Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2038/2021 07.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Gennadi oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3743/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 Gennadi oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Gennadi oğluna, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10.000 ABŞ dolları əsas borcun və gecikdirməyə görə həmin məbləğə hesablanan ildə 05 faiz miqdarında faiz borcunun və 30 manat dövlət rüsumunun hesablanaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının etibarnamə üzrə nümayəndəsi iddianı təmin etmə tədbiri görülməsi barəsində ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Gennadi oğluna məxsus “Mercedes Benz E 200 CDİ” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı avtomaşının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3743/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə məhkəmədə baxılıb yekun qərar qəbul edilənədək Cavabdeh1 Gennadi oğluna məxsus “Mercedes Benz E200 CDİ” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, qara rəngli avtomobilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır Həmin qərardaddan Cavabdeh1 Gennadi oğlu şikayət verərək qərardadın ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışır ki, avotombil artıq onun mülkiyyətində, başqa şəxsə satmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3743/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamsını və Xətai Rayon Məhkəməsinin 2(011)-3743/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Kollegiya şikayətin dəlili baxımından qeyd edir ki, iş materiallarında olan Baş Dövlət X3 kompyuter çıxarışı ilə “Mercedes Benz E200 CDİ” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 Gennadi oğlunun mülkiyyətində olması təsdiq olunur. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3743/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Məmməd Məmmədov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2038/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2038/2021
07.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver