmin edilməməsiqət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, hal-hazırda yataqxanada yaşayır. X13 ailə qurmaq ərəfəsindədir və ailə qurduqdan sonra ailəsi birlikdə öz adına olan evdə yaşayacaqdır. Yəni, qızının adına evin olmasının ona aidiyyəti yoxdur, bununla onun mənzil şəraiti yaxşılaşmır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçının iki qızı var, biri ailəlidir, hazırda iddiaçı digər qızı ilə yataqxanada yaşayır. İddiaçı vaxtilə SOCAR-ın müəssisəsində işləsə də, hazırda işləmir. Mərhum həyat yoldaşı isə Dövlət Neft Şirkətində (SOCAR) işləmişdir. Həyat yoldaşının vəfatından sonra mənzil növbəsinin onun adına dəyişdirilməsini tələb etsə də, qızının adına mənzil olduğu əsas götürülərək onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Halbuki iddiaçının qızının adına müvafiq mənzilin olmasının onun mənzil şəraitinin yaxşılaşdırılması kimi qəbul edilə bilməz. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, mənzil uçotunda olan şəxsin ailə üzvü ancaq bədbəxt hadisə nəticəsində və ya peşə xəstəliyi ilə əlaqədar ölərsə mənzil uçotuna götürülür. Əgər ailə üzvü də həmin müəssisədə işləmiş olardısa, yəni birgə işləmiş olsaydılarsa, onda ailə üzvü də uçota götürülə bilərdi. İddiaçı 2006-cı ilə qədər Dövlət Neft Şirkətində (SOCAR) işləmiş, əgər o, həmin müəsisədə işləməyə davam etmiş olsaydı, mənzil uçotuna götürülə bilərdi. X7 isə mənzil uçotunda olmuş, o, vəfat etməmişdən əvvəl qızı öz adına mənzil əldə etmişdir ki, bununla da ailənin mənzil vəziyyəti yaxşılaşmışdır. Ona görə də iddiaçı mərhum həyat yoldaşının adına olan mənzil növbəliyinə qəbul olunmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, X7 SOCAR-ın və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2018- ci il tarixli 9 nömrəli protokolu ilə mənzil uçotundan çıxarılmışdır. AZ-İ seriyalı 948447 nömrəli xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixində essensial birincili hipertenziya xəstəliyindən ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin **********80 saylı xx.xx.2018-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 46.5 kv.m. yaşayış sahəsi olan 73.8 kv.m. ümumi sahəsi olan 75 saylı mənzil xx.xx.2018-ci il tarixində ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində X3 mülkiyyət hüququ qeydə alınmışdır. Birinci instansiya məhkəməsi 2009-cu il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə və “Bakı şəhərində Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarına əsaslanaraq hesab etmişdir ki, ünvan 3 75 saylı ünvanda yerləşən 3 otaqlı mənzilin X1 qızı X8 tərəfindən xx.xx.2018-ci il tarixdə, yəni mənzil uçotunda olan X2 ölümündən öncə alındığından, həmin mənzilin hal-hazırda da onun mülkiyyətində olduğundan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtiyatı yüksək olan iş yerlərinin Siyahısı”nda peşə xəstəlikləri arasında “essensial birincili hipertenziya” adlı xəstəliyi mövcud olmadığndan, həmçinin Təhməz Abtalıbov onun ailə üzvlərinin heç birinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) əmək münasibətlərinin olması sübuta yetirilmədiyindən iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, əvvəla qeyd olunmalıdır ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisə 1988-ci ilə aid olduğundan həmin mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda 2009-cu il tarixli Mənzil Məcəlləsinin 34-cü maddəsinə əsasən uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aşağıdakı şəxslərə birinci növbədə verilir: Böyük Vətən müharibəsi əlillərinə, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələrinə və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslərə; X6, X4, habelə Şöhrət, Əmək Şöhrəti, “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmət etməyə görə” ordenlərinin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərə; SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunan xəstəliklər siyahısında göstərilmiş bəzi xroniki xəstəliklərin ağır formalarına tutulmuş şəxslərə; vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə, SSRİ-nin müdafiəsi uğrunda başqa döyüş əməliyyatları zamanı döyüşən ordunun tərkibində olmuş şəxslərə, vətəndaş müharibəsinin və Böyük Vətən müharibəsinin partizanlarına, habelə SSRİ-nin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslərə; İ və İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular sırasından olan İ və İİ qrup əlillərə; dövlət vəzifəsini və ya ictimai vəzifəni icra edərkən, insan həyatını xilas etmək, sosialist mülkiyyətini və hüquq qaydasını mühafizə etmək üçün SSRİ vətəndaşı borcunu yerinə yetirərkən həlak olmuş yaxud bədbəxt hadisə nəticəsində istehsalatda həlak olmuş şəxslərin ailələrinə; istehsal sahəsində uzun müddət vicdanla işləmiş fəhlələrə və qulluqçulara; “Qəhrəman ana” adı verilmiş yaxud “Analıq şərəfi” ordeni və ya “Analıq medalı” ilə təltif olunmuş analara, çoxuşaqlı ailələrə və tək analara; əkiz uşaq doğulan ailələrə. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə vətəndaşların başqa kateqoriyalarına da yaşayış sahəsini birinci növbədə almaq hüququ verilə bilər. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunun və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. “Bakı şəhərində mənzil şəraitinin yaxşalışdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 29-cu bəndinə əsasən uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə onun ailə üzvlərinin mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerində ehtiyacı olan olanların uçotuna ancaq bu qərtlə qəbul edilir ki, həmin müəssisədə, idarədə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləmədən də uçota götürülür. Hazırki işdən görünür ki, iddiaçının mərhum həyat yoldaşı xx.xx.1988-ci ildə mənzil uçotuna götürülmüş, o, vəfat etməmişdən əvvəl qızı Günel Abtalıbova xx.xx.2018-ci il tarixdə müvafiq mənzil almışdır ki, hansı ki həmin mənzil hazırda sonuncunun xüsusi mülkiyyətindədir. Bu hal işin mübahisəsiz halıdır. Daha sonra iddiaçının mərhum əri vəfat etmiş və qızı Günel Abtalıbovanın müvafiq mənzil əldə etməsi atasının vəfatından əvvəlki tarixə təsadüf etdiyi üçün ailə üzvlərinin “mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan” hesab edilməsi üçün əsaslar aradan qalxmışdır. Digər tərəfdən müəyyən olunur ki, iddiaçının mərhum ərinin vəfatının səbəbi “essensial birincili hipertenziya” xəstəliyi ilə bağlı olmuşdur ki, həmin xəstəlik də Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 07 saylı Qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtiyatı yüksək olan iş yerlərinin Siyahısı”nda olan peşə xəstəlikləri arasında öz əksini tapmamışdır. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, mənzil növbəsində olmuş mərhum X2 ailə üzvlərinin “mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan” hesab edilməsi üçün əsaslar hələ onun sağlığından aradan qalxdığı üçün onun vəfatından sonra həyat yoldaşının, yəni iddiaçının mənzil tələbinə dair iddiası birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmamışdır. Apellyasiya şikayətində göstərilmiş dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğundan təmin olunmamalıdır. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübut etmə yükü iddia edən şəxsin üzərinə düşsə də, iddiaçı tərəfindən iddia tələbinin əsasını təsdiq edən hər hansı mötəbər sübut nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Beləliklə, Kollegiya hesab edir ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4258/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. - Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-2020/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2020/2020
26.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver