Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-206/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2 (103) –206/2021 Məhkəmə iclası PROTOKOLU xx xxxxx 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Səmədov Tofiq Səməd oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaqdan çıxarılması və sahibliyinə verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 10:00-da açır və baxılacaq işi elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlib-gəlməmələrini aydınlaşdırır. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, İddiaçı vəkili və nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, lakin iş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən işdə iştirak edən şəxsin şəxsiyyət və səlahiyyətlərini müəyyənləşdirir: İddiaçının nümayəndəsi X3, Azərbaycan və vəkili: Respublikasının vətəndaşı, Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclasının katibini elan edir, işdə iştirak edən şəxsə məhkəmənin tərkibinə və məhkəmə iclasının katibinə etiraz etmə hüquqlarının olduğunu izah edir, tərkibə və məhkəmə iclasının katibinə etirazının olub-olmadığını soruşur. İşdə iştirak edən şəxs məhkəmənin tərkibinə və iclas katibinə etirazının olmadığını bildirdi. Sədrlik edən işdə iştirak edən şəxsdən prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişi əldə edib-etmədiyini müəyyən edir. İşdə iştirak edən şəxs prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişi əldə etdiyini bildirdi. Sədrlik edən işdə iştirak edən şəxsdən hüquq və vəzifələrinin izahına ehtiyyac olubolmadığını soruşur. İşdə iştirak edən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirdi. Sədrlik edən iş üzrə məruzə edir. Sədrlik edən iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən iş üzrə maraqlı şəxs X6 tərəfindən Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)- 4873/2019 saylı qətanaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə dair məktubla əlaqədar işdə iştirak edən şəxsə məlumat verir. Sədrlik edən daxil olmuş məktubla bağlı məhkəmə iclasına gəlmiş şəxsin fikrini dinləyir. İddiaçının nümayəndəsi və vəkili: Mülki işin Suraxanı Rayon Məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxıram. Məhkəmə kollegiyası yerində müşavirə edərək, qərara alır: Mülki iş Suraxanı Rayon Məhkəməsinin məktubuna əsasən baxışdan çıxarılaraq həmin Məhkəməyə göndərilsin. Məhkəmə iclası bağlı elan edilir. Məhkəmə iclasının protokolu xx xxxxx 2021-ci il tarixində tərtib edilmişdir. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №2(103)-206/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-206/2021
22.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver