Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2027/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMCyə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 23, mənzil 42 haqqında hərracın yekunları barədə protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərraçı keçirən cavabdeh hesab edir ki, şəxsən ona heç bir hərrac bildirişi göndərmədən və ona hərrac haqqında xəbər vermədən ardıcıl olaraq bir neçə hərrac keçirmiş və hərraca çıxarılan daşınmaz əmlakın bu gün ki, qiyməti 200000 manat olmasına baxmayaraq 52000 manata cavabdehə, yəni Cavabdeh1Açıq Səhimdar Cəmiyyətinə protokolla satılmışdır.Sözügedən protokol qanunsuz, etibarsız və sözügedən daşınmaz əmlakın real qiymətindən 4 dəfə az olduğuna görə, hesab edir ki, ləğv edilməsi üçün əsasdır.Elə etibarsız hesab etdiyi hərrac protokolu əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətitərəfindən çıxarış alınmışdır ki, elə bu çıxarışıda qanusuz və etibarsız hesab edir.Sözügedən daşınmaz əmlakın hərraca çıxarılarkən onun həmin hərraclardan xəbəri olmamasını sübutu aydın görünəcək ki, bu da həmin bildirişlərin ya ümumiyyətlə olmaması deməkdir yada ki, onun imzası ilə heç bir bildirişin olmaması deməkdir. Buda hərracın onun iştirakı olmadan keçrilməsi deməkdir ki, sözügedən hərracın ləğvi üçün tam əsasdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Müller-İnteryer MMM-dən iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 282200 manat əsas kredit, 86205.10 manat faiz, 10000 manat dəbbə pulu, cəmi 378405.10 manat məbləğində borcun tutulması, tutmanın cavabdeh X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr yerləşən 16 nömrəli evin, 36 saylı, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 41 nömrəli mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin iddiaçya ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə tələbkar Cavabdeh1 ASC və borclular Müller-interyer MMM və X6 ünvanlanmış bildirişdən görünür ki, sonuncular Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx- 343944/17-14 nömrəli, xx.xx.2019-cu il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 41 nömrəli mənzilləri xx.xx.2019-cu il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırılmışdır. Həmin bildirişlər xx.xx.2019-cu il tarixdə borclulara rəsmi qaydada poçt vəsitəsi ilə göndərilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin hərracın nətiələri haqqında Y-243/2 nömrəli, xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, Binəqədi rayon İcra və Probasiya İdarəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən “X1 Mərkəzi” MMC İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzilini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh1 ASC həmin əmlakı 53550 manata əldə etmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzili tələbkar Cavabdeh1 ASC-yə 53550 manata satılmasına dair, “X1 Mərkəzi” MMC ilə Cavabdeh1 ASC arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzilixüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Müller-İnteryer MMM-dən iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 282200 manat əsas kredit, 86205.10 manat faiz, 10000 manat dəbbə pulu, cəmi 378405.10 manat məbləğində borcun tutulması, tutmanın cavabdeh X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr yerləşən 16 nömrəli evin, 36 saylı, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 41 nömrəli mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin iddiaçya ödənilməsi qərara alınmışdır. “X1 Mərkəzi” MMC tələbkar Cavabdeh1 ASC və borclular Müller-interyer MMM və X7 Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-343944/17-14 nömrəli, xx.xx.2019-cu il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 41 nömrəli mənzilləri xx.xx.2019-cu il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonunculara xx.xx.2019-cu il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirşlər göndərmişdir. “X1 Mərkəzi” MMC-nin hərracın nətiələri haqqında Y-243/2 nömrəli, xx.xx.2019-cu il tarixli protokoluna əsasən, Binəqədi rayon İcra və Probasiya İdarəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən “X1 Mərkəzi” MMC İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzilini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh1 ASC həmin əmlakı 53550 manata əldə etmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, sözü gedən mənzili tələbkar Cavabdeh1 ASCyə 53550 manata satılmasına dair, “X1 Mərkəzi” MMC ilə Cavabdeh1 ASC arasında alqı-satqı müqaviləsi bağlanılaraq sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələblərinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarında olan sübutlardan məlum olur ki, “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bu barədə iddiaçıya rəsmi qaydada bildirişlər göndərilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 MMC-ni iş üzrə cavabdeh kimi cəlb edərək ona qarşı da, tələb irəli sürsə də, sonuncuya qarşı məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli əmlak barədə hərrac Cavabdeh2 MMC deyil, məhz “X1 Mərkəzi” MMC tərəfindən keçirilmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, şikayətdə göstərilənlər hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzil barəsində hərracın yekunları barədə protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, sözü gedən mənzilin ona məxsus olması barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar da, təqdim etməmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddaçı İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2027/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2027/2021
17.02.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver