Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2022/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Xəlil-zadə Adil Oktay oğlunun iştirakları ilə, İddiaçı1 və Xəlil-zadə Rüstəm Oktay oğlunun cavabdeh Xəlil-zadə Adil Oktay oğluna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 3 saylı Xüsusi Mənzil Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə “yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi, mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun cavabdehlər Xəlil-zadə Rüstəm Oktay oğlu və İddiaçı1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e- 2(007)-2756/2022 saylı qətnaməsindən iddiaçı R.Xəlil-Zadənin nümayəndəsi vəkili Vəkil3, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 və cavabdeh A.Xəlil-Zadənin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Tərəflər bacı-qardaşdırlar. Mübahisəli ev-Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 162A saylı evin 22 saylı mübahisəli mənzili xx.xx.1972-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 105557 №li xx.xx.1972-ci il tarixli order əsasında tərəflərin atası mərhum Xəlil-zadə Oktay Əbdüləvvəl oğluna və ailə üzvləri X21, Xəlil-zadə Rüstəm Oktay oğlu, X22 və X1 (Xəlil-zadə Adil Oktay oğlu) birlikdə yaşamaq üçün verilmişdir. Bundan sonra həmin şəxslər həmin ünvanda yaşamışlar. 1989-cu ildə icarədar olan Oktay Xəlil-zadənin həmin mənzildən qeydiyyatdan çıxması ilə əlaqədar mənzilin şəxsi hesabı onun oğlu Xəlil-zadə Adil (Əbdüləvvəl) Oktay oğlunun adına dəyişdirilmişdir. 2014-cü ildə Adil Xəlil-zadə həmin mənzilin özəlləşdirilməsi ilə bağlı DƏDRX-nə müraciət etmiş, xx.xx.2014-cü ildə onun həmin mənzillə bağlı mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır. İddiaçı1 və anası Xəlil-zadə Sevil Məmməd qızı qeyd edilən özəlləşdirmə aparılan zaman mübahisəli mənzildə yaşasalar da, əraziyə xidmət edən Bakı şəhər İH MKTD-nin 3 saylı XTMKTB tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Forma-2 arayışında onların adları mənzildə yaşayan icarədarın ailə üzvləri siyahısında göstərilməmişdir. İddiaçı1 və Xəlil-zadə Sevil Məmməd qızı mübahisəli mənzilin cavabdeh tərəfindən özəlləşdirilməsindən yalnız həmin mənzilin sənədləşdirilməsi ilə bağlı müraciət edən zaman xəbərdar olmuşlar. Bununla bağlı məhkəməyə müraciət etmişlər, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(007)-1850/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, Elşən süleymanov küçəsi, 162A saylı evin 22 saylı mənzilinin cavabdeh X18 adına özəlləşdirilməsi etibarsız hesab edilmiş və onun adına xüsusi mülkiyyət hüququ ilə verilmiş çıxarış ləğv edilmişdir. Hazırda tərəflər bir-birilərinə qarşı mübahisəli mənzillə bağlı evə köçürülmə və istifadə hüququna xitam verilməsi ilə bağlı iddialar qaldırmışlar. Birinci instansiya məhkəməsində icraat İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və Xəlil-zadə Rüstəm Oktay oğlu ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 3 saylı Xüsusi Mənzil Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə “yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi, mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülmələri, mübahisəli mənzilin 19,7 kv.metr olan otağına X12 və mənzilin sahəsi 11,5 kv.metr olan otağına İddiaçı2 istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162A saylı evin 22 saylı mənzili xx.xx.1972-ci il tarixli 105557 saylı orderlə mərhum ataları Xəlil-zadə Oktay Abduləvvəl oğluna və onun ailə üzvlərinə (Sevil Xəlil-zadə, övladları Sevda Xəlilzadə, Adil Xəlil-zadə və İddiaçı2) verilmişdir. xx.xx.2000-ci il tarixdə Oktay Xəlil-zadə vəfat etmiş və ondan sonra həmin evdə həyat yoldaşı Sevil Xəlil-zadə və qızı İddiaçı1 yaşamağa davam etmişlər. Ataları rəhmətə gedəndən sonra cavabdeh və ailə üzvləri isə qonşuluqda yerləşən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162A saylı evin 17 saylı mənzilinə köçərək həmin mənzildə yaşamışlar və hazırda da həmin mənzildə yaşamaqda davam edirlər. Cavabdeh 2004-cü ildə İddiaçı1 və mərhum anası Sevil Xəlil-zadənin məlumatı və yazılı razılığı olmadan mübahisəli mənzili öz adına özəlləşdirmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1850/2019 saylı qətnaməsi ilə İddiaçı1 və mərhum anası Sevil Xəlil-zadənin iddiaları təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, Elşən süleymanov küçəsi 162 A saylı evin 22 saylı mənzilinin cavabdeh X18 adına özəlləşdirilməsi etibarsız hesab edilmişdir. Qeyd edilən qətnamədə bir çox hallara hüquqi qiymət verilmişdir. İddiaçılardan İddiaçı1 1972-ci ildən mübahisəli mənzildə istifadə hüququ əldə etməklə yaşaması qeyd edilən məhkəmə qətnaməsində də öz təsdiqini tapmışdır. Digər İddiaçı2 isə ailə quraraq bir müddət başqa evə köçüb ailəsi ilə birlikdə yaşasa da, həmişə mübahisəli mənzilə gəlib getmiş, son bir neçə ildə isə Sevda işdə olan zaman xəstə anasının yanında olmuş və onun qulluğunda dayanmışdır. Hazırda İddiaçı2 mənzil şəraiti çox acınacaqlıdır (dörd nəfər yetkinlik yaşına çatmış ailə üzvü ilə birlikdə bir otaqlı mənzildə yaşayır). Bu səbəbdən İddiaçı2 də vaxtilə atasına və onlara (Rüstəmin adı mənzilin orderində var) yaşamaq üçün verilmiş mübahisəli mənzilə köçüb yaşamaq niyyətindədir. Mərhum anaları xəstə olan zaman da ona iddiaçılar baxmışdır. Mənzilin təmiri, kommunal xərcləri iddiaçı Sevda Xəlilzadə tərəfindən qarşılanmışdır. Mübahisəli mənzil sahəsi 19,7, 14,9 və 11,5 kv.metr olan üç otaqdan ibarətdir. Mənzilin hər üç otağı İddiaçı1 və mərhum anasının istifadəsində olmuşdur. Mənzilin özəlləşdirilməsi məhkəmə qaydasında etibarsız hesab edildikdən sonra cavabdeh mənzilin sahəsi 14,9 kv.metr olan otağından anasını qovub çıxartmış və həmin otağı açarla bağlamışdır. Bundan sonra mənzilin iki otağı- sahəsi 19,7 və sahəsi 11,5 kv. m olan otaqları İddiaçı1 və anasının istifadəsində qalmışdır. Mənzilin sahəsi 14,9 kv.metr olan otağı cavabdeh tərəfindən açarla bağlansa da, cavabdeh və ailə üzvləri həmin mənzildə yaşamamışlar. Tərəflərin anaları Sevil Xəlil-zadə 2021-ci ilin sentyabr ayının 19-da vəfat etmişdir. 2022-ci ildə cavabdehə mənzili üç vərəsənin (Sevda, Adil və İddiaçı2lərin) adına 1/3 payla özəlləşdirilməsi təklif olunsa da, Cavabdeh təklifi qəbul etməmiş, bir neçə ay bu məsələ ilə bağlı danışıqlar aparılsa da, cavabdeh mənzili təklif olunan qaydada özəlləşdirməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə hazırkı iddia ilə müraciət etmək məcburiyyəti yaranmışdır. Hətta 2022-ci ilin iyul ayında danışıqlar nəticə vermədiyi halda iddiaçıların məhkəməyə müraciət edəcəyi barədə məlumat alandan sonra cavabdeh A.X34-zadənin evdə olmamasından istifadə edərək uzun illər İddiaçı1 istifadəsində olan sahəsi 19,7 kv.m. olan otağın qapısına açar salıb bağlamış (həmin otağın qapısında əvvəllər açar olmamışdır), bununla da İddiaçı1 həmin otaqdan istifadəsinə məhdudiyyət yaratmışdır. İddiaçı1 məxsus əşyaların əksəriyyəti, o cümlədən yataq dəsti, çarpayısı məhz həmin otaqdadır. Həmçinin, ataları Oktay Xəlil-zadə vəfat etdikdən sonra nənələrindən atalarına miras qalmış Şəki şəhərində yerləşən əmlak da hazırda Cavabdeh mülkiyyətindədir. Digər vərəsələrə həmin əmlakdan hər hansı bir pay çatmamışdır. X42-zadə bu nüansı da nəzərə almadan hazırkı mübahisəli mənzili vərəsələrin paylarına uyğun özəlləşdirməkdən imtina edir, hətta onların mənzildə yaşamalarına maneçilik törədir. Mənzil xüsusi mülkiyyət deyil. Dövlət fonduna məxsus mənzildir. İddiaçı1 isə həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, İddiaçı2 adı isə mənzilin orderində var. İddiaçılar cavabdehlə eyni hüquq və vəzifələrə malikdir. Mənzilin sahəsi və otaqların yerləşməsi iddiaçılarla ayrıca icarə müqaviləsinin bağlanmasına icazə verir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər Xəlil-zadə Rüstəm Oktay oğlu və İddiaçı1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - X12 və İddiaçı2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzili xx.xx.1972-ci il tarixli, 105557 saylı orderlə atası Xəlil-zadə Oktay Əbdüləvvəl oğluna verilmişdir. Orderdə bütün ailə üzvlərinin (atası Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu, anası X19, bacısı X22, qardaşı İddiaçı2 və o) adları göstərilmişdir.xx.xx.1989-cu il tarixdə atası mübahisəli mənzildən qeydiyyatdan çıxdığına görə “Azərdənizneftinşaat” trestinin Mənzil-Kommunal Kontorunun xx.xx.2002-ci il tarixli, 34 saylı əmri ilə sözügedən mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. Bu tarixdən başlayaraq bu günə kimi evin bütün kommunal xərcləri (su, qaz, işıq, MKİS və telefon pulları) onun tərəfindən ödənilir. Qardaşı Xəlil-zadə Rüstəm Oktay oğlu 1991-ci ildə X27 ilə ailə həyatı qurduqdan dərhal sonra validenləri tərəfindən alınmış Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçmüş və halhazırda da ailə üzvləri ilə birlikdə orada yaşayır. X35-zadə ailə qurduqdan sonra heç vaxt ona məxsus mənzildə yaşamamış və hal-hazırda mübahisəli mənzildə ona aid heç bir əşya mövcud deyildir. Atası xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. O, sağlığında həmişə deyərdi ki, böyük oğlu Rüstəmə ev almış, yaşadıqları mənzili də kiçik oğlu Əbdüləvvələ verir. Qızı Sevda da ailə qurub ər evinə köçər. "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli, 217 saylı arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanda etdiyi 1 saylı binanın 43 saylı mənzili İddiaçı1 məxsusdur. 2007-ci ildə bacısı İddiaçı1 "xxxx" MTK-nin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanında inşa etdiyi 1 saylı binanın 43 saylı mənzilini almış, 2008-ci ildə təmir etdirərək yeni mənzilinə köçmüş və həmişə də bu mənzildə yaşamışdır. Sonradan bacısı Sevda onların yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilinə, anaları X13 baş çəkmək üçün qonaq qismində gəlmişdir. Anaları xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra Sevda onlara gəlmir. Onun ailəsi ilə birgə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilində ona aid olan heç bir əşya yoxdur. X40-zadə heç vaxt ailə qurmamış və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında tək yaşayır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə etiraz təqdim edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin idddia üzrə iddia ərizəsində qəsdən çaşqınlıq yaratmaq üçün həm Xəlil-zadə Adil Oktay oğlunun, həm də iddiaçıların ünvanları düzgün göstərilməmişdir. Belə ki, Xəlil-zadə Adil Oktay oğlunun həm qeydiyyat, həm də yaşadığı ünvan: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 162 A mənzil 22-dir. İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 162 A mənzil 22 ünvanda qeydiyyatda olsa da, faktiki yaşayış ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94 bina 1 mənzil 43-dür. İddiaçı2 ünvan 4 ünvanda qeydiyyatda olmaqla, bu ünvanda da yaşayır. İddia ərizəsini İddiaçı2 imzalamamış, onun yerinə başqa bir şəxs başqa xətlə “Xəlilzadə” soyadını yazmışdır. İddia ərizəsində tarix qeyd edilməmişdir. Ərizə həqiqətə uyğun olmayan, heç bir hüquqi əsası olmayan cümlələrdən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində yol verilmiş səhvlər təkrar edilməklə tərtib olunmuşdur. Qarşılıqlı iddiaçının ailə üzvlərilə birlikdə, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 162 A, mənzil 17-də, İddiaçı1 mənzil 22 ünvanda yaşadığı qeyd edilmişdir. Mənzili 2004cü ildə deyil, 2014-cü ildə özəlləşdirmişdir. Anaları Sevil xanım heç vaxt yataq xəstəsi olmamışdır. Sevda işdə olan zaman Rüstəmin bir neçə il analarının yanında qalması, ona qulluq etməsi tam yalandır. Mübahisəli mənzildə o, ailə üzvlərilə birlikdə yaşadığı üçün kommunal xərclərini özü ödəmişdir. Çox maraqlıdır, neçə olur ki, Sevda sözügedən mənzildə yaşamaya-yaşamaya kommunal xərclərini ödəyir??? 2008-ci ilin yay ayından Sevda mübahisəli mənzildə yaşamamış, bu səbəbdən otaqlar Sevdanın istifadəsində olmamış, otaqların qapılarını heç vaxt açarla bağlamamışdır. Hal-hazırda da otaqların qapıları açıq şəkildədir. Anaları rəhmətə gedəndən sonra Sevda bir neçə dəfə onlara qonaq qismində gəlib getmiş, onlarla birlikdə mübahisəli mənzildə yaşamamışdır. Mübahisəli mənzil dövlət qeydiyyatından keçmədiyinə görə miras əmlakı sayılmır və burada heç bir vərəsəlikdən söhbət belə gedə bilməz. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzili xx.xx.1972-ci il tarixli, 105557 saylı orderlə atası Xəlil-zadə Oktay Əbdüləvvəl oğluna verilmişdir. 1997-ci ildə X8 ilə ailə həyatı qurduqdan sonra həyat yoldaşı onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilinə gəlin köçmüşdür. Birgə nikahdan 1998-ci ildə Rüfət, 2000-ci ildə isə İlahə adlı övladları anadan olmuşlar. Hal-hazırda da o, ailə üzvlərilə birlikdə bu mənzildə yaşayır. Atası sağlığında həmişə böyük oğlu Rüstəmə ev aldığını, yaşadıqları mənzili də kiçik oğlu Əbdüləvvələ verdiyini, qızı Sevdanın da ailə qurub ər evinə köçəcəyini demişdir. 1999-cu ilin noyabr ayından başlayaraq bu günə kimi evin bütün kommunal xərcləri (su, qaz, işıq, MKİS, telefon, internet və s. pulları) tərəfindən ödənilir. Lakin buna baxmayaraq, İddiaçı1 yaşadığı mənzilə qonaq qismində gələn vaxt, tərəfindən ödənilmiş bəzi kommunal xərclərinin qəbzlərini icazəsiz olaraq götürmüş, sonradan onları məhkəməyə təqdim edərək, guya mübahisəli mənzildə yaşadığını sübuta yetirmək məqsədilə onun kommunal xərclərini onun tərəfindən ödənilməsi barədə fikir formalaşdırmağa cəhd göstərmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsində göstərilmişdir (səh. 5, abzas 1): "xxxx" MTK tərəfindən 15 may 2019-cu il tarixdə verilmiş 16 №-li məktubdan görünür ki,"xxxx"MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Babək pr. 94 ünvanında yerləşən 1 saylı binasının 11-ci mərtəbəsində ümumi sahəsi 77,93 kv. m olan 2 otaqlı 43 saylı "xxxx" MTK payçılarının xx.xx.2007-ci il tarixli ümumi yığıncağının 24 saylı protokoluna əsasən həmin tarixdən xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı1 məxsusdur və 2007-ci ildən hazırki dövrə qədər həmin mənzildə yaşayır. MTK-nın rəhbərliyi verdiyi arayışa aşağıdakı şəkildə düzəliş etmişdir: "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixli 16 saylı məktuba xx.xx.2019-cu il tarixli düzəliş məktubuna əsasən İddiaçı1 anası tək olduğu üçün anasına məxsus evdə yaşayıb və hal-hazırda orada yaşayır.” Onda olan şifahi məlumata əsasən, bacısı Sevda tərəfindən anası Sevilin adına hansısa MTK tərəfindən inşa edilmiş yeni tikilidə mənzil alınmışdır. İddiaçı1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda baş mütəxəssis vəzifəsində çalışır, onlar birbaşa MTK-ların fəaliyyətinə nəzarəti həyata keçirirlər. Hal-hazırda yaşadığı, mübahisəli mənzil heç vaxt anası X13 məxsus olmamışdır. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzili anasının mülkiyyətində olmuş, sonradan onu qardaşı Rüstəmə bağışlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17 saylı arayışına əsasən ünvan 6 ünvanı xx.xx.2018-ci il tarixdə X9 adına qeydiyyata alınmış, lakin Bakı şəhəri 52 saylı notariat kontorunun 4Ə-545 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli, 217 saylı arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanda etdiyi 1 saylı binanın 43 saylı mənzili İddiaçı1 məxsusdur və arada bir həmin evdə yaşayır. 2007-ci ildə bacısı İddiaçı1 "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanında inşa etdiyi 1 saylı binanın 43 saylı mənzilini almış, 2008-ci ildə təmir etdirərək yeni mənzilinə köçmüş və həmişə də bu mənzildə yaşamışdır. Sonradan bacısı Sevda onların yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilinə, anaları X13 baş çəkmək üçün qonaq qismində gəlmişdir. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilində ona aid olan heç bir əşya yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, qətnaməsində qeyd edilmişdir (səh.4, abzas 1): “Bakı şəhəri 143 saylı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2019-cu il tarixli 95 №-li Forma-2 arayışına əsasən İddiaçı1 1980-ci ildən, Cavabdeh 1983-cü ildən, X4 2000-ci ildən, X24 2000-ci ildən, X25 2000-ci ildən və Sevil Xəlilzadə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilində daimi qeydiyyatdadırlar.” Sözügedən arayış İddiaçı1 verilmiş və onun bu ünvanda yaşamadığı qeyd edilmişdir. Sevda xanım özü bu arayışı məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, mübahisəli mənzilə görə bacı-qardaşlar arasında konflikt mövcuddur. Belə olan halda, niyə görə Sevda yeni tikilmiş binada aldığı, təmir etdirdiyi, tək yaşadığı mənzilini, gözəl şəraitini buraxaraq, guya onunla və ailə üzvləri ilə birlikdə yaşayır? Məntiqlə götürəndə, nə Sevda, nə də digər şəxslər heç vaxt belə bir addım atmazlar. Həyatda bir şəxs öz rahatçılığı üçün çalışır, rahat, sərbəst yaşamaq istəyir. Qardaşı İddiaçı2 1991-ci ildə Xəlil-zadə Şəhla Əli qızı ilə ailə həyatı qurduqdan dərhal sonra valideynləri tərəfindən alınmış Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçmüş və hal-hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayır. X35-zadə ailə qurduqdan sonra heç vaxt ona məxsus mənzildə yaşamamış və hal-hazırda mübahisəli mənzildə ona aid heç bir əşya mövcud deyildir. Atası Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 57 saylı arayışda qeyd edilmişdir ki, Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu xx.xx.2000-ci il tarixdə, onun həyat yoldaşı Xəlil-zadə Sevil Məmməd qız isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onların hər ikisi həyatlarının sonuna kimi Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində qeydiyyatda olmuş və bu ünvanda yaşamışlar. Lakin sonradan "xxxx" MTK-nın rəhbərliyi xx.xx.2022-ci il tarixli, 70 saylı arayışında valideynlərinin yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olduqlarını göstərmişdir. Həmçinin, bacısı İddiaçı1 da heç vaxt yeni tikilidə gözəl şəraitini, geniş mənzilini buraxıb onlarla bir yerdə yaşamaz. Yaşadığı mənzildə mərhum valideynlərindən miras qalmış 1-2 ədəd köhnə mebel əşyasını Sevda özününki sayır. Məhkəmədə X10, X5 və Quliyev Azər Cəmiyyət oğlunun şahid qismində dindirilmələri barədə xx.xx.2022-ci il tarixdə vəsatət qaldırılsa da, məhkəmə iclasında onlardan Ruzigar Təsilov və Taryel Nəsirov ifadə versələr də, qarşı tərəfin təzyiqlərinə, hədə-qorxularına məruz qalan Azər Quliyev məhkəmədə dindirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nuriyə Niftəliyeva əsəbi halda məhkəməyə həqiqətə uyğun olmayan ifadə verərək bildirdi: “Sevil xanımın dayəsi olmuşdur. Xəstə olduğuna görə ona baxmışdır. Qızı Sevda ona 250 manat maaş verirdi. Heç vaxt Adili orada görməmişdir. X6 Sevil xanımın yataq xəstəsi olması, ona qulluq edilməsi sual verilmiş, o, verilən suala cavab vermişdir ki, bəli, Sevil xanım yataq xəstəsi idi. Bu zaman İddiaçı1 şahidin verdiyi cavaba etiraz edərək, anasının heç vaxt yataq xəstəsi olmadığını vurğuladı. Daha sonra şahid Niftəliyeva Nuriyə xəstə Sevil xanıma gah hər gün səhər saat 08-dən axşam saat 08-dək, gah da gün ərzində 3-4 saat qulluq etdiyini bilidirirdi. Xəlil-zadə Rüstəmin isə xəstə anasına gəlib baş çəkdiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Rəşad Əzizov vəziyyətin nə yerdə olduğunu, nədən söhbət getdiyini bilməyərək, iddia tələbinə uyğun olmayan, Rüstəm Xəlil-zadənin hal-hazırda yaşadığı mənzili nəzərdə tutaraq, qeyd etmişdir ki, Rüstəm əmigillə qonşudurlar. O, bu mənzildə ailəsi ilə yaşayır. Başqa şəxslərin orada yaşadığını görməmişdir.” Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e-2(007)- 2756/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 162 A saylı evin, 22 saylı mənzilinə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 162 A saylı evin, 22 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı ilə əsaslandıraraq, məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Xəlil-zadə Rüstəm Oktay oğlunun vəkili Vəkil3 “qarşı tərəfin subyektiv hüququ yoxdur, çünki həmin mənzil ona məxsus deyil. Ev hazırda Nizami Rayon İcra Hakimiyyətinin balansındadır.” dəlili ilə bağlı qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqlarını və bütün vəzifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən Xəlil-zadə Adil Oktay oğlu hazırkı qarşılıqlı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Buna görə də qarşılıqlı iddianın qaldırılması ilə bağlı subyektiv hüququn olmaması barədə dəlil əsassız hesab edilməlidir. Hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 105557 №li xx.xx.1972-ci il tarixli order əsasında tərəflərin mübahisəli mənzildə yaşamaq haqqı yarandığından, məhkəmə qətnaməsi ilə İddiaçı1 və Cavabdeh orada qeydiyyatda olduğundan, həmçinin Xəlil-zadə Rüstəm Oktay oğlu 1989-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçüb yaşadığından və tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığından məhkəmə hesab etmişdir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Məhkəmə ilkin iddia tələbinin İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülməsi hissəsi və qarşılıqlı iddia tələbinin və İddiaçı1 Xəlil-zadə Adil Oktay oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı1 və Xəlil-zadə Adil Oktay oğlunun mübahisəli mənzildə qeydiyyatda olduğu, İddiaçı1 oraya köçərək yaşamağa başladığı və həmin andan da mənzildən istifadə etmək hüququnun yarandığı qeyd edilmişdir. Hazırda İddiaçı1 mübahisəli mənzildə istifadə hüququ olsa da, o, sözügedən mənzilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaratdığı süni maneələrə görə hazırda köçə bilmir. Həmçinin, onun altı ay və daha uzun müddətə başqa yerə getməsi yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Buna görə də ilkin iddia və qarşılıqlı iddia tələbləri də birbirləri ilə bağlı olduğundan ilkin iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilərək İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülməli, qarşılıqlı iddia tələbi isə bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülməsi hissəsi və qarşılıqlı iddia tələbinin və Xəlil-zadə Rüstəm Oktay oğlunun Xəlil-zadə Adil Oktay oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsi ilə bağlı bildirir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda məhkəmədə mübahisələndirilən mənzildə Xəlil-zadə Adil Oktay oğlu, onun ailə üzvləri və bacısı İddiaçı1 qeydiyatdadırlar. Lakin Xəlilzadə Rüstəm Oktay oğlu mübahisəli mənzildə qeydiyyatda deyildir. O, özünə məxsus mənzildə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə hal-hazırda həmin mənzildə yaşayır. Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi və həmin mənzilə olan ehtiyacının aradan qalxması müəyyən edilməlidir. Xəlil-zadə Rüstəm Oktay oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçmüş, orada yaşamışdır. Həmin mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. İş materiallarına əlavə edilmiş sənədlərdə və qanuni qüvvəsini almış məhkəmə qətnaməsində də Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı anası ilə bacısı ilə birlikdə qardaşına qarşı iddia qaldırmamış, onun mübahisəli mənzildə daimi yaşaması və ya qalması barədə həmin qətnamədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Məhkəmə araşdırması ilə də onun mübahisəli mənzillə bağlılığının olması və mənzildə yaşaması üçün ehtiyacının aradan qalxmamasına dair hallar müəyyən olunmamışdır. Əksinə qarşı tərəf Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etmişdir. Bu mənada, diqqətə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi aid edilmişdir. Həmçinin, onun mübahisəli mənzilə 1-2 saatlıq anasına baxmaq üçün gəlməsi, həmin mənzildə kitablarının və ya kitabxanasının olması halları onun mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edilməklə həmin mənzilə köçürülməsi üçün əsas hesab edilə bilməz. Belə ki, o, başqa yaşayış məntəqəsinə gedərək, başqa yaşayış sahəsinə köçmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli və Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki qarşılıqlı iddia ilə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürülsə də, işin mahiyyətindən görünür ki, Xəlil-zadə Rüstəm Oktay oğlunun mənzilə köçürülməsi ilə bağlı ilkin iddia tələbi onun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi əsası ilə təmin edilməmişdir. Bu əsasdan çıxış edərək məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiada cavbdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi tələb edilsə də qarşılıqlı iddia tələbini qismən təmin etməklə Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmənin gəldiyi qənaət iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Belə ki, yaşayış sahəsinə istifadə hüququna o zaman xitam verilə bilər ki, qeyd olunan şəxs həmin mənzildə daimi yaşasın və həmin mənzillə əlaqəsini kəsməmiş olsun. Həmin hüquqa isə ailə üzvi kimi yalnız kompensasiya verilməklə xitam verilə bilər. Hazırda Xəlil-zadə Rüstəm Oktay oğlu mübahisəli mənzildə uzun müddət yaşamadığı üçün onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə ilkin iddia tələbinin “mübahisəli mənzilin 19,7 kv.metr olan otağına X12 və mənzilin sahəsi 11,5 kv.metr olan otağına İddiaçı2 istifadə qaydasının müəyyən edilməsi” hissəsi ilə bağlı bildirir ki, ilkin iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki halda mübahisəli mənzil ondan istifadə hüququ olan şəxslərin ümumi istifadəsində olduğundan, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqlarını və bütün vəzifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən, həmin mənzildə onlar bərabər hüquqa malik olduğundan, İddiaçı2 mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab olunduğundan, həmçinin mənzilə istifadə qaydaları müəyyən edilərkən digər istifadəçilərin razılığı alınmalı olduğundan mübahisəli mənzilin 19,7 kv.metr olan otağına X12 və mənzilin sahəsi 11,5 kv.metr olan otağına İddiaçı2 istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbinin təmin edilməsi qanunauyğun olmazdı. Bununla yanaşı, məhkəmə hesab edir ki, ilkin iddiaçılar mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə tələb irəli sürməklə digər istifadəçilərin mübahisəli mənzildən sahiblik və istifadə hüquqularının məhdudlaşdırılmasını tələb etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(007)- 2756/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 2756/2022 saylı qətnaməsində olan yanlışlığın aradan qaldırılması və qətnamənin təsviri hissəsində yəni ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 izahatında olan “mərhum Sevil xanım həmişə ölənədək, yəni 2005-ci ilə qədər orada yaşamışdır” sözləri “mərhum Sevil xanım həmişə ölənədək, yəni 2021-ci ilə qədər orada yaşamışdır” sözləri kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 vəkili Vəkil3 izahatında olan “Yəni, orderdə olan adamların hüquqları yaranmış, iddiaçıların anası 2005-ci ildə rəhmətə getmiş, iddiaçıların analarına baxmaması deyilsə də, onlar analarına baxmışdır” sözləri “Yəni, orderdə olan adamların hüquqları yaranmış, iddiaçıların anası 2021-ci ildə rəhmətə getmiş, iddiaçıların analarına baxmaması deyilsə də, onlar analarına baxmışdır” sözləri kimi, qətnamənin əsaslandırıcı hissəsində isə “Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir” sözləri “Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162A saylı evin 22 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir” sözləri kimi yazılması və oxunması qərara alınmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı R.Xəlil-Zadənin nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan İddiaçı1 nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, İş № e-2(007)- 2756/2022 nömrəli qətnaməsini qismən ləğv edərək, Bakışəhəri, Nizami rayonu, E.Süleymanov , 162 A, 22 saylı mənzilinin sahəsi 19,7 kv.metr olan otağına X15 istifadə qaydasıının müəyyən edilməsi hissəsində iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh A.Xəlil-Zadənin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2756/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən,“İddiaçı1 Bakı şəhəri,Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylımənzilinə köçürülsün” hissəsində ləğv edilməsinə, qarşılıqlı iddia tələbinin tam şəkildə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı R.Xəlil-Zadənin nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən, mənzil özəlləşdirilən zaman orderdə adı çəkilmiş şəxslərin razılığı alınmırsa artıq order özlüyündə etibarsızdır. Çünki həmin order verilərkən mənzildə olan şəxslərin hər biri nəzərə alınaraq verilir. Artıq həmin şəxslərin də istifadə hüququ həmin orderlə öz təsdiqini tapmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1850/2019 saylı qətnaməsində İddiaçı2 adının olmamasının səbəbi onun orada tərəf olmaması və şikayət verməməsidir. İddiaçı2 orada yaşamaması o demək deyil ki, onun mübahisəli mənzildə hüququ mövcud deyil. Əgər tərəf mənzilə gedib gəlirsə, onun artıq həmin mənzilə hüququ yaranmışdır. Qarşı tərəfin qarşılıqlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur, çünki həmin mənzil ona məxsus deyil. Ev hazırda Nizami Rayon İcra Hakimiyyətinin balansındadır. Həmçinin, Rüstəmin isə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Çünki hər iki iddiaçının orderdə adı çəkilmiş və məhkəmə qərarları əsasında müəyyən olunmuşdur ki, orderdə adı çəkilən şəxslər bərabər hüquqa malikdir, heç bir şəxs digər şəxsdən üstün deyil. Bakı şəhəri,Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162A saylı evin 22 saylı mənzili xx.xx.1972-ci il tarixli 105557 saylı orderlə mərhum ataları Xəlil-zadə Oktay Abduləvvəl oğluna və onun ailə üzvlərinə (Sevil Xəlil-zadə, övladları SevdaXəlilzadə, Adil Xəlil-zadə və RüstəmXəlilzadə) verilmişdir. xx.xx.2000-ci iltarixdə Oktay Xəlil-zadə vəfat etmiş və ondan sonra həmin evdə həyat yoldaşı Sevil Xəlil-zadə və qızı İddiaçı1 yaşamağa davam etmişlər. Ataları rəhmətə gedəndən sonra cavabdeh və ailə üzvləri isə qonşuluqda yerləşən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 17 saylı mənzilinə köçərək həmin mənzildə yaşamışlar və hazırda da həmin mənzildə yaşamaqda davam edirlər. Cavabdeh 2014-cü ildə İddiaçı1 vəmərhum anası Sevil Xəlil-zadənin məlumatı və yazılı razılığı olmadan mübahisəli mənzili öz adına özəlləşdirmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 1850/2019 saylı qətnaməsi ilə İddiaçı1 və mərhum anası Sevil Xəlil-zadənin iddiaları təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi 162A saylı evin 22 saylı mənzilinin cavabdeh X18 adına özəlləşdirilməsi etibarsız hesab edilmişdir. Qeyd edilən qətnamədə bir çox hallara hüquqi qiymət verilmişdir. İddiaçılardan İddiaçı1 1972-ci ildən mübahisəli mənzildə istifadə hüququ əldə etməklə yaşaması qeyd edilən məhkəmə qətnaməsində də öz təsdiqini tapmışdır. Digər İddiaçı2 isə ailə quraraq bir müddət başqa evə köçüb ailəsi ilə birlikdə yaşasa da, həmişə mübahisəli mənzilə gəlib getmiş, 2015-ci ildən etibarən isə anası ilə birgə həmin evdə(Bakışəhəri, Nizamirayonu, E.Süleymanov küçəsi,162 A saylı evin, 22 saylı mənzil) yaşamış, xəstə anasının yanında olmuş və onun qulluğunda dayanmış,evin kommunal xərclərini ödəmiş və təsərrüfatı birgə idarə etmişdirlər. Eyni zamanda bildirir ki, İddiaçı2 xəstə anasının ehtiyaclarını təmin etmiş, onun üçün bazarlıq etmiş, dərmanlarını almış, xəstə anasının qulluğunda durmuşdur. Hazırda İddiaçı2 mənzil şəraiti çox acınacaqlıdır (dörd nəfər yetkinlik yaşına çatmış ailə üzvü ilə birlikdə bir otaqlı mənzildə yaşayır). Bundan əlavə İddiaçı2 səhhətində ciddi problemləri vardır. Belə olduğu halda xəstə bir insan üçün dörd nəfər yetkinlik yaşına çatmış ailə üzvü ilə birlikdə bir otaqlı mənzildə yaşamaq çətindir. Bu səbəbdən İddiaçı2 də vaxtilə atasına və onlara (Rüstəmin adı mənzilin orderində var) yaşamaq üçün verilmiş mübahisəli mənzilə köçüb yaşamaq niyyətindədir. Mərhum anaları xəstə olan zaman da ona iddiaçılar baxmışdır. Mənzilin təmiri, kommunal xərcləri iddiaçı Sevda Xəlilzadə tərəfindən qarşılanmışdır. Mübahisəli mənzil sahəsi 19,7, 14,9 və 11,5 kv.metr olan üç otaqdan ibarətdir. Mənzilin hər üç otağı İddiaçı1 və mərhum anasının istifadəsində olmuşdur. Mənzilin özəlləşdirilməsi məhkəmə qaydasında etibarsız hesab edildikdən sonra cavabdeh mənzilin sahəsi 14,9 kv.metr olan otağından anasını qovub çıxartmış və həmin otağı açarla bağlamışdır. Bundan sonra mənzilin iki otağı-sahəsi 19,7 vəsahəsi 11,5 kv. molan otaqları İddiaçı1 və anasının istifadəsində qalmışdır. Mənzilin sahəsi 14,9 kv.metr olan otağı cavabdeh tərəfindən açarla bağlansa da, cavabdeh və ailə üzvləri həmin mənzildə yaşamamışlar. Tərəflərin anaları Sevil Xəlil-zadə 2021-ci ilin sentyabr ayının 19-da vəfat etmişdir. 2022-ci ildə cavabdehə mənzili üç vərəsənin (Sevda, Adil və RüstəmXəlilzadələrin) adına 1/3 payla özəlləşdirilməsi təklif olunsa da, Cavabdeh təklifi qəbul etməmiş, bir neçə ay bu məsələ ilə bağlı danışıqlar aparılsa da, cavabdeh mənzili təklif olunan qaydada özəlləşdirməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə hazırkı iddia ilə müraciət etmək məcburiyyəti yaranmışdır. Hətta 2022-ci ilin iyul ayında danışıqlar nəticə vermədiyi halda iddiaçıların məhkəməyə müraciət edəcəyi barədə məlumat alandan sonra cavabdeh A.X34-zadənin evdə olmamasından istifadə edərək uzun illər İddiaçı1 istifadəsində olan sahəsi 19,7 kv.m. olan otağın qapısına açar salıb bağlamış (həmin otağın qapısında əvvəllər açar olmamışdır), bununla da İddiaçı1 həmin otaqdan istifadəsinə məhdudiyyət yaratmışdır. İddiaçı1 məxsus əşyaların əksəriyyəti, o cümlədən yataq dəsti, çarpayısı məhz həmin otaqdadır. Həmçinin, ataları OktayXəlil-zadə vəfat etdikdən sonra nənələrindən atalarına miras qalmış Şəki şəhərində yerləşən əmlak da hazırda Cavabdeh mülkiyyətindədir. Digər vərəsələrə həmin əmlakdan hər hansı bir pay çatmamışdır. Lakin AdilXəlil-zadə bu nüansı da nəzərə almadan hazırkı mübahisəli mənzili vərəsələrin paylarına uyğun özəlləşdirməkdən imtina edir, hətta onların mənzildə yaşamalarına maneçilik törədir. Mənzil xüsusi mülkiyyət deyil. Dövlət fonduna məxsus mənzildir. Sevda Xəlilzadə isə həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, İddiaçı2 adı isə mənzilin orderində var. İddiaçılar cavabdehlə eyni hüquq və vəzifələrə malikdir. Mənzilin sahəsi və otaqların yerləşməsi iddiaçılarla ayrıca icarə müqaviləsinin bağlanmasına icazə verir. Məhkəmə bildirişi işdə iştirak edın şəxslərə məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin icrasına ən azı 10 gün qalmış verilməlidir. Lakin buna baxmayaraq, məhkəmə bildirişi qeyd olunan iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb olunan Bakı şəhər 3 saylı Xüsusi Mənzil kommunal Təsərrüfat Birliyinə məhz məhkəmə iclasının təyin olunduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixdə göndərilmişdir. İddiaçı1 nümayəndəsi Vəkil1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı1 mübahisəli məhkəməyə köçürülməsini qət etsə də , istifadə qaydadsını müəyyən etməməklə mübahisəni açıq saxlamışdır. Belə ki, Sevda Xəlilzadənin mübahisəli mənzildə istifadə qaydası məhkəmə qaydasında müəyyən edilməzsə, cavabdeh İddiaçı1 mənzildə yaşamağa imkan verməyəcək və beləliklə İddiaçı1 mənzil hüquq pozulmuş olacaq. Lakin İddiaçı1 mənzilin sahəsi 19.7 kv. metr olan olan otağına istifadə qaydası müəyyən edilərsə, İddiaçı1 rahat şəkildə özünə məxsus bütün əşyaları həmin otağa yerləşdirə bilər və otaqdan sərbəst şəkildə istifadə edə bilər. Bir halı da qeyd edir ki, Adil Xəlil-zadə və ailə üzvləri mübahisəli mənzildə 2003-cü ildən 2022-ci ilin avqust ayına qədər yaşamamışlar. Cavabdeh məhkəmədə iddia qaldırılacağını biləndən sonra mənzilin açarını dəyişərək Sevda və Rüstəm Xəlil-zadələri mübahisəli mənzilə buraxmamış və arasıra həmin mənzildə yaşayaraq guya həmişə həmin mənzildə yaşamağı barədə görüntü yaratmaq istəmişdir. Hesab edir ki, bütün ömrünü valideynlərinə həsr edən, hətta ailə belə qurmayan İddiaçı1 mübahisəli mənzildə daha çox haqqı var. Bu səbəbdən mənzilin 19,7 kv.m. olan otağına Sevda Xəlilzadənin istifadə qaydası müəyyən edilməlidi. Sevda Xəlilzadə mənzili təmir etdirmiş, mənzildəki köhnə əşyları təmir etdirmiş, bir neçəsini təzələri ilə əvəz etmişdir. Cavabdeh isə heç təzələri ilə əvəz etməmişdir. Cavabdeh isə heç vaxt mübahisəli mənzillə maraqlanmamış, xəstə anasına hər hansı bir qayğı göstərməmişdir. Yalnız anası rəhmətə gedəndən sonra mənzilə sahiblənmək istəmişdir. Cavabdeh A.Xəlil-Zadənin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu ilədək yarandığından mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu ilədək qüvvədə olan köhnə Mənzil Məcəlləsinin 60-cımaddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 2007-ci ildə İddiaçı1 "xxxx" MTK-nin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanında inşa etdiyi 1 saylı binanın 43 saylı mənzilini almış, 2008-ci ildə təmir etdirərək yeni mənzilinə köçmüş və həmişə də bu mənzildə yaşamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli, 217 saylı arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanda etdiyi 1 saylı binanın 43 saylı mənzili İddiaçı1 məxsusdur. Sadəcə olaraq, aralarında soyuq münasibətlər yaranmış bacısı Sevda onların yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilinə, anaları X13 baş çəkmək üçün qonaq qismində gəlmişdir. Anaları xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra Sevda demək olar ki, onlara gəlməmiş və onun ailəsi ilə birgə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylıevin 22 saylı mənzilində ona məxsus heç bir əşya yoxdur. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilə görə onlar bacı-qardaşlar arasında konflikt yaranmışdır. Belə olan halda, niyə görə Sevda yeni tikilmiş binada aldığı, təmir etdirdiyi, tək yaşadığı mənzilini, gözəl şəraitini buraxaraq, guya onunla və ailə üzvləri birlikdə yaşayır? Məntiqlə götürəndə, nə Sevda, nə də digər şəxslər heç vaxt belə bir addım atmazlar. Həyatda bir şəxs öz rahatçılığı üçün çalışır, rahat, sərbəst yaşamaq istəyir. Sevda Xəlilzadə 2008-ci ildən sonra mübahisəli mənzildə yaşadığını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir möhtəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Xəlil-zadə Adil Oktay oğlu izahat verərək tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, digər tərəflərdən verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdilər. Əvvəlki məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı Xəlil-zadə Rüstəm Oktay oğlunun nümayəndəsi-vəkili Vəkil3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, sonuncu məhkəmə iclası barədə xəbərdar olsa da, məhkəmə kollegiyasının iclasına gəlməmiş, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən tərəflər apelyasiya şikayətləri verərək, qətnaməni tam mübahisələndirdiklərindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsi: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 162A saylı evin 22 saylı mübahisəli mənzili xx.xx.1972-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 105557 №li xx.xx.1972-ci il tarixli order əsasında tərəflərin atası mərhum Xəlil-zadə Oktay Əbdüləvvəl oğluna və ailə üzvləri X21, Xəlil-zadə Rüstəm Oktay oğlu, X22 və X1 (Xəlil-zadə Adil Oktay oğlu) birlikdə yaşamaq üçün verilmişdir. Bundan sonra həmin şəxslər həmin ünvanda yaşamışlar. 1989cu ildə icarədar olan Oktay Xəlil-zadənin həmin mənzildən qeydiyyatdan çıxması ilə əlaqədar mənzilin şəxsi hesabı onun oğlu Xəlil-zadə Adil (Əbdüləvvəl) Oktay oğlunun adına dəyişdirilmişdir. 2014-cü ildə Adil Xəlil-zadə həmin mənzilin özəlləşdirilməsi ilə bağlı DƏDRX-nə müraciət etmiş, xx.xx.2014-cü ildə onun həmin mənzillə bağlı mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır. İddiaçı1 və anası Xəlil-zadə Sevil Məmməd qızı qeyd edilən özəlləşdirmə aparılan zaman mübahisəli mənzildə yaşasalar da, əraziyə xidmət edən Bakı şəhər İH MKTD-nin 3 saylı XTMKTB tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Forma-2 arayışında onların adları mənzildə yaşayan icarədarın ailə üzvləri siyahısında göstərilməmişdir. İddiaçı1 və Xəlil-zadə Sevil Məmməd qızı mübahisəli mənzilin cavabdeh tərəfindən özəlləşdirilməsindən yalnız həmin mənzilin sənədləşdirilməsi ilə bağlı müraciət edən zaman xəbərdar olmuşlar. Bununla bağlı məhkəməyə müraciət etmişlər, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 1850/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162A saylı evin 22 saylı mənzilinin cavabdeh X18 adına özəlləşdirilməsi etibarsız hesab edilmiş və onun adına xüsusi mülkiyyət hüququ ilə verilmiş çıxarış ləğv edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarından görünür ki İddiaçı1 Xəlil-zadə Rüstəm Oktay oğluna qarşı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülmələri, mübahisəli mənzilin 19,7 kv.metr olan otağına X12 və mənzilin sahəsi 11,5 kv.metr olan otağına İddiaçı2 istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərinin əsası kimi mənzilin xüsusi mülkiyyət deyil, dövlət fonduna məxsus mənzil olmaqla İddiaçı1 həmin mənzildə qeydiyyatda olmaqla yaşamasına, İddiaçı2 adının isə mənzilin orderində olmaqla onların cavabdehlə eyni hüquq və vəzifələrə malik olmalarına, eləcə də, mənzilidən istifadə qaydalarının müəyyən edilməli olmasına istinad etmişlər. Xəlil-zadə Adil Oktay oğlu isə qardaşı Xəlil-zadə Rüstəm Oktay oğlu və bacısı İddiaçı1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək tələbinin əsası kimi qardaşı Xəlil-zadə Rüstəm Oktay oğlu 1991-ci ildə X27 ilə ailə həyatı qurduqdan dərhal sonra valideynləri tərəfindən alınmış Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçməsinə və hal-hazırda da ailə üzvləri ilə birlikdə orada yaşamasına, X35-zadənin ailə qurduqdan sonra heç vaxt ona məxsus mənzildə yaşamadığına və hal-hazırda mübahisəli mənzildə ona aid heç bir əşyanın mövcud olmamasına istinad etmişdir. 2007-ci ildə bacısı İddiaçı1 "xxxx" MTK-nin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanında inşa etdiyi 1 saylı binanın 43 saylı mənzilini almış, 2008-ci ildə təmir etdirərək yeni mənzilinə köçmüş və həmişə də bu mənzildə yaşamasına istinad etmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi ilkin İddiaçı1 1972-ci ildən mübahisəli mənzildə istifadə hüququ əldə etməklə yaşaması qeyd edilən Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsində də öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsində Xəlil-zadə Adil Oktay oğlu məhkəmə iclasında bildirmişdir ki, ailə qurduqdan sonra yoldaşı ilə Bakı şəhəri, Nizamı rayonu, Elşən Süleymanov küçəsi 162A saylı evin 22 saylı mənzildə anası və bacısı ilə birlikdə yaşamışlar. xx.xx.2003-cü il tarixdə o mübahisəli mənzillə qonşuluqda yerləşən, yəni Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162A saylı evin 17 saylı mənzilini almışdır. Beləliklə, 17 saylı mənzil ona mülkiyyət huququ ilə məxsus olmuş, mübahisəli 22 saylı mənzilin şəxsi hesabı da ona məxsus olmuş və həmin evə dair icarə müqaviləsi onunla bağlanmışdır. Onun bacısı Sevdanın Xətai rayonunda yerləşən yeni tikilmiş yaşayış binasında özünə məxsus mənzili vardır. Hal-hazırda o, öz həyat yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 162A saylı evin 17 saylı mənzilində, anası və bacısı isə mübahisəli mənzildə yaşayırlar. İddiaçıların həmin mənzildə yaşamalarına onun heç bir etirazı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 54142866 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, Xəlil-zadə Adil Oktay oğlu, X24 və Xəlil-zadə İlay Adil qızı mübahisəli mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd olunmuş "Göhər” MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 16 №-li məktubda "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Babək pr. 94 ünvanında yerləşən 1 saylı binasının 11-ci mərtəbəsində ümumi sahəsi 77,93m2 olan 2 otaqlı 43 saylı "xxxx" MTK payçılarının 24 avqust 2007-ci il tarixli ümumi yığıncağının 24 saylı protokoluna əsasən həmin tarixdən xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı1 məxsusdur və 2007-ci ildən hazırki dövrə qədər həmin mənzildə yaşaması bildirilmişdir. Hazırki iş üzrə əlavə edilmiş "Göhər” MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 20 saylı məktubda həmin məktuba düzəliş olaraq bildirilmişlər ki, İddiaçı1 anası tək olduğu üçün anasına məxsus evdə yaşayıb və hal-hazırda da orada yaşayır. Hazırda Xəlil-zadə Rüstəm Oktay oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində qeydiyyatdadır və həmin mənzil xüsusi mülkiyyət hüququna əsasən ona məxsusdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında hüquq münasibətləri Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 105557 №li xx.xx.1972-ci il tarixli order əsasında tərəflərin mübahisəli mənzildə yaşamaq haqqı yarandığından, məhkəmə qətnaməsi ilə İddiaçı1 və Cavabdeh orada qeydiyyatda olduğundan, həmçinin Xəlil-zadə Rüstəm Oktay oğlu 1989-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçüb yaşadığından və tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığından məhkəmə hesab etmişdir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməli olması qənaətinə gəlmiş və Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə istinad edərək bu nəticəyə gəlmişdir ki, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı1 və Xəlil-zadə Adil Oktay oğlunun mübahisəli mənzildə qeydiyyatda olduğu, İddiaçı1 oraya köçərək yaşamağa başladığı və həmin andan da mənzildən istifadə etmək hüququnun yarandığı müəyyən edilmişdir. Hazırda İddiaçı1 mübahisəli mənzildə istifadə hüququ olsa da, o, sözügedən mənzilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaratdığı süni maneələrə görə hazırda köçə bilmir. İddiaçı1 mübahisəli mənzilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaratdığı süni maneələri onun polis orqanlarına yazdığı, iş materiallarında olan şikayət ərizəsi ilə aparılan araşdırmanın məzmunu ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində Bakı şəhər 3 saylı Xüsusi Mənzil kommunal Təsərrüfat Birliinin xx.xx.2023-cü il tarixli məktubu araşdırılmış, məktubun məzmununda olan İddiaçı1 mübahisəli mənzildə 2008-ci ildə yaşamamasına dair göstərilənlərə qiymət verərək qeyd etməyi zəruri sayır ki, sözügedən məktub iş üçün heç bir sübuti əhəmiyyət kəsb etmir. Belə ki, İddiaçı1 mübahisəli mənzildə 2008-ci ildə yaşamaması qanuni qüvvəsini almış Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin məzmunu ilə təkzib edilmişdir. Həmin qətnamə ilə İddiaçı1 mübahisəli mənzildə hazırki vaxta kimi istifadə hüququnun olması təsbit edilmişdir. Həmçinin kollegiya birinci instansiya məhkəməsinin İddiaçı1 altı ay və daha uzun müddətə başqa yerə getməsi yaşayış sahəsinə olan hüquqlarından məhrum etməməsinə dair qənaəti ilə də razılaşır və hesab edir ki, məhkəmə haqlı olaraq İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülməli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülməsi və qarşılıqlı iddia tələbinin və Xəlil-zadə Rüstəm Oktay oğlunun Xəlil-zadə Adil Oktay oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsi bir biri ilə bağlı olduğundan bu tələblərə verdiyi hüquqi qiymətlə razılaşır və bununla əlaqədar Xəlil-zadə Rüstəm Oktay oğlunun apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, məhkəmənin onun mübahisəli mənzilə istifadə hüququnun olmasının müəyyən edilmədiyi üçün həmin mənzilə köçürülməsi və mübahisəli mənzildə uzun müddət yaşamadığı üçün onun həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməli olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmaqla qanunidir. Belə ki, mübahisələndirilən mənzildə Xəlil-zadə Adil Oktay oğlu, onun ailə üzvləri və bacısı İddiaçı1 qeydiyatda olsalar da Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzildə qeydiyyatda olmamaqla onun özünə məxsus mənzildə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə hal-hazırda həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. Xəlilzadə Rüstəm Oktay oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçmüş, orada yaşamışdır. Həmin mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi iş materiallarına əlavə edilmiş sənədlərdə və qanuni qüvvəsini almış məhkəmə qətnaməsində də Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı anası ilə bacısı ilə birlikdə qardaşına qarşı iddia qaldırmamış, onun mübahisəli mənzildə daimi yaşaması və ya qalması barədə həmin qətnamədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Məhkəmə araşdırması ilə də onun mübahisəli mənzillə bağlılıqlarının olması və mənzildə yaşamaq üçün ehtiyacının aradan qalxmamasına dair hallar müəyyən olunmamışdır. Əksinə qarşı tərəf Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası Xəlil-zadə Rüstəm Oktay oğlunun apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, onun mübahiəli mənzildə yaşamaması, mübahisəli mənzildə hüququnun mövcud olmamasının ilk əsasıdır. Bundan əlavə, onun mənzildə daimi yaşamayaraq gedib gəlməsi artıq həmin mənzilə hüququnun yaranması kimi qiymətləndirilmir. Kollegiya daha sonra qeyd edir ki, onun həmin mənzilə gedərək xəstə anasının yanında olmaqla ehtiyaclarını təmin etməsi, onun üçün bazarlıq etməsi, dərmanlarını alması xəstə anasının qulluğunda durması, evin kommunal xərclərini ödəməklə təsərrüfatı birgə idarə etmələrinə dair dəlillər də şikayətinin əsaslı olmasını təsdiq etmir. Əvvəla ona görə ki, iddiaçı bu dəlillərlə əlaqədar heç bir sübut təqdim etməmiş, ikincisi də məhkəmə kollegiyası vurğulayır ki, göstərilən hallar mövcud olmuş olsa da belə, bu onun valideyni qarşısında övladlıq borcu olmuşdur ki, bu hallar övladın mənzilə istifadə hüququnu yaranmasına təsir edən hüquqi əsaslara aid deyildir. "xxxx" MTK İdarə Heyətinin xx.xx.2022-ci il tarixli, 56 saylı arayışında Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu və X14 ölüm tarixlərinə qədər Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində qeydiyyat olmaları, həmin təşkilatın iddiaçı Xəlilzadə Adil Oktay oğlunun vəkili Vəkil2 sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli, 57 saylı məktubunda Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu və X14 vəfat tarixlərinə qədər Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində qeydiyyat olmaları və bu ünvanda yaşamaları, xx.xx.2022-ci il tarixli, 65 saylı arayışda isə X9 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək qeydiyyatda olduğu, lakin orada heç vaxt yaşamadığı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlar arasında yaranmış ziddiyyətin aradan qaldırılması üçün tərəflərin vəsatəti ilə dəvət edilmiş "xxxx" MTK İdarə Heyətinin sədri X2 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, birinci dəfə arayış verilən zaman Adil müəllim gəlib anasının və atasının B.Nuriyev küçəsində yerləşən mənzildə yaşayıb ölməsi barədə arayış istəmiş, o da onun bildirdikləri əsasında Adil müəllimə inandığı və Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu, X21 ölənədək mənzildə qeydiyyatda olduğu üçün həmin arayışı vermişdir. Lakin, sonradan araşdırarkən həmin şəxslərin onun binasında yaşamadığı müəyyən olunmuşdur. Həmçinin, ozünün də həmin binada yaşamasını, onları özü və qonşular tərəfindən həmin binada heç vaxt görməməməsini bildirmiş və bildirdiklərinin təsdiqi ilə bağlı xx.xx.2022-ci il tarixli məktub və qonşuların iştirakı ilə tərtib olunmuş həmin tarixli akt akt təqdim etmişdir. Belə ki, "xxxx" MTK İdarə Heyətinin xx.xx.2022-ci il tarixli aktında Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu və X14 vəfat tarixlərinə qədər orada qeydiyyatda olsalar da həmin mənzildə yaşamadıqları qeyd edilmişdir. Məhkəmə kollegiyası Xəlil-zadə Rüstəm Oktay oğlunun apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi aid edilmişdir. Bu mənada kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilin yuxarıda sadalanan normalarının məzmununa əsasən Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi və həmin mənzilə olan ehtiyacının aradan qalxmasını müəyyən etməklə düzgün olaraq bu qənaətə gəlmişdir ki, onun mübahisəli mənzilə 1-2 saatlıq anasına baxmaq üçün gəlməsi, həmin mənzildə kitablarının və ya kitabxanasının olması halları onun mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edilməklə həmin mənzilə köçürülməsi üçün əsas hesab edilə bilməz. Belə ki, o, başqa yaşayış məntəqəsinə gedərək, başqa yaşayış sahəsinə köçmüşdür. Bu hallar isə onun mübahisəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsasdır. Hazırki qarşılıqlı iddia ilə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürülsə də, işin mahiyyətindən görünür ki, Xəlil-zadə Rüstəm Oktay oğlunun mənzilə köçürülməsi ilə bağlı ilkin iddia tələbi onun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi əsası ilə təmin edilməmişdir. Bu əsasdan çıxış edərək birinci instansiya məhkəməsinin qarşılıqlı iddiada cavbdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi tələb edilsə də, qarşılıqlı iddia tələbini qismən təmin etməklə Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmənin gəldiyi qənaət iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməli olmamasına dair mövqeyi ilə kollegiya razılaşır. Belə ki, yaşayış sahəsinə istifadə hüququna o zaman xitam verilə bilər ki, qeyd olunan şəxs həmin mənzildə daimi yaşasın və həmin mənzillə əlaqəsini kəsməmiş olsun. Həmin hüquqa isə ailə üzvi kimi yalnız kompensasiya verilməklə xitam verilə bilər. Məhkəmə kollegiyası İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, məhkəmə ilk iddianın Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov, 162 A, 22 saylı mənzilinin sahəsi 19,7 kv.metr olan otağına X12 istifadə qaydasının müəyyən edilməsi hissəsində təmin etməməkdə də haqlı olmuşdur. Belə ki, hazırki halda mübahisəli mənzil ondan istifadə hüququ olan şəxslərin ümumi istifadəsində olduğundan, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqlarını və bütün vəzifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən, həmin mənzildə onlar bərabər hüquqa malik olduğundan, İddiaçı2 mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab olunduğundan, həmçinin mənzilə istifadə qaydaları müəyyən edilərkən digər istifadəçilərin razılığı alınmalı olduğundan mübahisəli mənzilin 19,7 kv.metr olan otağına X12 və mənzilin sahəsi 11,5 kv.metr olan otağına İddiaçı2 istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbinin təmin edilməsi qanunauyğun olmazdı. Məhkəmə kollegiyası həmçinin qeyd edir birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə də gəlmişdir ki, ilkin iddiaçılar mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə tələb irəli sürməklə digər istifadəçilərin mübahisəli mənzildən sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən İddiaçı2 münasibətdə həm onun iddiasının təmin olunmamasını, həm də ona qarşı olan qarşılıqlı iddianın təmin edilməsini də nəzərə almışdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin məhkəmə İddiaçı1 mübahisəli məhkəməyə köçürülməsini qət etsə də, istifadə qaydadsını müəyyən etməməklə mübahisəni açıq saxlamışdır. Belə ki, Sevda Xəlilzadənin mübahisəli mənzildə istifadə qaydası məhkəmə qaydasında müəyyən edilməzsə, cavabdeh İddiaçı1 mənzildə yaşamağa imkan verməyəcək və beləliklə İddiaçı1 mənzil hüquq pozulmuş olacağı ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, o iddiasının bu hissəsinin də təmin olunacağı təqdirdə, yəni, mənzilin sahəsi 19.7 kv.metr olan olan otağına istifadə qaydası müəyyən edilərsə, İddiaçı1 rahat şəkildə özünə məxsus bütün əşyaları həmin otağa yerləşdirə bilər və otaqdan sərbəst şəkildə istifadə edə bilməsinə ümid edir və şikayətni Mənzil Məcəllənin (köhnə redaksiyada) 84-cü maddəsi ilə əsaslandırmağa çalışır. Həmin normaya əsasən mənzil sahəsi təcrid oluna bilərsə, ailənin üzvü onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur Lakin məhkəmə kollegiyası hesab edir ki, həm iş materiallarında mənzil sahəsi təcrid olunmasına dair sübut yoxdur və həmçinin də mənzilin bir giriş qapısı və 1 sanitar qovşağının olması da nəzərə alınmaqla onun mənzilin sahəsi 19.7 kv.metr olan olan otağına istifadə qaydası müəyyən edilməsi hər bir halda məqsədəuyğun sayıla bilməz.
Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mühüm və diqqətəlayiq xüsusatları nəzərə alınmaqla, tərəflərin izahat və şahid ifadələrinə işin digər sübutları ilə birlikdə Azərbaycan Respublikasının MPM-nin 88 və 106-ci maddələrinin tələbləri baxımından qiymətləndirməklə, qaldırılımış iddiaların əsaslılığına düzgün hüquqi qiymət verərək gəldiyi nəticələr ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmış, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmuşdur. Belə ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən tələblərə cavab verir və buna görə də apellyasiya şikayətləri təmin edilməməli iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorların özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e-2(007)- 2756/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə