Məhkəmə qərarları › İş №2(103)-2040/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2040/2023

10.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2040/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı nümayəndəsi (övladı) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, onların vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlərə kompensasiya kimi 3 il (36 ay) müddətində hər ay 250 manat kirayə haqqı ödənilməklə onlar Nizami rayonu, A.Manafov küçəsi, ev № 15/21-də yerləşən 65 №-li mənzildən (bundan sonra – mənzil) çıxarılsınlar. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehlərə 3 il müddətində hər ay 250 manat kirayə haqqı ödənilməklə onlar həmin mənzildən çıxarılsınlar. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3, onların vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı nümayəndəsi (övladı) Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər mənzildə yaşayırlar və yaşayış yeri üzrə qeydiyyatdadırlar. Mülki Məcəllənin 228.2-ci maddəsindən görünür ki, komensasiya istifadə hüququna xitam verilməsi üçün təklif olunur. İddiaçı isə kompensasiyanı mənzildən çıxarılma üçün təklif edib. İddiaçı istifadə hüququna xitam verilməsini tələb etməyib. İstifadə hüququna xitam verilmədən mənzildən çıxarılma mümkün deyil. İstifadə hüququna xitam verilməsi üçün tələb irəli sürülməlidir, məhkəmə öz təşəbbüsü ilə istifadə hüququna xitam verilməsini qət edə bilməz. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsindəki hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar