Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2025/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi (vəkili) X5 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5235/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmədən «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB-nin dövlət büdcəsinə olan ümumilikdə 20080,17 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan hüquqi şəxs «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB-nin (VÖEN: **********) 20080,17 manat məbləğində (o cümlədən, vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 20080,17 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixli **********556300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB-nin icra orqanın rəhbəri olan Maraqlı şəxsdur. Qeyd edilənlərə əsasən, məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 5235/2019 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) ərizə təmin olunmuşdır. Maraqlı şəxs birinci instansiya məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ərizənin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, vergi borcunun qanuni formada hesablanmaması, «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB-də səyyar vergi yoxlamasının keçirilməməsi, qeyd olunan yoxlamanın nəticələrinə uyğun olaraq vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilməməsi, ərizəçinin vergi borcunu tələb etməsi üçün müəyyən edilən müddətin keçməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçiyə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan «Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında» xx xxxx 2003-cü il tarixli müqavilədən görünür ki, müqavilənin predmeti vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsidir. İşdə olan «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx xxxx 2019-cu il tarixə 20080,17 manat vergi borcu vardır. İşdə olan vergi borcunun ödənilməsinə dair xx xxxxxx 2015-ci il tarixli bildirişdən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 maraqlı şəxsə bildiriş ünvanlayaraq, vergi borcunun 5 gün müddətində ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə xəbərdar etmişdir. İşdə olan xəbərdarlıqdan görünür ki, vergi orqanı tərəfindən «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB-nin rəhbəri Maraqlı şəxs vergi borcunun ödənilməsi, əks halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı birinsi instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin həyata keçirilməsində əsas məqsəd məhz hüquqi şəxsin vergi öhdəliyinin (borcunun) dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra, VM) 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. VM-nin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. VM-nin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-nin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli Qərarında göstərmişdir ki, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Qanunvericiliyin tələbinə görə vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. İşdə olan sübutlarla müəyyən edilir ki, hüquqi şəxs olan «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin dövlət büdcəsinə ödənilməmiş vergi borcları vardır. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıla bilər. Belə ki, MPM-in355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, maraqlı şəxs vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada yerinə yetirməmişdir. Maraqlı şəxs apellyasiya şikayətində vergi borcu mübahisələndirmiş, onun yaranması əsaslarının araşdırılmamasını, borcun qanunsuz hesablanmasını, hesablanmış borcun tələb etmə müddətinin keçməsini və s. göstərmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vergi borcunun əsaslı olubolmaması (hansı əsaslarla yaranması, düzgün hesablanıb-hesablanmaması, müddətin keçib-keçməməsi və s.) isə hazırki icraat çərçivəsində deyil, inzibati icraat qaydasında maraqlı şəxs tərəfindən mübahisələndirilə bilər. Çünki, vergi mübahisələri publik (ümumi) hüquq sahəsinə aid olmaqla, onun mübahisələndirilməsinin xüsusi qaydası (inzibati şikayət və ya inzibati iddia) müəyyən olunmuşdur. Eynizamanda, maraqlışəxsrəhbəriolduğuhüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olmaması barədə məhkəməyə mübahisələndirilməsi mümkün olmayan hər hansı təkzibolunmaz sübut (məhkəmə qərarı, şikayət instansiyasının qərarı və s.) təqdim edə bilməmişdir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5235/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5235/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2025/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2025/2020
18.02.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver