Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2025/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh5 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-859/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” KB ASC cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 859/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2013-cü il tarixli 76KD/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 73KD/14 saylı əlavə kredit müqaviləsinə görə 34893,90 ABŞ dolları əsas borc, 1245,92 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 36239,82 ABŞ dolları məbləğində pulun ödəniş gününün və ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın müştərək qaydada vərəsəlik haqqında şəhadətnamə ilə müəyyən edilmiş 1/3 paylara mütənasib olaraq “xxxx” KB ASC-nin xeyrinə tutulması; tələbin ipoteka predmeti olan Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək ilkin satış qiyməti 72000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun və məhkəmə xərclərinin ödənilməsi; ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh5 apellyasiya şikayəti vermişdir. İddiaçı “xxxx” KB ASC tərəfindən məhkəməyə ərizə göndərilərək kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildiyinə görə iddiadan imtina edildiyi bildirilmiş və hazırkı mülki işin icraatına xitam verilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi bildirdi ki, cavabdeh Cavabdeh5 kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmiş və bank qarşısında hər hansı bir borc öhdəliyi mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmədən iddiadan imtina edilməsi barədə ərizənin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh5 nümayəndəsi Vəkil da məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 391, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” KB ASC-nin iddiadan imtina edilməsi barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 859/2020 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2025/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2025/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver