Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-205/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun əmək haqqına yönəldilməsinin dayandırılması və əmək haqqı hesabından silinmiş pul məbləğinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2(006)-459/2023 saylı qətnaməsindən iddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə kredit və zaminlik müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən iddiaçı kredit alan X2 bankla bağladığı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. Eyni zamanda zaminlik müqaviləsinə əsasən kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borcları zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta (silə) bilər. Kredit alan Rauf Musayev tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyindən Cavabdeh ASC zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq borcun akseptsiz qaydada iddiaçının hesabından (əmək haqqından) tutulmasına başlamışdır. Hazırda iddiaçı əmək haqqından zaminin kredit borcu üzrə silinmiş pul vəsaitinin həmin hesaba geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun əmək haqqına yönəldilməsinin dayandırılması və əmək haqqı hesabından silinmiş pul məbləğinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Kreditor» Cavabdeh ASC-nin Mərkəz filialının müdiri X6 şəxsində «Zamin» İddiaçı və «Borcalan» X5 arasında xx.xx.2021-ci il tarixli, Z RGTK4221649A102 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.5-ci bəndində qeyd olunur ki, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun Cavabdeh ASCdəki istənilən bank hesabından tuta bilər. Kreditor Cavabdeh ASC tərəfindən müqavilənin 4.5-ci bəndinə istinad edilərək kredit müqaviləsi üzrə borc iddiaçının əmək haqqına yönəldilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan ümumilikdə 4197,35 manat bankın xeyrinə silinmişdir. Hesab edir ki, kreditor Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsi qanunsuz olduğundan dayandırılmalı və hazıradək əmək haqqından tutulmuş 4197,35 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Göründüyü kimi, nə qədər ki, işçinin kart hesabına köçürülmüş pul «əmək haqqı» statusunu saxlayır, həmin norma banka da şamil olunur. İşəgötürən əmək haqqını işçinin kart hesabına köçürdükdə Əmək Məcəlləsinin 175-ci maddənin göstərişi banka də şamil olunur, çünki bu halda bank əmək haqqının verilməsi prosesinin iştirakçısına çevrilərək işəgötürən ilə işçi arasında vasitəçi rolunda çıxış edir. Odur ki, bank işçinin ərizə ilə işəgötürənə müraciət etmədiyi halda əmək haqqından tutma apara bilməz. Göründüyü kimi, Cavabdeh ASC Zaminlik müqaviləsinin 4.5-ci bəndində qeyd olunan «Kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta bilər» razılaşmasına istinad edərək silinmənin müqavilə şərtlərinə uyğun aparıldığını bildirir. Lakin müqavilənin 4.5-ci bəndində göstərilənlərlə bağlı qeyd edilməlidir ki, bu müddəa işçinin kart hesabına köçürülmüş pul «əmək haqqı» statusunu saxladığından və burada bank əmək haqqının verilməsinin iştirakçısına çevrilərək işəgötürən ilə işçi arasında yalnız vasitəçi rolunda çıxış etdiyindən Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta bilər ifadəsi işəgötürən tərəfindən işçiyə əmək haqqının verilməsi üçün adına bankda açılmış hesabdan silinməsini özündə ehtiva edə bilməz. Beləliklə, müqavilədə qeyd olunan «Zaminin sərəncamı olmadan, akseptsiz qaydada silinmə»-işəgötürən tərəfindən işçiyə əmək haqqının verilməsi üçün adına bankda açılmış hesabdan silinməni deyil, bankda mülki münasinətlər zəminində açılmış bank hesabından silinməni özündə ehtiva edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyinin normaları açıq şəkildə göstərir ki, işçi əmək haqqından tutulma barədə ərizə ilə yalnız işəgötürənə müraciət etməlidir, bunu etməyibsə, müqavilədə borcun zaminin sərəncamı olmadan, akseptsiz qaydada tutulmasına dair müddəanın olması da banka hüquq vermir ki, borclunun borcunu onun əmək haqqından tutsun. İddiaçı ilə bank arasında zaminlik müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq, iddia ərizəsinin qoşmasına əlavə edilmiş Cavabdeh ASC-nin Mərkəz filialının xx.xx.2021xx.xx.2022-ci il dörvlər üçün ödəniş kartı üzrə çıxarış vərəqəsindən görünür ki, əmək haqqından tutulmalar xx.xx.2021-ci il tarixdən həyata keçirilmişdir. Bununla yanaşı qanunvericiliklə, yəni icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər saydan digər gəlirlərinin 50 faizdən çox tutmaya yol verilmədiyi halda Cavabdeh ASC tərəfindən 645.15 manat təşkil edən əmək haqqından 0l.07.2021-ci il tarixdə 508,24 manat, xx.xx.2021-ci il tarixdə 645,15 manat, xx.xx.2022-ci il tarixdə 612,12 manat məbləğində silinmələr aparılmışdır. Hansı ki, iddiaçının ərizə ilə işəgötürənə müraciət etmədiyi halda əmək haqqından tutulmalar yalnız məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Hazırkı işdə iddiaçı tərəfindən işəgötürənə belə bir ərizə ilə müraciət edilmədiyindən kreditor Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsi dayandırılmalı və 16 iyun 2021 ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək əmək haqqından tutulmuş 4197,35 manat məbləğində pul vəsaiti həmin hesaba geri qaytarılmalıdır.Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsinin dayandırılması və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqından zamin kredit borcu üzrə 4197,35 manat məbləğində silinmiş pul vəsaitinin həmin hesaba geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın əsasının dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş məhkəmənin icraatına qəbul edildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mumkün hədləri ilə bağlı qanunvencıliyin tətbiqi üzrə 14 dekabr 2022-ci tarixli, 03/2022 saylı qərardad» qəbul edilmşdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının yuxarıda qeyd olunan qərardadı ilə müəyyən edilmişdir ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır. Həmin qərardadın 22-ci bəndində qeyd olunur ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə, maddə 337.1, 337.3, 337.4). Həmin Qərardadın 27-ci bəndində qeyd edilir ki, «Göstərilənlərə əsasən məhkəmə tərkibi belə qənaətinə gəlir ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsızdır. Qeyd olunanlardan göründüyü kimi, kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə zidd olduğundan əhəmiyyətsiz olmaqla etibarsızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsinə əsasən hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz». Əmək Məcəlləsinin qeyd olunan normasının imperativ göstərişlərinə riayət olunmasının zəruriliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2022-ci il tarixli, 03/2022 saylı qərardadının 14 və 16-cı bəndlərində də öz əksini tapmışdır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixlı, Z GTK4221649A102 nömrəli zaminlik müqaviləsinin 4.5-ci bəndində qeyd olunur ki, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını Zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta bilər. Göründüyü kimi zaminlik müqaviləsində akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti 20 faiz həcmində deyil, 20 faizdən artıq, yəni tam həcmdə müəyyən edilmişdir. Eyni zamanda iddia ərizəsinin qoşmasına əlavə edilmiş Cavabdeh ASC-nin xx.xx.2021xx.xx.2022-ci il dövrlər üçün və hazırkı ərizənin qoşmasına əlavə edilmiş xx.xx.2021xx.xx.2023-cü il dövrlər üçün ödəniş kartı üzrə çıxarış vərəqələrindən görünür ki, Cavabdeh ASC tərəfindən iddiaçının 645,15 manat təşkil edən əmək haqqından xx.xx.2021-ci il tarixdə 508,24 manat, xx.xx.2021-ci il tarixdə 645,15 manat, xx.xx.2022-ci il tarixdə 612.12 manat olmaqla digər aylarda da tutmalar 20 faizdən artıq olmuşdur. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2022-ci il tarixli, 03/2022 saylı qərarındakı hüquqi mövqedən görünür ki, Cavabdeh ASC tərəfindən qanunvericiliyin imperativ göstərişlərinə zidd olaraq Zaminlik müqaviləsinin faizdən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən 4.5-ci bənd əhəmiyyətsiz olmaqla etibarsızdır. Bununla yanaşı qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli və xx.xx.2021-ci il tarixli, Z-GTK4221649A102 nömrəli kredit müqavilələri üzrə imzalanmış akseptsiz silinməyə dair razılıq ərizələrində də, əmək haqqının 20 faizindən artıq həcmdə pul vəsaiti tutmaq hüququ müəyyən edildiyindən,yəni ərizələr qanunvericiliyin imperativ göstərişlərinə zidd olduğundan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmadığından həmin razılıqlar da, yuxarıda qeyd olunan əsaslarla əhəmiyyətsiz olmaqla etibarsızdır. Qeyd olunanlarla yanaşı məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, iddiaçı ilə bank arasında zaminlik müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq, məhkəməyə təqdim edilmiş ödəniş kartı üzrə çıxarış vərəqəsindən görünür ki, iddiaçının əmək haqqından tutulmalar xx.xx.2021-ci il tarixdən həyata keçirilmişdir. Cavabdeh ASC tərəfindən tutulmaların xx.xx.2021-ci il tarixdən aparılmasının xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli kredit müqaviləsi ilə əlaqələndirilməsinə baxmayaraq, həmin müqavilə üzrə iddiaçı ilə bank arasında zaminlik müqaviləsi imzalanmamışdır. Zaminliyə dair müddəalar isə yalnız həmin müqavilənin 3cü bəndində qeyd olunmuşdur. Hansı ki, zaminlik üzrə məsuliyyət zaminliyə dair bəndin kredit müqaviləsinə əlavə edilməsi ilə deyil, məhz mülki qanunvericiliyin imperativ tələbinə uyğun olaraq zaminlə bank arasında yazılı formaya riayət edilməklə bağlanmış zaminlik müqaviləsi üzrə yaranır. Cavabdeh ASC ilə İddiaçı arasında mülki qanunvericiliklə müəyyən edilmiş xüsusi formaya riayət edilməklə zaminlik müqaviləsi bağlanmadığından və zaminliyə dair müddəalar yalnız xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli kredit müqaviləsinin 3-cü bəndində qeyd olunduğundan, müqavilənin həmin bəndi qeyd olunan əsaslarla da, əhəmiyyətsiz olmaqla etibarsızdır. Etibarsız əqd hüquqi nəticələrə səbəb olmadığından isə iddiaçının həmin bəndə uyğun olaraq cavabdeh bankın qarşısında müştərinin öhdəliyi üçün məsuliyyəti müəyyən edilə bilməz. Bu səbəbdən də Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli, GTKR3391880A106 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsaslanaraq, iddiaçının əmək haqqından zamin kredit borcu üzrə silinmə həyata keçirməsi qanunsuzdur. xx.xx.2021-ci il tarixli, GTKR3391880A106 nömrəli kredit müqaviləsinin zaminliyin şərtlərini özündə əks etdirən 3.4-cü bəndinin əhəmiyyətsizliyinin digər hüquqi əsası isə ondan ibarətdir ki, həmin bənddə də akseptsiz qaydada vəsaiti tutmaq hüququ verən müqavilə şərti 20 fazindən artıq, yəni tam həcmdə müəyyən edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, Z- RGTK4221649A102 nömrəli zaminlik müqaviləsinin 4.5-ci bəndinə və xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli kredit müqaviləsinin zaminliyin şərtlərini özündə əks etdirən 3.4-cü bəndində əsaslanaraq tutmanın iddiaçının əmək haqqına yönəltməsinin qanuna uyğun olmadığının digər əsası isə ondan ibarətdir ki, iddiaçının Cavabdeh ASCdə bank hesabı mövcud deyil və belə olan halda borcun onun bank hesabından silinməsi adı ilə əmək haqqına yönəldilməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ödəniş kartlarının emissiyası və İstifadə Qaydaları»nın 2-ci hissəsində bu Qaydalarda istifadə olunan anlayışların mənaları verilmişdir. «Ödəniş kartlarının emissiyası və İstifadə Qaydaları»nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı-nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətdir; 2.1.6-cı bəndinə əsasən kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatlarının uçotunun aparılması üçün açılan cari bank hesabıdır; 2.1.7-ci bəndinə əsasən kart hesabının sahibi emitetlə müqavilə bağlayan, kart hesabı üzrə sərəncam vermək hüququ olan fiziki və ya hüquqi şəxsdir. 2.1.8-ci bəndinə əsasən kart istifadəçisi kart sahibi və ya kartdan istifadə etmək hüququ olan şəxsdir. Qaydalardan göründüyü kimi, hazırki iş üzrə müqavilə şərtlərində qeyd olunan bank hesabatının sahibi bankla müqavilə bağlayan işəgötürəndir. İddiaçı isə bu əməliyyatda işəgötürənin Cavabdeh ASC-dəki sahibi olduğu bank hesabına köçürdüyü əmək haqqının əldə edilməsi üçün istifadə edilən ödəniş alətinin, yəni kartın istifadəçisidir. Tərəfindən məhkəməyə müraciət etdiyi tarixədək Cavabdeh ASC tərəfindən iddiaçının əmək haqqından zamin kredit borcu üzrə 4197,35 manat məbləğində pul vəsaiti silindiyindən iddia ərizəsində məhkəmədən həmin məbləğin geri qaytarılması xahiş edilmişdir. Lakin iş məhkəmənin icraatında olduğu müddətdə xx.xx.2022-ci il tarixdə 0,56 manat, xx.xx.2022-ci il tarixdə 302,53 manat, xx.xx.2023-cü il tarixdə 0,05 manat olmaqla cəmi 303,14 manat məbləğində pul vəsaiti silindiyindən həmin məbləğin də geri qaytarılması üçün iddia tələbinin həcminin artırılması zərurəti yaranır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsız olduğundan, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqd olduğundan, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından və bu cür əqd bağlandığı andan etibarsız olduğundan kreditor Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların iddiaçının əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsi dayandırılmalı və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqından tutulmuş 4500,49 manat məbləğində pul vəsaiti həmin hesaba geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların İddiaçı əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsinin dayandırılması və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqından zamiin kredit borcu üzrə 4500,49 manat məbləğində silinmiş pul vəsaitinin həmin hesaba geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddianın əsasının dəyişdirilməsi və tələbin həcminin artırılmasının «Xahiş edirəm» hissəsində «05 dekabr 2023-cü il» tarixi «05 yanvar 2023-cü il» kimi oxumasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2(006) 459/2023 saylı qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı əmək haqqından 20% artıq tutulmasının qadağan edilməsi, Cavabdeh ASC-dən İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə 16 iyun 2021-ci il tarixdən bu qətnamə qanuni qüvvəsi alanadək əmək haqqından 20%-dan artıq tutulmalar hesablanmaqla ona ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış zaminlik müqaviləsinin şərtlərində borcalan tərəfindən öhdəliyin yerinə yetirilməməsi zamanı bankın akseptsiz qaydada tutmanın zaminin hesabına yönəldilməsi hüququ nəzərdə tutulduğundan və iddiaçı buna razılığını bildirdiyindən, bu hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı iddiaçının tələbi tam əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hesabındakı pul vəsaitinin silinməsi tərəflər arasında bağlanmış zaminlik müqaviləsi ilə nəzərdə tutulduğundan, bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən yerinə yetirilməməsi ilə bağlı iddiaçıya məxsus hesabdan pulun silinməsinə dair hərəkətləri tam qanuni olmuşdur. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» 03/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının mahiyyətində sırf akseptsiz qaydada tutulmanın tam olaraq deyil, 20 faiz həcmindən yuxarı şərtinin etibarsız hesab edilməsi barədə hüquqi mövqe ortalığa qoyulmuşdur. Belə şərtin qoyulmasında məqsəd həm borcalanın (və ya üzərinə öhdəlik götürən digər şəxsin), həmdə kreditorun hüquqlarının ortaq məxrəcə gətirilərək təmin edilməsindən ibarət olmuşdur. Bu halda isə iddiaçının iddiasının tam təmin edilməsi (20 faiz də daxil olmaqla) həm qeyd olunan Ali Məhkəmənin hüquqi mövqeyinə, həm də kreditorun qanuni mövqeyinə zidd olacağından iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddiaçının iddiasında zaminlik müqaviləsinin yalnız iki tərəfli olması hissəsində qeyd etmişdir ki, bu kimi tələb mülki qanunverciliyin əqdlər fəslində qeyd edilən (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir) normanın hüquqi mahiyyətinə zidd olduğundan və müqavilə qarışıq olmaqla üç tərəfli də bağlanması nəzərdə tutulduğundan iddiaçının həmin predmetə (zaminlik müqaviləsinin yalnız iki tərəfli olması) istinad etməsi əsassızdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının ilkin tələbi və ona əlavə edilmiş iddia tələbinin həcminin artırılması hissəsi konkret tarixlə (16 iyun 2021-dən xx.xx.2023-dək) əhatə olunmasına baxmayaraq məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə bildirmişdir ki, cavabdeh tərəfdən hər dəfə iddiaçının əmək haqqı hesabından tutulmalar həyata keçirildiyindən iddiasının məhkəmənin qərarının qanuni qüvvəyə minənədək tutulması kimi nəzərə alınmasını bildirməsi tam əsaslı olmuşdur. Belə ki, hazırki son dəqiqləşmə ilə iddia tələbi qismən təmin olduğu təqdirdə tutulmanın davam etməsinin (məhkəmə aktının qanuni qüvvəsini almasınadək) ehtimalının böyük olması (iddiaçı fevral ayında onun hesabından 100 faiz həcmdə tutulmanın olduğunu qeyd etmişdir) nəzərə alınaraq artıq tutulmanın məhkəmə aktının qanuni qüvvəsini alanadək ona geri qaytarılması kimi təmin edilməsi həm iddiaçının gələcəkdə yenidən məhkəməyə müraciət etmənin qarşısını alar, həm də iddiaçının və cavabdehin arasında yenidən mübahisənin yaranmasını aradan qaldırar. Məhkəmə həmçinin zamin kimi iddiaçının əmək haqqı hesabından tutulma vaxtının xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanması hissəsi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi kreditorla borclu arasında əvvəl yaranmış kredit müqaviləsinin yenidən restrukturizasiya olması nəticəsində bağlanmış və hesabdan çıxarışa əsasən (mülki işin 1-ci cildinin 76-cı səhifəsi) isə ilk tutulma xx.xx.2021-ci il tarixdən başlamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-459/2023 saylı qətnaməsinin qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi, Cavabdeh ASC tərəfindən Kredit müqaviləsi üzrə borcların İddiaçı əmək haqqının köçürüldüyü CavabdehASC-dəki hesabdan silinməsinin dayandırılması və 16 iyun 2021-ci il tarixdən bu qətnamə qanuni qüvvəsi alanadək əmək haqqından zamin kredit borcu üzrə silinmələrin hesablanmaqla həmin hesaba geri qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən eyni zamanda cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin 34, 35 və 36-cı bəndlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» 03/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına istinad etsə də, qərardada düzgün hüquqi qiymət verməmiş, bu isə qərardadın mahiyyətinə zidd olan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərardadın qeyd olunan bəndlərinə qiymət verərkən belə qənaətə gəlmişdir ki, məhkəmə qərardadın mahiyyətində sırf akseptsiz qaydada tutulmanın tam olaraq deyil, 20 faiz həcmindən yuxarı şərtinin etibarsız hesab edilməsi barədə hüquqi mövqe ortalığa qoyulmuşdur. Belə şərtin qoyulmasında məqsəd həm borcalanın (və ya üzərinə öhdəlik götürən digər şəxsin), həm də kreditorun hüquqlarının ortaq məxrəcə gətirilərək təmin edilməsindən ibarət olmuşdur. Bu halda isə iddiaçının iddiasının tam təmin edilməsi (20 faiz də daxil olmaqla) həm qeyd olunan Ali Məhkəmənin hüquqi mövqeyinə, həm də kreditorun qanuni mövqeyinə zidd olacağından iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Hansı ki, qeyd olunan qərardadın mahiyyətindən aydın şəkildə görünür ki, həmin qərardadla müəyyən edilmişdir ki, kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə zidd olduğundan əhəmiyyətsiz olmaqla etibarsızdır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli, Z RGTK4221649A102 nömrəli zaminlik müqaviləsinin 4.5-ci bəndində qeyd olunur ki, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta bilər. Göründüyü kimi, zaminlik müqaviləsində akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti 20 faiz həcmində deyil, 20 faizdən artıq, yəni tam həcmdə müəyyən edilmişdir. Eyni zamanda iddia ərizəsinin qoşmasına əlavə edilmiş Cavabdeh ASC-nin xx.xx.2021 – xx.xx.2022-ci il dövrlər üçün və hazırkı ərizənin qoşmasına əlavə edilmiş xx.xx.2022 - xx.xx.2023-cü il dövrlər üçün ödəniş kartı üzrə çıxarış vərəqələrindən görünür ki, Cavabdeh ASC tərəfindən iddiaçının 645.15 manat təşkil edən əmək haqqından xx.xx.2021-ci il tarixdə 508,24 manat, xx.xx.2021-ci il tarixdə 645.15 manat, 07 fevral 2022-ci il tarixdə 612,12 manat olmaqla, digər aylarda da tutulmalar 20 faizdən artıq olmuşdur. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 dekabr 2022-ci il tarixli, 03/2022 saylı qərardadındakı hüquqi mövqedən görünür ki, Cavabdeh ASC tərəfindən qanunvericiliyin imperativ göstərişlərinə zidd olaraq zaminlik müqaviləsində 20 faizdən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən 4.5-ci bənd əhəmiyyətsiz olmaqla etibarsızdır. Birinci instansiya məhkəməsi qeyd olunan qərardadın mahiyyətinə qiymət verərkən həmin qərardadla müqavilə şərtinin etibarsızlığının tutmanın 20 faiz həcmində yuxarı hissəsinə aid olduğunu deyil, məhz 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərtinin tam olaraq etibarsız hesab edildiyi barədə hüquqi mövqe ortalığa qoyulduğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qətnamənin 32 və 33-cü bəndlərində Əmək Məcəlləsinin 175-ci maddəsinə istinad etsə də, həmin maddənin düzgün tətbiq edilməsi üçün işin faktiki halları üzrə zəruri olan hallara qiymət verməmişdir. Belə ki, maddi hüquq normasının tələbindən görünür ki, nə qədər ki, işçinin kart hesabına köçürülmüş pul “əmək haqqı” statusunu saxlayır, həmin norma banka da şamil olunur. İşəgötürən əmək haqqını işçinin kart hesabına köçürdükdə (verilmə yerinə görə 3-cü növ əmək haqqı) Əmək Məcəlləsinin 175-ci maddəsinin göstərişi banka də şamil olunur, çünki bu halda bank əmək haqqının verilməsi prosesinin iştirakçısına çevrilərək işəgötürən ilə işçi arasında vasitəçi rolunda çıxış edir. Odur ki, bank işçinin ərizə ilə işəgötürənə müraciət etmədiyi halda əmək haqqından tutma apara bilməz. Hazırkı işdə isə iddiaçı ərizə ilə işəgötürənə müraciət etmədiyi halda birinci instansiya məhkəməsi tərəfindən bu hala qiymət verilməmişdir ki, bu da, Əmək Məcəlləsinin 175-ci maddənin tələblərinin kobud surətdə pozulması ilə nəticələnmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi isə mübahisəli müqavilə şərtinin etibarsız olmasına baxmayaraq, əmək haqqının 20% artıq tutulmanın qadağan edilməsi və Cavabdeh ASCdən İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə 16 iyun 2021-ci il tarixdən bu qətnamə qanuni qüvvəsi alanadək əmək haqqından 20% dan artıq tutulmaların hesablanmaqla ona ödənilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 337-ci maddəsinin tələbini pozmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi xx.xx.2021-ci il tarixli Z-RGTK4221649A102 nömrəli zaminlik müqaviləsi borcalan X2 həmin tarixli RGTK4221649A102 nömrəli kredit müqaviləsi üzrə İddiaçı zamin olduğuna görə imzalanmışdır. Həmin tarixdə borcalanın bank qarşısında icra edilməmiş öhdəlikləri, banka borcu olmuşdur və bu səbəbdən borcalanın xx.xx.2021ci il tarixli ərizəsinə əsasən, krediti restrukturizasiya olunmuşdur. İlkin olaraq xx.xx.2021ci il tarixində müştəri X5, zamin İddiaçı ilə bank arasında GTKR3391880A106 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bank müştəriyə 13.700 manat məbləğində 48 ay müddətinə ilik 24% dərəcəsi olan istehlak məqsədilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir, zamin isə həmin öhdəliyin müştəri tərəfindən icra edilməməsi və lazımınca icra edilməməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 1.1.5-ci bəndinə əsasən, kreditin qaytarılması qaydası müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə əsasən müəyyən edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən, zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, bu müqavilə üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun istənilən bank hesabından bank tərəfindən tutula bilər. İddiaçının ondan akseptsiz silinmə ilə bağlı yalnız restrukturizasiya olunmuş müqavilənin tarixini istinad edərək müqavilə tarixindən əvvəl tutulmaların aparıldığını bildirməsi əsassızdır. İddia ərizəsinə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan da qeyd olunan tutulmaların “əməliyyatın aparılması üçün əsas və ünvan” bölməsindən də bank tərəfindən tutulmanın hansı müqaviləyə əsasən edildiyi aydın şəkildə görünür. xx.xx.2021-ci il tarixli Z-RGTK4221649A102 nömrəli zaminlik müqaviləsinin 4.5-ci bəndinə əsasən, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borcları zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun Cavabdeh ACS-dəki istənilən bank hesabından tuta bilər. Akseptsiz qaydada tutulma barədə 09 fevral 2021-ci il tarixdə və 30 sentyabr 2021-ci il tarixdə zamin “razılıq ərizələri” də imzalamışdır. Həmin razılıq ərizələrində məhz “əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmirəm” qeyd olunub. Yəni, müqavilə bağlanılarkən borcalan öz iradə ifadəsini bildirərək istənilən təyinatlı hesablardan vəsaitin silinməsinə razı olmuşdur. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı bankın atdığı addımlar qanunauyğun olmuşdur. Məhkəmə nəticəyə gəlmişdir ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericilikdə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Qeyd olunan maddə hazırkı iş üzrə tətbiq edilən maddi hüquq norması hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini tənzimləyir. Bank hesabına köçürülən vəsaitin təyinatı həmin hesab sahibi ilə bank arasındakı münasibətlərin xarakterini dəyişmir. Yəni hər bir halda hesab sahibi ilə bank arasında münasibətlərin xarakteri mülki hüquq münasibəti olaraq qalır. İşəgötürən hal-hazırkı mübahisə üzrə işçinin əmək haqqını işçiyə ödəmişdir. İşçi ona ödənilən əmək haqqı məbləğini tam olaraq almışdır. İşəgötürən tərəfindən işçinin əmək haqqından tutulmalar vəsait işçiyə köçürülənədək aparılır. Zaminə məxsus hesabda olan vəsaitin sonradan onun müqavilə üzrə öhdəliyinin icrasına yönəldilməsi məsələsinə dair mübahisə əmək hüquq normaları baxımından deyil, mülki hüquq normaları baxımından həll edilməlidir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn münasibətlər mülki hüquq münasibətləridir. Mülki hüquq münasibətləri zamanı tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq sərbəst şəkildə müqavilələr bağlaya və həmin müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Borclunun bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi onun bankda olan hesablarından pul vəsaitlərinin borclunun əlavə sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan Həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iş materialarında müştərinin hesabından kredit borcu həcmində pul vəsaitinin silinməsi üzrə iradə ifadəsini bildirən və müştəri tərəfindən imzalanan akseptsiz silinməyə dair yazılı ərizə də mövcuddur. Lakin məhkəmə həmin ərizəni nəzərə almamış və buna dair hüquqi mövqeyini qətnamədə bildirməmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3312/2023 saylı qərardadı ilə iş üzrə icraat Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatında olan iddiaçı E.Baxşalıyevin Cavabdeh ASC-yə qarşı əmək haqqından pulun tutulmasına son qoyulması və sair tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiya və qanunlarına zidd olduğu üçün qüvvədən düşmüş hesab olunması barədə tələb üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3312/2023 saylı qərardadı ilə iş üzrə icraatın dayandırılmasına olan zərurət aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Bununla yanaşı apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(103)-205/2024 saylı qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(103)-205/2024 saylı qərardadı ilə iş üzrə icraatın dayandırılmasına olan zərurət aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsivəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyul 2023-cü il tarixli qərarı Mülki Məcəllə: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Əmək Məcəlləsi: 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 175.1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 175.6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. 176.1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. 176.2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
176. 3. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanunu:
65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.
Mülki Prosessual Məcəllə:
13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə «Müştəri» qismində X5 və «Zamin» qismində İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli kredit müqaviləsinin surətinə əsasən bank tərəfindən R.Musayevə bu müqavilənin şərtlərinə uyğun olaraq 48 ay müddətinə, illik 24% hesabı ilə 13700 manat məbləğində kredit verilmiş, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir, zamin isə həmin öhdəliyin müştəri tərəfindən icra edilməməsi və lazımınca icra edilməməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan X5 tərəfindən "xxxx" ASC-nin Mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, ona gündəlik tələbat məqsədləri üçün 13.427,23 manat məbləğində, 83 ay müddətinə nəğd pul krediti verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəkdir. Bağlanılacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. X5 ilə bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4221649A102 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə ödəməli olan gecikən əsas, faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəzi filialı ilə «Borcalan» qismində X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 156GTUM143030007 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfin 83 ay müddətinə, illik 20% hesabı ilə 13.427 manat manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" ASC-nin Mərkəz filialı ilə «Zamin» qismində İddiaçı və «Borcalan» qismində X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-RGTK4221649A102 nömrəli zaminlik müqaviləsinin surətinə əsasən zamin xx.xx.2021-ci il tarixli RGTK4221649A102 nömrəli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Müqavilənin 4.5-ci bəndinə əsasən kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borcları zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta (silə) bilər. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nin Mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X5 ilə bğalanmış xx.xx.2021-ci il tarixli RGTK4221649A102 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə ödəməli olan gecikən əsas, faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı əmək kartına köçürülmüş əmək haqqından xx.xx.2021-ci il tarixdə- 0,01 manat (GTKR3391880A106 saylı kredit müqaviləsi üzrə), xx.xx.2021-ci il tarixdə- 508,24 manat (GTKR3391880A106 saylı kredit müqaviləsi üzrə), xx.xx.2021-ci il tarixdə– 9,56 manat (GTKR3391880A106 saylı kredit müqaviləsi üzrə), xx.xx.2021-ci il tarixdə– 645,15 manat (GTKR3391880A106 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 612,62 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 0,56 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə- 363,79 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 253,44 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə),xx.xx.2022-ci il tarixdə - 7,00 manat xx.xx.2022-ci il tarixdə- 0,79 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə- 300,31 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 0,48 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 299,96 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 0,83 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 299,54 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 299,83 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 0,22 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 302,19 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 0,10 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə– 299,73 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə) tutulmuşdur. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış zaminlik müqaviləsinin şərtlərində borcalan tərəfindən öhdəliyin yerinə yetirilməməsi zamanı bankın akseptsiz qaydada tutmanın zaminin hesabına yönəldilməsi hüququ nəzərdə tutulduğundan və iddiaçı buna razılığını bildirdiyindən, bu hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı iddiaçının tələbi tam əsaslı hesab edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə göstərilən hissədə əsassız olmuşdur. Belə ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızlığına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» 03/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına istinad etmiş birinci instansiya məhkəməsi bu qərardadın mahiyyətində sırf akseptsiz qaydada tutulmanın tam olaraq deyil, 20 faiz həcmindən yuxarı şərtinin etibarsız hesab edilməsi barədə hüquqi mövqe ortalığa qoyulmasını göstərərsə də, yuxarıda istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “İşəgötürənin sərəncamı ilə tutmanın həddi iyirmi faiz, məhkəmə qərarı üzrə isə əlli faiz həcmində təsbit edilmişdir. Odur ki, məhkəmə qərarı ilə hər hansı mülki müqavilə, eləcə də kredit müqaviləsi üzrə kreditorun tutmanın borclunun əmək haqqına yönəldilməsi barədə tələbi əlli faizədək həcmdə təmin edilə biləcəyi halda, müvafiq münasibətlər üzrə işçinin könüllü iradə ifadəsi əsasında belə tutmanın daha az həddə məhdudlaşdırılması Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi təyinatı və yerinə yetirdiyi funksiya ilə uzlaşmır. Bu həddin müəyyən edilməsi digər şəxslərin, o cümlədən mülki müqavilələr üzrə kreditorların mənafeyinə və qanuni maraqlarına xələl yetirmədən işçiyə yaşayış üçün minimum təminat imkanı vermək və bununla da əmək haqqının sosial-iqtisadi funksiyasının həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın yuxarıda göstərilən normalarının, habelə Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin məzmununun və hüquqi mahiyyətinin təhlili əsasında hesab edir ki, kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutma zamanı tutmanın həddi müəyyənləşdirilərkən qanunvericiliyin “əmək haqqının əlli faizinin saxlanması” barədə imperativ tələbi tətbiq edilməlidir. Odur ki, kassasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq qanunvericilik normalarının düzgün tətbiq edilməməsi halı müəyyən olunmayaraq, həmin qərarın Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416 və 418-ci maddələrinə uyğun qəbul edildiyi qənaətinə gəlmək mümkündür. E.Baxşalıyevin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqı hesablarından zaminlik müqaviləsi üzrə əmək haqqının əlli faizindən çox pulun tutulmasına son qoyulması, əmək haqqı hesabında tutulmalardan sonra qalan məbləğin miqdarının yaşayış minimumu məbləğindən az olmamalı olduğunun müəyyən olunması, əmək haqqı hesabları üzərində tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416 və 418-ci maddələrinə uyğun hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, bu Qərarın qüvvəyə mindiyi tarixdən etibarən borclunun əmək haqqından akseptsiz qaydada tutma Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq əlli faiz həddində aparıla bilər. Bu məhdudiyyət həmçinin hazırda məhkəmələrin icraatında olan müvafiq işlər üzrə də tətbiq edilməlidir.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 yanvar 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2023-cü il 20 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərin həmin Qərarın qüvvəyə minməsindən sonra müvafiq müqavilələr üzrə borcluların əmək haqlarından aparılan tutulmalara şamil edilməsi, həmin qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı əmək haqqından 20% artıq tutulması qadağan edilməsinə dair nəticəsi qanuni sayıla bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ASC-dən İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə 16 iyun 2021-ci il tarixdən bu qətnamə qanuni qüvvəsi alanadək əmək haqqından 20% dan artıq tutulmalar hesablanmaqla ona ödənilməli nəticəsinə gələrkən həmin tutulmaların konkret məbləğini göstərməmiş, bu nəticəsinin əsaslandırması kimi xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi kreditorla borclu arasında əvvəl yaranmış kredit müqaviləsinin yenidən restrukturizasiya olması nəticəsində bağlanmış və hesabdan çıxarışa əsasən (mülki işin 76-cı səhifəsi) ilk tutulma xx.xx.2021-ci il tarixdən başlamasını göstərmişdir. Halbuki, qətnamənin qəbulundan onun qanuni qüvvəsini alma müddəti müəyyən deyil və bu tutulmaların məbləği konkret müəyyən edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məbləğlərin (tutulmaların) hesablanması üçün xüsusi bilik lazım olduğundan iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/569 nömrəli, 06 may 2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı əmək haqqısından "xxxx" ASC ilə X5 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3391880A106 saylı kredit, zaminlik müqaviləsi üzrə 16 iyun 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixli, GTKR3391880A106 saylı kredit, zaminlik müqaviləsi üzrə sonuncu ödənişin tarixi) 1.162,96 manat məbləğində, "xxxx" ASC ilə X5 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4221649A102 saylı kredit, xx.xx.2021-ci il tarixli, Z- RGTK4221649A102 saylı zaminlik müqaviləsi üzrə 30 sentyabr 2021-ci il tarixdən (müqavilənin tarixi) xx.xx.2023-cü il tarixinədək (sualda göstərilən tarix) 5.162,87 manat məbləğində və 30 sentyabr 2021-ci il tarixdən (müqavilənin tarixi) xx.xx.2024-cü il tarixinədək (sualda göstərilən tarix) 6.679,90 manat (5.162,87+1.517,03) məbləğində kredit ödənişi ödənilmişdir (silinmişdir ümumi məbləğ 7.842,86 manat). Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı əmək haqqısından "xxxx" ASC ilə X5 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3391880A106 saylı kredit, zaminlik müqaviləsi üzrə 16 iyun 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021ci il tarixli, GTKR3391880A106 saylı kredit, zaminlik müqaviləsi üzrə sonuncu ödənişin tarixi) 508,24 manat məbləğində əmək haqqıdan 50% artıq tutulmalar, "xxxx" ASC ilə X5 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4221649A102 saylı kredit, xx.xx.2021-ci il tarixli, Z-RGTK4221649A102 saylı zaminlik müqaviləsi üzrə 30 sentyabr 2021-ci il tarixdən (müqavilənin tarixi) xx.xx.2023- cü il tarixədək və xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarixlər) 692,23 manat məbləğində əmək haqqıdan 50% artıq tutulmalar müəyyən edilir. Bundan başqa İddiaçı "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı əmək haqqısından xx.xx.2021-ci il tarixli, RGTK4221649A102 saylı kredit, xx.xx.2021-ci il tarixli, Z-RGTK4221649A102 saylı zaminlik müqaviləsi üzrə xx.xx.2023cü il tarixədə (sualda göstərilən tarixdən sonra) 218,25 manat məbləğində əmək haqqıdan 50% artıq tutulma müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı İddiaçı əmək haqqı kartından Z- RGTK4221649A102 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən cari günədək tutulmalar barədə maliyyə arayışı təqdim edilmişdir. Həmin maliyyə arayışından görünür ki, 01 avqust 2023-cü il tarixdə 795,35 manat vəsait daxil olmuş, 397,675 manat vəsaitin 50 faizi olmuş, 615,92 manat kredit üzrə silinən məbləğ olmuş, 218,245 manat isə 50 faizdən artıq hissə olmuşdur; 08 avqust 2023-cü il tarixdə 803.45 manat vəsait daxil olmuş, 401,725 manat vəsaitin 50 faizi olmuş, 299,83 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə isə olmamışdır; 02 oktyabr 2023-cü il tarixdə 800,44 manat vəsait daxil olmuş, 400,22 manat vəsaitin 50 faizi olmuş, 299,93 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə isə olmamışdır; 01 noyabr 2023-cü il tarixdə 780,44 manat vəsait daxil olmuş, 390,22 manat vəsaitin 50 faizi olmuş, 300,44 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə isə olmamışdır; 01 dekabr 2023-cü il tarixdə 800,44 manat vəsait daxil olmuş, 400,22 manat vəsaitin 50 faizi olmuş, 0,88 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə isə olmamışdır; 02 fevral 2024-cü il tarixdə 800,44 manat vəsait daxil olmuş, 400,22 manat vəsaitin 50 faizi olmuş, 611,91 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə isə 211,69 manat olmuşdur; 29 fevral 2023-cü il tarixdə 800,44 manat vəsait daxil olmuş, 400,22 manat vəsaitin 50 faizi olmuş, 299,83 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə isə olmamışdır; 29 mart 2024-cü il tarixdə 800,44 manat vəsait daxil olmuş, 400,22 manat vəsaitin 50 faizi olmuş, 100,39 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə isə olmamışdır; 01 may 2024-cü il tarixdə 800,44 manat vəsait daxil olmuş, 400,22 manat vəsaitin 50 faizi olmuş, 521,45 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə 121,23 manat olmuşdur. xx.xx.2024-cü il tarixdə 800.44 manat vəsait daxil olmuş, 400,22 manat vəsaitin 50 faizi olmuş, 299.97 manat kredit üzrə silinən məbləğ olmuş, 50 faizdən artıq hissə 100.25 manat olmuşdur. Belə olan halda kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına qiymət verməyərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan vəsaitin məbləğini düzgün müəyyən etmədiyindən iddiaçının apellyasiya şikayəti qismən əsaslı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə Cavabdeh ASC-dən İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə Plenumun qərarının 20 iyul 2023cü il tarixli olması nəzərə alınmaqla xx.xx.2023-cü ilə tarixdən əmək haqqından 50% dan artıq tutulmalar –(218,245 (218,25) + 211,69 + 121,23+100.25) 651,42 manat ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilməli, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2(006)- 459/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin Cavabdeh ASC-dən İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən əmək haqqından 50% dan artıq tutulmalar – 651,42 manat ona ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov