Məhkəmə qərarları › İş №2(103)-2028/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2028/2022

28.01.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2028/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərardadına əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək X1 ölmüş elan edilməsi və 08 may 1992-ci il tarixinin onun ölüm günü hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin 17.09.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. İş üzrə müxtəlif tarixlərdə məhkəmə iclasları keçirildikdən sonra məhkəmənin 28 dekabr 2021-ci il tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, ərizədə cavabdeh kimi qeyd edilmiş Yasamal Rayon Qeydiyyat Şöbəsi əsl cavabdeh Maraqlı şəxs ilə əvəz edildiyindən, iş onun qeydiyyat yeri üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi özünün 21 yanvar 2022-ci il tarixli qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Göründüyü kimi, ərizəçi prosessual qanunvericiliyin tələblərinə riayət etməklə öz yaşadığı yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə də qanuna uyğun olaraq ərizəni icraata götürmüşdür. Buna görə də kollegiya hesab edir ki, Yasamal Rayon Məhkəməsi sonradan işi “cavabdehin əvəz olunduğu” əsası ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakimlər: Elnur Həsənov Vahiq Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar