Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2028/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehn direktoru X6 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı 10 noyabr 2023-cü il tarixli 1402-K saylı Əmr ilə Cavabdehnə əmək müqaviləsi əsasında kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsində qəbul olunmuş, 16 avqust 2024-cü il tarixdə 1068-K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. 2.Əmri qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 1068-K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 10 noyabr 2023-cü il tarixli 1402-K saylı Əmr ilə Cavabdehnə əmək müqaviləsi əsasında kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsində qəbul olunmuş, 16 avqust 2024-cü il tarixdə 1068-K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 71, 84 və 300-cü maddələrinin tələblərini pozmuş, onun işə gecikmə hallarına yol verməsinin səbəblərini aydınlaşdırmamış, ona qarşı qərəzli münasibətdə olmaqla, qabaqcadan işdən çıxarmağa nail olmaq üçün məqsədli şəkildə hərəkətlər etmiş, qəbul etdiyi əmrdə onu konkret olaraq hansı intizam pozuntusuna görə işdən azad etməsini əsaslandırmamışdır. İddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 2(008)- 6849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim – R.Mirzəliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 1068-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-laborant vəzifəsinə bərpa edilməsi, işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutularaq, iddiaçıya qaytarılması qət edilmişdir. 6.Məhkəmə iş materiallarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı işdən azad olunmasına dair iş vərəqəsi 5-də olan əmr ilkin olaraq verilmiş və iddiaçı həmin əmrlə işdən azad edilmiş, onun əmək kitapçasına həmin əmrə əsasən qeydiyyat aparılmışdır. Cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, Səhiyyə Nazirliyinin alt sistemində qeyd edilə bilməməsinə görə sonradan ikinci əmr verilmişdir. Yəni iş vərəqəsi 6-da olan əmr tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının işdən çıxarılmasına ilkin olaraq verilmiş iş vərəqəsi 5-də olan əmr əsas olduğundan, həmin əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. “Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu”nu nəzərdə tutuan Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 84-cü maddəsinin 1-ci hissəsində nəzədrə tutulur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi, işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Müqayisə zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli əmrdə qanunla nəzərdə tutulmuş bəzi məlumatlar göstərilməmişdir. Belə ki, əmrdə işəgötürənin fəaliyyət göstərdiyi ünvan göstərilməmişdir. İşdən çıxarmağa əsas kimi Əmək Məcəlləsinin 72-ci maddəsi göstərilməsinə baxmayaraq, 72-ci maddənin hansı bəndinə əsasən müqaviləyə xitam verilməsi göstərilməmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi göstərilsə də, hansı tarixdə törədilmiş intizam pozuntusuna əsasən tənbehin verilməsi göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinə əsas hesab olunan heç bir rəsmi sənədə istinad olunmamışdır. İddiaçının işə gecikməsi barədə sənədləşmələr aparılmasına baxmayaraq, onun hansı gün baş vermiş intizam pozuntusuna görə işdən azad olunması göstərilməmiş, heç bir rəsmi sənədə istinad olunmamışdır. Məhkəmə qeyd edir ki, sonradan tərtib olunan iş vərəqə 6da olan əmrdə də, analoji səhvlərə yol verilmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qərara gəlir ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan bəzi məlumatlar göstərilmədiyindən, cavabdehin xx.xx.2024-cü il tarixli 1068-K nömrəli əmri etibarlı hesab edilə bilməz və ləğv edilməlidir.
7. İşəgötürənin tapşırığına əsasən iddiaçının əmək intizamını pozması, işə gecikməsi halları ilə əlaqədar intizam tənbehi verilməsi üçün əsas ola biləcək 1 (bir) aylıq müddətdə yəni 16, 18, 21, 22 iyul 2024-cü il tarixlərdə və 5, 6, 7, 9, 12, 13 avqust 2024-cü il tarixlərdə onun iş vaxtından 21, 25, 26, 31, 36 və..s dəqiqə gecikməsi halları qeydə alınmışdır. Lakin, xx.xx.2024-cü il tarixi istisna olmaqla başqa günlər üçün ondan izahat alınmamışdır. xx.xx.2024-cü il tarixində izahat yazan İddiaçı Binəqədi rayonundan işə gəlməsini, yollar müvəqqəti təmirə bağlandığından tıxac yarandığı üçün işə 15 dəqiqə yubanmasını bildirmişdir. İşəgötürən onun izahatında göstərilənləri aydınlaşdırmamış, işə yubanmanın işçinin təqsirindən və yaxud ondan asılı olmayan səbəbdən baş verməsini aydınlaşdırmamışdır. Eləcə də, işəgötürən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq işçiyə intizam tənbehi verməmişdən əvvəl ondan yazılı izahat almamışdır. İzahat aldığı xx.xx.2024-cü il üçün isə işçinin əmək intizamını qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla pozmasını aydınlaşdırmamışdır.
8. Cavabdeh idarə işçinin yalnız işə gecikməkdə ifadə olunan hərəkətlərini qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla törətməsini sübut etməmiş, onun yubanmasının işin normal ahəngini pozmasını, mülkiyyətçiyə ziyan vurmasını və..s halları təstiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla da əmr verilən zaman Əmək Məcəlləsinin 71-ci maddəsinin də tələbləri pozulmuşdur. Əmək müqaviləsi ləğv edilən zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuş şərtlər baş verməmişdir. Cavabdeh belə bir şərtin baş verməsini sübut edə bilməmişdir.
9. İş materiallarından göründüyü kimi cavabdeh idarənin baş direktoru vəzifəsini müvəqqəti icra edən F.Sadıqovun tarixi olmayan təqdimatına əsasən İddiaçı əmək intizamını pozmasına dair məsələ müzakirə olunması üçün Həmkarlar ittifaqı komitəsinə göndərilmişdir. Lakin təqdimata heç bir sənəd əlavə olunmamış, konkret olaraq hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəyə göndərilməsi göstərilməmişdir.
10. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokolundan aydın olunur ki, komitə iclasında hansı əmək pozuntusuna yol verilməsi müzakirə olunmuşdur. Yəni müzakirə olunan intizam pozuntusunun hansı tarixdə baş verməsini müəyyən etmək mümkün olmur. Ona görə ki, təqdimata heç bir sənəd əlavə olunmamış, hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəsi bildirilməmişdir.
11. Protokoldan görünür ki, Həmkarlar ittifaqı komitəsinin üzvü E.M.Kazımov çıxış edərək İddiaçı işlədiyi müddətdə kobud səhvə yol verərək, narkotest müayinəsinin nəticəsini akta düzgün yazmamasını göstərmişdir. Hansı ki, həmin məsələ müzakirə predmeti olmamış, Tünzalə Atakişiyevaya həmin əməlinə görə xx.xx.2023-cü il tarixli əmrlə töhmət verilmişdir. Şərh olunanlardan göründüyü kimi işəgötürən tərəfindən əmək məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin tələbləri də pozulmuşdur.
12. Əmək Məcəlləsinin 186-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürən intizam tənbehini verərəkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı Binəqədi rayonunda yaşamaqla oradan Maştağa qəsəbəsinə işə gəlir, iddiaçının və şahidlərin izahatından göründüyü kimi onun özünün və valideyinlərinin səhətində problemlər olmaqla ailə vəziyyəti ağırdır. Onun həkim lobarant kimi peşəkarlığından narazılıq yoxdur. Cavabdeh intizam tənbehi tətbiq edən zaman işin bu hallarını da, nəzərə almamışdır.
13. Şərh olunanlardan göründüyü kimi işəgötürən əmək müqaviləsinin ləğv edilmə qaydalarına da əməl etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 14.Beləliklə məhkəmənin mövqeyinə görə cavabdeh idarə iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla qanun pozuntusu ilə işdən azad etmişdir. 15.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci hissəsi, 72, 70-ci maddəsinin “ç” bəndi, n 71-ci maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 2-ci hissəsi, 186-ci maddəsinin 3-cü hissəsi, 300-cü maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə iddiaçının əmək müqaviləsinə tam qanuni və əsaslı surətdə xitam verilsə də, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Aşağıda qeyd olunanlar, həqiqətən də, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsininn 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsaslar olduğunu göstərir. Belə ki,70ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvedilməsi üçün iki əsas nəzərdə tutulmuşdur.1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Mərkəz tərəfindən isə İddiaçı 70-ci maddənin “ç” bəndinin 1-ci hissəsində nəzərdə tutulmuş əsasa görə işdən çıxarılmışdır. İddiaçı işlədiyi müddət ərzində mütəamadi olaraq işə gecikmiş, əmək müqaviləsi üzrə öhdəliyini pozmuşdur. Aydındır ki, işə gecikmə halları hərkəsin başına gələ bilər. Lakin, iddiaçının işə gecikməsi mütəmadi olmuş və iddiaçı tərəfindən hər dəfə gecikən zaman müxtəlif bəhanələr gətirilmişdir. İddiaçı ilə bağlanılan əmək müqaviləsinə əsasən Mərkəzdə iş saatı 09:00-da başlayır. İddiaçı isə hər səfərində işə 20, 25, 30 dəqiqə hətta bəzən 1 saatdan çox müddətdə gecikmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilirki, işçi qəsdən vəya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bununla bağlı qeyd edir ki, kliniki-diaqnostik laboratoriya şöbəsində iki həkim-laborant olmuşdur. Onların hər ikisi ayrı otaqlarda oturmuşlar. Hər ikisi müxtəlif sahələr üzrə analizlərin və testlərin alınmasına görə ixtisaslaşmışdılar. İddiaçı narkotestlərin həyata keçirilməsində ixtisaslaşdığı halda digər həkim-laborant isə qan analizlərinə nəzarət etmişdir və hər iki həkim-laborant fərqli otaqlarda oturmuşdur. İddiaçı oturduğu otaqda onunla yanaşı 3-4 nəfər orta-ixtisas təhsilli laborant işləmişdir. Otaqda yeganə həkimlaborant o olmuşdur. Müəssisədaxili qaydalara uyğun olaraq laborantlara rəhbərliyi həkimlaborant nəzarət etməlidir və hər bir narkotestin nəticəsini əks etdirən sənəddə onun imzası olmalıdır. Hər gün yüzlərlə insan analiz üçün Mərkəzə gətirilir. Həmçinin Mərkəz məhkəmələrin, dövlət və qeyri-dövlət orqanlarının tapşırıqlarını həyata keçirir. Həkimlaborant olan Tünzalə Ağakişyevanın işə gecikməsi Mərkəzin işini ləngidir. Çünki həkimlaborant kimi narkotestlərin həyata keçirilməsinə nəzarət etməli, sonda isə testlərin nəticələrini öz imzası ilə təsdiq etməlidir. İddiaçıya bununla bağlı dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq o, yenə də işə gecikməyə davam etmişdir. Hər gün yüzlərlə insan narkotest müayinəsinə görə Mərkəzə gəlir və həkim-laborant olan iddiaçı işə gecikdiyi zaman artıq şöbənin qarşısında sıra yaranır. Buna görə də vətəndaşlar şikayətlənərək mühafizənin üzərinə gəlirlər. Yuxarıda qeyd edilənlər iddiaçınn əsaslı olaraq işdən çıxarılmasını bir daha sübut edir. Məhkəmə sözügedən qətnaməsində qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı işdən azad olunmasına dair iş vərəqəsi 5-də olan əmr ilkin olaraq verilmiş və iddiaçı həmin əmrlə işdən azad edilmiş, onun əmək kitapçasına həmin əmrə əsasən qeydiyyat aparılmışdır. Cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, Səhiyyə Nazirliyinin alt sistemində qeyd edilə bilməməsinə görə sonradan ikinci əmr verilmişdir. Yəni iş vərəqəsi 6-da olan əmr tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının işdən çıxarılmasına ilkin olaraq verilmiş iş vərəqəsi 5-də olan əmr əsas olduğundan,həmin əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” AR Prezidentinin Fərmanına əsasən TƏBİB yaradılmış, Fərmanda göstərilən səhiyyə müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Cavabdeh isə AR Səhiyyə Nazirliyinin tabeliyində qalmışdır. Mərkəz Səhiyyə Nazirliyinin tabeliyində olduğu üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılan elektron sistemdən istifadə edir. Mərkəzin daxili əmrləri də məhz bu elektron sistem vasitəsilə tərtib olunur. İş vərəqi 5də olan 1068-K nömrəli daxili əmr Səhiyyə Nazirliyi tərəfindən yaradılan elektron sistemdə tərtib edilmişdir. Adı keçən elektron sistemdə isə işçinin işdən çıxma əsası kimi yalnız Əmək Məcəlləsinin müəyyən maddəsi qeyd edilə bilir. Əlavə qeyd aparıla bilmir. Buna görə də bununla yanaşı eyni zamanda ƏƏSMN alt sistemi olan ƏMAS sistemində əmr tərtib edilmişdir. İş vərəqi 6-da olan əmr də məhz bu əmrdir. Bu zaman məhkəmə tərəfindən iki əmrdən hansınınsa əsas götürülməsi qanunsuzdur. İş vərəqi 6-da olan ƏMAS sistemində tərtib edilmiş əmr isə Əmək Məcəlləsinin 84.1-ci maddəsinə uyğun qaydada tərtib edilmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh idarənin baş direktoru vəzifəsini müvəqqəti icra edən F.Sadıqovun tarixi olmayan təqdimatına əsasən İddiaçı əmək intizamını pozmasına dair məsələ müzakirə olunması üçün Həmkarlar ittifaqı komitəsinə göndərilmişdir. Lakin, təqdimata heç bir sənəd əlavə olunmamış, konkret olaraq hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəyə göndərilməsi göstərilməmişdir. Bununla bağlı qeyd edir ki, iş materiallarına baxsaq aydın olur ki, X2 sədri Kadrlar şöbəsinin rəhbəri olan Kalimulina Venera xanım olmuşdur. İddiaçı barədə sənədlər, o cümlədən, onun işə gecikməsinə dair izahatları və tərtib olunmuş aktlar kadrlar şöbəsinin otağında olmuşdur. Buna görə də təqdimata sənədlər əlavə edilməmiş, sənədlər Həmkarlar İttifaqının sədrinin otağında olmuşdur. Bununla bağlı Həmkarlar İttifaqının sədri olan Venera xanım məhkəmə iclasında şahid kimi izahat vermişdir. Baş diretor vəzifələrini müvəqqəti icra edən Fəzayıl Sadıqov tərəfindən X3 yazılı təqdimat ünvanlandıqdan sonra Həmkarlar İttifaqında iddiaçının işinə baxılmış və yekun qərar verilmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, Protokoldan görünür ki, Həmkarlar ittifaqı komitəsinin üzvü E.M.Kazımov çıxış edərək İddiaçı işlədiyi müddətdə kobud səhvə yol verərək, narkotest müayinəsinin nəticəsini akta düzgün yazmamasını göstərmişdir. Hansı ki, həmin məsələ müzakirə predmeti olmamış, Tünzalə Atakişiyevaya həmin əməlinə görə xx.xx.2023-cü il tarixli əmrlə töhmət verilmişdir. Diqqətə çatdırır ki, E.M.Kazımov iclas zamanı yalnız bunu deməmiş eyni zamanda iddiaçının işə gecikərək əmək və icra intizamını da pozduğunu qeyd etmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfindən prosessual qanunvericliyin tələbləri də pozulmuşdur. Belə ki, məhkəmə qətnamənin nəticə hissəsini elan etdikdən sonra 10 iş günü müddətində tərtibini başa çatdırmalı,3 gün müddətində rəsmi qaydada verməli olduğu halda Məhkəmə xx.xx.2024-cü il tarixində nəticə hissəsini elan etdiyi qətnaməni xx.xx.2025-ci il tarixində Elektron Məhkəmə informasiya sisteminə yerləşdirmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
19.Məhkəmə kollegiyasının iclasında Cavabdehn direktoru X6 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi. 20.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Cavabdeh Səhiyyə Nazirliyinin tabeliyindədir, iddiaçının müqaviləsinə Əmək Məcəlləsininn 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib, əmr sistemə vurulanda Əmək Məcəlləsinin müəyyən maddəsi qeyd edilir, qeyd aparıla bilmir, əmri ƏMAS sistemindən çıxarmışlar, təqdimat verilib və digər sənədlər də X2 sədri, kadrlar şöbəsinin rəhbəri Venera xanımın otağındadır, həmin sənədlərə də baxılıb. 21.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Mərkəzin əvvəlki rəhbəri tutulub. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaq aparıb, indiki rəhbərlik iddiaçını işdən çıxartmaq istəyib, bunu dediyi görüntü var, təqdim edilən protokollarda Aynur xanımın imzası fərqlidir, iştirak etməyib, iclas keçirilməyib, saxtakarlıq edilib, qeydiyyat vərəqəsində iddiaçının adının qarşısına – qoyulub, ağardıcı ilə düzəldilib, raportlar, aktlar tərtib olunub, Həmkarlar İttifaqının sədri bildirdi ki, iddiaçı gecikəndə izahatı alınıb., polis əməkdaşları da növbəli işlədiklərini bildirdirlər, eyni gündə necə polislərin imzası ola bilər. Bütün bunlar qərəzli mövqeni sübut edir, iddiaçı valideyni xəstə olan zaman gecikib, bu da aprel ayında olub. Qarşı tərəf şikayəti son gün verib, iddiaçı iş tapa bilmir, övladına, valideynlərinə baxır, iddiaçı gecikən zaman belə iş vaxtından sonra da işləyib, TƏBİB ilə bağlı cavabdehin dediyi əsassızdır. 22.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iş tapa bilmir, işə bərpa olunmaq istəyir, valideynləri xəstədir, biri şəkər, digəri onkoloji xəstədir, iş yerinin yolu çox uzaqdır yerini dəyişmək istəmişdir, 14 il dəri-zöhrəvi dispanserində işləmişdir, heç bir xəstəsi ondan narazı olmayıb, xasiyyətnamələri də var.
Tətbiq edilən hüquq normaları:
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 2, 3-cü bənd: Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır; Maddə 11, 1-ci hissə: Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 11, 2-ci hissə: İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 68, 1-ci hissə: Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68, 2-ci hissə a) bəndi: Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; Maddə 70, “ç” bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71, 2-ci hissə: Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71, 3-cü hissə: İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84, 1-ci, 2-ci və 3-cü hissələr:
1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinə xitam verilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsinə xitam verilən gün, ay və il; -əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Maddə 300, 1-ci bənd: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Maddə 190.1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbyul edilməli, iddia tələbi təmin edilməməlidir. 29.Kollegiya ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 30.Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 31.Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. 32.Əmək qanunvericiliyində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən tərəfindən ona hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. 33.Hazıki işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı 10 noyabr 2023-cü il tarixli 1402-K saylı Əmr ilə Cavabdehnə əmək müqaviləsi əsasında kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsində qəbul olunmuş, 16 avqust 2024-cü il tarixdə 1068-K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. 34.Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvini tələb edən iddiaçının dəlillərinə görə əmr əsaslandırılmamış, əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 71, 84 və 300-cü maddələrinin tələbləri pozulmuş, onun işə gecikmə hallarına yol verməsinin səbəblərini aydınlaşdırmamış, işəgötürən qəbul etdiyi əmrdə onu konkret olaraq hansı intizam pozuntusuna görə işdən azad etməsini əsaslandırmamışdır. 35.Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №1032 saylı Əmək müqaviləsinin 4.16 və 4.17-ci bəndlərinə görə işçi gündə 6 saatdan, həftə ərizində isə 36 saatdan çox olmayaraq işləyir. İş saat 09:00-da başlanır, saat 15:00-da qurtarır. 36.İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair eyni tarix və nörməli 2 əmr (i/v-5 və 6-da) mövcuddur və cavabdeh tərəf bununla bağlı qeyd etmişdir ki, birinci əmr Səhiyyə Nazirliyinin alt sistemində qeyd edilə bilməməsinə görə sonradan ikinci əmr verilmişdir. İş vərəqi 5-də olan 1068-K nömrəli daxili əmr Səhiyyə Nazirliyi tərəfindən yaradılan elektron sistemdə tərtib edilmişdir. Adıkeçən elektron sistemdə isə işçinin işdən çıxma əsası kimi yalnız Əmək Məcəlləsinin müəyyən maddəsi qeyd edilə bilir. Əlavə qeyd aparıla bilmir. Buna görə də bununla yanaşı eyni zamanda ƏƏSMN alt sistemi olan ƏMAS sistemində əmr tərtib edilmişdir. İş vərəqi 6-da olan əmr də məhz bu əmrdir. 37.İş materiallarında olan Cavabdehn Həmkarlar İttifaqı Komitəsinin 13 №-li protokolundan çıxarışın surətindən görünür ki, “əmək və icra intizamının pozulması” faktının müzakirəsi ilə əlaqədar Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkimlaborantı İddiaçı işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə öz öhdəliklərini lazimi səviyyədə yerinə yetirməyərək, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, (narkotest müayinəsinin akta düzgün yazmamışdır) əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifəsini, müəssədaxili intizam qaydalarını pozması, dəfələrlə rəsmi sənəd göstərmədən işə gəlməməsi, əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yerməyərək, əmək və icra intizamını pozması, mütəmadi olaraq işə gecikməsi qeyd olunmuşdur. (i/v- 61) 38.İstinad olunan Protokoldan görünür ki, kliniki-diaqnostik laboratoriyanın həkimlaborantı İddiaçı ilə bağlanmış 1032 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024-cü il tarixdən xitam verilməsi qərara alınmışdır.
39. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2023-cü il tarixli, №1427-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına əmək müqaviləsi üzrə öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı kobud səhvə yol verdiyinə görə (narkotest müayinəsinin nəticəsini aktda düzgün yazmamışdır) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
40. Cavabdehn Nizam-İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli, N2 saylı Protokolunun surətindən görünür ki, kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən nizam-intizam qaydalarının pozulması faktı müzakirə edilmiş, İddiaçı nizam-intizam qaydalarını pozması qeyd olunmuş, bildirilmişdir ki, 6 iş günü həftəsində 4 iş gün işə gecikmiş, xx.xx.2024-cü il tarixdə Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfərləri – polis serjantı Xəlilov Rəşad, polis serjantı Hacıyev Rəşavət, polis serjantı Rəhimov Əli xidmət aparakən birlikdə tərtib etdikləri raportda Cavabdehn həkim-laborantı İddiaçı son 6 iş gün ərzində 4 gün – xx.xx.2024 tarixdə saat 09:29, xx.xx.2024-cü il tarixdə saat 10:07, xx.xx.2024-cü il tarixdə saat 10:13, xx.xx.2024-cü il tarixdə saat 09:57 radələrində işə gecikməsini öz imzaları ilə təsdiq etmiş, gecikmə halları bir neçə dəfə olmuş, şifahi xəbərdarlıq olunmasına baxmayaraq təkrar yol verilmişdir. Əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyərək əmək və icra intizamının pozulmasına görə kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı haqlı tənqiddən nəticə çıxarılaraq töhmət verilməsi qərara alınmışdır. (i/v-69)
41. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2024-cü il tarixli, №505-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifəsini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə (dəfələrlə işə gecikdiyinə görə) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. (i/v-72)
42. Cavabdehn Nizam-İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli, N3 saylı Protokolunun surətindən görünür ki, kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən nizam-intizam qaydalarının pozulması faktı müzakirə edilmiş, İddiaçı nizam-intizam qaydalarını pozması, 6 iş günü həftəsində işə gecikməsi, gecikmə səbəbində müxtəlif bəhanələr gətirməsi, xx.xx.2024-cü il tarixdə Nizam-İntizam Komissiyasının iclasında əmək və icra intizamının pozulmasına görə həkim-laborant İddiaçı Ziyadxan qızına töhmət verilməyinə baxmayaraq, iş həftəsində gecikmə hallarına təkrar yol verməsi qeyd olunmuşdur. Əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyərək əmək və icra intizamının pozulmasına görə kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı haqlı tənqiddən nəticə çıxarılaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verildi.(i/v-66)
43. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2024-cü il tarixli, №623-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifəsini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işə gecikdiyinə görə) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla töhmət verilmişdir. 44.Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfərləri – polis serjantı Xəlilov Rəşad, polis serjantı Hacıyev Rəşavət, polis serjantı Rəhimov Əli xidmət aparakən birlikdə tərtib etdikləri raportdan görünür ki, Cavabdehn həkim-laborantı İddiaçı son 6 iş gün ərzində 4 gün – xx.xx.2024 tarixdə saat 09:29, xx.xx.2024-cü il tarixdə saat 10:07, xx.xx.2024-cü il tarixdə saat 10:13, xx.xx.2024-cü il tarixdə saat 09:57 radələrində işə gecikməsini öz imzaları ilə təsdiq etmişlər. 45.Bundan başqa iş materiallarında olan Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfərləri – polis serjantı Xəlilov Rəşad, polis serjantı Hacıyev Rəşavət və polis serjantı Rəhimov Əlinin (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlarda polis sejantı Hacıyev Anarın) iştirakı ilə tərtib edilmiş xx.xx.2024, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Cavabdehn həkim-laborantı İddiaçı işə gecikdiyi vaxtlar aktlaşdırılmış və İddiaçı işə gəlmə vaxtı aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2024-cü il tarixli akt üzrə: xx.xx.2024-cü il tarixdə - 09:18 xx.xx.2024-cü il tarixdə - 09:28 xx.xx.2024-cü il tarixdə - 09:40 xx.xx.2024-cü il tarixdə - 09:40 xx.xx.2024-cü il tarixli akt üzrə: xx.xx.2024-cü il tarixdə - 09:20 xx.xx.2024-cü il tarixdə - 09:38 xx.xx.2024-cü il tarixdə - 09:32 xx.xx.2024-cü il tarixdə - 09:25 xx.xx.2024-cü il tarixdə - 09:39 xx.xx.2024-cü il tarixdə - 09:33 xx.xx.2024-cü il tarixdə - 09:21 xx.xx.2024-cü il tarixdə - 09:25 xx.xx.2024-cü il tarixdə - 09:50 xx.xx.2024-cü il tarixdə - 09:39 xx.xx.2024-cü il tarixli akt üzrə: xx.xx.2024-cü il tarixdə - 09:31 xx.xx.2024-cü il tarixdə - 09:26 xx.xx.2024-cü il tarixdə - 09:26 xx.xx.2024-cü il tarxidə - 09:32 xx.xx.2024-cü il tarixdə - 09:32 xx.xx.2024-cü il tarixdə - 09:22
46. Cavabdehn Baş direktoru Elşən Mustafayevə kliniki-diaqnostik laboratoriyanın həkimlaborantı İddiaçı tərəfindən verilmiş izahatın surətində qeyd olunur ki, “Mən, klinikidiaqnostik laboratoriyaya yeni həkim-laborant-həkim vəzifəsinə Nazirlik tərəfindən göndərilmişəm və yeni təyin olunduğumdan həmin gün analizə çox insan gəldiyinə görə səhvən analizin birini bilmədən qeyd etməmişəm və diqqətimdən yayındığına görə Sizdən bu səhlənkarlığına görə üzr istəyirəm və bundan sonra diqqətli olmağım barədə sizə söz verirəm .
47. Cavabdehn Baş direktoru Elşən Mustafayevə kliniki-diaqnostik laboratoriyanın həkimlaborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətində qeyd olunur ki, “yazıb Sizə bildiriəm ki, xx.xx.2023-cü il tarixdə uşağım xəstə olduğuna görə işə gələ bilmədim. Çünki, övladımın qızdırması qalxdığından onu poliklinikaya aparmalı oldum. Uşağımın tək mənim himayəmdə olduğundan onu kimsəyə tapşıra bilmədim. Bura xəbər vermək və Venera xanıma demək borclu olduğumu bilə-bilə sadəcə başım uşağıma qarışdığından oldu və işin sonu Venera xanım mənə zəng etdi və mən öz problemimi bildirdim və səhər gəlib izahat yazacağımı ona söylədim və bir daha belə bir halın təkrarlanmaması barəsində ona məlumat verdim. Elə bir narahatlıq yenidən baş versə xəbər verəcəyimi açıqladım.
48. Cavabdehn baş direktoru vəzifəsini müvəqqəti icra edən Fəzail Sadıqova klinikidiaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, ”Mən xəstəliyimlə bağlı yaranı təmizləmək üçün həkimə gedib yaranın sarğısını dəyişib, saat 10:45 də işə gəlmişəm, bunun da səbəbi təcili başımdakı yaranın sarğısının dəyişilməsi olub. Sabah bazar günü olduğunda görə və həkim saat 10:00-dan 03:00-dək səhər qəbuluna yazılıb getmişəm və bununla bağlı sizə baş “medsestraya” və dünən sizə xəstəlik kağızımı gətirib məlumatlandırmışam.” 49.Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “Yazıb sizə bildiriəm ki, xx.xx.2024-cü il tarixdə işə gəlməməyimin səbəbi təzyiqimin aşağı düşməsi, yaranın tam sağalmamasına görə işə gəlməmişəm. İşə zəng etmişəm telefon bağlı olduğuna görə xəbər verə bilməmişəm. Bununla bağlı sizdən üzr istəyirəm.”
50. Cavabdehn baş direktoru vəzifəsini müvəqqəti icra edən Fəzail Sadıqova klinikidiaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “ailə vəziyyətimlə əlaqədar olaraq saat 09:45-də işdə olmuşam və uşağım evimdən çox uzaqda olduğuna görə işə gecikmişəm və sizdən məni başa düşməyinizi xahiş edirəm.”
51. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “Atamın səhhəti ilə əlaqədar olaraq saat, xx.xx.2024-cü il tarixdə 09:45-də işə gəlmişəm.
52. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “Ailə vəziyyətimlə əlaqədar olaraq atam onkoloji, anam isə kardioloji və şəkər xəstəsi olduğundan, hal-hazırda xəstə olduqlarından 01-02 may ayında işə gəlməmişəm. 3 may tarixində isə 1 saat yarım gec gəlmişəm.”
53. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “yollar bağlı olduğundan saat 09:45 də işə gələ bilmişəm. Buna görə də sizdən sizdən yolun uzaq olduğundan başa düşməyinizi xahiş edirəm, çalışıb vaxtında gələcəm.”
54. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “yol uzaq olduğundan, yolların tıxac olduğuna görə saat 09:35-də işə gəlmişəm. Bunu sizdən xahiş edirən nəzərə alasız.”
55. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “Binəqədi rayonundan Məştağaya gəlirəm və yollar müvəqqəti təmirə bağlandığına görə tıxac yarandığından işə saat 09:15-də çatmışam. Bu barədə sizdən üzr istəyirəm. Bir də təkrarlanmaz.
56. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2024-cü il tarixli, № 91-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına müəssisədaxili intizam qaydalarının pozulması ilə əlaqədar (dəfələrlə işə gecikdiyinə görə) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq elən edilmişdir.
57. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2024-cü il tarixli, №425-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifəsini, müəssisədaxili intizam qaydalarının pozduğuna görə (rəsmi sənəd göstərməmiş, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işə gəlməmişdir) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi və Cavabdehn idarəetmə aparatı heyətinin baş mühasib vəzifəsini müvəqqəti icra edən M.Ş.Novruzovaya, Cavabdehn klinikidiaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri iş günləri üçün əmək haqqı hesablanmaması əmr edilmişdir. 58.İş materiallarından müəyyən olunur ki, İddiaçı 2024-cü ilin aprel, may, iyun, iyul, avqust aylarında olmaqla dəfələrlə işə gecikmə hallarına yol vermiş, bəzən işə ümumiyyətlə gəlməmiş və bununla bağlı çoxsaylı izahatları alınmışdır. Yol verilən nizam-intizam pozuntularına görə xx.xx.2024-cü il tarixdə - töhmət (gecikməyə görə), xx.xx.2024-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət (təkrar gecikmələrə görə) növündə intizam tənbehi verilmişdir. 59.Əmrin əsaslandırılmaması ilə bağlı iddiaçı tərəfin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas kimi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, işə mütəmadi olaraq gecikməsi göstərilmiş, əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, işçinin öz əmək funksiyasını və ya əmək mqüaviləs üzrə öhdəliklərini yerinə yedirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara istinad edilmişdir. İddiaçının mütəmadi gecikmələri və bu halların müəssisənin iş ahənginə ciddi təsir göstərməsi və iş prosesini ləngitməsi iş materialları - iddiaçıdan alınmış izahatlar və ona edilmiş xəbərdarlıqlar və intizam tənbehləri ilə öz təsdiqini tapır. 60.Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı 2024-cü ilin aprel, may, iyun, iyul, avqust aylarında olmaqla dəfələrlə işə gecikmə hallarına yol vermiş, bəzən işə ümumiyyətlə gəlməmiş və bununla bağlı çoxsaylı izahatları alınmışdır. Yol verilən nizamintizam pozuntularına görə xx.xx.2024-cü il tarixdə - töhmət (gecikməyə görə), xx.xx.2024cü il tarixdə sonuncu xəbərdarlıqlı şiddətli töhmət (təkrar gecikmələrə görə) növündə intizam tənbehi verilmişdir. 61.Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsinə dair əmrin verilməsinə əsas olan hal – Əmək məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı iş materialları ilə öz təsdiqini tapmış, iddiaçı tərəfindən 2024-cü ilin aprel və may aylarında işə mütəmadi gecikdiyinə görə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi verilməsinə baxmayaraq o, iyun, iyul və avqsut aylarında yenidən eyni əmələ yol verərək işə vaxtında gəlməmiş və bu hallar iş materiallarına əlavə edilmiş çoxsaylı aktlar, protokolllar, izahatlar, töhmət əmrləri, həmkarlat ittifaqının rəy və qərarları, şahid ifadələri, eləcə də Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarının imzası ilə tərtib edilmiş raportlarla öz təsdiqini tapır.
62. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırılmışdır. Azərbaycan Respublikasının əmək qanunvericiliyində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi barədə əmr qəbul edilərkən əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi barədə imperativ norma yoxdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır” norması işçinin mənafeyini qorumaq üçün müəyyən edilmişdir ki, əsassız yerə, heç bir əsaslandırma olmadan işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin qarşısı alınsın. Bir sözlə, qanunla işəgötürənin öz səlahiyyətlərindən sui-istifadə etməsi ehtimalı məhdudlaşdırılmışdır.
63. Kollegiya həmçinin qeyd edir ki, müvafiq əmr Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilmişdir. Qeyd olunan norma əmrin məzmunu ilə bağlı olmaqla, əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması ilə bağlı hər hansı göstəriş yoxdur.
64. İddiaçı tərəf hesab edir ki, müvafiq əmrin məzmununda mütləq qaydada işçinin işdən çıxarılmasının səbəbləri əsaslandırılmalıdır. İddiaçının qeyd etdiyi qaydada normanın şərh edilməsi və tətbiq edilməsi əmək məcəlləsinin ümumi prinsiplərinə, o cümlədən əmək müqaviləsi tərəflərinin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə ziddir. İşəgötürənin Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqi təminatı ondan ibarətdir ki, işçi əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə onun barəsində qanunla müəyyən edilmiş müvafiq tədbirlər görsün və bu tədbirlər qanunla qorunsun. Əks halda, formal mülahizələrə əsasən işəgötürənin əmrinin ləğv edilməsi yolverilməzdir. 65.Göründüyü kimi, iş materiallarına əlavə edilmiş çoxsaylı aktlar, protokolllar, izahatlar, töhmət əmrləri, həmkarlat ittifaqının rəy və qərarları, şahid ifadələri, eləcə də Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarının imzası ilə tərtib edilmiş raportları ilə iddiaçı tərəfindən dəfərlədlə intizam pozuntusuna yol verilməsini təsdiq edir. 66.16 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində qeyd etmişdir ki, İddiaçı davamiyyət kitabında düzgün tarixlərə imza etmədiyindən, əvvəlki, ya da sonrakı tarixə imza etdiyindən davamiyyət kitabında bəzi yerlər ağardılmışdır. 67.Kollegiya qeyd edir ki, texniki səbəbdən əmrin iki ayrı formatda tərtib edilməsi formaltexniki məsələ olub əsas xitam əmrinin hüquqiliyinə xələl gətirmir. Məhkəmə tərəfindən əmrin ilkinin əsas götürülməsi və həmin əmrdə işəgötürənin fəaliyyət göstərdiyi ünvanın göstərilməməsi barədə mövqeyə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normada ad, ünvan məlumatlarının göstərilməli olması ilə bağlı tələblər azad bazar iqtisadiyyatı şəraitində çoxsaylı hüquq münasibətləri iştirakçısının olması fonunda konkret halda əmrin qanuniliyini deyil, işəgötürənin identifikasiyasını təmin etməyə xidmət edir. Hazırki işdə işəgötürən hüquqi şəxsin fərdiliyi tərəflər və məhkəmə üçün mübahisə doğurmadığından yalnız texniki rekvizitin göstərilməməsi səbəbindən əmrin qüvvədən salınması Əmək Məcəlləsinin qeyd olunan müddəsının məqsəd və mahiyyətinə ziddir. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmənin Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsində istinad edərək cavabdehin xx.xx.2024-cü il tarixli 1068-K nömrəli əmrinin etibarsız hesab edilməsi barədə mövqeyi əsaslı hesab edilə bilməz.
68. İş materiallarından və təqdim olunmuş sübutlardan aydın olur ki, iddiaçı cavabdeh müəssisədə narkotestlərin aparılması sahəsində yeganə həkim-laborant vəzifəsini icra etmiş və onun mütəmadi şəkildə işə gecikməsi Mərkəzin gündəlik fəaliyyətini, o cümlədən analiz verməyə gələn çoxsaylı şəxslərin, habelə dövlət və qeyri-dövlət orqanlarının tapşırıqlarını yerinə yetirən müəssisənin iş prosesinin vaxtında və keyfiyyətli icrasını əngəlləmişdir. Bu hal iş yerində əmək intizamının pozulmasına, xidmətin normal ritminin pozulmasına səbəb olmuşdur ki, bu da Əmək Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilər. 69.Həmçinin işdən görünür ki, iddiaçının cavabdeh Mərkəzdə narkotestləri həyata keçirən yeganə həkim-laborant olması və mütəmadi olaraq işə gecikməsi hər gün analiz üçün Mərkəzə gətirilən çox sayda insanın, o cümlədən məhkəmələrin, dövlət və qeyri-dövlət orqanlarının tapşırıqlarını həyata keçirən cavabdeh müəssisənin işini ləngidərək iş yerində icra intizamının normal ahəngini pozur. 70.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində ifadə vermiş şahid X4 ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun hazırda cavabdeh müəssisədə işləməməsi və öz ifadəsinə əsasən direktorun təzyiqlərinə görə öz ərizəsi ilə işdən çıxması barədə hallar onun ifadəsinin obyektivliyini şübhə altına alır. Qeyd olunan hallar şahidin cavabdeh müəssisəyə qarşı qərəzli münasibətdə ola biləcəyinə dair əsaslı şübhələr doğurmaqla X4 ifadəsinə birmənalı yanaşmanı istisna etdiyindən iş üzrə mötəbər sübut kimi qəbul edilə biləz. 71.O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 72.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 may 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. 73.Beləliklə məhkəmə kollegiyası işin müəyyən edilmiş fakitki hallarına və qanuvericiliyin istinad olunan normalarına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində verilmişdir. Buna görə də əmrin ləğvi üzrə iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. 74.Bu kontekstə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 75.Beləliklə, kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsassız olduğundan, həmin tələbdən törəmə xarakterli olan digər tələblər - işə bərpa və məcburi buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz.
76. Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Xəyal Sarıyev