Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2029/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminliyə xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2020-ci il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə, cavabdeh Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Banka qarşı ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank və iş üzrə üçüncü şəxs olan “xxxx” MMC arasında bağlanmış 19.08.2014-cü il tarixli “Zaminlik müqaviləsi” üzrə onun zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi “xxxx” MMC göstərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bank ilə üçüncü şəxs olan MMC arasında 14.08.2014-cü il tarixdə bağlanmış 2L000012240 saylı “xxxx” əsasən Bank tərəfindən MMC-yə 120 ay müddətinə 5.000.000 ABŞ dollar məbləğində kredit xətti açılmışdır. İddiaçı, qeyd edilən “xxxx” üzrə MMC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı onların arasında 19.08.2014-cü il tarixdə üçtərəfli “Zaminlik müqaviləsi” bağlanmışdır. “xxxxnin” şərtlərinə görə, MMC-yə veriləcək kreditin məbləği və kreditin hansı müddətə verilməsi onlar arasında ayrıca bağlanmalı olan “xxxx” ilə müəyyən olunmalı idi. Buna baxmayaraq Bank ilə MMC arasında bağlanmış “Kredit xxxxları” iddiaçının iştirakı olmadan bağlanmışdır. Bununla da, iddiaçının kreditor Bank tərəfindən borclu MMC-yə hansı məbləğlərdə, hansı müddətlərə və hansı faizlərlə kreditin verilməsindən xəbəri olmamışdır. İddiaçı isə zamin olaraq gözləyirdi ki, Bank ilə MMC arasında “Kredit xxxxları” bağlanan zaman o da dəvət olunacaq və şərtlər barədə ona da məlumat veriləcək. Lakin iddiaçıya sonradan məlum olmuşdur ki, “xxxx” üzrə MMC, Bank ilə imzaladığı 25.08.2014-cü il tarixli, 02R000034105 saylı “xxxx” əsasında Bankdan 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.650.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin “xxxxdan” iddiaçının xəbəri olmamış, “xxxx” onun iştirakı olmadan bağlanmışdır. İddiaçı bildirir ki, “xxxx” şərtləri onu qane etmir. Həmin şərtlərdən xəbəri olsa idi o, MMC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmazdı. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onunla cavabdeh Bank və MMC arasında bağlanmış 19.08.2014-cü il tarixli “Zaminlik müqaviləsi” üzrə onun zaminliyinə xitam verilməlidir. Bu kimi iddianı irəli sürən iddiaçı, Azərbaycan Respublikası Konstitusıya Məhkəməsinin Plenumunun 31.05.2018-ci il tarixli qərarına əsaslanır. Həmin qərara görə, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün xxxxndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. xxxxndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Bu baxımdan xxxx görə bağlanmış zaminlik müqaviləsi sonradan bağlanmış xxxxnın təminatı ola bilməz. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin ediməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, şahid ifadələrini qərəzli olaraq nəzərə almamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin məzmununa və əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə üçüncü şəxs olan MMC ilə cavabdeh Bank arasında bağlanmış 14.08.2014-cü il tarixli “xxxxndən” görünür ki, Bank tərəfindən MMC-yə 120 ay müddətinə 5.000.000 ABŞ dollar məbləğində kredit xətti açılmışdır. “xxxxnin” şərtlərindən görünür ki, Bank tərəfindən MMC-yə veriləcək kreditin məbləği və kreditin hansı müddətə verilməsi onlar arasında ayrıca bağlanmalı olan “xxxx” ilə müəyyən olunacaq. MMC ilə Bank və hazırki iş üzrə iddiaçı arasında bağlanmış 19.08.2014-cü il tarixli “Zaminlik müqaviləsindən” görünür ki, iddiaçı, yuxarıda qeyd edilən “xxxx” üzrə MMC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı bildirir ki, Bank ilə MMC arasında bağlanmış “Kredit xxxxları” onun iştirakı olmadan bağlanmışdır. Bununla da, onun, kreditor Bank tərəfindən borclu MMC-yə hansı məbləğlərdə, hansı müddətlərə və hansı faizlərlə kreditin verilməsindən xəbəri olmamışdır. Buna görə də, onunla cavabdeh Bank və MMC arasında bağlanmış 19.08.2014-cü il tarixli “Zaminlik müqaviləsi” üzrə onun zaminliyinə xitam verilməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həqiqətən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusıya Məhkəməsinin Plenumunun 31.05.2018-ci il tarixli qərarının mənasına görə, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün xxxxndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. xxxxndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Əks halda zaminin və ya ipoteka qoyanın məsuliyyəti aradan qalxır. Lakin işin materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı, borclu olan MMC ilə kreditor olan Bank arasında bağlanmış 14.08.2014-cü il tarixli “xxxx” üzrə MMC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təkcə zamin kimi deyil, həm də, ipoteka qoyan kimi təminat vermişdir. Belə ki, iddiaçı ilə MMC və Bank arasında 20.08.2014-cü il tarixdə bağlanmış 02M000001947 saylı “Sonrakı ipoteka müqaviləsindən” görünür ki, iddiaçı, özünə məxsus olan və Sumqayıt şəhəri, 1-ci paralel küçəsi, İnşaatçılar qəsəbəsində yerləşən 0,6001 ha torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İşdə olan “xxxx” isə görünür ki, Bank ilə MMC arasında 25.08.2014-cü il tarixdə “xxxx” bağlanan zaman, “xxxx” barədə iddiaçıya məlumat verilmiş və iddiaçı, kreditor Bank tərəfindən borclu MMC-yə hansı məbləğdə, hansı müddətə, hansı faizlə kreditin verilməsi ilı tanış olmuş və bu halı öz imzası ilə təsdiq etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi və yuxarıda qeyd edilmiş maddi hüquq normasının müəyyən etdiyi hal baş verməmişdir; zaminliyə xitam verilməsi üçün əsas yaranmam işdir; Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2020ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2029/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2029/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver