Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2065/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC- nin xeyrinə 41591 ABŞ dolları əsas borc, 3750 ABŞ dolları faiz borcu, 1900 ABŞ dolları dəbbə pulu, cəmi 47241 ABŞ dolları məbləğində borcun tutulması, Cavabdeh mülkiyyətində olan "xxxx"na ipotekaya qoyulmuş «TOYOTA LAND GRUİSER» markalı 99BE066 dövlət nömrə nişanlı minik (tip-universal, buraxılış ili - 2011, Ban- JTMDU09J7B4048138, rəng-qara) avtomobilinin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, və əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2014-cü il tarixli, 2(005)- 3680/2014 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 18 mart 2013-cü il tarixli 1640 nömrəli kredit müqaviləsi üzrə 41591 ABŞ dolları əsas borc, 3750 ABŞ dolları faiz borcu və 400 ABŞ dolları cərimə olmaqla, cəmi 45,741 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhimdar Cəmiyyətinə verilməsi, tələb «TOYOTA LAND GRUİSER» minik markalı (buraxılış ili-2012, tip-universal; Ban- JTMDU09J7B4048138, mühərrik-8773971; rəng-qara) 99BE066 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 45,741 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2014-cü il tarixli, 2(005)-3680/2014 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, eyni zamanda ərizəsinə apellyasiya şikavətini əlavə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-84443/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət MPM-in 269-cu maddəsində nəzərdə tutulan əsasların, yəni şikayətin əsaslı olubolmadığı yoxlanılmadan apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 23 yanvar 2023-cü il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, ərizədə qeyd etdiyi hal müddətin buraxılması üçün üzrlü səbəb qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İşdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2014-cü il tarixli, 2(005)-3680/2014 nömrəli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş və bunun əsasında da həmin icra şöbəsi tərəfindən verilmiş 6245 saylı, xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərar ilə icra hərəkətləri başlamışdır.“X2 edilməsi Agentliyi”nin müraciəti əsasında icra vərəqəsi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə təkrarən həmin icra şöbəsinə göndərilmişdir. Bundan sonra, Cavabdeh nümayəndəsi X1 ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qətnamənin təqdim edilməsini xahiş etmiş və xx.xx.2022-c il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, lakin müddətin buraxılmasının üzrlü səbəbdən baş verdiyini təsdiq edən heç bir sübut əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməyib apellyasiya şikayətini qaytarmaqla birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir və qərardad cavabdeh tərəfin formal mülahizələrinə görə ləğv edilə bilməz. Çünki, qətnamə xx.xx.2014-cü ildə xəbərnaməli poçt qəbzinə(bax.i.v.62) imza edilməklə Cavabdeh tərəfindən qəbul edilmişdir. Bununla yanaşı, Cavabdeh 8 ildən sonra, qanuni qüvvəyə minib icra mərhələsində olan qətnaməni mübahisələndirməyə cəhd etməsi də anlaşılan deyildir. Bu cür hallar qüvvədə olan məhkəmə aktlarının sabitliyinə və hüquqi müəyyənliyə zərər vurma təhlükəsi yarada bilər. Eyni zamanda dövlətin adından çıxarılmış və uzun illər qüvvədə olan qətnamənin illər keçdikdən sonra mübahisələndirilməsi də hər bir halda xoş niyyətdən xəbər vermir və hüquqdan açıq-aşkar sui istifadə hesab edilir. Şərh olunanlara əsasən, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2065/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2065/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver