Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2021/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, X9 və X18 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində olan tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, oğlu Cavabdeh Çinqiz qızı ilə 2010-cu ildə qeyri rəsmi olaraq nikaha daxil olub ailə qurmuş,bundan sonra onlar nikahlarını xx xxxxxx 2012-cu il tarixdə Qeydiyyat Şöbəsində rəsmiləşdirərək rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları olub. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun yaşadığı evə gəlin gəlmişdir. Ailədə münasibətləri pozulduğundan oğlu X13 ərizəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən onların arasında olan nikahları ləğv edilmişdir. Bundan sonra cavabdeh ona oğluna və həyat yoldaşına qarşı Bakı şəhəri Pirallahı Rayon məhkəməsinə yaşadığı Bakı şəhəri,Pirallahı rayonu,Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5,ev 6,mənzil 6-da yerləşən 2007-ci ildə inşa etdirdiyi özbaşına tikili olan ümumi sahəsi 60 kv.m 2 otaq mətbəğdən ibarət evə köçürülməklə istifadə hüququnun tanınmasına da iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddia tələbi əsassız olduduğundan rədd edilmişdir.Bundan sonra cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkməsinin xx xxxxxxx 2018- ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Pirallahı Rayı Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bildirmək istəyir ki, xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh özbaşına olaraq o, evdə olmadığı vaxt onun evinə gələrək yaşadığı torpaq sahəsində olan tikdirdiyi 2 otaq və bir məğbəxdən ibarət özbaşına tikiliyə daxil olmuşdur. Bundan sonra o, nə qədər cavabdehə onun istifadəsində olan yaşayış sahəsindən çıxmasını tələb etsədə onun sözlərinə məhəl qoymayaraq çıxmamış o, bu barədə Polis Şöbəsinə müraciət etsədə cavabdeh ona bildirmişdir ki o yalnız məhkəmə qətnaməsi əsasında onun evindən çıxacaq. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh Bakı şəhəri,Pirallahı rayonu,Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5,ev 6,mənzil 6ünvanda yerləşən 2 otaq 1 mətbəxdən ibarət özbaşına tikilidən (evdən) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5, 6 saylı evin, 6 saylı mənzilində yerləşən iki otaq bir mətbəxdən ibarət özbaşına tikilidən (evdən) çıxarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalmış Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X11 izahat verərək, apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “Nikahın pozulması haqqında” AZ-İ № 307522 nömrəli şəhadətnamənin surətindən göründüyü kimi X20 ilə Cavabdeh aralarında olan rəsmi nikah qeydi xx.xx.2018-ci il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “Doğum haqqında” AZ-İİ №765421 və AZ-İİİ 765421 saylı şəhadətnamələrin surətindən göründüyü kimi X20 ilə Cavabdeh birgə nikahlarından xx xxxxxxx 2011-ci il təvəllüdlü X21 və xx.xx.2013-cü il təvəllüdlü X16 doğulmuşdur. İş materiallarında olan «xxxxxxxxx» MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasma aid hesab cədvəlinə əsasən. Bakı şəhəri. Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5, ev 6 X5 mülkiyyətinə olan əmlak kimi qiymətləndirilmişdir. İş materillarında olan Tikinti və Torpaq Sahələrinin baş Planına əsasən tikinti 2 otaq 1 mətbəxdən ibarətdir. İş materiallarında olan Artyomneft NQÇİ-nin 1270 saylı, xx.xx.1990-cı il tarixli Sərəncamın surətindən göründüyü kimi, Bakı şəhəri, S.Vurğun küçəsi, döngə 5, 6 saylı mənzilin əsas kirayəçisi X3 vəfat etməsi ilə əlaqədar mənzilin maliyyə şəxsi hesabı oğlu İddiaçı adına dəyişdirilmişdir. İş materillarında olan Pirallahı Rayon Məhkəməsinin 2(094)- 231/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən göründüyü kmi, iddiaçı Cavabdehlər X17, X15 və X7 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dairiddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9896/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(094)-231/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan xx.xx.2018-ci il tarixli Aktın surətindən göründüyü kimi şahidlər, X14 və X8 ünvan 2 ünvanında yaşamadıqlarını təsdiq etmişlər. İş materiallarında olan MKTD Pirallahı rayon MKTB 159 saylı MKİS-nin xx.xx.2018- ci il tarixli, 191 saylı arayışından göründüyü kimi, X21 və X16 S.Vurğun küçəsi döngə 5, ev 6, mənzil 6 ünvanında qeydiyyatdarırlar lakin yaşamırlar. İş materillarında olan Pirallahı rayon Mənzil-X6 159 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 201 saylı xx xxx 2018-ci il tarixdə verilmiş arayışından göründüyü kimi, X12, X19, X22 və X23 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5, ev 6-da qeydiyyatdadırlar İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habələ onun uşaqları və valideynləri aiddir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Yuxarıda sadalanan normaların tələblərinə əsasən görünür ki, Cavabdeh iddiaçının ailə üzvləri sırasına daxil deyil. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini təmin etməkdə doğru nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-2021/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2021/2020
26.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver