Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2036/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X1 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5186/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında ticarət əlaqələri mövcud olmuş, yəni tərəflər predmeti pərdə və yataq dəstlərinin göndərilməsindən, bunun müqabilində göndərilən mallara uyğun məbləğdə pul ödənilməsindən ibarət olan alqı-satqı (malın nisyə alqı-satqısı, malların göndərilməsi) müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Tərəflər vergi uçotuna alınmış vergi ödəycisi kimi dövlət qeydiyyatından keçməmişlər.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.000 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 188 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazisində tanıdığı bir biri ilə yaxın qohum olan şəxslərlə tanış olub 2014-cü ildən 2019-cu illərədək bir sıra malların tekstil-mebel üzlüklərinin, pərdələrin, pokrıvalların və s. satışı ilə əlaqədar razılığa gəlinmiş və o mütəmadi olaraq həmin şəxlərlə iş birliyi etmişdir. Əvvəllər həmin şəxslər (qohumlar) ona çatası pulları göndərsələr də, 2019-cu ilin ortalarından malların satılmadığını və anbarlarda və dükanlarda qaldığını bəhanə edib hər hansı əldə olunmuş vəsaiti ondan gizlədib ələ keçirmiş və ona göndərməmişlər. 2019-cu ildən etibarən zənglərinə cavab verməmiş, ondan əvvəl isə aralarında narazılıq başlayanda, pullarını tələb etdikdə ona hədə qorxular gəlmiş, malının və pulunun ona verilməyəcəyi ilə onu hədələmiş, şikayət etdiyi təqdirdə başına oyun açacaqlarını söyləmişlər. Bu hərəkətləri ilə Anar 164.457 dollar, Ramiz 64.450 dollar, Arzuman 28.800 dollar, 10.200 dollar, Rövşən 3.000 dollar dəyərində mallarını satıb mənimsəmiş və etibarından sui-istifadə edib ələ keçirməklə ona verməmiş, əmlakını və pullarını istədikdə onu müxtəlif hədələrlə qorxudaraq hər biri ayrılıqda sifariş göndərmiş, və ya telefonla ölümlə hədələmişlər. Ona DİN-dən göndərilən cavab məktubunda həmin şəxslərin ona olan borcları özləri tərəfindən öz xeyirlərinə miqdarı azaldılaraq etiraf olunmuş, digəri isə borcu qəsdən etiraf etməmişdir. Onların etirafı həqiqətə uyğun deyildir. Tərəflərindən Qaradağ rayon Polis İdarəsinə müraciət olunmuş, lakin Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin raşlanılmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində material üzrə araşdırma aparılaraq hər üç cavabdehin məsələ ilə bağlı izahatları alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, cavabdeh İddiaçı bir neçə ildir tanıyır, dəfələrlə ondan nisyə pərdə və yataq dəstləri alıb-satmışdır. Bir müddət işlədikdən sonra, işlərində problemlər yaranmağa başlamış və İddiaçı pulunu ödəyə bilməmişdir. Özünün apardığı hesablamaya görə onun İddiaçı 19.000 ABŞ dolları borcu qalmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5186/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia ərizəsi təmin edilərək Cavabdeh 19.000 (on doqquz min) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin) məbləğində pul vəsaiti və ödənilmiş 188 (yüz səksən səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia Cavabdeh etiraf edildiyindən və qanuni və əsaslı olduğundan təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 385.1, 442, 1091.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5186/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçı qarşısında olan öhdəliyi faktiki olaraq digər öhdəliklə bağlıdır. Belə ki, cavabdeh tərəfindən alınan mallar satılmaq məqsədi ilə başqa şəxsə verilmişdir, lakin məhkəmə tərəfindən həmin malların hal-hazırda harada olması və hansı səbədən iddiaçıya qaytarılmaması məsələsi araşdırılmamışdır. İddiaçı tərəfindən malın verilməsini təsdiq edən sübut təqdim edilmədiyini məhkəmə nəzərə almamışdır. Məhkəmə iddiaçı tərəfindən malın verilməsinə dair hər hansı sübutun təqdim edilməməsini nəzərə almamışdır, malların həqiqətəndə verilib-verilmədiyini, verilibsə hansı şəraitdə kimin iştirakı ilə, sənədləşdirilməməsinin səbəblərini araşdırmamışdır
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın təmin edilməsi barədə qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur.
20. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
21. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 22.601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 24.İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın alqı-satqısı müqaviləsinin şifahi formada bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 25.Cavabdeh verilmiş mallar müqabilində ödənişləri vaxtında həyata keçirməməklə, vicdanlılığın tələb etdiyi tərzdə davranmamış, öhdəliyi vaxtında icra etməmişdir. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 26.Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. 27.Cavabdehin apelyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh alınan malların satılmaq məqsədi ilə başqa şəxsə verildiyinə, lakin məhkəmə tərəfindən həmin malların hal-hazırda harada olması və hansı səbədən iddiaçıya qaytarılmaması məsələsinin araşdırılmadığına istinad etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və beləliklə də Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 28.Halbuki Qaradağ RPİ tərəfindən toplanmış materiallar üzrə aparılan araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əks olunmuş Cavabdeh izahatından görünür ki, o, 2000-ci ildən 2018ci ilədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə pərdə və yataq dəstlərinin alış-satışı ilə məşğul olmuşdur. Təxminən 2004-cü ildə o, Türkiyə Respublikası vətəndaşı İddiaçı ilə tanış olmuşdur. Belə ki, İsmet bazarda bir çox adama Türkiyə Respublikasından pərdə və yataq dəstləri göndərirmiş. O da İsmetlə danışıb ondan pərdə və yataq dəstləri almaq istədiyini demişdir. Bundan sonra o, təxminən 2014-cü ilədək İddiaçıden dəfələrlə pərdə və yataq dəstləri alıb satmışdır. Belə ki, o, pulu İsmetə göndərirmiş və İsmət də həmin pulun müqabilində ona sifariş verdiyi malı göndərirmiş. O İsmətdən həmçinin nisyə də mal alırmış. Sonuncu dəfə o, İsmetdən 2014-cü ildə pərdə və yataq dəstləri sifariş verib almışdır. 2015-ci ildə devalvasiya ilə əlaqədar olaraq onun işlərində problemlər yaranmağa başlamış və İsmetin pulunu ödəyə bilməmişdir. Bundan sonra onun İsmetlə münasibətləri korlanmağa başlamışdır. O, özü ilə apardığı hesablamaya görə onun İsmet Beliyə 2014-cü ilədək işlədiyi müddət ərzində 19.000 ABŞ dolları borcu qalmışdır. 29.Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alqı-satqı müqaviləsi üzrə verilmiş malın müqabilində pulun iddiaçıya ödənildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun ödənilməsini sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən verilmiş malın müqabilində ödənilməli olan pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir.
30. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 33 Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5186/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Məhəmməd Rüstəmli