Məhkəmə qərarları › İş №2(103)-2050/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2050/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2050/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu X1 Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə İddiaçı – ilkin iddia üzrə cavabeh Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və s.” barədə ilkin iddia tələbinə, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin 3.1 və 4.1-ci bəndlərinin etibarsız hesab olunması və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-1367/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - cavabeh Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Qoqol küçəsi ev 1/5, 1 saylı mənzilin iddiaçıya təhvil verilməsi və cari ilin mart, aprel və may ayları üçün ödənilməmiş icraə haqqı olan hər 9.000 manat olmaqla ümumilikdə 27.000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Qoqol küçəsi ev 1/5, 1 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilin boşaldılaraq ona təhvil verildiyi günə qədər icarə haqqı olaraq ödənilməmiş hər ay 9.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə müraciət edərək, icarə üqaviləsinin 3.1. və 4.1-ci bəndlərinin etibarsız hesab olunması, cari ilin icarə haqlarının pandemiya dövrünə düşməsi səbəbindən hesablanmaması, ödədiyi 33.500 ABŞ dolları məbləği manata olan məzənnə ilə və təmir xərci kimi ödədiyi 70.000 manatın İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı tələbin həcminin artırılması ilə bağlı ərizə verərək, icarə müqaviləsinin 3.1. və 4.1-ci bəndlərinin etibarsız hesab olunması, cari ilin icarə haqlarının pandemiya dövrünə düşməsi səbəbindən hesablanmaması, ödədiyi 33.500 ABŞ dolları məbləği manata olan məzənnə ilə və təmir xərci kimi ödədiyi 70.000 manatın, icarə haqqı adı ilə əmlakın real dəyərindən İddiaçı ondan aldığı 45.900 manat pulun və quraşdırılmış avadanlıqlar üçün ödənilmiş 93.070 manat pul vəsaitinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-1367/2020 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Qoqol (Mərdanov qardaşları) küçəsi ev 1/5, 1 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Qoqol (Mərdanov qardaşları) küçəsi ev 1/5, 1 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verildiyi günə qədər hər ay 9.000 manat hesablanmaqla icarə haqqı olaraq ödənilməmiş pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-1367/2020 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddia tələblərinin təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini və bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətdən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, Cavabdeh apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 1367/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar