Məhkəmə qərarları › İş №2(103)-2043/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2043/2024

18.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2043/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X19rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X12, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X20 nümayəndələri Vəkil2 və X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X19rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2(004)-2445/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X27 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X2 Pulmonologiya elmi bölməsinin 1,0 ştat vahidi kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə “Yenidoğulmuş uşaqların patologiyası” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.

2. Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X20 xx.xx.2023-cü il tarixli, 118-K nömrəli əmrinə əssən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu qeyd olunmuşdur.

3. Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X20 “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” xx.xx.2023-cü il tarixli əmrinə əsasən həmin şöbənin əməkdaşlarının müraciətlərinin araşdırılması məqsədi ilə Direktorun elmi işlər üzrə müavini Nailə Rəhimovadan, Komissiyanın üzvləri elmi katib Sevinc Nəsirovadan və Böyük elmi işçi Adilə Hacıyevdan ibarət tərkibdə komissiya yaradılmış və komissiyaya xx.xx.2023-cü il tarixdən 3 iş günü müddətində şöbənin əməkdaşlarının müraciətinin araşdırılaraq, mövcud vəziyyətin qiymətləndirilməsi və nəticəsi barədə müvafiq arayışın təqdim edilməsi tapşırılmışdır.

4. Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” Komissiya tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair tərtib edilmiş arayışa əsasən aşağıdakı nöqsanlar aşkar edilmişdir: 4.1. İddiaçı xx.xx.2007-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır. 5 il müddətində məktəb həkimi, daha sonra 2 saylı Bakı Baza Tibb Kollecində müəllim, xx.xx.2019-cu ildən isə K.Y.Fərəcova adına X3 pulmonologiya elmi bölməsinin kiçik elmi işçisi kimi fəaliyyət göstərmişdir. xx.xx.2020-ci ildən “Yenidoğulmuş uşaqların patologiyası” şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Göründüyü kimi, şöbə müdiri təyin olunana qədər əmək fəaliyyəti müddətində neonatoloq kimi (yəni, yenidoğulmuşlarla iş təcrübəsi olmadan) heç bir fəaliyyəti və iş təcrübəsi olmamışdır; 4.2. İddiaçı şöbə müdiri kimi işlədiyi müddətdə həkim deontologiyasına uyğun olmayan hərəkətləri ilə kollektivin iş şəraitini pisləşdirmiş, xəstələrə keyfiyyətli tibbi yardım göstərilməsi üzrə şöbənin işini təmin edə bilməmişdir ki, bu da araşdırılma zamanı komissiya tərəfindən aşkar edilmiş aşağıdakı nöqsanlarla sübut edilir: 4.2.1. Şöbə müdiri işlədiyi müddətdə şöbənin fəaliyyəti barədə heç bir klinik hesabat (illik) təqdim etməmiş, hesabatın müzakirəsi aparılmamışdır; 4.2.2. İTS və İnnovasiya şöbəsinin məlumatlarına əsasən şöbə müdiri kimi fəaliyyət göstərdiyi 2021-2022-ci illər ərzində YDPŞ-də 12 həkimin və 8 elmi işçinin xəstələrin müalicəsi ilə məşğul olmasına baxmayaraq, şöbəyə qəbul edilən xəstələrin 30-50-%-nin müalicə həkimi şəxsən özü olmuş (məsələn, 2021-ci ilin aprel ayında daxil olan 50 xəstədən 34 xəstə, may ayında 59 xəstədən 39 xəstə və s.) və bununla da həkimlərin xəstələrlə iş bölgüsündə qeyri-mütənasiblik və ayrı-seçkilik yaratmışdır ki, bu da şöbə əməkdaşlarının mütləq əksəriyyətinin haqlı olaraq ciddi narazılığına səbəb olmuşdur; 4.2.3. Müalicə həkimi olduğu xəstələrin tibbi kartalarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xəstələrin klinik diaqnozları əsaslandırılmamış (x/t 9889, 8535, 5807, 10187), qeyri-rasional antibiotikoterapiya (x/t 8667, 5807, 6229) və müalicə aparılmış, göstəriş olmadığı halda xəstələrə əsassız fototerapiya olunmuşdur (x/t 88398535, 8613, 9326). Apardığı xəstəlik tarixlərini araşdırılarkən peşəkarlığının aşağı səviyyədə olması faktı öz təsdiqini tapmışdır. (Buna dair konkret faktlar bu arayışa əlavə edilir.); 4.2.4. İddiaçının şöbə müdiri kimi fəaliyyət göstərdiyi müddətdə şöbədə təşkil olunan klinik baxışlar ixtisaslaşmış, elmi dərəcəsi olan professor və dosentləri kənarlaşdıraraq, elmi dərəcəsi olmayan və müsabiqə ilə bir ildən az müddətlə işləyən, şifahi sorğu əsasında, müxtəlif elmi dərəcəsi və təcrübəsi olmayan “Pulmonogiya elmi bölməsi”nin kiçik elmi işçisi və ARİTŞ-nin həkimi tərəfindən aparılmış və bu baxışlar tibbi kartda öz əksini tapmamışdır. Hətta, bu həkimlər digər şöbələrdə fəaliyyət göstərmələrinə baxmayaraq, YDPŞ-də stasionar xəstələrin müalicəsi ilə məşğul olmuşlar və xəstəlik tarixlərində apardıqları konsultasiyaları yazılı şəkildə qeydə almayıb, imza ilə təsdiq etməmişlər. (Qanuni olaraq hər bir rəsmi konsultant xəstə barədə olan tövsiyələrini xəstəlik tarixində yazılı şəkildə qeyd etdikdən sonra imza ilə təsdiq etməlidir. Bu konsultasiyalar heç bir xəstəlik tarixlərində qeyd olunmamış, şifahi xarakter daşımışdır); 4.2.5. Tibbi kartaların araşdırılması zamanı məlum olmuşdur ki, xəstələr profil üzrə yerləşdirilməmiş, vəziyyətləri düzgün qiymətləndirilməmiş, bu da xəstələrin ağırlaşaraq ARİTŞ-nə köçürülməsinə və hətta ölümünə (xəstə Şükürov, x/t Nə 741) səbəb olmuşdur. Şöbənin üç sanitar qovşağı olan palatalarını öz xəstələri və şəxsi mənafeyi üçün istifadə edərək, qeyri-qanuni ödəniş alıb (Bu fakt bəzi həkimlər tərəfindən öz təsdiqini tapa bilər); 4.2.6. Xəstələrin müalicəsində həkimləri qeyri-rasional antibakterial terapiya aparmağa məcbur etmişdir. Razılaşmayanları rəhbərlik ilə hədələmişdir (konkret faktlar var); 4.2.7. Yeni rəhbərliyin fəaliyyəti dövründə institutun rəhbər işçilərinin iştirakı ilə keçirilən səhər konfranslarında iştirak etməmişdir; 4.2.8. İYDPŞ kollektivi ilə söhbət aparılarkən məlum olmuşdur ki, şöbə müdiri İddiaçı öz vəzifə səlahiyyətlərinə aid olan xəstələrin koordinasiyasını təsərrüfat bacısı Nəsibə Abliyevaya həvalə etmişdir. Təsərrüfat bacısı da bundan sui-istifadə edərək və maddi maraq güdərək xəstələrə müxtəlif şərait yaratmış, hətta həkimlərə belə müxtəlif göstərişlər vermişdir. Nəsibə Abliyeva həkimlərin xəbəri olmadan belə xəstələrlə əlaqə yaradaraq onlar tərəfindən tibb bacılarına, xadimələrə və şöbə müdirinə (müxtəlif məbləğlərdə) “rüşvət” verilməsini təşkil etmişdir, bu faktla bağlı xəstələr dəfələrlə öz həkimlərinə şikayətlər etmişdir. Şöbə müdirinə həkimlər tərəfindən bu işçi haqqında dəfələrlə şikayət olunmasına baxmayaraq İddiaçı bu iradlara məhəl qoymamış və cavab olaraq bildirmişdir ki, bu şəxs olmasa şöbəni idarə edə bilməz. (xəstə Rəhimli Timucin (xx.xx.2023-ci il tarixli, 309 saylı xəstəlik tarixi Yanvar 2023-cü il tarixində YDUP şöbəsində yatıb. Xəstə “Pediatriya” şöbəsində təkrar müalicə alır və indiyədək Nəsibə Abliyevaya pul verməsi barədə rəhbərliyə şifahi şikayət etmişdir. x/t 2650); 4.2.9. İTS üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində aparılmış monitorinq əsasında da bu faktlara görə İddiaçı töhmət, Abliyeva Nəsibəyə xəbərdarlıq verilmişdir. İddiaçı tərəfindən bu intizam tənbehindən heç bir nəticə çıxarılmayıb və şöbənin işində heç bir dönüş yaradılmayıb. Hətta təsərrüfat bacısı N.Abliyevanın digər şöbəyə 1 aylıq rotasiya olunmasına baxmayaraq, şöbə müdirinin xahişi və tələbi ilə həmin müddət ərzində YDPŞ-ya qayıdaraq yenə öz əməllərini davam etdirmişdir; 4.2.10. İddiaçı vəzifəsindən istifadə edərək, Yenidoğulmuşların patologiyası şöbəsində epidemioloji rejimi pozaraq ambulator xəstələrin şöbədə qəbulu ilə məşğul olmuşdur (ambulator kart № 1081734, tarix xx.xx.2023); 4.2.11. ETPİ-nin baş tibb bacısı tərəfindən şöbədə gəzinti zamanı (xx.xx.2023-cü il tarixində saat 12.00-12.20-dək olan müddətdə) müəyyən edilmişdir ki, şöbə müdiri və təsərrüfat bacısı heç kimə xəbərdarlıq etmədən (şöbənin böyük tibb bacısı A.Yusifova və həkimlər G.Hüseynova, D.Atakişiyeva, N.Cəfərova, X.Abbasimin şahidliyi ilə buna dair akt tərtib edilmişdir) iş vaxtında şöbəni tərk edərək iş rejimini pozmuşlar; 4.2.12. Komissiya tərəfindən xx.xx.2023-cü il tarixində şöbəyə baxış keçirilərkən İddiaçı şöbə müdiri otağında (bu otaq şöbəyə daxil olan və köçürülən xəstələrin qəbulu üçün nəzərdə tutulur) 2 saylı Bakı Baza Tibb kollecinin 1-ci kurs 594-cü qrup tələbələrinə dərs keçdiyi aşkarlanmışdır; 4.2.13. İddiaçı Azərbaycan Tibb Universitetinin bazası olan K.Fərəcova adına Elmi - X7, o cümlədən Yenidoğulmuşların patologiyası şöbəsində 4-cü, 5-ci və 6-cı kurslara yenidoğulmuşlara aid olan təcrübi tsiklinin tədris prosesini pozaraq tələbələrinin “-1” mərtəbəsindən şöbəyə 2 nəfərdən artıq daxil olmasına (müəllimlər ilə birgə) qadağa qoyaraq universitetin və kafedra rəhbərliyinin danışıqlarına məhəl qoymadan (bu barədə bazada fəaliyyət göstərən bütün kafedra əməkdaşları bu faktı təsdiq edə bilər, iki il ərzində baza da olan kafedra əməkdaşları bu rejimə uyğun tədris aparmışlar) tədris prosesini ciddi şəkildə pozmuş və ATU-da “Pediatriya" üzrə təhsil alan rezidentlərin bu bazada fəaliyyətinə (ETPİ-nin keçmiş direktori ilə birgə) son qoymuş, onları ETPİ-dən tam uzaqlaşdırılmışdır. Bu qayda həmçinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda və İ. M. Seçenov Universitetinin Bakı filialında təhsil alan tələbələrinə də tətbiq edilmişdir. 2 nömrəli Bakı Baza Tibb Kollecinin məktubunda, ETPİnin əmrində (məktub 05/9377 saylı, xx.xx.2023-cü il tarixli; İnstitutun 15 L saylı, xx.xx.2023-cü il tarixli əmri) həmin qrupun göstərilməməsinə baxmayaraq, İddiaçı özü ilə təcrübi məşğələyə ehtiyac olmayan 1-ci kurs tələbələrini say məhdudiyyəti olmadan sərbəst şəkildə şöbəyə qaldıraraq istədiyi şəraiti təmin etmişdir. Bu faktı kafedra əməkdaşları təsdiq etmişlər.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X4 X23 (bundan sonra - cavabdeh) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X4 X26 xx.xx.2023-cü il tarixli, 118-K saylı əmrinin ləğv edilməsi, onun həmin X26 “Yeni doğulmuşların patologiyası şöbəsində şöbə müdiri vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2023-ü il tarixdən işə bərpa olunan günədək məcburi işburaxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 700 manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun, cəmi 750 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, ona xx.xx.2023-cü il tarixdə İnstitutun direktoru Lətiv Zeyniyev tərəfindən qısa məzmunda işdən azad olunmasına dair əmr elan olunmuş, lakin işdən azad olunmasına dair əmr ona təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə İnstitutun rəhbərliyinə əmrin təqdim edilməsi barədə sorğu verilmiş, İnstitut xx.xx.2023-cü il tarixli, 154 nömrəli cavab məktubunda onun şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etdiyini, onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olduğunu bildirmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə İnstitutda baş həkimin və direktorun təşəbbüsü ilə Həmkarlar İttifaqının iştirakı ilə iclas təşkil olunmuş, 69 nəfərdən ibarət olan geniş iclasda onun və hüquqlarını təmsil edən vəkil X6 (onun hüquqlarını təmsil etməsini təsdiq edən sənədin – orderin və etibarnamənin olmasına baxmayaraq) iştiraklarına icazə verilməmiş və kobud şəkildə iclası tərk etmələri bildirilmişdir. Həmin iclasda aidiyyatı olmayan şəxslərdən başqa İnstitutun baş həkimi və direktoru da iştirak etmişlər. Halbuki, qeyd olunan iclasda yalnız onun və nümayəndəsinin, digər tərəfdən şöbə müdirləri və işçilər arasında olan anlaşılmazlıqlar müzakirə olunmalı idi. xx.xx.2023-cü il tarixdə yeni bir məzmunda sorğu verilərək onun işdən azad olunmasına dair əmrin qısa məzmunda şifahi qaydada elan olunmasına baxmayaraq, sorğuya cavabda onun İnstitutda şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etməsi, onunla bağlanmış əmək müqaviləsi qüvvədə olması bildirilməsinə aydınlıq gətirilməsi xahiş edilmişdir. İnstituta çağırılaraq ona xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi bildirilmiş və əmr şəxsən təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə tanış olarkən müəyyən edilmişdir ki, vəzifədən azad olunması və əmək müqaviləsinin xitam verilməsinə səbəb və əsas olaraq Komissiyanın xx.xx.2023cü il tarixli arayışı və İnstitutun HİK-nin xx.xx.2023-cü il tarixli iclas protokolu qeyd edilmişdir. Bununla bağlı İnstitutun rəhbərliyinə sorğu verilərək həmin sənədlərin təqdim olunması xahiş edilmişdir. Lakin sözügedən sənədləri əldə etmək mümkün olmamışdır. İşdən azad olunmasına dair əmrdə əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə xitam verilməsi göstərilsə də, konkret olaraq hansı öhdəliklərini icra etməməsi açıqlanmamış və ona şifahi olaraq bildirilməmişdir. İşlədiyi dövr ərzində çalışdığı kollektivlə, həmçinin əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı onun heç bir problemi olmamışdır. Lakin son zamanlar, rəhbərliyin göstərdiyi təzyiq nəticəsində iş kollektivində ona qarşı aqressiv və qərəzli münasibətlər sərgilənmiş, bunun nəticəsində də əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə onu qanunsuz olaraq Ağayeva Xalidə əvəz edirdi. Bu halı həmin dövr ərzində Ağayeva Xalidənin imzaladığı epikrizlərdən də müşahidə etmək olar. Bundan başqa, onun İnstitutda işlədiyi dövrdə çalışdığı İnstitutun direktoru Lətif Zeyniyev onunla əlaqə saxlamaqla öz ərizəsi əsasında onun işdən çıxmasını təklif etmiş, lakin o, buna razı olmamışdır.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim X13)

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının yol verdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Yəni bu nöqsan əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzifələrinin pozulmasıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmiş, yalnız işçinin vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir.

9. Məhkəmə izah etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə baxmayaraq, əmrdə əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə xitam verdildiyi göstərilsə də, əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyi və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olması) göstərilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olmasını) qeyd etməmiş, işçilərin müraciətinə əsasın yaradılan komissiyanın arayışı ilə iddiaçının şöbə müdiri kimi əmək müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyini, vəzifə öhdəliklərini pozduğunu sübut etdiyini bildirmişdir. Komissiyanın arayışında isə komissiya tərəfindən araşdırma nəticəsində iddiaçının fəaliyyətində aşkar edilmiş nöqsanlar sadalansa da, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə arayışda onun tərtib edildiyi tarix göstərilməmişdir.

10. Məhkəmə bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçının izahatı alınmamış, həmçinin iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sənəd də təqdim edilməmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli akt isə qeyri-iş günündə baş həkim Aynur Poluxova, İnsan resursları şöbəsinin şöbə müdiri Vəfa Məmmədova və HİK sədri Nərgiz Babayeva tərəfindən tərtib edilmiş və həmin şəxslər işəgötürən statusuna malik şəxslər olmamaqla işçidən yazılı izahatın verilməsini tələb edə bilməzlər.

11. Həmçinin, məhkəmə tərəfindən iddiaçı tərəfdən təqdim edilmiş diskdə əks edilmiş səs yazısı və telefon danışığı dinlənilmiş və müəyyən edilmişdir, iddiaçının işdən azad edilməsinə dair yazılı əmr cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, hələ xx.xx.2023-cü il tarixdə “5 dəqiqəlik” iclasda “Yenidoğulmuşların patologiyası” şöbəsinin müdiri olan iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi, hətta onu əvəz edən digər şəxsin təyin edilməsi barədə əmr elan edilmişdir. Yalnız bundan sonra İnstitutun “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması məqsədilə komissiya yaradılmış, müraciətin araşdırılaraq, mövcud vəziyyətin qiymətləndirilməsi və nəticəsi barədə müvafiq arayışın təqdim edilməsi tapşırılmış, daha sonra iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi üçün həmkarlar ittifaqı təşkilatına təqdimat verilmişdir. Həmçinin, telefon danışığına əsasən müəyyən edilmişdir ki, İnstitutunun direktoru iddiaçı ilə bu barədə danışdıqlarını bildirərək, nəyə görə işdən azad edilmə barədə ərizə yazmadığını soruşmuşdur. Bütün qeyd edilənlər işəgötürən tərəfindən iddiaçıya qərəzli münasibəti və onun barəsində işdən azad edilmə barədə əmrin qanunvericiliyin tələbini pozmaqla qəbul edildiyini göstərir.

12. Cavabdehin nümayəndəsi ümumiyyətlə disklərdə olan audioyazıları sübut kimi qəbul etmədiklərini bildirsə də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarında ifadə edilmiş hüquqi mövqedən çıxış edərək, disklərdə əks edilmiş səs yazılarından birinin digər şəxslərin iştirakı ilə keçirilən iclasda əmrin elan edilməsini, digərinin isə işçi ilə işəgötürən arasında telefon danışığını əks etdirməklə əmək mübahisəsinin birbaşa əlaqədar tərəfləri (işçi ilə işəgötürənin rəhbəri) arasında olan danışıqları əks etdirdiyindən sübut kimi qəbul etmişdir.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının müxtəlif vaxtlarda iclaslara gecikməsi və ya gəlməməsi barədə akt təqdim etmişdir. İddiaçının israrla işə və iclaslara vaxtında gəldiyini qeyd etməsinə, bu halı təsdiq edən şahidlərin məhkəmə iclasında iştirakını təmin etməsinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən aktda qeyd edilən halları təsdiq edən sübutlar, eləcə də iddiaçının inzibati binaya girişçıxış məlumatları təqdim edilməmişdir. Həmçinin, iddiaçının gecikdiyi iddia edildiyi hər gün üçün ayrıca akt tərtib edilməmiş, bu barədə ondan izahat alınmamış və ona xəbərdarlıq edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, akt yalnız işçinin azad edildiyi gün tərtib edilmişdir. Bu da aktın doğruluğunu şübhə altına alır.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci, 69-cu, 70-ci, 71-ci, 73-cü, 74-cü, 76-cı, 79-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində keçirilmiş Həmkarlar İttifaqının ümumi yığıncağına İddiaçı dəvət olunsa da, iddiaçı, etibarnaməsində HİK iclasında iştirak etmək səlahiyyətinin göstərilmədiyi vəkilinin (nümayəndəsinin) həmin iclasda iştirakının mümkün olmadığı səbəbindən, həmin iclasda və barəsində aparılacaq müzakirələrdə iştirak etməkdən, izahat verməkdən və rəy bildirməkdən imtina etmişdir. Hətta onun iclasda iştirak etməsi, komissiyanın arayışına və çıxışlara münasibət bildirməsi barədə bir neçə iclas iştirakçısının təklifinə və təkidinə baxmayaraq iclasda iştirakdan imtina etmiş və zalı tərk etmişdir ki, bu da protokolda qeyd olunmuşdur. HİK-in xx.xx.2023-cü il tarixli 5 saylı protokolu ilə rəsmiləşdirilmiş iclasda komissiyanın iddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin pozuntusunu sübut edən arayışının tam mətni səsləndirilmiş və müzakirə olunmuşdur. Həmin müzakirələrdə 10 nəfərdən çox əmək kollektivinin üzvü çıxış etmiş və İddiaçı şöbə müdiri kimi əmək fəaliyətində kobud pozuntulara yol verdiyini bildirmişlər. 1 nəfər əleyhinə və 1 nəfər bitərəf qalmaqla, iclas iştirakçılarının səs çoxluğu ilə qərar qəbul edilərək, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra, İddiaçı iclasda iştirakdan imtina etdiyinə və orada müzakirəyə çıxarılan komissiyanın arayışı ilə tanış olmadığına görə xx.xx.2023-cü il tarixində komissiyanın arayışı ilə tanış edilmiş, yol verdiyi pozuntularla bağlı ona yazılı izahat verməsi təklif olunmuş, lakin İddiaçı səbəbini bildirmədən izahat yazmaqdan imtina etmişdir ki, bu barədə də xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Nəinki həmin arayış tam olaraq, hətta onun istənilən bəndi iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə tam əsas verir. Komissiyanın arayışında tarixin göstərilməməsi onun mötəbərliliyini şübhə altına almır. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, komissiyaya xx.xx.2023-cü il tarixinədək arayışın hazırlanaraq təqdim edilməsi tapşırılmış və komissiyanın da həmin arayışı HİK-in xx.xx.2023-cü il tarixli iclasının müzakirəsinə təqdim edilmişdir. Bu faktların özü arayışın xx.xx.2023-cü il tarixədək tərtib edildiyini təsdiq edir. Komissiyanın arayışında və HİK-in iclas protokolunda təsdiq olunanlar iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini pozduğunu sübut edir. Başqa sözlə desək, Komissiyanın arayışı və HİK-in iclas protokolu iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün sübut və əsas olduğundan, əlavə sübutlar və əsas istəyən məhkəmənin mövqeyi subyektiv, qanunsuz və əsassızdır. Komissiyanın arayışında qeyd olunan nöqsanlar iddiaçının əmək müqaviləsində təsbit edilmiş yerinə yetirmədiyi öhdəliklərini tam əhatə edir. Daha sonra, cavabdehin nümayəndəsi tərəfindən məhkəmədə iddiaçının müqavilə öhdəliklərini nəzərdə tutan müvafiq bəndi səsləndirilmiş, eləcə də qeyd edilmişdir ki, “komissiyanın arayışında nəzərdə tutulanlar iddiaçının əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirməməsini təsdiq edir və həmin arayışın istənilən bəndi iddiaçının əmək müqaviləsinin ləğvinə əsasdır. Məsələn arayışın 2-ci bəndində nəzərdə tutulduğu kimi, İddiaçı şöbə müdiri kimi işlədiyi müddətdə həkim etikasına və deontologiyasına uyğun olmayan hərəkətləri ilə kollektivin iş şəraitini pisləşdirmişdir. Təkcə bu faktın özü iddiaçının işdən azad olunması üçün kifayət edir”. Cavabdehin nümayəndəsinin sözləri məhkəmə iclasının audio-video yazılaşları ilə təsdiq olunur. Məhkəmənin mübahisə edilən əmrin məzmununa verdiyi hüquqi qiymətin qeyriobyektiv, ədalətsiz və hərtərəfli araşdırılma aparılmadan çıxarıldığını həm də o hal sübut edir ki, qətnamənin yuxarıda istinad edilən hissəsində məhkəmə iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini qeyd etmişdir. Halbuki iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü ildən xitam verilmişdir və xx.xx.2023-cü il isə əmrin imzalanma tarixidir. Məhkəmə iddiaçının müxtəlif vaxtlarda iclaslara gecikməsi və ya gəlməməsi barədə təqdim etdiyi xx.xx.2023-cü il tarixli aktı 118 K nömrəli, xx.xx.2023-cü il tarixli əmrin verilməsi üçün əsas hesab etməklə kobud səhvə yol vermişdir. Belə ki, əmrin verilməsi üçün əsas komissiyanın arayışı və HİK-in rəyi olmuşdur ki, bunlar da əsas kimi əmrin özündə göstərilmişdir. xx.xx.2023-cü il tarixli aktın iddiaçının işdən azad edilməsi barədə əmrə hər hansı bir aidiyyətinin olmamasına, baxılan mübahisənin həlli baxımından heç bir əhəmiyyət kəsb etməməsinə baxmayaraq, məhkəmə buna əsassız olaraq iddiaçının xeyrinə subyektiv hüquqi qiymət vermişdir. Sözügedən aktın tarixində texniki səhvə yol verilmiş, xx.xx.2023-cü il əvəzinə xx.xx.2023-cü il yazılmışdır. Bundan əlavə, HİK-in xx.xx.2023-cü il tarixində keçirilmiş iclasına iddiaçı xüsusi olaraq dəvət olunmuş və ona məlumat verilmişdir ki, həmin iclasda onun əmək müqaviləsi üzrə öhdəliklərinin pozulması ilə bağlı müzakirə ediləcək məsələ barədə öz fikrini bildirə bilər. İddiaçı isə həmin iclasa iştirakdan imtina etmiş, bununla da izahat verməkdən imtina etmişdir. Bu fakt HİK-in iclas protokolu ilə təsdiq olunur. Lakin buna baxmayaraq, iddiaçıdan xx.xx.2023-cü ildə yenidən izahat istənilməsinə baxmayaraq, izahat verməkdən imtina etdiyinə görə müvafiq akt tərtib edilmişdir. İddiaçının yazılı izahat verməkdən imtinasını təsdiq edən aktda İnstitutun direktorunun müalicə işləri üzrə müavini – baş həkim Aynur Poluxova da imza etmişdir. İddiaçının işdən azad olunması barədə intizam tənbehi isə İnstitutun direktoru Lətif Zeyniyev tərəfindən imzalanmış əmrlə verilmişdir. Göründüyü kimi, məhkəmənin bu qənaəti də əsassız və qanunsuzdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş disklərdə səslərin kimə məxsus olduğunu, hansı tarixlərdə yazıldığını, montaj edilib-edilmədiyini aydınlaşdırmamışdır. İddiaçı tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim edilmiş 1-ci diskdə olan səs yazısı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, adətən digər tibb müəssisələrində olduğu kimi, İnstitutda hər iş gününün əvvəlində müalicə müəssisəsinin rəhbər işçilərinin iştirakı ilə “5 dəqiqəlik” adlanan iclaslar keçirilir və həmin iclasların gündəliyi barədə əvvəlcədən heç kimə məlumat verilmir. Odur ki, iddiaçının direktorunun “5 dəqiqəlik” iclasda hansı mövzuda danışacağı, iddiaçı ilə bağlı hər hansı bir məsələyə toxunacağı iddiaçıya əvvəlcədən məlum deyildi. Bundan əlavə, iddiaçının işdən azad olunacağının qabaqcadan bildiyi, bu məlumatın onun üçün sirr təşkil etmədiyi barədə iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş telefon danışığı barədə 2-ci diskin məhkəməyə nə zaman və hansı qaydada təqdim olunmasını məhkəmə lazımınca və obyektiv olaraq araşdırmamış, buna qətnamədə hüquqi qiymət verməmişdir. Məhkəmənin hazırlıq iclasına gələn iddiaçının və onun nümayəndəsinin sözügedən vəsatəti özləri ilə gətirib məhkəmə dəftərxanasına və ya iclasda məhkəməyə təqdim etmək imkanlarının olmasına baxmayaraq bunu etməmişlər ki, bu da vəsatətin məhkəmənin sonuncu hazırlıq iclası bitdikdən sonra poçta təqdim edilməsinə əsaslı şübhələr yaradır. Həmin poçt qəbzində vəsatətin qəbul edildiyi tarixin əllə yazıldığı, hər hansı bir konkret tarixi göstərən ştamp və ya möhürlə təsdiq olunmadığı nəzərə alınarsa, həmin qəbzin arxa tarixlə verilməsinə kifayət qədər əsaslı şübhələr yaradır. Məhkəmənin hazırlıq iclası bitdiyi və iş baxışa təyin edildiyindən, iddiaçı tərəfindən bu yola əl atılmışdır. Məhkəmə tərəfindən isə bu açıq-aşkar şübhə doğuran fakt araşdırılmamışdır ki, bu da məhkəmənin bu işlə bağlı subyektiv mövqe tutmasını bir daha təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mühafizəçilərin ifadələri sübut kimi qəbul edilə bilməzdi. Belə ki, həmin şahidlər iddiaçını işdən azad olunduğu iddia edilən xx.xx.2023-cü il tarixli “5 dəqiqəlik iclasda” iştirak etməmiş, iddiaçının həmin iclasda azad olunması barədə elan olunan əmrinin mətninin sözlərini bilavasitə özləri eşitməmiş, həmin əmrin nə əslini, nə də surətini görməmiş, həmin əmrin icrası ilə bağlı onlara işəgötürən tərəfindən rəsmi tapşırıq verilməmiş, eləcə də onlar iddiaçının xx.xx.2023-cü il tarixi də daxil olmaqla işə gəlib-getməsinə nə mane olmuşlar, nə də onlara konkret olaraq iddiaçının binaya buraxılmaması ilə bağlı göstəriş verilməmişdir. Digər tərəfdən, iddiaçı işə gəlmədiyinə görə deyil, cavabdehin xx.xx.2023-cü il tarixli, 78 K saylı əmri ilə yaradılmış komissiya tərəfindən aşkar edilmiş və tərtib edilmiş arayışı ilə təsdiq edilən əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad olunmuşdur. Odur ki, həmin şahidlərin iddiaçının xx.xx.2023-cü il tarixi son gün olmaqla işdə olması barədə verdikləri ifadələrin baxılan mübahisə baxımından heç bir əhəmiyyəti yoxdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr yalnız yazılı formada olmalıdır. Bildiririk ki, xx.xx.2023-cü il tarixədək İddiaçı işdən azad olunması barədə hər hansı bir əmr imzalanmamış, möhürlə təsdiq edilməmiş, iddiaçıya təqdim edilməmiş və eləcə də iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Odur ki, sözügedən məhkəmə mübahisəsi üzrə məhkəmə araşdırılması mövcud olmayan şifahi əmr üzrə deyil, cavabdehin 118 K nömrəli, xx.xx.2023-cü il tarixli əmri barəsində aparılmalıdır. Eləcə də nəzərə alınmalıdır ki, məhkəmə 118 K nömrəli, xx.xx.2023-cü il tarixli əmri ləğv etmiş, bununla da “xx.xx.2023-cü il tarixli şifahi əmrin” mövcud olmadığını təsdiq etmişdir. Məhkəmə sözügedən əmri əsaslandıran və iş materiallarında olan və mötəbər sübut kimi təqdim edilən sənədləri əsassız və qanunsuz olaraq sübut kimi qəbul etməmişdir. Məhkəmə şahid ifadələri, eləcə də cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarının qanuna zidd qaydada əldə edildiyini, eləcə də 2-ci səs yazısının hazırlıq iclasında təqdim edilməməsi üzrə lazımi və qanunauyğun araşdırma aparmamış, səhv hüquqi nəticəyə gəlmişdir. Tərəfimizdən X16 Xidməti Bakı şəhər idarəsinə ünvanlanmış iddiaçının xidmətə müraciəti əsasında aparılmış təhqiqatın nəticələri barəsində bizə məlumat verilməsi haqqında məktubumuza Xidmət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-5/220721/2023 saylı məktubunda tərəfimizdən hər hansı bir pozuntuya yol verilməsi qeyd edilmir. Həmin müraciət sözügedən iş üzrə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra əldə edildiyindən, mülki icraatın indiki mərhələsində məhkəməyə təqdim edilir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov).

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmr düzgün əsaslandırılmayıb, yəni yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olması, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunması və bunu təsdiq edən faktlar əmrin məzmununda göstərilməyib. Nəticədə isə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Həmin maddəyə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə müqavilənin ləğvinin əsaslandırılması nəzərdə tutulur. Əsaslandırma ona görə tələb olunur ki, işçiyə özünü müdafiə imkanı verilsin. İşçi hansı hərəkət və ya hərəkətsizliyinə görə işdən azad olunduğunu bilməlidir ki, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı olsun.

19. Əsaslandırmanın olmaması o deməkdir ki, işəgötürən öz öhdəliyini icra etməyib. Belə ki, əmək müqaviləsinin ləğvi barədə əmri əsaslandırmaq qanunda işəgötürənin öhdəliyi kimi müəyyən olunub. İşəgötürən (direktor) işçini (iddiaçını) öhdəliklərini yerinə yetirməməkdə ittiham edir və hüququnu həyata keçirərək onu işdən azad edir, lakin bu zaman özü qanunla üzərinə qoyulmuş öhdəliyi icra etmir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır.

20. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasın olduğu əmrin məzmunundan müəyyən edilmir.

21. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi öz-özlüyündə əmək müqaviləsinin ləğvi üçün əsas deyil, bu, həm də qanunda göstərilən nəticələr doğurmalıdır. Lakin belə nəticələrin baş verdiyi əmrin məzmunundan müəyyən edilmir.

22. Həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. “Zəruriliyin əsaslandırılması” deyiləndə işçinin yol verdiyi pozuntunun əsaslandırılması nəzərdə tutulmur. Pozuntu əsaslandırılmalıdır, bununla yanaşı, həm də əsaslandırılmalıdır ki, digər növ intizam tənbehinin tətbiq edilməsi ilə işçini intizamlandırmaq, iş yerində işin normal ahəngini təmin etmək, işəgötürənin, əmək kollektivinin və ya onun ayrı-ayrı üzvlərinin hüquqlarını və mənafelərini qorumaq mümkün deyil. Çünki işçiyə ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğvidir. Bunun nəticəsində o, işini və qazanc mənbəyini itirir. Bundan başqa, 70-ci maddənin “ç” bəndində göstərilən əsasla işdən azad edilən şəxs öz ixtisası üzrə başqa iş tapmaqda çətinlik çəkir, çünki həmin əsas digər işəgötürənlərdə bu şəxsin peşə keyfiyyətləri barədə mənfi rəy formalaşdırır.

23. Əmr verilərkən “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” Komissiyanın xx.xx.2023-cü il tarixli arayışına istinad olunub. İddiaçı bu arayışın tərtib edilməsini cavabdeh təşkilatın yeni rəhbərliyinin ona qarşı qərəzli münasibəti ilə izah edir. Müəyyən olunur ki, arayış cavabdeh təşkilata yeni direktor təyin edildikdən qısa müddət sonra tərtib olunub. Belə ki, xx.xx.2023-cü il tarixdə yeni direktor təyin edilib. Bundan 3 gün sonra – xx.xx.2023-cü ildə “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşları (19 nəfər) tərəfindən yeni direktora iddiaçının (şöbə müdirinin) barəsində kollektiv müraciət ünvanlanıb. Bundan 2 gün sonra - xx.xx.2023-cü ildə yeni direktor “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” əmr verərək komissiya yaradıb və öz müavinini komissiyaya sədr təyin edib.

24. Komissiyanın arayışı ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, birincisi, iddiaçının əvvəlki əmək fəaliyyətini və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək həmin komissiyanın səlahiyyətinə aid deyil. Göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsində başqa əsas var. İkinci, arayışda göstərilən pozuntuların bir hissəsi tarixinə və məzmununa görə qeyri-müəyyəndir, habelə iddiaçının bu pozuntulara yol verdiyi əsaslandırılmayıb. Üçüncü, arayışda qeyd edilən pozuntuların digər hissəsi isə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas deyil. Əgər iddiaçı həqiqətən belə pozuntulara yol vermişdirsə, pozuntular aşkar edildiyi gündən 1 ay ərzində onun barəsində əmək müqaviləsinin ləğvi ilə əlaqədar olmayan intizam tənbehi tətbiq edilə bilərdi. Beləliklə, cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını gözləməmişdir.

25. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 71-ci, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 4706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov).

28. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblər Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Mübahisələndirilən əmrin məzmunu həmin norma əsasında təhlil olunduqda görünür ki, qanunda nəzərdə tutulan məlumatlar əmrdə əksini tapmışdır. İşçinin yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olmasının, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunmasının və bunu təsdiq edən faktların əmrin məzmununda göstərilməməsi barədə qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Bundan başqa, əmrin məzmununa dair tələbləri müəyyən etməkdə məqsəd, mübahisəli hüquqi vəziyyətə dair müəyyənliyin təmin olunmasıdır. Baxılan işdə cavabdehin tərtib etdiyi əmrin məzmununda iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədən ibarət olması müfəssəl olaraq göstərilməsə də, əmrin verilməsinə əsas kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu qeyd olunub. Başqa sözlə, bu sənədlər əmrin məzmununu tamamlamağa xidmət edən, əmrin əlavəsinə çevrilən məlumat mənbələridir. Əmrdə bəhs olunan “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciəti, həmin müraciətin araşdırılması haqqında Komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023cü il tarixli protokolu mövcuddur və işə əlavə olunmuşdur. Həmin sənədlər geniş həcmlidir və işçinin intizam xətası kimi müəyyən olunan hallar əksini tapmışdır. Göründüyü kimi, cavabdehin əmri zəruri məlumatları əks etdirməyən sənəd kimi qiymətləndirilə bilməz. Xüsusilə qeyd olunmalıdır ki, əmrin məzmununa riayət olunmaması, əmrin etibarsız sayılması üçün imperativ nəticə deyildir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3cü hissəsinə görə əmrin etibarsız sayılması mütləq nəticə deyil, mümkünlük kimi müəyyən edilmişdir. Başqa sözlə, bu cür əmrin etibarsız sayılması, məhkəmənin qiymətləndirməsindən asılıdır. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi işəgötürən əmək müqaviləsinə xitam verilməsinin səbəbləri kimi Komissiyanın xx.xx.2023cü il tarixli arayışında müəyyən olunan nöqsanlara istinad etmiş və məhkəməyə təqdim etmişdir. İşəgötürənin iddiaçı tərəfindən yol verilmiş intizam xətası kimi istinad etdiyi xüsusatlar Komissiyanın dörd vərəqlik rəyində göstərilən faktlardan ibarətdir və həmin faktların həqiqiliyi, habelə əmək müqaviləsinə xitam verilməsinə əsas olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Başqa sözlə, qeyd olunan arayışda əksini tapmış faktların həqiqiliyi və əmək müqaviləsinə Əmıək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olub-olmaması məhkəmə araşdırmasının predmeti olmalı idi. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin “iddiaçının əvvəlki əmək fəaliyyətini və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək həmin komissiyanın səlahiyyətinə aid deyil” fikri ilə razılaşır. Lakin apelyasiya instansiyası məhkəməsi arayışda göstərilən pozuntuların bir hissəsinin tarixinə və məzmununa görə qeyri-müəyyənliyi, habelə iddiaçının bu pozuntulara yol verdiyinin əsaslandırılmaması barədə mövqeyi, kifayət qədər araşdırmaya əsaslanmayan nəticədir. Məhz hansı əməllər üzrə məsuliyyətə cəlb etmə müddətinin keçməsi, hansı əməllərin isə əmək müqavilıəsinə xitam verilməsi kimi intizam tənbehinə səbəb olmadığı göstərilməyib. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Komissiyanın arayışında göstərilən işəgötürənin dəlilləri tam araşdırlmayıb.

29. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71-ci, 80-cı, 187-ci, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 407.2-ci, 416-cı maddələrinə istinad edərək əsaslandırmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X20 nümayəndələri Vəkil2 və X14 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və təqdim edilmiş sənədlərin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.

32. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

33. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddənin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir; 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

39. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, apellyasiya şikayətinə uyğun olaraq qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və haqlı olaraq iddianı rədd etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

41. Məhkəmə kollegiyası işin hallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X2 Pulmonologiya elmi bölməsinin kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə isə “Yenidoğulmuş uşaqların patologiyası” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. Həmin qurumun xx.xx.2023-cü il tarixli, 118-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” Komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu qeyd olunmuşdur.

42. Hazırda iddiaçı əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyini, bununla bağlı rəsmiləşdirmənin əmək qanunvericiliyinin tələbləri pozulmaqla aparıldığını iddia edir və bu barədə əmrin ləğv edilməsini və tutduğu vəzifəyə bərpa olunmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddiaçının əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə işdən azad edildiyini bildirir, onun işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqının iclasında könüllü olaraq iştirak etmədiyini, intizam tənbeh tədbiri kimi işdən çıxarılması ilə bağlı işçinin yazılı izahat verməkdən imtina etdiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş edir.

43. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır.

44. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

45. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.

46. Hazırki mülki iş üzrə iddiaçının işdən çıxarılması (xx.xx.2023-cü il tarixli,118-K nömrəli əmrin verilməsi) əsası kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclas protokolu çıxış edir.

47. Məhkəmə kollegiyası ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, iş materiallarında olan CD disklərin məzmununu nəzərə alıb, həmin disklərdə olan danışıqları mötəbər sübut kimi qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı münasibətlər (belə bir niyyət) cavabdeh quruma yeni direktor təyin edildikdən (xx.xx.2023-cü il) bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə artıq yaranmışdır. Həmin tarixdə keçirilmiş iclasda institutun direktoru kollektiv qarşısında iddiaçının tutduğu vəzifədən azad edildiyini elan etmişdir). Bu hal iddiaçı tərəfin cavabdeh quruma ünvanladığı işdən çıxarılmasına dair əmrin və onun qəbul edilməsinə əsas olmuş digər sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli müraciəti ilə də öz təsdiqini tapır. Cavabdehin mövqeyinə uyğun olaraq, həmin CD disklərin mötəbər sübut kimi qəbul edilməməsi də, bu halı aradan qaldırmış olmur. Belə ki, iş materiallarında olan və ümumilikdə 07-16 mart tarixləri əhatə edən epikrizlər (i.v. 32-36) “Yenidəndoğulanların patologiya” şöbəsinin müdiri vəzifəni müvəqqəti icra edən və ya müdiri əvəz edən şəxs olaraq deyil, bilavasitə müdiri kimi artıq X.Ağayeva adlı şəxs tərəfindən imzalanmışdır. Onunla yanaşı epikrizlər həmçinin, institutun baş həkimi A.Poluxova tərəfindən də imzalanmışdır ki, bu da öz növbəsində institutun direktorunun da bu məsələdən məlumatlı olmasını təsdiq edir. Halbuki, nə həmin vaxt, nədə ki, bundan sonra (xx.xx.2023-cü il tarixədək) həmin şəxsin bu şöbənin müdiri vəzifəsinə təyin edilməsini və ya iddiaçının həmin vəzifədən azad edilməsini təsdiq edən hər hansı rəsmi sənəd mövcud olmamışdır. Qeyd edilən öz növbəsində iddiaçıya qarşı münasibətin artıq həmin vaxt prinsipial olduğunu təsdiq edir və xx.xx.2023-cü il tarixdə komissiyanın əməkdaşların müraciətlərinin araşdırılması məqsədi ilə deyil, məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi nəticəsini əldə etmək məqsədi ilə yaradılması qənaətinə gəlməyə əsas verir.

48. Məhkəmə kollegiyasının bu qənaəti cavabdeh tərəfindən görülmüş tədbirlərin mahiyyəti ilə də öz təsdiqini tapır. Belə ki, xx.xx.2023-cü il tarixdə yeni direktor təyin edildikdən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının müdir olduğu şöbəsinin 19 əməkdaşı tərəfindən yeni direktora iddiaçı barəsində kollektiv müraciət ünvanlanır və bundan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə həmin müraciətin araşdırılması məqsədi ilə direktorun müvafiq əmri ilə komissiya yaradılır və direktor öz müavinini komissiyaya sədr təyin edir. Halbuki həmin müraciətdə iddiaçının öz vəzifələrini icra edərkən hansı pozuntulara yol verdiyi, habelə əməkdaşların hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan vurduğu açıqlanmamış, ümumi formada əməkdaşlar iddiaçının işlədiyi 2 il müddətində həkim deontologiyasına uyğun olmayan hərəkətləri ilə onların iş şəraitini dözülməz vəziyyətə gətirildiyini bildirərək, onları bu insanla istənilən vəziyyətdə olan münasibətdən uzaqlaşdırılmasını xahiş etmişdilər. Müraciətin belə bir məzmunda olması ilk növbədə məsələ ilə bağlı onlardan izahatların alınmasını, o cümlədən iddiaçı tərəfindən yol verilmiş pozuntuların dəqiqləşdirilməsini tələb edirdi. Lakin bu tədbirlər görülmədən birbaşa əmr verilir və əmrə əsasən komissiyaya məzmunu qeyrimüəyyən olan müraciətin 3 iş günü müddətində araşdırılması tapşırılsa da, nəticə etibarı ilə iddiaçının müxtəlif istiqamətlər üzrə fəaliyyəti yoxlanılır.

49. Cavabdeh tərəfindən təqdim edildiyindən məhkəmə kollegiyası “2022-ci 2023-cü illərdə (iki siyahı) Yenidoğulmuşların patalogiyası şöbəsindən Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə köçürüldükdən sonra ölən uşaqların” siyahısına da münasibət bildirilməsini zəruri bilir və bununla bağlı vurğulayır ki, 2022-2023-cü illəri əhatə etməklə ümumilikdə göstərilmiş 20 ölüm halının hər hansı biri gizli baş verməmiş, baş verdiyi gün məlum olmuş və onun nəticələri rəsmiləşdirilmişdir. Lakin bu ölüm hadisələrinin iddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Başqa sözlə, hər hansı səbəbli əlaqə aşkar edilməmiş, nəticə etibarı ilə yalnız statistik məlumatlar təqdim edilmişdir. Həmin siyahıya əsasən iddiaçının şöbə müdiri vəzifəsində işlədiyi dövrdə (yanvar 2022-ci il – mart 2023-cü il) ən çox ölüm halı 2022-ci ilin dekabr ayına təsadüf edir (4 hal). Onun artıq müdir olmadığı 2023-cü ilin may ayında isə ölüm hallarının sayı 3 olmuşdur. Başqa sözlə, say etibarı ilə göstəricilər eyni olmuşdur. Lakin bununla bağlı hər hansı araşdırmanın aparıldığı və həmin şöbənin hazırki rəhbəri barəsində bununla bağlı hər hansı intizam tədbirinin görülməsi müəyyən edilmir. Bununla da belə qənaətə gəlməyə əsas yaranır ki, göstərilən tibbi yardımın keyfiyyətindən asılı olmayaraq, belə hallar baş verə bilər və may ayının nəticələri üzrə hər hansı tədbir görməməklə cavabdeh bunu qəbul edir.

50. Həmin araşdırmanın nəticələrinə dair Komissiya tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmunu ilə bağlı isə qeyd olunmalıdır ki, komissiya yalnız aşkar olunmuş konkret hallar barədə mülahizə xarakterli rəhbərliyə rəy verə bilər, həmin komissiyanın işçinin təhsili, təcrübəsi, peşəkarlıq səviyyəsi və səriştəsi barədə fikir bildirməsi tamamilə qanunsuzdur. Belə ki, bu Komissiya iddiaçının əmək fəaliyyətini qiymətləndirmək və peşakarlıq səviyyəsini müəyyənləşdirmək məqsədi ilə yaradılmamış və bu baxımdan belə bir səlahiyyətə malik olmamışdır. Bu səbəbdən arayışın birinci bəndində göstərilənlərlər, habelə 5-ci bəndinin sonunda əks olunmuş Komissiyanın qənaəti iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin əsasını təşkil edən hal kimi nəzərdən keçirilə bilməz.

51. Ümumiyyətlə qeyd edilməlidir ki, arayışda pozuntu kimi göstərilən məsələlərin bir hissəsi tarix və məzmun etibarı ilə qeyri-müəyyəndir və nəticə etibarı ilə sübuta yetirilməmişdir. Belə ki, arayşın 3-cü bəndində iddiaçının işlədiyi müddətdə şöbənin fəlaiyyəti barədə heç bir klinik hesabat təqdim etmədiyi, hesabatın müzakirəsinin aparılmadığı göstərilmişdir. Halbuki, bu hal da iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas deyil. Belə bir hesabatların təqdim edilməməsi, həmçinin onların tələb edilməməsi və ilin yekunlarında müzakirə edilməməsi ilə bağlıdır. Bu da nəticə etibarı ilə şöbədə deyil, ümumilikdə cavabdeh təşkilatda həmin hesabatların təqdim edilməli olduğu müddətdə işin düzgün təşkil edilməməsi qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən müddət müəyyən edilməklə həmin hesabatların tərtib edilməsi və təqdim edilməsi məsələsini həll etmək mümkündür. Başqa sözlə, bu məsələnin həlli şöbənin müdiri olan iddiaçıdan tələb edilə bilərdi.

52. Arayışın 4-cü bəndində iddiaçının həkimlərin xəstələrlə iş bölgüsündə qeyrimütənasiblik və ayrı-seçkilik yaratdığı göstərilmiş və bu halın təsdiqi olaraq məsələ ilə bağlı 2021-ci ilin aprel-may ayları üçün statistik məlumatlara istinad edilmişdir. Halbuki, həmin hərəkətlər pozuntu kimi qiymətləndirilsə belə, Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından (müddətin ötməsi səbəbindən) bu hərəkətlərə görə iddiaçıya intizam tənbehi verilə bilməz. Müddətlərlə bağlı eyni vəziyyət arayışın digər bəndlərində də müşahidə olunur.

53. Arayışın 5-ci bəndində istinad olunan tibbi kartların tərtib edildiyi tarixlər ümumiyyətlə məlum deyil. Xəstələrin klinik diaqnozlarının əsaslandırılmamasının nədən ibarət olması (hansı məlumatların əks olunmadığı), hansı nöqsan və çatışmazlıqların aparılmış müalicənin və antibiotikoterapiyanın qeyri-rasional kimi qiymətləndirilməsi üçün əsas yaratması açıqlanmamışdır.

54. Arayışın 6-cı bəndində Pulmonogiya elmi bölməsinin kiçik elmi işçisi Raminə Rzayeva və ARİTŞ-nin həkimi Elşad Şıxəliyev tərəfindən yol verilmiş pozuntular göstərilir. Lakin bu şəxslərin aşkar edilmiş pozuntularla bağlı izahatlarının alındığı, habelə onların barəsində hər hansı tədbirin görüldüyü müəyyən edilmir.

55. Arayışın 7-ci bəndində tibbi kartaların araşdırılması zamanı xəstələrin profil üzrə yerləşdirilmədiyi, vəziyyətlərinin düzgün qiymətləndirilmədiyi, qeyd edilənlərin xəstələrin vəziyyətinin ağırlaşaraq ARİTŞ-yə köçürülməsinə və hətta ölümünə səbəb olduğu qeyd edilsə də, bu halları təsdiq edən hər hansı sənəd (xəstəlik tarixi) göstərilməmiş, konkret hallara istinad edilməmişdir. Yalnız ölümə səbəb olan halla bağlı 741 saylı x/t-yə (xəstə Şükürov) istinad edilmişdir. Lakin bununla bağlı təqdim edilmiş sənədlərdən ölümün iddiaçının müdiri olduğu YDPŞ-də müalicənin düzgün aparılmaması, o cümlədən körpənin ARİTŞ-yə gec köçürülməsi nəticəsində baş verməsi müəyyən edilmir.

56. Arayışın 8-ci və 10-cu bəndlərində isə Komissiya hər hansı sənədlərə deyil, digər işçilərin məlumatlarına əsaslanmış və nəticədə konkret faktlara istinad edilməmişdir. Hər bir halda, qeyri-rasional antibakterial terapiya aparmağa məcbur edildiyindən şikayətçi olan, lakin nəticə etibarı ilə belə bir terapiya aparmış həkim də bu halın pozuntu olduğu təqdirdə pozuntuya yol vermiş şəxs hesab edilir. Bu məsələdə məcbur etmə rəhbərliklə hədələmədən ibarət olmuşdursa, bu halın, o cümlədən rəhbərliyin belə bir terapiya aparılmasında marağının olmasının sübut edilməsi tələb olunmalıdır. Komissiyanın təsərrüfat bacısı Nəsibə Ablıyeva ilə bağlı qeydləri də təqdim edilmiş məlumatlara əsaslanır və hüquqi nəticə etibarı ilə bu faktların araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edilməsini şərtləndirir. Lakin belə bir müraciətin olması, habelə qeyd edilən şəxs barəsində intizam xarakterli hər hansı tədbirin görülməsi müəyyən edilmir. Bu da öz növbəsində Komissiyada həmin şəxsin qeyd edilən hərəkətlərə yol verməsini təsdiq edən sübutların olmamasını təsdiq edir. Əks halda Komissiya bu faktları gizlətmiş olur.

57. Arayışın 12-15-ci bəndlərində göstərilənlər isə ümumiyyətlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaratmır. Hər bir halda, institutun direktoru 14-15-ci bəndlərdə göstərilənlərin qarşısını almaq səlahiyyətinə malikdir və bu tədbirlərin keçirilməsini iddiaçıya qadağa edə bilərdi.

58. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixdə yaradılmış Komissiya tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaratmır. Belə bir halın mövcudluğu da iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini şərtləndirir.

59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin əmrin ləğv edilməsini onun rəsmiləşdirilməsi zamanı yol verilmiş digər pozuntular da şərtləndirir. Belə ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyətlə əsaslandırma istiqamətində hər hansı adım atılmamış, bir cümlə belə yazılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret bir şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş imperativ xarakterli müddəa bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Əmrin əsaslandırılmasına olan zərurət də məhz bu şərtin real olaraq mövcud olmasını təsdiq edən bir haldır. Lakin buna baxmayaraq, qeyd edilən əmrdə iddiaçı tərəfindən əmək və icra intizamının (intizam qaydalarının) pozuntusunun nədə ifadə olunması (nədən ibarət olması), əmək funksiyasına, vəzifə borcuna daxil olan hansı işin (xidmətin) yerinə yetirilmədiyi, habelə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəydiyi göstərilməmişdir. Başqa sözlə, söhbət əmrdə pozuntuların sadalanmasından getmir. Belə ki, iddiaçı tərəfindən yol verilmiş və intizam xətası kimi qiymətləndirilən pozuntular Komissiyaın 4 vərəqlik arayışında göstərilən faktlardan ibarətdir və həmin arayış əmrin verilməsinə əsas olmaqla əmrə əlavə edilmişdir. Bu baxımdan qanunvericiliyin bu tələbinə əmrin məzmununda əməl edilməsə də, məhz həmin intizam tənbehinin tətbiq edilməsinin zəruriliyi ən azı arayışın məzmunundan irəli gəlməli idi. Qanunvericiliyin bu tələbinin əsas məqsədi öz ağırlığı ilə seçilən (ən ağır olan) və işçiyə gələcəkdə bir çox məhrumiyyətlər yaradan, onun gələcək həyatına bilavasitə təsir edən bu intizam tənbehinin verilməsi ilə bağlı sui-istifadə hallarının tam aradan qaldırılmasından və məsələnin digər tənbeh tədbirlərinin hər hansı birinin tədbiq edilməsinin mümkünlüyünün tam istisna olmasının müəyyən edilməsindən ibarətdir. Lakin qanunvericiliyin bu tələbinə əməl edilməmiş, məhz həmin intizam tənbehinin verilməsinin zəruriliyi əmrdə əsaslandırılmamışdır. Komissiyanın arayışının məzmunundan da məhz bu intizam tənbehinin tədbiq edilməsinin zəruri olduğu müəyyən edilmir.

60. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahatın verilməsinin tələb edilməsi də imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna deyil ki, bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışda qeyd edilənlərlə bağlı Əmək Məcəlləsinin həmin maddəsinin tələblərinə uyğun olaraq iddiaçıdan yazılı izahatın tələb edildiyi və ya onun izahat verməkdən imtinasının rəsmiləşdirildiyi də müəyyən edilmir. İddiaçının izahat verməkdən imtina etməsi barədə cavabdehin aidiyyəti əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt isə bu halı təsdiq edən sübut qismində çıxış edə bilməz. Belə ki, qeyri iş günü olan həmin gün iddiaçının nəinki izahat verməkdən imtina etməsi, ümumiyyətlə bu şəxslərlə təmasda olması müəyyən edilmir. Digər tərəfdən həmin tarixə iddiaçı ilə bağlı məsələ artıq Həmkarlar Komitəsinin iclasında müzakirə edilmiş və iddiaçı barəsində qərar qəbul edilmişdir. Qanunverici intizam tənbehi tədbiq edilənədək, istənilən vaxt izahatın verilməsinin tələb edilməsini mümkün etsə də, xx.xx.2023-cü il tarixdə real olaraq izahatın verilməsinin də artıq hər hansı əhəmiyyəti qalmamışdır. Qeyd edilən aktda iddiaçıya arayışla bağlı izahatın verilməsinin təklif edildiyi qeyd edilmişdir. Halbuki, həmin vaxt iddiaçının bu arayışın məzmunu ilə tanış olduğu müəyyən edilmir. İddiaçı tərəf cavabdehə yalnız xx.xx.2023-cü il tarixdə rəsmi məktubla müraciət edərək, digər sənədlərlə yanaşı bu arayışın da ona təqdim edilməsini xahiş etmişdir. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə zidd olaraq yazılı izahatın verilməsi də tələb edilməmişdir. Bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün ayrıca əsas yaradır.

61. Məhkəmə kollegiyası cavabdehdən tutulan vəkil xərcinin məbləği ilə də razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.

62. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş hüquqi mahiyyət etibarı ilə asan işlər kateqoriyasına aid edilə bilməz, mübahisənin predmetini əmək münasibətlərindən irəli gələn tələblər təşkil edir. İddiaçıya hüquqi xidmət göstərən vəkil birinci instansiya məhkəməsində ümumilikdə 4 məhkəmə iclasında iştirak etmiş, onun tərəfindən iş üçün əhəmiyyətli olan sübutlar təqdim edilmiş, vəsatətlər verilmiş, məhkəmə iclasları uzun müddət davam etmişdir (iki məhkəmə iclası 1 saatdan da artıq). Bu səbəbdən məhkəmə kollegiyası iddiaçıya göstərilən hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq cavabdehdən tutulmuş 700 manat pulu məbləğ etibarı ilə məqbul hesab edir. Eyni zamanda, hesab edir ki, cavabdehdən mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun tutulması da qanuni və əsaslıdır.

63. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 118-K nömrəli əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq əmri ləğv etmiş, iddiaçını tutduğu vəzifəsinə işə bərpa etmiş və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini, habelə göstərilən hüquqi xidmətə görə ödənilmiş pulun və mediasiya xərcinin əvəzinin tutulmasını qət etmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X20 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 2445/2023 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X20 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcov adına X4” X23 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar