Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-203/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, nümayəndəsi X1 və vəkili X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1798/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı istifadəsində və sahibliyində olan torpaq sahəsinə maneənin aradan qaldırılması tələbi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırılmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində xx xxxxxx 1990-cı il tarixli məktuba əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün maşın dayanacağının yanında 3X4 ölçüdə yüngül konstruksiyadan ibarət köşk qoymağa icazə verilmişdir. Bundan sonra Müşfiqabad bələdiyyəsinin xx xxxxxx 2008-ci il tarixli, 12 saylı protokolu ilə ona sahibkarlıq fəaliyyəti bilə məşğul olmaq üçün birmərtəbəli qaynaq sexinin tikintisi üçün 30 kv. m toraq sahəsi ayrılmışdır. O, hal-hazırda qaynaqçı kimi fərdi əməklə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdeh 2014-cü ildə onun sexinə qonşu torpaq sahəsində sexə bitişik divar hörməklə özünün həyətyanı torpaq sahəsini bir metr qaldırıb sexə bitişdirmiş, hasarla qaynaq sexinin arasında ara məsafəsi qoymamışdır. Bunun nəticəsində cavabdehin həyətyanı torpaq sahəsindən axan sular sexinin içərisinə axmaqla divarlarında çat əmələ gətirmiş, yüksək gərginlikli elektrik enerjisi ilə fəaliyyət göstərdiyindən, sexdə işləməsinə təhlükə yaranmış, 380 kVat-lıq elektrik kabeli torpağın altında qalmışdır. Bundan əvvəl onlar öz aralarında belə razılığa gəlmişlər ki, həyətyanı sahəsinin hasarını onun sexindən 1 metr ara məsafəsi saxlamaqla çəksin. Həmin hasarın tikintisi üçün o, cavabdehə 500 ədəd mişar daşı vermiş, lakin cavabdeh həmin daşlardan öz evinin tikintisi üçün isifadə etmişdir. Sonradan isə razılaşdıqları qaydada hasarı tikməkdən imtina etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1798/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı istifadəsində və sahibliyində olan torpaq sahəsinə maneənin aradan qaldırılması tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1798/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində xx xxxxxx 1990-cı il tarixli məktuba əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil dayanacağının yanında 3X4 metr ölçüdə yüngül konstruksiyadan ibarət köşk qoymağa icazə verilmişdir.Bundan sonra Müşfiqabad bələdiyyəsinin xx xxxxxxx 2008-ci il tarixli 12 saylı protokolu ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə birmərtəbəli qaynaq sexinin tikintisi üçün 30 kv. metr torpaq sahəsi ayrılmışdır.Hal-hazırda qaynaqçı kimi fərdi əməklə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır.Cavabdeh 2014- cü ildə qonşu torpaq sahəsində sexiinə bitişik divar hörməklə özünün həyətyanı torpaq sahəsini bir metr qaldırıb sexə bitişdirmiş, hasarla qaynaq sexinin arasında ara məsafəsi qoymamışdır.Bunu nəticəsində cavabdehin həyətyanı torpaq sahəsindən yağış suları seximin içərisinə axmaqla sexin divarlarında çat əmələ gətirmiş, sexdə nəmişlik yaranmış, yüksək gərginlikli elektrik enerjisi ilə fəaliyyət göstərdiyindən sexdə işləməyimə təhlükə yaranmış, 380 kVat-lıq elektrik kabeli torpağın altında qalmışdır.Bundan əvvəl cavabdehlə aralarında razılığa gəlmişdilər ki, həyətyanı sahəsinin hasarını sexiindən 1 metr ara məsafəsi saxlamaqla çəksin. Həmin hasarın tikintisi üçün cavabdehə 500 ədəd mişar daşı vermişdir. Lakin cavabdeh həmin daşlardan öz evinin tikintisi üçün istifadə etmişdir.Sonradan isə razılaşdıqları qaydada hasarı çəkməkdən imtina etmişdir.MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qaynaq sexi vardır. Həmin qaynaq sexi cavabdeh X5 istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşir. Məhkəmə həmin sexin ona məxsus olması və cavabdehin istifadəsində torpaq sahəsi olması barədə sübutları araşdırmadan, onlara hüquqi qiymət vermədən bu nəticəyə gəlmiş, qətnamədə həmin sübutların nədən ibarət olduğunu göstərməmişdir. Bu da ki, MPM-nin 220.4-cü maddəsinin tələbinin pozulması ilə nəticələnmişdir.İddia tələbində cavabdehin sexinə bitişik divar hörməklə özünün həyətyanı torpaq sahəsini bir metr qaldırıb sexə bitişdirdiyini, hasarla qaynaq sexinin arasında ara məsafəsi qoymadığını, cavabdehin həyətyanı torpaq sahəsindən suların sexin içərisinə axmaqla divarlarında çat əmələ gətirdiyini, yüksək gərginlikli 380 kVat-lıq elektrik kabelinin torpağın altında qaldığını, bunun nəticəsində sexdə işləməyinə təhlükə yarandığını göstərdiyi halda məhkəmə bu dəlilləri araşdırmamışdır.Məhkəmə Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin MB 12/827 saylı xx xxxxxxxx 2019-cu il tarixli rəyinə istinad etmişdir. Həmin rəydə göstərilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən qaynaq sexinin bünövrəsində yaranmış rütubəti aradan qaldırmaq mümkündür. Bunun üçün qaynaq sexinin örtüyünə suaxıdıcı novalçaların və boruların quraşdılrılması və sexin arxasına düşən həyətyanı torpaq sahəsinin üzərini tamet daş ilə döşəyib və su axınını kənara yönəltmək lazımdır.Həmin rəylə razılaşmır. Sexinin içərisinə su dam örtüyündən deyil _ cavabdehin torpaq sahəsindən axır. Ekspert bu məsələyə toxunmayıb.Ekspert Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti adından göründüyü kimi qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Onun verdiyi rəy əsassız və qeyri obyektivdir.O, iş üzrə əlavə və təkrar ekspertiza təyin edilməsi barədə məhkəməyə rəsmi vəsatət təqdim etmişdir. Məhkəmə vəsatətini müzakirə etməmişdir. Halbuki mübahisənin obyektiv həlli üçün müvafiq ekspertiza təyin edilməli, cavabdehin torpaq sahəsindən seximə suyun axması, sexin divarlarında çatın əmələ gəlməsi, yüksək gərginlikli 380 kVat-lıq elektrik kabelinin torpağın altında qaldığı, insan həyatı üçün təhlükə yaratdığı müəyyən edilməlidir. Mübahisənin obyektiv həllinə isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin Məcəllənin 72.1-ci bəndinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir.Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Cavabdehin həyətyanı torpaq sahəsindən sular sexinin içərisinə axmaqla divarlarında çat əmələ gətirdiyinə, torpaq altında qalmış 380 kVat-lıq elektrik kabeli sexdə işləməyə təhlükə yaratdığına görə məhkəmə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması haqqında qətnamə çıxarmalı idi. Lakin məhkəmə qanunsuzluğa yol vermiş və iddianı təmin etməmişdi. Ona görə də qətnamə ləğv olunaraq iddianın təmin olunması haqqında yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(102)-759/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. Daha sonra məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli Rəyi daxil olmuşdur və iş üzrə icraat təzələnərək baxılması məhkəmə iclasına təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili apelyasiya şikayətinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh iddia tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişlər.Əlavə olaraq bildirmişdir ki, iddiaçı sexini onun həyat yoldaşına məxsus torpaq sahəsində tikmişdir və həyat yoldaşının torpaq sahəsi ilə bağlı sənədləri təqdim etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. İş materiallarına və tərəflərin izahatına əsasən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində xx xxxxxx 1990-cı il tarixli məktuba əsasən iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil dayanacağının yanında 3X4 metr ölçüdə yüngül konstruksiyadan ibarət köşk qoymağa icazə verilmişdir.Bundan sonra Müşfiqabad bələdiyyəsinin xx xxxxxxx 2008-ci il tarixli 12 saylı protokolu ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə birmərtəbəli qaynaq sexinin tikintisi üçün 30 kv. metr torpaq sahəsi ayrılmışdır.Hal-hazırda iddiaçı qaynaqçı kimi fərdi əməklə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır.İddiaçı iddia edir ki, cavabdeh 2014-cü ildə qonşu torpaq sahəsində onun sexiinə bitişik divar hörməklə özünün həyətyanı torpaq sahəsini bir metr qaldırıb sexə bitişdirmiş, hasarla qaynaq sexinin arasında ara məsafəsi qoymamışdır.Bunu nəticəsində cavabdehin həyətyanı torpaq sahəsindən yağış suları sexinin içərisinə axmaqla sexin divarlarında çat əmələ gətirmiş, sexdə nəmişlik yaranmış, yüksək gərginlikli elektrik enerjisi ilə fəaliyyət göstərdiyimdən sexdə işləməyimə təhlükə yaranmış, 380 kVat-lıq elektrik kabeli torpağın altında qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli Rəyindən görünür ki, iddiaçının istifadəsində olan qaynaq sexinin Müşfiqabad bələdiyyəsinin xx xxxxxxx 2008-ci il tarixli 12 saylı protokolu ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə birmərtəbəli qaynaq sexinin tikintisi üçün ayrılmış 30 kv. metr torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya baxışı zamanı cavabdehə ona məxsus torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin, o cümlədən cizgi və sxemin təqdim olunması təklif olunmuşdur.Kollegiyanın xx xxxxx 2021-ci il tarixli iclasında cavabdehin mübahisəli sahəyə dair təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Müşfiqabad bələdiyyəsinin 10 saylı xx xxxxxxx 2007-ci il tarixli Protokoldan çıxarışdan müəyyən olunur ki, 400,0 kv.metr torpaq sahəsi X3 adına sənədləşdirilmişdir və iddiaçının sexinin qonşuluğunda olan mübahisəli torpaq sahəsi həmin torpaq sahəsidir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh iddia tələbinə cavab verməyən şəxsdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, iddia cavabdeh olmayan şəxsə qarşı verildiyindən, yəni iddiaçıya məxsus sexinin fəaliyyətinə maneələr yaradan tikilinin Cavabdeh deyil, başqa şəxsə məxsus qonşu torpaq sahəsində tikilib-tikilməməsi məhkəmə araşdırması tələb etdiyindən, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1798/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1798/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-203/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-203/2021
02.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver