Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2065/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X12rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X17 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X12rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(005)-2458/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. Qazax-Tovuz Regional Təhsil İdarəsinin 18 sentyabr 2023-cü il tarixli əmrinə əsasən Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
2. Qazax-Tovuz Regional Təhsil İdarəsinin 26 fevral 2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 iyun 2022-ci il tarixli, F377 nömrəli əmri ilə təsdiq edilmiş Qazax-Tovuz Regional Təhsil İdarəsinin Əsasnaməsinin 3.1.30 və 4.1.3-cü bəndlərini rəhbər tutaraq, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin fəaliyyətinin yoxlanılmasını təmin etmək üçün komissiya yaradılmışdır.
3. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 27 fevral 2024cü il tarixdə Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə aparılmış yoxlamanın nəticəsinə dair arayışda qeyd olunmuşdur ki, məktəbdə daxili nəzarət zəif təşkil edilir. Müəllimlər bəzi hallarda cədvəl üzrə dərslərini tədris etmir, dərnəklər şagirdlərin meyl və maraqları əsasında təşkil edilmir və bir çox halda tədris olunmur, eyni zamanda iki şagirdin adı eyni gün və eyni saatda iki müxtəlif dərnəyə qeyd edilir və buna nəzarət edilmir, bəzi işçilər isə əmək intizamına əməl etmir. Tədris edilməyən dərslər, dərsdənkənar məşğələ və tədrisinə əsaslı şübhələr olan dərnək məşğələlərinə görə müəllimlərə ümumilikdə 3617,23 manat pul vəsaiti hesablanıb ödənilmişdir. 1 günlük yoxlamanın nəticəsi göstərdi ki, 30 may 2023-01 iyun 2023-cü il tarixlərdə məktəbdə aparılan yoxlama zamanı aşkarlanmış nöqsanlar bir çox hallarda aradan qaldırılmamışdır. Belə ki, əvvəlki yoxlamada da müəllimlər tərəfindən sinif jurnallarının vaxtında yazılmadığı, dərnək üzvlərinin dərnəyin keçirilmə tarixi və saatından məlumatsız olduqları dərsdənkənar məşğələ jurnallarının bir çox hallarda müəllimlər tərəfindən yazılmadığı, dərsə davam etməyən şagirdlərlə bağlı jurnalda müvafiq eydlərin aparılmadığı müəyyən edilmişdir.
4. Qazax-Tovuz Regional Təhsil İdarəsinin X11 06 mart 2024-cü il tarixli təqdimatından görünür ki, əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, habelə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehi verilməsi-əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə baxaraq müvafiq qərarın verilməsi xahiş olunur.
5. Qazax-Tovuz Regional Təhsil İdarəsi ilk X3 Heyətinin iclasının 07 mart 2024-cü il tarixli protokolundan görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi ilk X3 Heyəti həmkarlar ittifaqının üzvü Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Qərar açıq səsvermə ylu ilə səsə qoyuldu: lehinə 4 nəfər, əleyhinə-1 nəfər, bitərəf-2 nəfər. Qərar qəbul edildi.
6. Azərbaycan Təhsil İşçiləri X20 Qazax-Tovuz Regional Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 07 mart 2024-cü il tarixli məktubundan görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin X11 İdarə Heyəti Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.
7. Azərbaycan Respublikasinin Elm və Təhsil Nazirliy Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmək müqaviləsinin ləğv edilməsi barədə 07 mart 2024-cü il tarixli əmrindən görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Əlavə olaraq Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə vəzifə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 mart 2024-cü il tarixdən ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 mart 2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üzrə əmək haqqının hesablanması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, əmr qanunsuz və əsassız olmaqla həqiqəti əks etdirmir. Təsadüfi deyil ki, əmək müqaviləsinin ləğv edilməsi barədə Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 07 mart 2024-cü il tarixli əmrinin əsası kimi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin əsaslandırması, Həmkarlar Təşkilatının 07 mart 2024-cü il tarixli qərarı, müvafiq izahat və aktlar göstərilmişdir. Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə 18 mart 2024-cü il tarixli vəkil sorğusu ilə müraciət olunaraq məhkəmədə iddia qaldırmaq üçün həmin sənədlər istənilmişdir. Lakin qarşı tərəf ilk sorğunu cavabsız qoyduğu üçün 16 aprel 2024-cü il tarixli vəkil sorğusu ilə yenidən müraciət etmiş, lazımi sənəd və məlumatları göndərmələri xahiş edilmişdir. Cavabdeh orqan yenə də sorğunu cavabsız qoyaraq sözügedən sənədləri göndərməmişdir. Hesab edir ki, mübahisələndirilən əmrin əsası kimi göstərilən sənədlər qanunsuz və əsassız olduğundan dəfələrlə rəsmi qaydada tələb olunmasına baxmayaraq həmin sənədlərin təqdim olunmasından imtina edilmişdir. 2011-2012-ci tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbə direktor təyin olunub. Fəaliyyətə başladığı ilk gündən etibarən təhsil və təlimin səviyyəsini yüksəltmək, şagirdlərin ideya-siyasi, əmək tərbiyəsi, fiziki və psixi inkişafı və dövlətimizə layiqli bir vətəndaş, o cümlədən kadr kimi yetişməsi istiqamətində zəruri tədbirlər görməyə çalışıb. Eyni zamanda, fəaliyyətini təhsil haqqında qanunvericiliyin və Təhsil Nazirliyinin normativ aktlarının, əmr və göstərişlərinin tələblərinə uyğun qurmağa çalışıb. Qeyd olunan məsələlərlə bağlı gördüyü tədbirlər nəticəsində məktəbim nəinki regionda, həmçinin respublika səviyyəsində öz nailiyyətləri ilə seçilmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, Agentliyin direktoru X13 07 mart 2024-cü il tarixli 3-29-69/3-1-230K/2024 nömrəli Əmri ilə iddiaçı Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yetirmədiyinə görə 14 mart 2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin Əmrin əsası kimi Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən (bundan sonra – Qazax-Tovuz RTİ) Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulması, sənədləşmə işlərinin düzgün aparılmaması, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, digər nöqsan və çatışmazlıqlara yol verilməsinin aşkar edilməsi çıxış edir. Qazax-Tovuz RTİ-nin müraciəti əsasında Azərbaycan Təhsil İşçiləri X10 Qazax-Tovuz RTİ Həmkarlar İttifaqı Komitəsinin 07 mart 2024-cü il tarixli 06 nömrəli məktubundan görünür ki, həmin tarixdə Qazax-Tovuz RTİ X11 İdarə Heyətinin iclasında Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə aparılmış yoxlamanın nəticəsi və məktəbin direktoru İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi iddiaçının iştirakı ilə müzakirə edilmişdir. İdarə Heyətinin səs çoxluğu ilə qəbul etdiyi qərara əsasən Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. İddiaçı mübahisə predmeti olan əmrin qanunsuz və əsassız olduğunu, həqiqəti əks etdirmədiyini göstərsə də, iddiasının əsasını təşkil edən halları qeyd etməmişdir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi həqiqətən də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin əsaslandırması, Həmkarlar Təşkilatının 07 mart 2024-cü il tarixli qərarı, müvafiq izahat və aktlar olmuşdur. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən 27 fevral 2024-cü il tarixdə Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə aparılmış yoxlamaların nəticəsində müəyyən olunmuşdur ki, həmin tarixdə direktor İddiaçı işdə (saat 08:15-də) olmamışdır, məktəbə sonradan gəlmiş və üzrlü səbəbdən işə gecikəcəyi ilə bağlı əvvəlcədən Ağstafa RTS-in aparıcı məsləhətçisi İlqar Məhərrəmova məlumat verdiyini bildirmişdir. İlqar Məhərrəmov isə direktorun gecikmə ilə bağlı həmin gün saat 08:15-də radələrində məlumat verdiyini bildirmişdir. Həmçinin yoxlama zamanı müəyyən edilmişdir ki, məktəbin digər işçiləri (xadimə və bəzi müəllimləri) işə gecikmiş və ya gəlməmişdirlər. Məktəb üçün tərtib olunmuş və məktəbin möhürü ilə təsdiq edilmiş işçilərin davamiyyət cədvəlini 4 müəllimin və 1 psixoloqun müvafiq tarixlərdə imzalamadıqları müəyyənləşdirilmişdir. Həmçinin bir sıra müəllim ötən ilin müəyyən vaxtlarında 9 – 11-ci siniflərin dərslərində iştirak etməmiş, şagirdlərin dərsə davamiyyəti çox aşağı olmuş və məktəb rəhbərliyi tərəfindən bu hallara nəzarət edilməmişdir. Eləcə də məktəbdə 24 saat azərbaycan bölməsi, 12 saat rus bölməsi üzrə dərnək məşğələləri mövcud olsa da, dərnəklərin təşkili və məşğələlərin keçirilməsi zamanı Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli, 238 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın tələbləri pozulmuş, şagirdlərlə aparılmış söhbətlər zamanı adlarını bilmədikləri dərnəklər məşğələlərində iştirak etdikləri müəyyən olunmuş, bəzi şagirdlərin iştirak etdikləri dərnək məşğələlərində sonuncu tədris olunan mövzunun adını bilmədikləri və ya yanlış bildikləri aşkar edilmişdir. Eləcə də bəzi şagirdlər iki müxtəlif dərnək məşğələsinə həftənin eyni günündə və saatlarında iştirak etmiş kimi göstərilmişdir. Yoxlama aparılan zaman 10 – 11-ci sinif şagirdlərinin dərsdə iştirak etmədiyi və müəllimlərin dərsə gəlmədiyi və ya yoxlama keçirilməsi barədə məlumat əldə etdikdən sonra dərsin son 10 dəqiqəsinə gəldiyi müəyyən edilmişdir. Əlavə olaraq, məktəbdə təmayül sinifləri buraxılış imtahanı nəticələri nəzərə alınmadan yaradılmış, dərnək məşğələlərinə cəlb olunmuş şagirdlərin dərnəklər üzrə adlı siyahısı yazılmayıb, son pedaqoji şuranın protokolu 30 yanvar 2024-cü il tarixdə yazılıb. Həmçinin məktəbdə rəhbər işçilərin davamiyyət tabelinə imza çəkməməsi müəyyən edilmiş, yoxlama aparılan zamanı tədris işləri üzrə direktor müavini Şahid4 və məktəb direktoru İddiaçı yüksək səslə danışaraq, verilən suallara kobud cavab verərək, əsassız səs-küy yaradaraq etik davranış qaydalarını pozmuş, məktəb mühitinə uyğun olmayan davranışlar əks etdirmişdirlər. Yoxlama nəticəsində məktəbdə daxili nəzarətin zəif təşkil edildiyi, müəllimlərin bəzi hallarda cədvəl üzrə dərslərini tədris etmədiyi, dərnəklərin şagirdlərin meyl və maraqları əsasında təşkil edilmədiyi və bir çox hallarda tədris olunmadığı, eyni zamanda iki şagirdin adının eyni gün və saatda iki müxtəlif dərnəyə qeyd edildiyi, bu kimi hallara məktəb rəhbərliyi tərəfindən nəzarət edilmədiyi müəyyən edilmiş və bütün bu hallar yoxlama komissiyasının sədri Nizaməddin Babanlı, üzvləri Şahid1, Vüsal Həsənov, Şahid2, Elşən Ələsgərov, Ruslan Rzayev, Məhəbbət Hüseynova, Əkbər Ələkbərov, Elmar Mürşüdov, Həsən Rəhimov, Şahid3 və İmran Nəsibov tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi direktor İddiaçı məktəbə düzgün rəhbərliyi həyata keçirməmiş, əmək funksiyalarını lazımınca yerinə yetirməmiş, çoxsaylı nöqsanlara yol vermiş və etimadı doğrultmamış, bunun nəticəsində tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məktəbdə təhsil və təlimin səviyyəsini yüksəltməyə çalışdığını, fəaliyyətini təhsil haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirdiyini qeyd etsə də həm öz izahatlarından, həm də yoxlama zamanı müəyyən edilmiş faktlardan görünür ki, bu, tamamilə əsassızdır. İddiaçı 27 yanvar 2024-cü il tarixli Qazax-Tovuz RTİ-nin müdiri Arslan Quliyevə yazılmış izahatında göstərmişdir ki, 8 C və 8 B siniflərində keçirilən dərnəkdəki şagirdlər hər keçirilən dərnək saatlarında yerində olurlar, sadəcə yoxlama komissiyası tərəfindən sual veriləndə özlərini itiriblər. Sözügedən hallarla bağlı yoxlama komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, hətta bəzi şagirdlər eyni vaxtda iki müxtəlif dərnək məşğələsində iştirak edirmiş kimi göstərilmişdir. Bu hallar dərnək məşğələlərinin düzgün təşkil edildiyinə, şagirdlərin davamiyyətinə əsaslı şübhələr yaradır. Həmin izahatda iddiaçı göstərmişdir ki, jurnalları müəllimlər dərs saatlarında yaza bilmir və dərs bitdikdən sonra xəstəsi olduqlarını əsas gətirərək tez qaçıb evə gedirlər. Ümumi qəbul edilmiş qaydaya əsasən, şagirdlərin dərsə davamiyyəti dərs müddəti ərzində yoxlanılmalı və jurnalda müvafiq qeydlər müəllim tərəfindən aparılmalıdır. Eləcə də, “Ümumi təhsilmüəssisəsinə aid tədrispedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”a 3 nömrəli əlavə” – “Ümumi təhsil müəssisələrində V – Xİ sinif jurnallarının aparılmasına dair Göstəriş”in 14cü bəndinə əsasən, məktəbin direktoru, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, sinif rəhbərləri və müəllimlər sinif jurnallarının müəyyən edilmiş qaydalara uyğun aparılması və qorunub saxlanılması üçün məsuliyyət daşıyırlar. Müəllimlərin dərs saatlarında jurnalları yaza bilməməsi, dərsdən sonra hər hansı səbəblə jurnalı yazmadan getməsi və ya digər hallar jurnalların yazılmaması üçün əsas qismində çıxış edə bilməz, direktorun, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, sinif rəhbərləri və müəllimlərin məsuliyyətini istisna edə bilməz. Bu səbəbdən, məhz bu kimi hallar direktorun öz vəzifə funksiyalarını lazımi qaydada icra etməməsi kimi tövsif olunmalıdır. Həmin izahatda iddiaçı göstərmişdir ki, şagirdlərin davamiyyətindəki nöqsanlar xəstəliklə əlaqədar olur. Xəstəlik vərəqələri də təqdim edirlər, valideynlərin ərizələri də olur. Yoxlama zamanı komissiyaya sözügedən xəstəlik vərəqələri və ya valideynlərin ərizələri təqdim edilmədiyindən şagirdlərin davamiyyətsizliyinə məktəb rəhbərliyi tərəfindən qəsdən şərait yaradıldığını müəyyən etmək olur. İddiaçı məktəb psixoloqunun əmək kitabçasında nöqsanların olmasına səbəb kimi katibəsinin analıq məzuniyyətində olması, onu əvəz edən Gülxar Süleymanovanın müvafiq nöqsana yol verdiyini, bu barədə düzəliş edilməsi üçün göstəriş versə də sonradan unutduğunu göstərmişdir. Məktəbə inzibati rəhbərliyi həyata keçirən direktor əmək funksiyalarını lazımi qaydada icra etmək səriştəsinə malik olmalı və kargüzarlıq qaydalarını dərindən bilməli, çox nadir hallarda cüzi nöqsanlara yol verməlidir. Lakin İddiaçı Qazax-Tovuz RTİ-nin müdiri Arslan Hacıyevin 18 sentyabr 2023-cü il tarixli 3- 29-39/3-1-576K/2023 nömrəli Əmri ilə məktəbdaxili qiymətləndirmənin təhsil qanunvericiliyinin tələbləri pozularaq həyata keçirilməsi halı, sinifdənxaric və məktəbdənkənar işlərin təşkilinin düzgün qaydada qurulmadığı və dərsdənkənar məşğələ, dərnək və evdə fərdi təhsilin jurnallarının bir çox hallarda yazılmadığı, dərnəklərin formal olaraq keçirildiyi və ya keçirilmədiyi, məktəbin əmr kitabının müəyyən tarixlərdə yazılmadığı, əmrlərin yazılmasında bir sıra nöqsanların olması, dərs bölgüsü zamanı bəzi müəllimlərə diaqnostik qiymətləndirmənin nəticəsindən asılı olmayaraq artıq dərs saatlarının verildiyi, məktəbin dərs cədvəlində ehtiyac olmadığı halda düzəlişlər edildiyi, müvəqqəti olaraq işə çıxmayan müəllimlərin adına tarifləşmiş saatların kimə həvalə edilməsinin cədvəldə göstərilmədiyi, müəllimlər tərəfindən bəzi hallarda sinif jurnallarının yazılmadığı və ya düzgün yazılmadığı, məktəbdə buraxılış siniflərinin davamiyyətinin aşağı olması kimi faktlar müəyyən olunduğundan İddiaçı rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrlə iddiaçının nəzərinə çatdırılmışdır ki, gələcəkdə belə hallara yol verildiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcək. İddiaçı işə gecikməsinin səbəbinin axşam Gəncə şəhərində çox yaxının vəfat etməsi olduğunu göstərmişdir. Burada “çox yaxının vəfat etməsi” dedikdə, iddiaçının yaxın qohumunu və ya digər əziz şəxsi nəzərdə tutmasını müəyyənləşdirmək mümkün deyil, eləcə də qohumu olsa da, həmin şəxsin yaxın qohum kateqoriyasına daxil olub-olmamasına dair hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Bu kimi hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş qaydada üzrlü səbəb hesab edilsə də, hazırki iş üzrə yuxarıda qeyd edilən mücərrədliklərin mövcudluğu bu halın direktorun leyhinə təfsir edilməsini qeyri-mümkün edir. İddia ərizəsinin əsaslandırma hissəsində iddia ərizəsinin təsviri hissəsinə uyğun hüquq normaları göstərilsə də, göstərilən normaların tələbləri Agentlik tərəfindən həm yoxlamaların keçirilməsi zamanı, həm də intizam tənbehinin tətbiqi barədə və əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən əməl edilmiş, hər hansı prosedur pozuntusuna yol verilməmişdir. Həmçinin, qeyd etməyi zəruri hesab edir ki, “Qazax-Tovuz RTİ-nin müvafiq əmrinə əsasən 27 fevral 2024-cü il tarixdə Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə aparılmış yoxlamanın nəticəsinə dair Arayış”a əsasən, tədris edilməyən dərslər, dərsdənkənar məşğələ və dərslərinə əsaslı şübhələr olan dərnək məşğələlərinə görə müəllimlərə ümumilikdə 3617,23 manat pul vəsaiti hesablanıb ödənilmişdir. Agentlik olaraq direktor İddiaçı əmək funksiyalarını lazımi qaydada icra etməməsi və yol verdiyi nöqsanlara görə dəymiş 3617,23 manat zərərin yaxın gələcəkdə mülki qaydada geri alınması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyik. Hesab edirik ki, direktorun işdən əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilməsi haqq-ədalət prinsiplərinə uyğun olmuş və dövlətimizin təhsil sahəsindəki islahatlarına adekvat olaraq atılmış addımdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e- 2(005)-2458/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
12. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əmək müqaviləsinə (özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilərkən, əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Həmin əmrdən görünür ki, işəgötürən tərəfindən “əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi” əsası ilə verilmişdir. Əmrdə qeyd edilmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və ƏM-nin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, İddiaçı Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli 3-29-39/3-1-576K/2023 nömrəli Əmr ilə məktəbdaxili qiymətləndirmənin təhsil qanunvericiliyinin tələbləri pozularaq həyata keçirilməsi halı, sinifdənxaric və məktəbdənkənar işlərin təşkilinin düzgün qaydada qurulmadığı və dərsdənkənar məşğələ, dərnək və evdə fərdi təhsilin jurnallarının bir çox hallarda yazılmadığı, dərnəklərin formal olaraq keçirildiyi və ya keçirilmədiyi, dərs bölgüsü zamanı bəzi müəllimlərə diaqnostik qiymətləndirmənin nəticəsindən asılı olmayaraq artıq dərs saatlarının verildiyi və s. kimi faktlar müəyyən olunduğundan iddiaçıya rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonunc xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrlə iddiaçının nəzərinə çatdırılmışdır ki, gələcəkdə belə hallara yol verildiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yuxarıda qeyd olunan pozuntuların onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən təqdim olunan dəlillərlə iddiaçının hərəkətlərindəki pozuntunun varlığı təsdiqlənmişdir. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ona ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikasinin Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 76, 80, 186, 187, 311-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MÜTDA-dan daxil olmuş məktub barədə məlumatlar (tarixi, göstərişlər, icra müddəti ) göstərilməmiş və məktub materiallara əlavə edilməmişdir. Eyni zamanda, İddiaçı verdiyi izahata əsasən şura iclasının 17 fevral 2024-cü il tarixdə keçirildiyi və katib olaraq Rəna Bayramovanın təyin edildiyi qeyd olunmuş, həmin şəxsin xəstəliyi ilə bağlı protokolun gec tərtib edildiyi qeyd olunmuşdur. Eyni zamanda vurğulanmalıdır ki, Azərbaycan Respublikası təhsil nazirinin 13 iyul 2022-ci il tarixli F-438 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinə aid tədrispedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimatda” şura protokolunun mütləq iclasın keçirildiyi gündə tərtib edilməsi ilə bağlı hər hansı xüsusat nəzərdə tutulmamışdır.” Həmçinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin AR Prezidentinin 2023-cü il 24 iyul tarixli, 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinin 5.5.8- ci bəndinə görə, “Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərini, yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür”. Lakin Agentliyin Nazirliklə müvafiq razılaşma aparmasına dair sübutun mövcud olub-olmaması barədə məlumatımız yox idi. Bu səbəbdən xx.xx.2024-cü il tarixində məhkəməyə “hesab edirik ki, məhkəmədə hüquqi müdafiənin düzgün qurulması baxımından İddiaçı vəzifədən azad edilən zaman Agentliyin Nazirliklə razılaşma aparıb-aparmaması, belə bir razılaşma mövcud olduğu təqdirdə həmin sənədin surətinin təqdim olunmasına zərurət yaranmışdır. Qeyd olunan zərurəti nəzərə alaraq, iddianın tam, hərtərəfli, obyektiv araşdırılması və ədalətli məhkəmə aktının qəbul edilməsi üçün “İddiaçı Rauf qızı vəzifədən azad edilən zaman Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşmasının mövcud olub-olmaması, mövcud olduğu təqdirdə təsdiqedici sübutun (sənədin surətinin)” əldə olunması ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu verilməsini Sizdən xahiş edirəm” məzmunlu vəsatət təqdim edilmişdir. Əlavə olaraq məhkəmə iclasında dəfələrlə bu barədə müzakirələr aparılmışdır. Ancaq bu məsələ ilə bağlı hər hansı təqdimat edilməmişdir. Hesab edirik ki, bu hal əmrin əsaslı, dəqiq və doğru olmasını şübhə altına alır. Məhkəmə yuxarıda sadalanan xüsusatları araşdırmadan müvafiq nəticəyə gəlmişdir. Dərsdənkənar məşğələlərin jurnalının yazılmaması ilə bağlı xüsusatlara dair iş materiallarında hər hansı sübut yoxdur. (akt, kserosürət, fotoşəkil və s) Şagird davamiyyətinin yoxlanmasına dair aktda göstərilənlər də həqiəti əks etdirmir. Belə ki, iş materiallarına dərs jurnallarının müvafiq səhifələri (iştirak etməyən şagirdlərə dair qeydlər əsk olunmaqla), eləcə də, dərs müəllimlərinin izahatları əlavə edilməmişdir. Arayışda qeyd olunur ki, 11C sinfində fiziki tərbiyə fənni xx.xx.2023-cü il tarixdən əmrlə məktəbin müəllimi Elmira Əhmədovaya həvalə edilsə də, jurnal xx.xx.2023-cü il tarixdən Elmira Əhmədova tərəfindən yazılıb. Sözügedən xüsusata dair tərtib olunmuş aktda isə qeyd olunur ki, 11C sinfinin fiziki tərbiyə dərsi xx.xx.2023-cü il tarixdən əmrlə Əhmədova Elmiraya həvalə edilib, xx.xx.2023-cü il tarixdə jurnalı X14 yazıb. Aktda qeyd olunanlardan müəyyən olunur ki, burada hər hansı bir nöqsana yol verilməmişdir. Bundan əlavə arayışda qeyd olunmuşdur ki, 11R GÇH fənni xx.xx.2023-cü il tarixli əmrlə X9 həvalə edilsə də, jurnal xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X6 tərəfindən yazılmışdır. Aktda isə qeyd olunur ki, 11R sinifi xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixdən etibarən dərs X9 həvalə edilib. Dərs jurnalı isə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X6 tərəfindən yazılmışdır. İlk növbədə, aktda qeyd olunanlardan hansı tarixli əmrlə dərslərin X9 həvalə edilməyi və hans ımüddətə həvalə edildiyi müəyyən olunmayıb. Həmin əmr və dərs jurnalının xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə Əmirxan Əhmədov tərəfindən yazılmasına dair sübutlar (jurnalın müvafiq səhifələrinin kserosürətləri, fotoşəkillər və s) akta əlavə edilməmişdir. Dərnəklərin yaradılması ilə bağlı xx.xx.2023-cü il tarixli 206 nömrəli əmr iş materiallarına əlavə olunmamışdır. Belə olan halda əmrlə dərnək məşğələlərinin cədvəli arasında uyğunsuzluq olması barədə xüsusatlar əsassızdır. Məhkəmə qətnaməsinin “cavabdehin etiraz ərizəsi və onun dəlilləri” hissəsində qeyd edilmişdir ki, “yoxlama zamanı müəyyən edilmişdir ki, məktəbin digər işçiləri (xadimə və bəzi müəllimləri) işə gecikmiş və ya gəlməmişdirlər. Məktəb üçün tərtib olunmuş və məktəbin möhürü ilə təsdiq edilmiş işçilərin davamiyyət cədvəlini 4 müəllimin və 1 psixoloqun müvafiq tarixlərdə imzalamadıqları müəyyənləşdirilmişdir. Həmçinin bir sıra müəllim ötən ilin müəyyən vaxtlarında 9– 11- ci siniflərin dərslərin iştirak etməmiş, şagirdlərin dərsə davamiyyəti çox aşağı olmuş və məktəb rəhbərliyi tərəfindən bu hallara nəzarət edilməmişdir”. Bildirirəm ki, işə davamiyyət cədvəli daxili qaydada tərtib olunmuş cədvəldir hər hansı qanunvericilik aktında, göstəriş məktubunda və ya təlimatda belə bir cədvəlin tərtibi nəzərdə tutulmamışdır. Həmçinin məktəbdə xadimə vəzifəsində çalışan Türkan Məmmədova işə gec gəlməsinin səbəbi övladının xəstəliyi ilə bağlı olmuş və o bununla bağlıməktəbin direktoru İddiaçı icazə almışdır və Əmirxan Əhmədov 10 b sinfində çöl şəraitində stadionda dərsi tədris etmişdir. Həmçinin “Buraxılan və əvəz edilən dərslərin uçotu” kitabının qaytanlanıb təsdiq edilmədiyi, dərsi əvəz edən bəzi müəllimlərin kitaba imza etmədiyi və arada boş sətirlər buraxması ilə bağlı xüsusata cavab olaraq bildirir ki, AR Təhsil Nazirliyinin 13 iyun 2022-ci il tarixli F-348 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrinə aid tədris pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında” Təlimata 13 nömrəli əlavənin “buraxılan və əvəz edilən dərslərin uçotu kitabı”na dair göstərişin 2-ci bəndinə əsasən, kitab ibtidai məktəblərdə direktor vəzifəsini icra edən, ümumi orta və tam orta təhsil məktəblərində isə tədris işləri üzrə direktor müavini tərəfindən aparılır. Dərsi əvəz edən bəzi müəllimlərin kitaba imza etməməsi və arada boş sətirlər buraxması ilə bağlı iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Həmçinin tədris işləri üzrə direktor müavinindən bununla əlaqədar izahat alınmamışdır. Dərs cədvəllərinə uyğun tarixlərdə sinif jurnallarında dərslərin keçirilməməsinə dair heç bir qeydin aparılmaması ilə bağlı qeyd olunmuş xüsusatlar da həqiqəti əks etdirmir. Həmin xüsusatlarla bağlı iş materiallarına hər hansı sübut əlavə olunmamışdır. Hətta nəzərə alsaq ki, 2024-cü ilin fevral ayı ərzində hansısa tarixdə müəllimin texniki olaraq jurnalı yazmaması halı qəbul olunsa da belə, 2023-cü ilin noyabr və dekabr aylarında jurnallarda müvafiq qeydlərin aparılmaması ilə bağlı xüsusatlar mümkünsüzdür. Arayışda qeyd olunmuşdur ki, məktəbin təmayül sinifləri buraxılış imtahanının nəticələri nəzərə alınmadan yaradılıb. AR Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-526F/2023 nömrəli əmrinin 27 nömrəli əlavəsi ilə təsdiq olunmuş “ Ümumtəhsil müəssisələrinin 10-11-ci təmayül siniflərinin tədris planına dair qeydlər”in 2-ci bəndində, nəzərdə tutulur ki, təmayül sinifləri şagirdlərin fənlər üzrə təlim nailiyyətləri, meyl-maraqları, ümumorta təhsil səviyyəsi üzrə buraxılış imtahanı nəticələri, valideynlərinin razılığı və fənn müəllimlərinin rəyi nəzərə alınmaqla komplektləşdirilir. Burdan görünür ki, təmayüllü siniflər yalnız buraxılış imtahanı nəticələri nəzərə alınmaqla komplektləşdirilməməlidir və arayışda yazılan nöqsan əsassızdır. Arayışla bağlı bəzi xüsusatlar tərəfimizdən məhkəmədə bildirilmiş, cavabdehdən isə öz mülahizələrinə dair sübutlar tələb edilmişdir. Lakin cavabdeh müvafiq sübutları təqdim edə bilməmiş, məhkəmə isə ümumiyyətlə aşağıdakı nüanslara diqqət yetirməmişdir. İlk məsələ əmr kitabı ilə bağlıdır, hansı ki, qətnamədə bu mövzuya ümumiyyətlə toxunulmamışdır. Əmr kitabında sonuncu əmrin xx.xx.2023-cü il tarixdə yazılması ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, komissiyanın müəyyən etdiyi nöqsanlardan biri də xx.xx.2023-cü il tarixli 200 nömrəli əmrlə X2 1 ay müddətinə xx.xx.2023-cü il tarixli 222 nömrəli əmrlə X7 ödənişsiz məzuniyyət verildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, Komissiya üzvlərinin tərtib etdiyi aktlarda qeyd olunan xüsusatlar ziddiyyət təşkil edir və əmr kitabında sonuncu əmrin xx.xx.2023-cü il tarixə aid olmadığını təsdiq edir. Eyni zamanda əmr kitabının yazılmamasına dair müvafiq sübutlar (fotoşəkillər, kserosurətlər və s) iş materiallarında yoxdur. Sözügedən nöqsanla bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt Nizaməddin Babanlı, Şahid1, Mədət Zeynalov, Hüseyndikov Əli, Məhəbbət Hüseynova, Vəli Abdıyev və İddiaçı tərəfindən tərtib olunmasına baxmayaraq, aktı cəmi 2 nəfər-Nizaməddin Babanlı və Şahid1 imza etmişlər. Arayışda qeyd olunur ki, “Dilçilər” dərnəyinin üzvlərindən Elina İsmayılova və Xanım Qafarovanın məktəbdə yaradılan “Dilçilər” (həftənin 2 və 3-cü günü saat 14:00-dan 14:45-ə kimi) “Dilçilər” dərnəyində, həmçinin UGİM nəzdində yaradılan “Gənc ekoloqlar” dərnəyinə də üzv olduğu aşkarlanmışdır. UGİM nəzdində yaradılan “Gənc ekoloqlar” dərnəyi məktəbdə həftənin 2 və 3-cü günləri 14:00-dan 16:15-ə qədər tədris olunur. Şagirdlərin hər iki dərnəkdə iştirakının mümkünsüz olması və dərnəklərin cədvələ uyğun tədris olunmaması qeyd olunmuşdur. Lakin bildirilməlidir ki, sözügedən “dilçilər” dərnəyi birbaşa bizim məktəblə əlaqədar olmuş və şagirdlər dərnəkdə iştirak etmişlər. Qeyd olunmalıdır ki, sözügedən şagirdlər bizim məktəbin şagirdləridir. UGİM nəzdində təşkil olunmuş “Gənc ekoloqlar” dərnəyinin tədris saatları, şagirdlərin iştirakının təmin olunması bizim öhdəliyimiz deyildir. Dərnəyin tədris saatları ilə bağlıUGİM bizdən arayış almalı olmasına və almamasına baxmayaraq, bu xüsusatla əlaqədar bizə nöqsan tutulmuşdur. Dərnəklər müəyyən olunmuş qaydada təşkil olunmuş və müvafiq mövzular tədris olunmuşdur. Bununla bağlı məktəbin facebook səhifəsindən mütəmadi paylaşımlar edilmişdir və bu paylaşımlar iş materiallarına əlavə olunur. Dərnəklərdə şagirdlərin iştirak etməməsi və ya dərnəklərin düzgün təşkil olunmaması şagirdlərin dərnəkdə keçirilmiş mövzunu bilməməsi və dərnəkdə iştirakla bağlı suallara cavab verə bilməməsi ilə əlaqədar xüsusatlar həqiqəti əks etdirmir və bununla bağlı iş materiallarına hər hansı sübut (şagirdlərin izahatı, videogörüntü və s.) yoxdur. Eyni zamanda sinif şagirdlərinin tanımadıqları və əksəriyyət pedaqoji fəaliyyət olmayan şəxslərdən ibarət təşkil olunmuş komissiya üzvlərinin qarşısında bəzi suallara cavab verə bilməməsi də normal haldır. Və bu nöqsan kimi qəbul olunmamalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, məktəbdə çalışan texniki və pedaqoji heyətin şəxsi işlərinə baxış zamanı yazılı əmək müqavilələrinin olmaması həqiqəti əks etdirmir. İşçilərin yazılı əmək müqavilələri mövcud olmuşdur. Sözügedən xüsusata dair iş materiallarında hər hansı sübut yoxdur. X1 artıq əmək haqqı ödənilməmişdir. Tarifikassiya cədvəlinə əsasən onun vəzifəsi dəyişdirilmiş, sadəcə texniki olaraq ƏMAS sistemində müvafiq dəyişiklik aparılmamışdır. Qeyd olunmalıdır ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Əsasnaməsinin 3.1.37- ci maddəsinə əsasən təhsil müəssisələri tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsində qanunvericiliyin tələblərinə riayət olunmasına, əmək müqaviləsi üzrə elektron bildirişlərin bir iş günü ərzində elektron informasiya sistemində qeydiyyata alınmasına nəzrəti həyata keçirmək İdarənin, 5.6.6-cı bəndinə əsasən strukturuna daxil olmayan tabeliyindəki qurumların əsasnaməsini, strukturunu, işçilərin say həddini, əmək haqqı fondunu, və xərclər smetasını təsdiq etmək, 5.6.8-ci bəndinə əsasən müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində təhsil müəssisələrinin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetalarını təsdiq etmək İdarə müdirinin vəzifəsidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz iddiaya etirazda göstərilən dəlillərlə əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.
18. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, mübahisə predmet olan əmr verilərkən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nazirliklə razılaşdırılmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 11. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən; Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 185. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqıödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir;
21. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin” Əsasnamə: 5.5.8. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərini, yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Apellyasiya şikayətinin əsas dəlillərindən birini o təşkil edir ki, əsasnamədə məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülərkən Nazirliklə müvafiq razılaşma aparılmalı olduğu halda belə bir razılıq alınmamışdır.
26. Həqiqətən də Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin” Əsasnamənin 5.5.8-ci bəndində intizam tənbehi tətbiq olunarkən Nazirliklə razılaşdırılma nəzərdə tutulmuşdur. Lakin əsasnamədə bu razılığın yazılı formada olmasına dair hər hansı bir imperativ şərt nəzərdə tutulmamışdır. Buna görə də razılığın alınıb – alınmaması ilə bağlı məsələnin aydınlaşdırılması üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərilmiş, həmçinin, nazirliyin nümayəndəsinin izahatı alınarkən bu məsələ dəqiqləşdirilmişdir.
27. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 03 iyun 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 07 mart 2024-cü il tarixli əmri ilə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə xitam verilməsi nazirliklə razılaşdırılmışdır. Eyni mövqe nazirliyin nümayəndəsinin izahatında da əksini tapmışdır. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayətinin bu dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz.
28. Apellyasiya şikayətinin digər dəlilləri ona əsaslanır ki, arayışda qeyd olunan nöqsanlarla bağlı sənədlərin kserosürətlərinin, fotoşəkillərin akta əlavə edilməmişdir şagirdlərin iştirak etməməsi və ya dərnəklərin düzgün təşkil olunmaması şagirdlərin dərnəkdə keçirilmiş mövzunu bilməməsi və dərnəkdə iştirakla bağlı suallara cavab verə bilməməsi ilə əlaqədar xüsusatlar həqiqəti əks etdirmir və bununla bağlı iş materiallarına hər hansı sübut (şagirdlərin izahatı, videogörüntü və s.) yoxdur.
29. Məhkəmə qeyd olunan dəillərə münasibətdə qeyd edir ki, arayışda qeyd olunan xüsusatlarla bağlı komissiya tərəfindən geniş apaşdırma aparılmış, izahatlar alınmış, aktlar tərtib olunmuşdur. İddiaçı tərəfindən isə qeyd olunan halların əksini təsdiq edən hər hansı bir arqument irəli sürülmür və sübut təqdim olunmur. Əksinə, bu halların əksəriyyətinin mövcudluğu iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallarla təsdiq olunur, iddiaçı bu halların mövcudluğunu şikayətində təsdiq etsə də, müxtəlif üzrlü səbəblərdən baş verdiyini qeyd edir. Məsələn, apellyasiya şikayətində İddiaçı verdiyi izahata əsasən şura iclasının 17 fevral 2024-cü il tarixdə keçirildiyi və katib olaraq Rəna Bayramovanın təyin edildiyi, protokolun tərtib olunmadığını qeyd edir, lakin bunu həmin şəxsin xəstəliyi ilə əsaslandırır, məktəbdə xadimə vəzifəsində çalışan Türkan Məmmədova işə gec gəlməsi faktını təsdiq edir, lakin bunu həmin şəxsin övladının xəstəliyi ilə bağlı olduğunu və ondan icazə alması ilə əsaslandırır. Bundan başqa, iddiaçı şagirdlərin hər iki dərnəkdə iştirakının mümkünsüz olması arqumenti ilə razılaşır, lakin səbəb kimi “Gənc ekoloqlar” dərnəyinin tədris saatlarının, şagirdlərin iştirakının təmin olunması onların öhdəliyinin olmadığını bildirir. Digər tərəfdən iddiaçı 27 yanvar 2024-cü il tarixli Qazax- Tovuz RTİ-nin müdiri Arslan Quliyevə yazılmış izahatında göstərdir ki, “8 C və 8 B siniflərində keçirilən dərnəkdəki şagirdlər hər keçirilən dərnək saatlarında yerində olurlar, sadəcə yoxlama komissiyası tərəfindən sual veriləndə özlərini itiriblər.” Halbuki, bu hallarla bağlı yoxlama komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, hətta bəzi şagirdlər eyni vaxtda iki müxtəlif dərnək məşğələsində iştirak edirmiş kimi göstərilmişdir və bu hallar dərnək məşğələlərinin düzgün təşkil edildiyinə, şagirdlərin davamiyyətinə əsaslı şübhələr yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası əmrin əsassızlığı ilə bağlı iddiaçının arqumentlərini inandırıcı və əsaslı hesab etmir.
30. Həmçinin, məhkəmə kollegiyası iddiaya etirazın əsasını təşkil edən bu xüsusatla razılaşır ki, “Ümumi təhsilmüəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”a 3 nömrəli əlavə” – “Ümumi təhsil müəssisələrində V – Xİ sinif jurnallarının aparılmasına dair Göstəriş”in 14- cü bəndinə əsasən, məktəbin direktoru, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, sinif rəhbərləri və müəllimlər sinif jurnallarının müəyyən edilmiş qaydalara uyğun aparılması və qorunub saxlanılması üçün məsuliyyət daşıyırlar, müəllimlərin dərs saatlarında jurnalları yaza bilməməsi, dərsdən sonra hər hansı səbəblə jurnalı yazmadan getməsi və ya digər hallar jurnalların yazılmaması üçün əsas qismində çıxış edə bilməz, direktorun, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, sinif rəhbərləri və müəllimlərin məsuliyyətini istisna edə bilməz.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının yol verdiyi eyni xarakterli nöqsanlara görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin 18 sentyabr 2023-cü il tarixli əmrinə əsasən ona rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həmin əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırkı əmrin məzmunundan da görünür ki, hər 2 əmrin əsasını eyni xarakterli nöqsanlara yol verilməsi təşkil etmişdir.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(005)- 2458/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(005)- 2458/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.