Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2071/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti cəlb edilməklə “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi və pul” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2649/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "OBA MARKET” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçıla həmin tarixdə əsas iş yeri olmaqla Daxili Nəzarət Departamenti- Təhlükəsiz bölməsininə Təhlükəsizlik rəisi vəzifəsinə təyin edilmişdir. İşçinin əmək haqqı 510 manat müəyyən edilmişdir.
2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, "OBA MARKET” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-962/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, İddiaçı "Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətində Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi, İddiaçı "Oba Market” MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 962/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır.
5. "Oba Market” MMC-nin idarə heyətinin sədri N.İbrahimovanın xx.xx.2023-cü il tarixli 06/K nömrəli əmrinin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-962/2023 saylı icra sənədi əsasında, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 229 nömrəli əmr ləğv edilmiş, o, xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Daxili Nəzarət Departamentinin Operativ Nəzarət Şöbəsinin Təhlükəsiz bölməsinə Təhlükəsizlik rəisi vəzifəsinə işə bərpa edilmişdir.
6. "Smart Ekspress” MMC-nin "Oba Market” MMC-yə ünvanladığı bildirişlərdən görünür ki, poçt xidməti vasitəsilə, İddiaçı ünvanlanmış məktublar ünvandakı əraziyə gedildikdə belə ünvan tapılmadığı üçün təqdim edilə bilməmiş, sonuncuya məxsus ********** nömrəsi ilə əlaqə saxlanıldıqda o, başqa ünvanda olduğunu və məktubu sonradan özünün götürəcəyini bildirmişdir, sonradan həmin şəxsin whatsapp nömrəsi ilə yenidən məktubun çatdırılması ilə bağlı əlaqə saxlanıldıqda qarşı tərəf hər hansı məlumat verməmişdir. Bu səbəbdən məktubun çatıdırılması mümkün olmadığına görə "Oba Market” MMC-yə qaytarılır, nəzərə alınması xahiş edilmişdir.
7. X14 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-də əmək qanunverciliyi tələbləri və digər hüquq pozmalarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə və Xidmətin Bakı şəhər İdarəsinə ünvanladığı müraciətlərə baxılmışdır. Bildirilmişdir ki, bundan əvvəl "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müvafiq dövlət qurumlarına ünvanladığı müraciətlərə baxılmış və ona 3-17-5/2-M- 11579/2023 saylı xx.xx.2023-cü il tarixli, 3-17-5/2-M-26643/2023 saylı xx.xx.2023-cü il tarixli və 3-17-5/2-M-9004/2024 saylı xx.xx.2024-cü il tarixli məktublarla cavab verilmişdir. Nəzərinə çatdırılmışdır ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətlərdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. Eyni zamanda bildirirlər ki, müraciətlərində qeyd etdiyi digər məsələlər X14 Xidmətinin səlahiyyətləri xaricindədir. Müraciətlərində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
8. "Birinci tərəf” İddiaçı ilə "İkinci tərəf” "Oba Market” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, Barışıq Sazişinin 1-ci bəndinə əsasən, iddiaçı və cavabdeh razılığa gəliblər ki, tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn bütün mübahisələri qarşılıqlı anlaşma yolu ilə yekunlaşdırmaq üçün hazırki "Saziş”i bağladılar. 2-ci bəndinə əsasən bu Saziş əsasında cavabdeh iddiaçıya 70 000 manat məbləğində pul vəsaitini təqdim edir və bununla da həm Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Vərəqəsi (bundan sonra "İcra Vərəqəsi”) tam şəkildə icra edilmiş hesab edilir, həm də əmək münasibətlərindən irəli gələn iddiaçının bütün digər tələbləri ödənilmiş sayılır. 3-cü bəndinə əsasən, cavabdeh iddiaçının təqdim etdiyi işdən çıxma istəyi barədə ərizəsini ərizədə göstərildiyi gün icra etməyi öz üzərinə götürür. 4-cü bəndinə əsasən, hazırki Sazişin təsdiq edilməsi ilə eyni anda iddiaçı "İcra Şöbəsi”nə təqdim edilməsi üçün "İcra Vərəqəsi”nin tam şəkildə icra olunması səbəbilə icra işinin icraatına xitam verilməsi barədə ərizəsini (imzası notarial qaydada təsdiq edilməklə) cavabdehin nümayəndəsinə təqdim edir və həmin ərizə "İcra Şöbəsi”nə təqdim edilir. 5-ci bəndinə əsasən, hazırki Sazişi imzalamaqla iddiaçı təsdiq edir ki, həm "İcra Vərəqəsi”nə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək iddiaçıya ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmişdir, cavabdehin hər hansı pul və sair öhdəliyi qalmamışdır.
9. "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, "Oba Market” MMC tərəfindən İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə qalıq əmək haqqı qismində 36919,33 manat, xx.xx.2024-cü il tarixdə isə 70.000 manat ödəmə həyata keçirilmişdir.
10. Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 8İ-6785 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, "Oba Market” MMC-yə təqdim etmək üçün aşağıdakı məzmunda ərizə vermişdir: "OBA Market” MMC ilə bağlanılmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə 03 may 2024-cü il tarixdə xitam verilməsini xahiş edirəm. Bildirirəm ki, həm müvafiq məhkəmə qərarı ilə işə bərpa edildiyim günədək, həm də ondan sonra son haqq-hesab gününədək mənə ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək mənə ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əmək haqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam ödənilmişdir. Hazırda və bundan sonra cəmiyyətdən hər hansı maddi və ya mənəvi tələbim yoxdur və olmayacaqdır.”
11. Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 8İ-6784 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, Nizami Rayon İcra Şöbəsinə təqdim etmək üçün aşağıdakı məzmunda ərizə vermişdir: "Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra işi Nizami rayon icra və probasiya şöbəsinin icraatındadır. İş üzrə borclu "OBA MARKET” MMC qətnamə üzrə bütün borc tələblərini icra etmiş, mənim bütün tələblərim ödənilmişdir. Qeyd edilən icra sənədi üzrə borcludan heç bir tələbim yoxdur. Odur ki, "İcra haqqında ” qanunun 20.1.5-ci maddəsinə əsasən qeyd olunan icra sənədi tam icra olunduğu üçün icra işinin icraatına xitam verilməsini xahiş edirəm.”.
12. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı "Oba Market” MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir.
13. xx.xx.2024-cü il tarixli Oba Market” MMC-yə ünvanlanmış İltizamdan görünür ki, İddiaçı bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024- cü il tarixədək Təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə işdən ayrılarkən ona son haqq hesabı tam şəkildə ödənilmişdir. Bütün haqqlarını tam aldığı üçün şirkətə qarşı heç bir maddi mənəvi tələbi yoxdur.
14. xx.xx.2024-cü il tarixli 42-x nömrəli əmrdən görünür ki, İddiaçı həmin tarixdə "Oba Market” MMC-də tutduğu Təhlükəsizlik bölməsində Təhlükəsizlik rəisi vəzifəsindən ƏM-nin 68.2-ci maddəsinin "a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2024cü il tarixdən əmək müqaviləsinə xitam verilməklə azad edilmiş, ona istifadə edilməmiş 88.56 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun ödənilməsi maliyyə departamentinə həvalə edilmişdir.
15. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "Oba Market” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam verilmişdir.
16. "X20” publik hüquqi şəxs tərəfindən "OBA MARKET” MMC-yə təqdim edilməsi üçün verilmiş xx.xx.2024-cü il tarixli "Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "bronxial astma, infeksion allergik forma” diaqnozu ilə işdən azad edilmişdir.
17. xx.xx.2024-cü il tarixli ərizədən və poçt məlumatından görünür ki, İddiaçı ərizə ilə "OBA MARKET” MMC-nin İdarə Heyətinin sədri N.İbrahimovaya müraciət edərək, təqdim olunmuş stasionar rejimə məxsus xəstəlik vərəqəsinin qəbul edilməsinə və sistemə işlənməsinə göstəriş verilməsini xahiş etmişdir.
18. xx.xx.2024-cü il tarixli ərizədən və poçt məlumatından görünür ki, İddiaçı ərizə ilə "OBA MARKET” MMC-nin İdarə Heyətinin sədri N.İbrahimovaya müraciət edərək, göstərmişdir ki, xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixindən onu işdən azad etməyi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Hazırda isə bu ərizə ilə bildirmək istəyir ki, "OBA Market” MMC-də fəaliyyətini davam etdirmək niyyətindədir və xahiş edir ki, xx.xx.2024-cü il tarixində onun tərəfindən yazılmış ərizə etibarsız hesab edilsin. Həmçinin, Bakı şəhəri 6 saylı notariat tərəfindən təsdiq olunmuş xx.xx.2024- cü il tarixli və reyestrdə 8İ-6785 nömrəsi ilə qeyd olunmuş ƏRİZƏNİN, xx.xx.2024-cü il tarixində reyestr nömrəsi 8İ-7639 nömrəli ƏRİZƏ ilə xitam olunmasının da nəzərə alınmasını xahiş etmişdir.
19. Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 8İ-7639 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində 8İ-6785 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən imtina etmişdir.
20. "X16” publik hüquqi şəxs tərəfindən "OBA MARKET” MMC-yə təqdim edilməsi üçün verilmiş xx.xx.2024-cü il tarixli "Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "bronxial astma ağır gedişli” diaqnozu ilə işdən azad edilmişdir.
21. "X16” publik hüquqi şəxs tərəfindən "OBA MARKET” MMC-yə təqdim edilməsi üçün verilmiş xx.xx.2024-cü il tarixli "Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "kəskin allergik övrə” diaqnozu ilə işdən azad edilmişdir.
22. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X17 Birliyinin Ə 020555 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı İİ qrup Qarabağ müharibəsi əlilidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2021-ci il tarixində "X11"nun X7 strukturunda (tabeçiliyində) olmaqla, aylıq ştat üzrə əmək haqqının 1200 (min iki yüz) manat olması müqabilində "xxxx" MMC-nin Təhlükəsizlik rəisi vəzifəsində faktiki olaraq işə başlamışdır. Qeyd olunan tarixdən də, öz vəzifə öhdəliklərini qanunamüvafiq şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, "xxxx" MMC-nin rəhbərliyi 17 may 2022-ci il tarixindən 30 may 2022-ci il tarixədək bülletendə olduğu dövrdə, daha da dəqiqləşdirərək qeyd edir ki, xx.xx.2022-ci il tarixində qavunvericiliyin tələblərinə zidd olaraq, ƏM-nin 68-ci maddəsinin b bəndinə (müqavilə müddətinin qurtarması) əsasən, əmək müqaviləsinə Nəcməddinləşmişlərin sifarişi ilə xitam verilmişdir. O da öz növbəsində, bülletendə olma və özəl sifariş səbəbi ilə bu xitamı, ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz hesab etdiyi üçün, hüquqlarının müdafiəsi məqsədilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdi. Son nəticədə 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddia təmin olunmuş, yekun məhkəmə aktı qüvvəsinə aldıqdan sonra isə xx.xx.2023-cü il tarixində müvafiq icra şöbəsinə göndərilmişdir. Lakin, dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına baxmayaraq, "OBA MARKET” MMC-nin rəhbərliyi güclü tərəf olaraq məhkəmə qərarının icrasından müxtəlif yollar və metodlar vasitəsilə yayınmaqla, növbəti süründürməçilik əməllərini həyata keçirmişdir. Belə ki, "xxxx" MMC rəhbərliyi xx.xx.2023-cü il tarixində məhkəmə qərarına zidd olaraq, məcburi işburaxma müddətində olan ödənişləri tam şəkildə icra etməməklə yanaşı, onu əvvəlki vəzifələrinin icrasına buraxmamışdır. Yəni, işəgötürən olaraq məhkəmə qərarını formal şəkildə icra etməyə çalışmaqla yanaşı, "bu şirkət şəxsi evimizdir və bizdə işçi olaraq səni şəxsi evimizə qəbul etmək istəmirik” kimi mövqe sərgiləmişlər. Hətta, şirkətin X8 qanuni qüvvəsini almış məhkəmə qərarının qanunsuz olmasını belə dilə gətirməkdən və səsləndirməkdən çəkinməmişlər; Bundan sonra, "xxxx" MMC rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixində məhkəmə qərarının icrası məqsədilə təkrar mühasibatlıq üzrə ekspertin dəvət olunması ilə bağlı müvafiq ərizələri Nizami rayon icra şöbəsinə təqdim olunmuşdur. Buna baxmayaraq, "xxxx" MMC rəhbərliyi mühasibatlıq üzrə mütəxəssisin dəvət olunması və həmin auidit-mütəxəssisin öz vəzifələrini yerinə yetirməsinə Nizami rayon məhkəməsi, Bakı İnzibati Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi və digər müxtəlif yolar vasitəsilə maneçilik törətməyə başlamışlar. Faktiki olaraq da, onun şəxsinə qarşı qeyri qanuni yollar vasitəsilə təhditlər həyata keçirilmişdir; Bu səbəb ilə o da, ehtiyatda olan zabit, 2-ci qrup müharibə əlili və şəhid qardaşı və xüsusən də qalib ölkənin bir vətəndaşı olaraq, qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması və ona qarşı olan təhditlər ilə bağlı mətbuat və SƏNGƏR TV vasitəsilə 01 aprel 2024-cü il tarixində Ali Baş Komandan Əliyev cənablarına, Ali Məhkəmənin Sədrinə, Ədliyyə Nazirinə, Respublika Baş Prokurorluğuna və digər aidiyyəti orqanlara canlı olaraq müraciətlər etmişdir; Bundan sonra isə "xxxx" MMC rəhbərliyi ilk növbədə "SƏNGƏR TV" kanalında olan çıxışının efirdən silinməsi tələbi ilə, həmin kanalın rəhbəri Aqil Alişova qarşı təhditlər başladılmışdır. Kanalın rəhbəri də öz növbəsində göstərilən tələbdən imtina etdiyi üçün, "SƏNGƏR TV" kanalının birdəfəlik bağlanması məqsədilə xüsusi hazırlıqlı xakerlər vasitəsilə məhdudiyyətlər qoyulmuşdur. Nəticə etibarı ilə, 50 mindən çox izləyicisi olan youtube kanalı iflic vəziyyətə salınmışdır. Belə olduğu halda isə, bir çox jurnalistlər və ictimai xadimlər kanala dəstək məqsədi ilə ölkə Prezidentinə müraciətlər ünvanlamışdırlar; Bu səbəb ilə o da, ehtiyatda olan zabit, 2ci qrup müharibə əlili və şəhid qardaşı və xüsusəndə qalib ölkənin bir vətəndaşı olaraq, qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması və ona qarşı olan təzyiq və təhditlərin artmasına görə, digər bir kanal olan "LAF TV" vasitəsilə 20 aprel 2024-cü il tarixində Ali Baş Komandan İ.Əliyev cənablarına, Ali Məhkəmənin Sədrinə, Ədliyyə Nazirinə, Respublika Baş Prokurorluğuna və digər aidiyyəti orqanlara müraciətlər etmişdir; Bundan sonra, "LAF TV"xxxx" MMC rəhbərliyi "LAF TV"-yə qarşı da təzyiq və təhdidlər başladılmışdır. Nəhayət ki, 30 aprel 2024-cü il tarixində "LAF TV"-də olan çıxışına görə, 250 mindən çox izləyicisi olan sözügedən kanal naməlum şəxslər tərəfindən bağlanmışdır. Bununla da kifayətlənməyərək, daha güclü tərəf olan VEYSƏLOGLU şirkətlər qrupunun icraçı direktoru A.Talıbov tərəfindən tələbkar-İddiaçı, "SƏNGƏR TV" kanalının rəhbəri Aqil Alişova və "LAF TV" kanalının rəhbəri Ləman Ələşrəfqızına qarşı Yasamal rayon məhkəməsində 100 minlik iddia qaldırlaraq növbəti və daha ağır təhdit- təzyiq metodları seçilmişdir; Beləliklə xx.xx.2024-cü il tarixində AR Auditorlar Palatası tərəfindən verilmiş "MÜTƏXƏSSİS RƏYİNƏ" əsasən məlum olmuşdur ki, "xxxx" MMC rəhbərliyi həqiqətəndə məhkəmə qərarını tam şəkildə icra etməməmiş, bilərəkdən süründürməçilik etmiş, prosesual hüquqlarından sui-istifadə etmişdir. Belə ki, "MÜTƏXƏSSİS RƏYİNDƏ" tələbkar işçi İddiaçı məhkəmə qərarının icrası məqsədilə 73539 (yetmiş üç min beş yüz otuz doqquz) manat miqdarında pul ödənilməsi göstərilmişdir. Bu faktda bir daha onu sübut etmişdir ki, 4 aydan çox müddət ərzində məhkəmə qərarının icra olunmamasının əsl səbəbkarı və günahkarı "xxxx" MMC rəhbərliyi olmuşdur; Son nəticədə "xxxx" MMC rəhbərliyinin ona qarşı çox sayda qanunsuz hərəkətləri, uzun sürən süründürməçilikləri, təzyiqləri, təhditləri və eləcə də psixoloji (təzyiq) təsirləri nəticəsində, sağlamlığında daha da ağırlaşmalar baş verməklə yanaşı, onun üçün yeni bir xəstəlik olan Övrə (kvinke ödemi) xəstəliyinə tutulmuşdur. Belə ki, səhhətində baş vermiş ağırlaşmalara görə 26 aprel 2024-cü il tarixindən 14 may 2024- cü il tarixədək X18 stasionar müalicədə olmuşdur. Bundan sonra, xəstəliyinin müalicəsi orada mümkün olmadığı üçün daha ixtisaslı tibbi mərkəz olan Nərimanov adına Tibb Mərkəzinə göndərilmişdir. Bu səbəb ilə 16 may 2024-cü il tarixindən 12 iyun 2024-cü il tarixədək, Nərimanov adına Tibb Mərkəzində stasionar müalicədə olmuşdur. Bundan sonra da, səhhətində yaxşılaşma baş vermədiyi üçün yenidən 12 iyul 2024-cü il tarixindən 26 iyul 2024-cü il tarixədək Nərimanov adına X21 xəstəliyi ilə əlaqədar olaraq stasionar müalicədə olmuşdur; Yuxarıda qeyd olunan ümumi məlumatlardan başqa, hazırda faktiki hallardan biri odur ki, ''OBA MARKET” MMCnin rəhbərliyi təkrarən öz müqəddəs andlarına sadiq qalaraq 03 may 2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində göstərilənlərdən heç birinə əsas olmadan, X18 stasionar müalicədə olduğu dövrdə, faktiki təhvil-təslim və qanuni məzuniyyətindən istifadə etməyinə imkan verilmədən, onu işəgötürənin özünün yazıb hazırladığı işdənçıxma ərizəsinə və həmin ərizədə göstərilən işdənçıxma tarixinə imza atmağa məcbur (təhrik) etməklə, xx.xx.2021-ci il tarixli 4L3HLD0000201 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin "a"-bəndinə əsasən ləğv etmişdir. Halbuki: Əmək qanunvericliyinin tələblərinə əsasən "xxxx" MMC işəgötürən olaraq, sığortalı işçinin əmək qabiliyyətinin bərpa olunmasını gözləməli və üstəlikdə xəstəlik pulu olaraq bülletendə olan işçiyə müavinət ödəməyə həm qanunla, həm də əmək müqaviləsinə əsasən borcludur. Çünki, əmək məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin işdən çıxdığı gün son iş günü hesab edildiyi üçün, rəsmi sənəd ilə əmək qabiliyyətsiz olan işçinin əmək müqaviləsinin ləğv olunması halı qanunvericiliyə ziddir. Belə ki, cavabdeh şirkət tabeçiliyində olan işçinin xəstəliyindən, asılı və köməksiz vəziyyətindən sui-istifadə edərək işəgötürənin özünün yazıb hazırladığı və eləcə də həmin gün üçün tarix təyin etdiyi işdənçıxma ərizəsinə imza etdirməklə, faktiki olaraq əmək müqaviləsinin ərizədə göstərilən gün üçün ləğv olunmasına heç bir əsas (xüsusi hal) olmadan belə, işçinin əmək müqaviləsini elə həmin günü təcili olaraq qanunsuz şəkildə ləğv etmişdir. Bir anlıq düşünün ki, tam olaraq iki il ərzində məhkəmə yolu ilə gecə-gündüz mübarizə aparaq işə bərpa olmaq və işləmək məqsədi (arzusu) ilə məhkəməni udduğu halda, zorakılıq və təzyiq altında işdən çıxma ərizəsinə imza atmaqdan başqa hansı real səbəb ola bilər ki, o, hazırki ağır iqtisadi vəziyyətdə öz işindən imtina etsin? Xahiş edir ki, işçi öz ərizəsini yazaraq işdən çıxdığı halda, DSMF-dən işsiz şəxs kimi minumum 6 aylıq müddət üçün müavinət almaq hüququnu belə itirmiş olur. Ona qarşı hər hansı bir təzyiq olmadığı halda, öz maddi ziyanına hansı səbəbdən addım atmağa təşəbbüs etməlidirki? Faktiki olaraq da, Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə zidd olaraq əmək müqaviləsi ləğv edildiyinə görə, DSMF-nin 142 çağrı xidmətinə, X14nə və cavabdehə müvafiq müraciətlər ünvanlamışdır. Təqdim olunan sənədlərdən və Əmək Qanunvericiliyindən də (xəstəlik vərəqəsi) göründüyü kimi, işəgötürən bülletendə və əmək qabiliyyəti müvəqqəti olmayan işçinin əmək müqaviləsinə "Əmək Məcəlləsi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq, ləğv etmişdir. Eyni zamanda, xx.xx.2024cü il tarixli notarial qaydada olan işdənçıxma ərizəsindən imtina etdiyi üçün, xx.xx.2024-cü il tarixində 6 saylı notariat tərəfindən 8İ-7639 reyestr nömrəsi ilə ləğv olunmuşdur. Qeyd olunanlar barədə də, cavabdehə rəsmi məlumatlar verilmişdir; Xüsusi olaraq da qeyd edir ki, heç bir yerdə işləməyən, iqtisadi cəhətdən daha zəif tərəf olan, faktiki ağır xəstəliyi olaraq sosial müdafiəyə ehtiyacı olan işəgötürəndən tam şəkildə asılı vəziyyətdə olan, himayəsində 2 azyaşlı uşağı və əlil ailə üzvi olan, eyni zamanda özüdə müharibə əlili olmaqla yanaşı, 5 nəfərdən ibarət ailəsini yeganə dolandıran şəxs olan bir işçi barəsində işəgötürənin çox ətraflı məlumatı olmasına baxmayaraq, şəxsən işəgötürənin özünün yazıb hazırladığı işdənçıxma ərizəsinə imza atmağa məcbur etdirməklə əmək müqaviləsinin ləğv edilməsi halını (faktını), hüquqi bir dövlətə və onun vətəndaşına qarşı barbarlıq və özbaşınalıq hesab edir; Birmənalı olaraq onu da diqqətə çatdırır ki, işdən çıxma ərizəsini o, yazmamışdır, o, işdənçıxma tarixini təyin etməmişdir və öz iradəsi ilə əmək müqaviləsinin ləğvi istiqamətində heç bir könüllü addım atmamışdır. O, sadəcə təkbaşına bir qız övladı böyüdən "LAF TV" kanalının rəhbəri Ləman Ələşrəfqızının son durumuna bir qardaş olaraq çox məyus olmaqla yanaşı, qeyd olunan hücumlarında ona qarşı davam etməməsi səbəbi ilə təslim olmuşdur; Ümumilikdə isə, "xxxx" MMC rəhərliyinin düşüncəsi uzun illərdiki bu şəkildə formalaşmışdır ki, şirkəti məhkəməyə verən və qanunvericilikdən irəli gələn hüquqlarını tələb edən bir sadə işçi ilə, iş münasibətinin davam etdirilməsi halı, sözügedən şirkətin dünyəvi hegemonluq imicinə ləkə gətirə bilər. Bu səbəb ilə işçiyə və onun yaxınlarına qarşı təhdit, təzyiq və hərbə-zorbalıq yolu seçilsə belə, işçinin işə davam etməsinə imkan verilməməlidir şüarı büsbütün qanlarına işləmişdir. Buna görə də, ən azından dövlətin adından çıxarılmış məhkəmə qərarına işəgötürən tərəfindən hörmət göstərilmədiyi üçün, açıq-aşkar işçiyə qarşı təqib üsulu həyata keçirilmişdir. Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, AR ƏƏSMN yanında X14 Xidmətinə və Mediasiya xidmətinə müraciət edirlər. O da öz növbəsində, zamanında X14 və Mediasiya xidmətinə rəsmi şəkildə müraciətlər etməyimə baxmayaraq, "xxxx" MMC rəhbərliyi tutduğu mövqeyini dəyişməmişdir. O isə "xxxx" MMC rəhbərliyindən fərqli olaraq əmindir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir və xalqının hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bu səbəblədə böyük ümüd hissləri ilə dolu iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd olunanlara əsasən də hesab edir ki, onun işdən azad olunmağı ilə bağlı əmrin ləğv edilməsinə, öz işinə bərpa olunmağına, "xxxx" MMC-nin rəhbəri tərəfindən kollektivə təqdim edilməsinə, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqımın hesablanaraq ödənilməsinə, xəstəlik vərəqələrinə əsasən müavinətlərinin qanuna müvafiq şəkildə ödənilməsinə, ödənilməmiş əmək haqqımın ödənilməsinə, illik 46 günlük məzuniyyət əvəzi kompensasiyanın ödənilməsinə, iş vaxtından artıq vaxtda görülən işə görə (həftəlik 4 saat) ikiqat əmək haqqının ödənilməsinə, digər dövrlərdə gecikdirilmiş əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, əmək müqaviləsində əmək haqqının düzgün göstərilməsi, əmək kitabçanın yenisi ilə əvəz olunması, məcburi işburaxma müddətində olan əmək haqqının hər gecikdirilmiş gününə görə ödənilməli olan əmək haqqının bir faiz ödəncin ödənilməsi və mənəvi ziyan olaraq 250000 (iki yüz əlli min) manat məbləğinin ödənilməsinə dair tələbləri qanunidir. Qeyd edilənləri nəzərə alaraq, o, İddiaçı barəsində İşəgötürənin işdən azad olunma ilə bağlı xx.xx.2024-cü il tarixli 42-x nömrəli əmrinin ləğv edilməsi, öz işinə bərpa edilməsi və eləcə də "xxxx" MMC-nin rəhbəri tərəfindən kollektivə təqdim edilməsi; xx.xx.2024-cü il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının faktiki olan əmək haqqı üzrə ödənilməsi; Xəstəlik vərəqələrinə əsasən müavinətlərinin ödənilməsi; 01 yanvar 2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan dövrdə ödənilməmiş əmək haqqının ödənilməsi; İllik olaraq 46 günlük məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi; 20 may 2022-ci il tarixindən xx.xx.2024- cü il tarixədək olan müddətdə əlavə iş saatlarına görə (həftəlik 4 saat) ikiqat əmək haqqının ödənilməsi; Məhkəmə qərarına əsasən 17 may 2021-ci il tarixindən 21 may 2022-ci il tarixədək olan müddətdə 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli miqdarında hesablanmış 2126.77 manatın 29 dekabr 2023-cii il tarixində ödənilməsi nəzərə alınaraq həmin müddətə kimi gecikdirilməsinə görə, hər gccikdirilmiş gün üçün ödənilməli olan 2126.77 manat miqdarında əmək haqqının bir faiz məbləğinin ödənilməsi; Məhkəmə qərarına əsasən 17 may 2022-ci il tarixindən 30 may 2022-ci il tarixədək olan xəstəlik vərəqəsinə əsasən, 29 dekabr 2023-cü il tarixində ödənilmiş 600 manatın həmin tarixə kimi gecikdirilməsinə görə, hər gccikdirilmiş gün üçün ödənilməli olan 600 manat əmək haqqının bir faiz məbləğinin ödənilməsi; İşə başladığı 10 may 2021-ci il tarixindən işə bərpa olunacağı tarixədək ona ödənilmiş və ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatın verilməsi; X22 Sistemində (ƏMAS) Oba market MMC-nin müvafiq ştat cədvəlinə uyğun olaraq, "Təhlükəsizlik rəisi"-nin aylıq faktiki əmək haqqısına əsasən 17 may 2021-ci il tarixli əmək müqaviləsində əmək haqqının qanunvericiliyə uyğun şəkildə düzgün qeydiyyatının aparılması; Ləkələnmiş əmək kitabçasının yenisi ilə əvəz olunması və müvafiq qeydlərin aparılması; Məcburi işburaxma müddətində olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsilə yanaşı, ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 250000 (iki yüz əlli min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
25. Sonradan İddiaçı MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, "xxxx" MMC-nin 03 may 2024-cü il tarixli 42-x nömrəli əmrinin ləğv edilməsi, öz işimə bərpa edilməsi, "xxxx" mmc-nin idarə heyətinin sədri tərəfindən kollektivə təqdim edilməsi, 03 may 2024-cü il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqımın faktiki ödənilmiş məbləğ üzrə ödənilməsi, Konstitusiyanın 38-ci maddəsinə əsasən 0314746, ******* və ******* nömrəli xəstəlik vərəqələrinə görə son 12 aylıq gəlirdən hesablanan müavinətlərimin ödənilməsi, 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş əmək haqqımın faktiki ödənilmiş məbləğ üzrə ödənilməsi, 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş əmək haqqımın gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli əmək haqqımın bir faiz məbləğinin ödənilməsi, iş ili olan "Bir il, on bir ay, on altı gün" üçün yaranmış 90 günlük məzuniyyət əvəzinə görə son 12 aylıq gəlirdən hesablanan kompensasiyamın ödənilməsi, Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 17 may 2021-ci il tarixindən 21 may 2022-ci il tarixədək olan (həftəlik 4 saat) ümumi 205 saat artıq iş vaxtına görə ödənilmiş 2861.25 manat miqdarında əmək haqqının 29 dekabr 2023-cü il tarixinə kimi 585 gün müddətində gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan 2861.25 manat miqdarında əmək haqqının bir faiz məbləğinin ödənilməsi, Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 21 may 2022-ci il tarixindən 03 may 2024- cü il tarixədək olan müddətdə (həftəlik 4 saat) ümumi olaraq isə 400 saat artıq iş vaxtınagörə əmək haqqının ödənilməsi, işə başladığı 10 may 2021-ci il tarixindən işə bərpa olunacağı tarixədək ödənilmiş və bundan sonra da ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatların tam dəqiq və qanunauyğun şəkildə verilməsi, X22 Sistemində (ƏMAS-da) "Oba market” MMC-nin müvafiq ştat cədvəlinə uyğun olaraq "Təhlükəsizlik rəisi"-nin aylıq faktiki əmək haqqısına əsasən xx.xx.2021 və xx.xx.2022-ci il tarixli əmək müqavilələrinin hər ikisində olan əmək haqqını faktiki əmək haqqına uyğun olaraq düzgün qeydiyyatının aparılması, ləkələnmiş əmək kitabçasının yenisi ilə əvəz olunması və müvafiq qeydlərin aparılması, məcburi işburaxma müddətində olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan faktiki əmək haqqının bir faiz məbləğinin ödənilməsi, eləcə də ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 250000 (iki yüz əlli min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Sonuncu dəfə, xx.xx.2024-cü il tarixdə İddiaçı MPM-in 53-cü maddəsinə əsasən "iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, 1) "OBA MARKET” MMCnin 03 may 2024-cü il tarixli 42-x nömrəli xitam əmrinin AR-sı Konstitusiyasının 16, 24, 25, 31, 35, 37, 38, 46, 71, 73, 75, 125.Vİİ və 147-ci maddələrinə, eləcə də Əmək Məcəlləsinin 12, 12.k, 16, 43.3, 43.4, 46.5, 46.6, 54, 57.3, 69.3, 69.6, 69.7, 74.2, 76.1, 76.2, 83.1, 83.2, 83.4, 84.2, 84.3, 110.3, 135.1, 172.4, 209.3, 224.2, 290, 301.1-ci, MPM-nin 15.2-ci, MMnin 50.1, 337, 339, 340.1, 560.1 və 560.3.2-ci maddələrinə əsasən ləğv edilməsi, öz işinə bərpa edilməsi, "xxxx" MMC-nin idarə heyətinin sədri tərəfindən kollektivə təqdim edilməsi və məcburi işburaxma dövrü üçün itirilmiş aylıq əmək haqqının faktiki olan 1200 manat məbləği üzrə ödənilməsi; 2) Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən 0314746, ******* və ******* nömrəli xəstəlik vərəqələrinə görə, son 12 aylıq gəlirdən hesablanan müavinətlərinin hesablanması və ödənilməsi; 3) Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 -ci və 4-cü bəndlərinə əsasən 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş aylıq əmək haqqımın faktiki olan 1200 manat məbləği üzrə ödənilməsi; 4) Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş faktiki 1200 manat olan aylıq əmək haqqının gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün ödənilməli əmək haqqının bir faiz məbləğinin hesablanması və ödənilməsi; 5) Əmək Məcəlləsinin 135, 140-cı və 144.2-ci maddələrinə əsasən istifadə etmədiyi 90 günlük əmək məzuniyyət əvəzinə görə, son 12 aylıq gəlirdən hesablanan kompensasiyanın hesablanması və ödənilməsi; 6) Əmək Məcəlləsinin həmin tarixdə qüvvədə olan 83.2-ci və 172.4-cü maddələrinə əsasən son haqq-hesab olaraq 20 may 2022-ci il tarixində 205 saat artıq iş vaxtına görə ödənilməmiş 2861.25 manat miqdarında əmək haqqının, 21 may 2022-ci il tarixindən 29 dekabr 2023- cü il tarixinə kimi 585 gün gecikdirilməsinə görə, ƏMnin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan bir faiz məbləğinin hesablanması və ödənilməsi; 7) Əmək Məcəlləsinin 9.e, 91.2-ci və 165-ci maddələrinə əsasən 21 may 2022-ci il tarixindən 03 may 2024-cü il tarixədək olan müddətdə (həftəlik 4 saat) ümumi olaraq isə 400 saat artıq iş vaxtına görə ikiqat əmək haqqının hesablanması və ödənilməsi; 8) Əmək Məcəlləsinin 12.k, 43.2-ci və 46.5-ci maddələrinə əsasən işəgötürən tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsində əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu günü, qanuni qüvvəsini almış 2(105)-962/2023 saylı məhkəmə qərarına əsasən xx.xx.2021-ci il tarixinin qeyd olunması, eləcə də Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəliqərarına əsasən işçinin əmək şəraitinin şərtləri — iş vaxtı, əmək haqqı, əmək məzuniyyətinin müddəti və strukturu barədə məlumatların qanunvericiliyə uyğun həqiqi və düzgün qeydlərin aparılması; 9) AR-sı Konstitusiyasının 73-cü maddəsinə və Əmək Məcəlləsinin 12-ci maddəsinin "j" bəndinə əsasən işə başladığım 10 may 2021-ci il tarixindən 20 may 2022-ci il tarixədək faktiki ödənilmiş NETT 1200 manat aylıq məbləğə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatların tam dəqiq və qanunauyğun şəkildə verilməsi; 10) Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarının 3.10-cu bəndinə əsasən ləkələnmiş əmək kitabçamın yenisi ilə əvəz olunması və müvafiq qeydlərin aparılması; 11) Məcburi işburaxma müddətində olan aylıq əmək haqqımın gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin hesablanması və ödənilməsi; 12) Eləcə də ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 3000 (üç min) manat məbləğin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. xx.xx.2024-cü il tarixdə cavabdeh "Oba Market” MMC-nin nümayəndəsi Nümayəndə1 "iddia ərizəsinə etiraz” təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli Əmək Müqaviləsinə əsasən "Oba Market” MMC-nin Daxili Nəzarət Departamentinin X1 rəisi vəzifəsinə işə qəbul edilmiş, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (sənədlər əlavə edilir). İddiaçı xx.xx.2022-ci il tarixdə "işə bərpa, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının və sair ödənişlərin edilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Gülnarə Tağızadə) 2(060)- 90/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim Səyyad Qafari) 2(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, İddiaçı "Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətində Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi İddiaçı "Oba Market” MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd edilən qətnamə üzrə icra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmiş və icra sənədi icra edilməsi üçün borclunun hüquqi ünvanı üzrə Nizami Rayon İcra Şöbəsinin icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir. İcra vərəqəsinin icrası çərçivəsində "Oba Market” MMC-nin xx.xx.2023-cü il tarixli, 06/K saylı Əmri verilərək, tələbkar əvvəlki vəzifəsinə Cəmiyyətin Daxili Nəzarət Departamentinin Operativ Nəzarət Şöbəsinin X1 rəisi vəzifəsinə işə bərpa edilmiş, eyni tarixdə, yəni xx.xx.2023-cü il tarixdə onun bank hesabına 36 919, 33 manat məbləğində ödəniş edilmişdir (əmr və ödəniş sənədi əlavə edilir). İcra icraatı çərçivəsində Nizami Rayon İcra Şöbəsinin icra məmuru mühasibatlıq sahəsinə aid mütəxəssis dəvət etmiş və mütəxəssis tərəfindən "əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pulun hesablanması” üçün audit aparılmışdır (icra məmurunun qərarı əlavə edilir). İcra sənədi üzrə icraatın davam etdiyi vaxtda tərəflər arasında bütün mübahisələrə son qoyulması ilə bağlı könüllü razılaşma əldə edilmiş və xx.xx.2024-cü il tarixdə iki tərəfin iştirakı ilə Barışıq Sazişi imzalanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin 1-ci bəndinə əsasən, iddiaçı və cavabdeh razılığa gəliblər ki, tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn bütün mübahisələri qarşılıqlı anlaşma yolu ilə yekunlaşdırmaq üçün hazırki "Saziş” bağladılar. 2-ci bəndinə əsasən bu Saziş əsasında cavabdeh iddiaçıya 70 000 manat məbləğində pul vəsaitini təqdim edir və bununla da həm Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Vərəqəsi tam şəkildə icra edilmiş hesab edilir, həm də əmək münasibətlərindən irəli gələn iddiaçının bütün digər tələbləri ödənilmiş sayılır. 3-cü bəndinə əsasən, cavabdeh iddiaçının təqdim etdiyi işdən çıxma istəyi barədə ərizəsini ərizədə göstərildiyi gün icra etməyi öz üzərinə götürür. 4-cü bəndinə əsasən, hazırki Sazişin təsdiq edilməsi ilə eyni anda iddiaçı "İcra Şöbəsi”nə təqdim edilməsi üçün "İcra Vərəqəsi”nin tam şəkildə icra olunması səbəbilə icra işinin icraatına xitam verilməsi barədə ərizəsini (imzası notarial qaydada təsdiq edilməklə) cavabdehin nümayəndəsinə təqdim edir və həmin ərizə "İcra Şöbəsi”nə təqdim edilir. 5-ci bəndinə əsasən, hazırki Sazişi imzalamaqla iddiaçı təsdiq edir ki, həm "İcra Vərəqəsi”nə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqqhesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək iddiaçıya ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əmək haqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmişdir, cavabdehin hər hansı pul və sair öhdəliyi qalmamışdır. Tərəflər qeyd edilən razılığa gəldikdən və yazılı şəkildə Barışıq Sazişini imzaladıqdan sonra, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı bank hesabına 70000 manat məbləğində pul vəsaiti köçürülmüşdür (ödəniş sənədi əlavə edilir). Pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra İddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində aşağıdakı mətndə ərizələri imzalayaraq onlara təqdim etmişdir (ərizələrin surətləri əlavə edilir): 1. Nizami Rayon İcra Şöbəsinə təqdim etmək üçün ərizənin mətni: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra işi Nizami rayon icra və probasiya şöbəsinin icraatındadır. İş üzrə borclu "OBA MARKET” MMC qətnamə üzrə bütün borc tələblərini icra etmiş, mənim bütün tələblərim ödənilmişdir. Qeyd edilən icra sənədi üzrə borcludan heç bir tələbim yoxdur. Odur ki, "İcra haqqında ” qanunun 20.1.5-ci maddəsinə əsasən qeyd olunan icra sənədi tam icra olunduğu üçün icra işinin icraatına xitam verilməsini xahiş edirəm. 2. "Oba Market” MMC-yə təqdim etmək üçün ərizənin mətni: "OBA Market ” MMC ilə bağlanılmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə 03 may 2024-cü il tarixdə xitam verilməsini xahiş edirəm. Bildirirəm ki, həm müvafiq məhkəmə qərarı ilə işə bərpa edildiyim günədək, həm də ondan sonra son haqq-hesab gününədək mənə ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmişvə bu günədək mənə ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əmək haqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam ödənilmişdir. Hazırda və bundan sonra cəmiyyətdən hər hansı maddi və ya mənəvi tələbim yoxdur və olmayacaqdır. Bundan sonra, həmin gün - xx.xx.2024-cü il tarixdə İddiaçı "Oba Market” MMC-nin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanında, X15 3-cü mərtəbəsində yerləşən ofisinə gəlmiş və X13 yaxınlaşaraq, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı digər sənədləri (nümunəvi ərizə, iltizam formalarını) doldurub imzalayaraq, əmək müqaviləsinin ləğv edilməsi prosedurunda iştirak etmiş, qanunvericiliyə uyğun şəkildə onun işdən azad edilməsi rəsmiləşdirilmiş, bu zaman iddiaçının hər hansı etirazı və narazılığı olmamışdır (sənədlər əlavə edilir). Bundan əlavə, İddiaçı xx.xx.2024-cü il tarixdə Nizami Rayon İcra Şöbəsinə gedərək "Oba Market” MMC tərəfindən bütün tələblərinin yerinə yetirilməsi səbəbilə icra işinə xitam verilməsi xahişini ehtiva edən ərizəsini və bundan öncə notarial qaydada təsdiq etdiyi ərizəsini İcra Şöbəsinin dəftərxanasına təqdim etmiş, bunun nəticəsində İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov xx.xx.2024-cü il tarixli Qərar qəbul edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(l05)-962/2023-016 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam vermiş, qərarın surətini isə məhkəməyə və tərəflərə göndərmişdir, (iddiaçının ərizələri, icra məmurunun qərarı əlavə edilir). İcra sənədi üzrə icraata xitam vermə qərarından İddiaçı şikayət verməmişdir. İİ. İddia ərizəsinə etirazın dəlilləri: İşin hallarından, təqdim etdiyi sənədlərdən göründüyü kimi, İddiaçı irəli sürdüyü əsas iddia tələbi (işdən çıxma əmrinin ləğv edilməsi) və bu əsas tələbdən irəli gələn digər dolayı tələblər (işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının və s. ödənişlərin ödənilməsi) tamamilə əsassızdır. İddia ərizəsində iddiaçının qeyd etdiyi və mülahizə xarakterli dəlillərinə cavab olaraq aşağıdakıları bildirmək istəyir. İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixli ərizənin zorakılıq və təzyiq altında imzalandığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər və təkzibedilməz sübut təqdim etməyib, əksinə işin həqiqi halları və bu hallara tətbiq edilməli qanunun normaları ərizənin etibarlı və qanuni olduğunu, ərizədə ifadə olunmuş iddiaçının iradəsinin və hüquqi niyyətinin vahidliyini və həqiqiliyini təsdiq edir. İşin hallarından göründüyü kimi, işdən çıxma barədə ərizələr məhz barışıq razılaşması imzalandıqdan və 70 000 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra imzalanmışdır. Pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra iddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində işdən çıxma barədə ərizəni öz imzası ilə təsdiq etmiş, bu zaman notarius hər hansı qanun pozuntusunu müəyyən etməmişdir. Notariat ofisindən sonra İddiaçı Şirkətin baş ofisinə gələrək işdən çıxma prosedurunun sənədləşdirilməsində şəxsən iştirak etmiş və özünə aid sənədləri (əmr, əmək kitabçasını) əldə etmişdir. İşdən çıxış məsələsində hər hansı təzyiqdən, zorakılıqdan söhbət belə gedə bilməz, çünki tərəflər arasında razılaşma əldə olunmuş və bu razılaşmaya uyğun tərəflər öhdəliklərini icra etmiş, göründüyü kimi, qarşı tərəfə (iddiaçıya) inanıb birinci öhdəliyini vicdanla icra edən və pul vəsaitini tam şəkildə (iddiaçının istəyi ilə onun bank hesabına) ödəyən də məhz Şirkət olmuşdur. Halbuki, iddiaçı ərizəni notarial qaydada imzalamaqdan və ya ofisə gəlib sənədləşmədə iştirak etməkdən imtina etsəydi, Şirkət onu heç bir üsulla bu prosedurların icra edilməsinə məcbur edə bilməzdi. Məhkəmə nəzərə almalıdır ki, iddiaçıya qarşı hər hansı hədə, təsir, zorakılıq hallan baş versəydi notarius (işdən çıxma və icra işinə xitam vermə barədə) ərizələrdəki imzaları təsdiq etməkdən imtina edərdi. xx.xx.2024-cü il tarixli ərizənin qanuniəsası ilə bağlı isə aşağıdakılan bildirmək istəyir. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, həmin Məcəllənin 9-cu maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək - əmək müqaviləsi üzrə işçinin əsas hüquqları sırasındadır. Əmək münasibətlərini dayandırmaq istədiyi günü konkret göstərməklə işəgötürənə ünvanlanmış ərizə işçinin hüququdur və bu müddəa daha çox işçinin mənafeləri üçün təsbit olunub. Yəni, işçi hər hansı konkret səbəb olmadan belə, hazırki iş yerində işləmək istəmirsə, əmək münasibətlərini dayandırmaq istəyirsə və onun bu istəyi işəgötürən tərəfindən nəzərə alınıb qəbul edilirsə, işçinin əmək müqaviləsinə həmin ərizədə göstərildiyi gün xitam verilə bilər və bu qaydada əmək müqaviləsinin xitam edilməsində hər hansı qanun pozuntusu yoxdur. Xəbərdarlıq müddəti daha çox işəgötürənin mənafelərinə xidmət etdiyi kimi (çünki, 1 aylıq xəbərdarlıq müddəti ərzində işəgötürən başqa bir işçini tapmaq üçün möhlət əldə edir), xəbərdarlıq müddətini gözləmədən işçinin arzuladığı tarixdə əmək müqaviləsinin ləğv edilməsi daha çox işçinin mənafelərinə xidmət edir (çünki, işçi əmək müqaviləsini ləğv etmə hüququnu özünün arzuladığı tarixdə həyata keçirir). İşin hallarından göründüyü kimi, tərəflər (iddiaçı və cavabdeh) əldə olunmuş barışıq razılaşması çərçivəsində hərəkət etmiş və İddiaçı məhz xx.xx.2024-cü il tarixdən əmək münasibətlərini dayandırmaq istədiyindən, habelə işdən çıxma ərizəsində məhz bu tarixi qeyd etdiyindən işəgötürən işçinin istəyini nəzərə alaraq həmin gün, yəni xx.xx.2024cü il tarixdə əmək müqaviləsinə xitam vermişdir. İddiaçı könüllü ərizəsi ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi ləğv edildikdən 13 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə işəgötürənə müraciət edərək özü tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsi, Şirkətdə fəaliyyətini davam etdirmək istədiyini, habelə notariat qaydasında verdiyi eyni tarixli ərizəsindən imtina etdiyini bildirməsinin artıq hər hansı əhəmiyyəti yoxdur, çünki həmin vaxtda iddiaçının Əmək Müqaviləsi artıq qüvvədə deyildi və iddiaçının istəyi ilə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşin hallanndan göründüyü kimi, əmək müqaviləsi qanun normalarına uyğun şəkildə ləğv edilmiş, hər hansı pozuntu hallanna yol verilməmiş, hətta işçidən bir neçə nüsxə və növdə (notarial təsdiqli və şirkətdaxili nümunəyə uyğun şəkildə) işdən çıxma arzusu barədə ərizələr götürülsə də, Əmək Müqaviləsi ləğv edildikdən sonra işçi əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının əsas iddia tələbi (xx.xx.2024-cü il tarixli Əmrin ləğv edilməsi) əsassız olduğundan, bu əsas tələbdən irəli gələn digər dolayı tələblər (işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının və s. ödənişlərin ödənilməsi) də əsassızdır və təmin edilməməlidir. İddiaçının əvvəlki tarixlərə aid olan və artıq bir dəfə məhkəmə mübahisəsinin predmeti olan, habelə həmin məhkəmə icraatı çərçivəsində vaxtında irəli sürülməyən iddia tələbləri ilə bağlı isə məhkəməyə bildirmək istəyir ki, həmin tələblər üzrə iddia müddəti ötürülmüş və cavabdeh olaraq həmin tələblərə iddia müddətinin tətbiqini məhkəmədən xahiş etməklə, həmin iddia tələblərin rədd edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı yekun iddia tələbindən göründüyü kimi, iddiaçı işə daxil olduğu xx.xx.2021-ci il tarixdən etibarən ödənişlərin düzgün edilmədiyini mübahisələndirir, halbuki həmin tələblərlə bağlı məhkəmə nəzərə almalıdır ki: 1) əvvəlki məhkəmə icraatı çərçivəsində həmin tələblərə baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim Səyyad Qafari) 2(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı həmin iddia tələbləri təmin edilmiş, sözügedən qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, habelə həmin qətnamə əsasında verilən icra sənəditam şəkildə icra edildiyindən, iddiaçının müraciəti əsasında Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun xx.xx.2024-cü il tarixli Qərarı ilə icra işinə xitam verilmiş, icra məmurunun həmin qərarından da iddiaçı hər hansı şikayət verməmişdir; 2) tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən iddiaçı təsdiq etmişdir ki, həm icra vərəqəsinə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq- hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlər (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmiş, Şirkətin hər hansı pul və sair öhdəliyi qalmamış, hazırda və bundan sonra iddiaçının cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn hər hansı maddi və ya mənəvi ziyan tələbi yoxdur və olmayacaqdır. 3) İşin hallarından, təqdim edilmiş sənədlərdən (qətnamə, icra vərəqəsi, banşıq sazişi və s.) göründüyü kimi, iddiaçının əmək fəaliyyəti dövrü hesab edilən xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək olan müddət üçün iddiaçıya ümumilikdə 106 919,33 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa edilsə də, cəmi bir gün - xx.xx.2023-cü il tarixdə işə çıxmış və heç bir üzrlü səbəb göstərmədən işi tərk edərək, işdən öz xahişi ilə azad edildiyi xx.xx.2024-cü il tarixədək bir daha işə çıxmamışdır. Bununla bağlı iddiaçıya dəfələrlə yazılı bildirişlər göndərilsə də, işçi işə çıxmamış, hər hansı üzrlü səbəb təqdim etməmişdir (bildirişlər əlavə olunur). İş materiallarından göründüyü kimi, Şirkət icra sənədi əsasında iddiaçıya 103 427,29 manat (29887,33 azn + 73 539 azn) ödəməli olduğu halda, 3492,04 manat artıq ödəmə edərək 106 919,33 manat ödəmə etmiş (36 919,33 azn + 70 000 azn) və bu da öz növbəsində onun mövcud ola biləcək hər hansı əlavə tələblərini qarşılamaq üçün barışıq razılaşması çərçivəsində Şirkət tərəfindən qabaqcadan ödənilmişdir. 4) Bundan əlavə, məhkəmə nəzərə almalıdır ki, işçi işdən çıxış ərizəsini Şirkətə təqdim etdikdən və onun əmək müqaviləsinə xitam verildikdən sonra belə, İddiaçı Şirkətə müraciət edərək onun fərdi şəxsi hesabına (sosial sığorta və s.) ödənişlərin edilməsini xahiş etmiş və Şirkətə qarşı hər hansı məcburiyyət tədbiri olmadığı halda (barışıq razılaşmasında belə bir öhdəlik, habelə əvvəlki məhkəmə mübahisəsi çərçivəsində iddiaçının belə bir tələbi təmin olunmamışdır), Şirkət iddiaçının xahişini və formalaşmış barışıq münasibətlərini nəzərə alaraq, onun hesabına əlavə olaraq 36 566,74 manat (18 549.37 + 609.45 + 609.45 + 2437.78 + 2437.78 + 11922.91 azn) məbləğində pul vəsaitini ödəmişdir (sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları ilə bağlı ödəniş sənədləri əlavə olunur). 0314746, ******* və ******* nömrəli xəstəlik vərəqələri ilə bağlı isə qeyd olunmalıdır ki, Şirkətin ümumiyyətlə bu barədə məlumatı olmamış, iddiaçı bu barədə Şirkətə hər hansı məlumat verməmiş və bu faktlar yalnız məhkəmə araşdırması zamanı üzə çıxmışdır. Hətta iddiaçı onun bütün tələbləri təmin edildikdən sonra Şirkətə ünvanladığı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli əsassız ərizələrində də xəstəliyi, habelə bülletenləri barədə heçnə bildirməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq iddiaçıya ödənilmiş pul vəsaitinin tərkibində onun bütün tələblərini təmin edəcək vəsait olmuşdur və iddiaçının hər hansı əlavə tələb, iddiası və şikayəti olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmrin qanunsuz olması ilə bağlı iddiaçının istinad etdiyi AR Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin hazırki məsələyə aidiyyəti yoxdur. Belə ki, həmin normaya əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Maddənin də məzmunundan göründüyü kimi, bu qadağa əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi hallan ilə bağlıdır (AR ƏM 70-ci maddəsi), onların halında isə əmək müqaviləsi işçinin müraciəti əsasında ləğv edilmişdir (AR ƏM 69-cu maddəsi). İddiaçının işdən çıxma barədə xx.xx.2024-cü il tarixli ərizəni yazmağa məcbur edilməsi və bu məcburiyyətin iddiaçıya qarşı Yasamal Rayon Məhkəməsində qaldırılmış "şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair ” mülki işlə əlaqəli olması ilə bağlı məhkəməyə aşağıdakıları bildirmək istəyir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, həmin iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş və ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin hakimi X5 qızının e-2(004)- 2785/2024 saylı Qərardadı ilə iddia ərizəsi (ərazi aidiyyəti qaydaları pozulduğuna görə) geri qaytarılmışdır. Yəni, sözügedən "şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair” iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülməmiş, həmin mülki iş üzrə İddiaçı hər hansı məhkəmə bildirişi göndərilməmiş və bu iş üzrə hər hansı məhkəmə iclası belə təyin edilməmişdir. Beləliklə də, İddiaçı qarşı məhkəmənin icraatında hər hansı mülki iş olmadığı halda, onun məhz bu məhkəmə prosesindən qorxub işdən çıxma barədə ərizəni yazmağa məcbur olması barədə mülahizələri öz təsdiqini tapmır, bu mülahizələr işin həqiqi hallarına və məntiqə uyğun gəlmir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərinin tamamilə rədd edilməsi, iddia müddəti ötürülmüş tələblərə iddia müddəti tətbiq edilməsi və həmin iddia tələblərinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir.
28. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işçinin öz ərizəsi əsasında xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Belə ki, iddiaçı əvvəlki məhkəmə mübahisəsi ilə əlaqədar icra sənədinin icra mərhələsində, cavabdehlə barışıq sazişi bağlamış və barışıq sazişində üzərinə götürdüyü öhdəliyə uyğun olaraq notarial qaydada ərizə verərək, məhz xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, o cümlədən iltizamında MMC tərəfindən ona müvafiq ödənişlərin edildiyini, hazırda və gələcəkdə MMC-yə qarşı hər hansı iddiasının və tələbinin olmayacağını bildirmiş və onun xahişinə müvafiq olaraq həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək mübahisəsi üzrə sübut etmə yükü üzərinə düşmüş cavabdeh tərəfindən isə əmrin əsaslılığını təsdiq mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Bu yerdə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixli ərizənin zorakılıq və təzyiq altında imzalandığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli barışıq sazişində müəyyən olunduğu qaydada, pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra iddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində işdən azad olma barədə ərizəni öz imzası ilə təsdiq etmiş, bu zaman notarius hər hansı qanun pozuntusu müəyyən etməmişdir. Digər yandan, tərəflər arasında yuxarıda qeyd olunan razılaşma əldə olunmuş və bu razılaşmaya uyğun tərəflər öhdəliklərini icra etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi əsasında iddiaçı 03 may 2024-cü il tarixdə işdən azad olma barədə ərizə yazaraq, 07 may 2024-cü il tarixdə icra şöbəsinə müraciət edərək cavabdehdən tələbi olmadığından icraata xitam verilməsini xahiş etmiş, icraata xitam verilməsi barədə icra məmurunun qərarını mübahisələndirməmiş, 07 may və 17 may 2024-cü il tarixdə iddiaçının digər ödənişdən savayı, 36.566.74 manat əlavə olaraq DSMF hesabına da ödəniş edilmiş, iddiaçı 18 may 2024-cü il tarixdə cavabdehə müraciət edərək işdən azad olunma barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir, hüquqdan sui-istifadə halına yol vermişdir, hansı ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən sonuncu istər əvvəlki, istərsə də bundan sonra MMC-yə qarşı hər hansı maddi, mənəvi tələbinin olmadığını bildirmişdi. İddiaçı mənəvi zərərlə bağlı məhz hazırkı cavabdehə münasibətdə iddia tələbinin də əsaslılığına dair, yəni özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmiş, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 11ci, 68-ci, 69-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1ci, 88-ci, 218-ci maddələrinə, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
30. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Sumqayıt Apellyasiya məhkəməsinin 21. İyun 2023-cü il tarixli 2(105)-962/2023 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdehndə Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Mən işə bərpa olandan sonra 01 yanvar 2024-cü il tarixdən 03. May 2024-cü il tarixədək heç bir əmək haqqı almamışam. Bildirirəm ki, 17. May 2021-ci il tarixdən 03. May 2024-cü il tarixədək istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabı tərtib olunmamış və qanunvericiliyə uyğun şəkildə ödənilməmişdir.Məhkəmə bütün bunları nəzərə almamış cavabdeh tərəfdən sübutlar istəməmiş və nəticədə əsassız qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hakimi ancaq cavabdehin dediklərinə inanmış iddiaçının bildirdiklərini nəzərə almamışdır. Xitam əmrinin preambulasında yuxanda qeyd olunmuş 1-ci sıra: Yəni, MÜƏSSİSƏNİN ADİ vs. ardıcıllıq dəqiq şəkildə göstərilməli olmasına baxmayaraq, göstərilməmişdir. Yəni əmrdə hər hansı bir müəssisənin adı, şirkətin adı və ya loqosu yoxdur; Xitam əmrində yuxarıda qeyd olunmuş 5-ci sıra: Həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir; Xitam əmrində yuxarıda qeyd olunmuş 7-ci sıra: Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir: Bununla yanaşı, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi Qaydaları"nın 2ci və 8-cimaddəsinin 1-ci bəndinə zidd olaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin (5 nömrəli əlavəyə uyğun) formasıda yanlış tərtib olunmuşdur. Eyni zamanda, yanlış göstərilmiş əmək müqaviləsi bildirişinin tarixi də yanlış göstərilmişdir. Bu səbəb ilə hesab edirə ki, elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd olan xitam əmridə qanunsuzdur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 4.1-ci bəndində göstərilib ki, işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. Buna baxmayaraq, mübahisələndirilən xitam əmrində "tərəflərdən birini təşəbbüsü", əmək kitabçasında isə "öz xahişi" olaraq yazılması halı sadəcə qanunsuzluqdur. Eləcə də, işçinin sonuncu iş günü hüququnun pozulmasıda digər bir qanunsuzluqdur. Bu faktlarda onun sübutudur ki, cavabdehin vəzifəli şəxsləri belə xitam əmrini əhəmiyyətsiz sənəd kimi qəbul ediblər; Faktiki olaraq da, iddiaçı işçinin əmək haqqısı 1200 manat ödənildiyi halda qanunun tələbinə uyğun olmayaraq əmək müqaviləsində 510 manat göstərilməsi 1-ci hal, həftəlik iş saatları 36 saat olduğu halda qanunun tələbinə uyğun olmayaraq əmək müqaviləsində 40 saat göstərilməsi 2- ci hal, illik məzuniyyət hüququ 46 gün olduğu halda qanunun tələbinə uyğun olmayaraq əmək müqaviləsində 30 gün göstərilməsi 3-cü hal, işçinin tabe olduğu struktur X3 haldaqanunun tələbinə uyğun olmayaraq əmək müqaviləsində Daxili Nəzarət D epartamentinin adının göstərilməsi 4-cü hal, son nəticədə əmək müqaviləsinin ayrılmaz hissəsi olan vəzifə təlimatının iş materiallarında olmaması isə 5-ci hal olaraq təsbit olunduğu halda işçini təqib edərək işdənçıxma ərizəsinə imza atmasına məcburedilməsi və anındaca işçinin işdən azad edilməsi faktı, iddiaçı işçinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüquqlarına birbaşa ziddir. Yuxarıda qeyd olunanlara əsasən də. 03.05.24-cü il tarixli isdəncıxma ərizəsini qanunsuz hesab edir. Çünki hər bir vətəndaşın Konstisiyon əmək hüquqlarından da görünən odur ki. iscinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək qanunvericiliklə qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında "23 dekabr 1993-cü il tarixli. 05 nömrəli qərarının 8-ci bəndində də xüsusi olaraq vurğulanmışdır ki. əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o. halda yol verilə bilər ki. isdən çıxma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Hazırkiis üzrədə könüllülük prinsipindən hər hansı söz belə gedə bilməz. Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsi pozularaq, cavabdeh tərəfindən iddiaçı-işçinin məzuniyyət hüququ öncədən məhdudlaşdırılmışdır. Yəni iddiaçı-işçinin məzuniyyət hüququ məhdudlaşdırıldığına görə, iddiaçı-işçidə məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə olan hüququndan da məhrum olmuşdur. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsi pozularaq, cavabdeh tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 69-cu maddəsində nəzərdə tutulan əsaslariar ilə xitam verilməmişdir. Yəni əmək müqaviləsinə bu Məcəllənin 68.2-ci maddəsinin a-bəndi ilə xitam verilmişdir ki, həmin 68-ci maddə də işçinin ərizəsində göstərilən gündə əmək müqaviləsinin xitamını konkret olaraq əks etdirmir, demək olar ki, göstərmir. Faktiki olaraq da, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin ümumi əsasları müəyyən edilmiş, əmək müqviləsinə xitam verilməsinin konkret əsasları isə növbəti maddələrdə konkretləşdirilmişdir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsi pozularaq, cavabdeh tərəfindən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Yəni xitam əmrində göstərilən ƏM-nin 68.2-ci maddəsinin a-bəndi olaraq "tərəflərdən birinin təşəbbüsü"iki əsası ehtiva etməklə yanaşı, dəqiq olaraq kimin tərəfindən də əmək müqaviləsinin xitamını göstərmədiyi üçün qeyri-müəyyənlik yaradır. Əmək Məcəlləsinin 83cü maddəsinin 1-ci hissəsi pozularaq, cavabdeh tərəfindən işçinin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməmişdir; Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi pozularaq, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmamış və müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Sözügedən xitam əmrinin surəti və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü iddiaçı-işçiyə verilməmişdir; Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsi pozularaq, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmiş işçinin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) nəinki sonuncu iş günü, hələ də iddiaçı-işçiyə ödənilməmişdir; Əmək Məcəlləsinin 110-cu maddəsinin 3-cü hissəsi pozularaq, cavabdeh tərəfindən iddiaçı-işçinin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və məhz əmək məzuniyyətindən istifadə qaydaları qəsdən, bilərəkdən və düşməncəsinə məhdudlaşdırılmışdır. Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi pozularaq, cavabdeh tərəfindən iddiaçı-işçinin məzuniyyətdən istifadə etmək hüququ məhdudlaşdırıldığına görə, iddiaçı- işçinin əmək stajıda məhdudlaşmışdır. Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü hissəsinin ə-bəndi pozularaq, əlil- iddiaçı-ışçinin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ olduğu halda, cavabdeh tərəfindən iddiaçı- işçinin məzuniyyət hüququ nəinki birinci iş ili ərzində, hətta sonrakı illər ərzində də bilə-bilə məhdudlaşdırılmışdır. Sadaladığı mühüm əhəmiyyətli olan faktları məhkəmə araşdırmamış və nəzərə almamışdır. Hesab edirəm ki, sadaladığı hüquqi müstəvidə olan faktlar iddia tələbinin təmin olunmasına əsasdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
33. Məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İzahatına əlavə olaraq bildirmişdir ki, “Aramızdakı barışıq sazişini mən tərtib eləməmişəm. Bu işəgötürənin marağında olub. Qarşı tərəf alverçi təfəkkürlü hüquqşünasdılar deye elə hesablamağa çalışdılar ki, onlara xeyiri olsun, 20-25.000 qabağa düşsünlər. Mənə dedilər ki, biz məhkəmə qərarını icra edirik, amma barışıq sazişin də bağlayaq. Mənim işimdə işə bərpa ilə bağlı qərar olduğu üçün rəhbərlik düşünürdü ki, ətrafımda olan digər işçilər də onları məhkəməyə verəcək. Mən isə rəhbər şəxslə danışıb bildirdim ki, mən konstitusiya quruculuğu uğrunda sağlamlığımı qurban vermişəm, qardaşım bu yolda şəhid olub. İndi isə onlar qanunvericilik qaydasında qəbul olunmuş məhkəmə qərarını səhv sayır, deyirlər ki, məhkəmə düzgün qərar qəbul etməyib. Həmin sazişə əsasən cavabdeh öz üzərinə məhkəmə qərarının icrası öhdəliyini götürürdü. Amma qarşı tərəfin niyyəti məhkəmə qərarının icrasından boyun qaçırmaq idi. Guya elə edəcəkdilər ki, auditorlar palatası hesablamanı səhv aparıb və yenidən ekspertiza təyin olunmalıdır. Artıq 5-ci dəfədir ki, elspertiza təyin olunurdu. Mən məhkəmə qərarının icrası ilə bağlı bir neçə quruma özüm müraciət elədim, 5 aydır ki, məhkəmə qərarının icra olunmadığını bildirdim. Barışıq sazişini imzaladım, daha sonra ərizəni yazdım. İcra ilə bağlı heç bir problemim yoxdur. Xəstəxanadan qayıdandan sonra işdənçıxma ərizəmi geri götürmək istədim. Xəstəxanadan çıxıb notariusa getdim, ərizəmi geri götürmək istdəiyimi bildirdim. Lakin barışıq sazişi notarial qaydada təsdiq olunmadığı üçün onu ləğv elətdirə bilmədim. Daha sonra işəgötürənə ərizə yazdım ki, mən işimə davam etmək istəyirəm. Ali Məhkəmənin qərarına əsasən də müddəti ötürdüyümün fərqindəyəm, amma mənim imza çəkdiyim gün iş günü deyildi, xəstəxanada idim. 03 may tarixində hadisələr tələsik olaraq həll olundu ki, məni işdən çıxarsınlar. Həmin vaxtı xitam əmrinin tərtib olunması mümkün deyildi. Mən xitam əmri ilə məhkəmədə qarşı tərəf onu təqdim edəndə tanış oldum. Mən mayın 03-ü taksiylə xəstəxanadan ofisə gedib sənədi imzalayıb sonra xəstəxanaya qayıtmışam. İşə başlama və işdən çıxma günlərim başda olmaqla, əmək müqaviləsində də çoxlu qanunsuzluqlar var. Özləri də mənə haqsızlıq etdiklərinə boyunlarına alırlar. Barışıq sazişinin imzalandığı gün, yəni 03 may tarixində mən xəstəxanada idim və taksiylə gedib imzladım, məcbur qaldım”.
34. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Əmək Məcəlləsi 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin "a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsinə əsasən, 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
41. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən "Oba Market” MMC-nin Daxili Nəzarət Departamentinin X1 rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, İddiaçı "Oba Market” MMC-yə qarşı "işə bərpa, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının və sair ödənişlərin edilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, İddiaçı "Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətində Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi, İddiaçı "Oba Market” MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd edilən qətnamə üzrə icra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmiş və icra sənədi icra edilməsi üçün borclunun hüquqi ünvanı üzrə Nizami Rayon İcra Şöbəsinin icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir. "Oba Market” MMC-nin xx.xx.2023-cü il tarixli, 06/K saylı əmri ilə, tələbkar İddiaçı Cəmiyyətin Daxili Nəzarət Departamentinin Operativ Nəzarət Şöbəsinin X1 rəisi vəzifəsinə işə bərpa edilmiş və həmin tarixdə onun bank hesabına 36919,33 manat məbləğində ödəniş edilmişdir. İcra mərhələsində, tərəflər arasında bütün mübahisələrə son qoyulması ilə bağlı könüllü razılaşma əldə edilmiş və xx.xx.2024-cü il tarixdə iki tərəfin iştirakı ilə Barışıq Sazişi imzalanmışdır.
42. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin 1-ci bəndinə əsasən, iddiaçı və cavabdeh razılığa gəliblər ki, tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn bütün mübahisələri qarşılıqlı anlaşma yolu ilə yekunlaşdırmaq üçün hazırki "Saziş” bağladılar. 2-ci bəndinə əsasən bu Saziş əsasında cavabdeh iddiaçıya 70 000 manat məbləğində pul vəsaitini təqdim edir və bununla da həm Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Vərəqəsi (bundan sonra “İcra Vərəqəsi”) tam şəkildə icra edilmiş hesab edilir, həm də əmək münasibətlərindən irəli gələn iddiaçının bütün digər tələbləri ödənilmiş sayılır. 3- cü bəndinə əsasən, cavabdeh iddiaçının təqdim etdiyi işdən çıxma istəyi barədə ərizəsini ərizədə göstərildiyi gün icra etməyi öz üzərinə götürür. 4-cü bəndinə əsasən, hazırki Sazişin təsdiq edilməsi ilə eyni anda iddiaçı "İcra Şöbəsi”nə təqdim edilməsi üçün "İcra Vərəqəsi”nin tam şəkildə icra olunması səbəbilə icra işinin icraatına xitam verilməsi barədə ərizəsini (imzası notarial qaydada təsdiq edilməklə) cavabdehin nümayəndəsinə təqdim edir və həmin ərizə "İcra Şöbəsi”nə təqdim edilir. 5-ci bəndinə əsasən, hazırki Sazişi imzalamaqla iddiaçı təsdiq edir ki, həm "İcra Vərəqəsi”nə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək iddiaçıya ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmişdir, cavabdehin hər hansı pul və sair öhdəliyi qalmamışdır.
43. Yuxarıda qeyd olunan barışıq sazişinin icrası məqsədi ilə, tərəflər qeyd edilən razılığa gəldikdən və yazılı şəkildə Barışıq Sazişini imzaladıqdan sonra, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı bank hesabına 70 000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən köçürülmüşdür. Pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra İddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində aşağıdakı mətndə ərizələri imzalayaraq "Oba Market” MMC-yə təqdim etmişdir.
44. Belə ki, Nizami Rayon İcra Şöbəsinə təqdim etmək üçün verilmiş ərizədə İddiaçı qeyd etmişdir ki, "Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra işi Nizami rayon icra və probasiya şöbəsinin icraatındadır. İş üzrə borclu "OBA MARKET” MMC qətnamə üzrə bütün borc tələblərini icra etmiş, mənim bütün tələblərim ödənilmişdir. Qeyd edilən icra sənədi üzrə borcludan heç bir tələbim yoxdur. Odur ki, "İcra haqqında ” qanunun 20.1.5-ci maddəsinə əsasən qeyd olunan icra sənədi tam icra olunduğu üçün icra işinin icraatına xitam verilməsini xahiş edirəm”.
45. Habelə, "Oba Market” MMC-yə təqdim etmək üçün verilmiş ərizədə İddiaçı qeyd etmişdir ki, "OBA Market ” MMC ilə bağlanılmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə 03 may 2024-cü il tarixdə xitam verilməsini xahiş edirəm. Bildirirəm ki, həm müvafiq məhkəmə qərarı ilə işə bərpa edildiyim günədək, həm də ondan sonra son haqq-hesab gününədək mənə ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək mənə ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əmək haqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam ödənilmişdir. Hazırda və bundan sonra cəmiyyətdən hər hansı maddi və ya mənəvi tələbim yoxdur və olmayacaqdır.”
46. Bundan sonra, xx.xx.2024-cü il tarixdə İddiaçı "Oba Market” MMC-yə yaxınlaşaraq, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı digər sənədləri (nümunəvi ərizə, iltizam formalarını) doldurub imzalayaraq, əmək müqaviləsinin ləğv edilməsi prosedurunda iştirak etmiş, qanunvericiliyə müvafiq olaraq onun işdən azad edilməsi rəsmiləşdirilmiş, bu zaman iddiaçının hər hansı etirazı olmamışdır. Bundan əlavə, İddiaçı xx.xx.2024-cü il tarixdə Nizami Rayon İcra Şöbəsində, "Oba Market” MMC tərəfindən bütün tələblərinin yerinə yetirilməsi səbəbilə icra işinə xitam verilməsi xahişini ehtiva edən ərizəsini və bundan öncə notarial qaydada təsdiq etdiyi ərizəsini İcra Şöbəsinə təqdim etmiş, bunun nəticəsində İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov xx.xx.2024-cü il tarixli qərar qəbul edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023-016 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam vermişdir.
47. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi bağlanmış və İddiaçı təhlükəsizlik rəisi vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in "İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur.
48. Məhkəmə kollegiyaslı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razlaşır. Belə ki, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən işçinin öz ərizəsi əsasında xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Belə ki, iddiaçı əvvəlki məhkəmə mübahisəsi ilə əlaqədar icra sənədinin icra mərhələsində, cavabdehlə barışıq sazişi bağlamış və barışıq sazişində üzərinə götürdüyü öhdəliyə uyğun olaraq notarial qaydada ərizə verərək, məhz xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, o cümlədən iltizamında MMC tərəfindən ona müvafiq ödənişlərin edildiyini, hazırda və gələcəkdə MMC-yə qarşı hər hansı iddiasının və tələbinin olmayacağını bildirmiş və onun xahişinə müvafiq olaraq həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək mübahisəsi üzrə sübut etmə yükü üzərinə düşmüş cavabdeh tərəfindən isə əmrin əsaslılığını təsdiq mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir.
49. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixli ərizənin və o cümlədən barışıq sazişinin zorakılıq və təzyiq altında imzalandığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli barışıq sazişində müəyyən olunduğu qaydada, pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra iddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində işdən azad olma barədə ərizəni öz imzası ilə təsdiq etmiş, bu zaman notarius hər hansı qanun pozuntusu müəyyən etməmişdir. Digər yandan, tərəflər arasında yuxarıda qeyd olunan razılaşma əldə olunmuş və bu razılaşmaya uyğun tərəflər öhdəliklərini icra etmişdir. O cümlədən məhkəmə kollegiyasının iclasında da xəstəxanadan özü gedib həmin sazişi imzaladığını və bununla bağlı hər hansı zorakılıq və təhdidin olmasını qeyd etsə də, bu barədə hər hansı hüquq mühafizə orqanlarına məlumat vermədiyini bildirmişdir.
50. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.
51. Göründüyü kimi İşin hallarından göründüyü kimi, tərəflər (iddiaçı və cavabdeh) əldə olunmuş barışıq razılaşması çərçivəsində hərəkət etmiş və İddiaçı məhz xx.xx.2024cü il tarixdən əmək münasibətlərini dayandırmaq istədiyindən, habelə işdən çıxma ərizəsində məhz bu tarixi qeyd etdiyindən işəgötürən işçinin istəyini nəzərə alaraq həmin gün, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam vermişdir. İddiaçı könüllü ərizəsi ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi ləğv edildikdən 13 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə işəgötürənə müraciət edərək özü tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsi, Şirkətdə fəaliyyətini davam etdirmək istədiyini, habelə notariat qaydasında verdiyi eyni tarixli ərizəsindən imtina etdiyini bildirməsinin artıq hər hansı əhəmiyyəti yoxdur, çünki həmin vaxtda iddiaçının Əmək Müqaviləsi artıq qüvvədə deyildi və iddiaçının istəyi ilə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
52. Bundan başqa İddiaçı yekun iddia tələbindən göründüyü kimi, iddiaçı işə daxil olduğu tarixdən etibarən bir sıra ödənişlərin düzgün edilmədiyini və ya ümumiyyətlə edilmədiyini mübahisələndirir, halbuki əvvəlki məhkəmə araşdırması zamanı həmin tələblərə baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə İddiaçı həmin iddia tələbləri təmin edilmiş, sözügedən qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, habelə həmin qətnamə əsasında verilən icra sənədi tam şəkildə icra edildiyindən, iddiaçının müraciəti əsasında Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun xx.xx.2024-cü il tarixli Qərarı ilə icra işinə xitam verilmiş, icra məmurunun həmin qərarından da iddiaçı hər hansı şikayət verməmişdir; tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən iddiaçı təsdiq etmişdir ki, həm icra vərəqəsinə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlər (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmiş, Şirkətin hər hansı pul və sair öhdəliyi qalmamış, hazırda və bundan sonra iddiaçının cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn hər hansı maddi və ya mənəvi ziyan tələbi yoxdur və olmayacaqdır.
53. İşin faktiki hallarından, təqdim edilmiş sənədlərdən (qətnamə, icra vərəqəsi, barışıq sazişi və s.) göründüyü kimi, iddiaçının əmək fəaliyyəti dövrü hesab edilən xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək olan müddət üçün iddiaçıya ümumilikdə 106 919,33 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa edilsə də, cəmi bir gün - xx.xx.2023-cü il tarixdə işə çıxmış və heç bir üzrlü səbəb göstərmədən işi tərk edərək, işdən öz xahişi ilə azad edildiyi xx.xx.2024-cü il tarixədək bir daha işə çıxmamışdır. Bununla bağlı iddiaçıya dəfələrlə yazılı bildirişlər göndərilsə də, işçi işə çıxmamış, hər hansı üzrlü səbəb təqdim etməmişdir.
54. Hazırkı işin faktiki hallarından həmçinin görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi əsasında iddiaçı 03 may 2024-cü il tarixdə işdən azad olma barədə ərizə yazaraq, 07 may 2024-cü il tarixdə icra şöbəsinə müraciət edərək cavabdehdən tələbi olmadığından icraata xitam verilməsini xahiş etmiş, icraata xitam verilməsi barədə icra məmurunun qərarını mübahisələndirməmiş, 07 may və 17 may 2024-cü il tarixdə iddiaçının digər ödənişdən savayı, 36.566.74 manat əlavə olaraq DSMF hesabına da ödəniş edilmiş, iddiaçı 18 may 2024-cü il tarixdə cavabdehə müraciət edərək işdən azad olunma barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir, hüquqdan sui-istifadə halına yol vermişdir, hansı ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən sonuncu istər əvvəlki, istərsə də bundan sonra MMC-yə qarşı hər hansı maddi, mənəvi tələbinin olmadığını bildirmişdi.
55. Yuxarıda qeyd edilənlərlə yanaşı, həmçinin görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi əsasında iddiaçı 03 may 2024-cü il tarixdə işdən azad olma barədə ərizə yazaraq, 07 may 2024-cü il tarixdə icra şöbəsinə müraciət edərək cavabdehdən tələbi olmadığından icraata xitam verilməsini xahiş etmiş, icraata xitam verilməsi barədə icra məmurunun qərarını mübahisələndirməmiş, 07 may və 17 may 2024-cü il tarixdə iddiaçının digər ödənişdən savayı, 36.566.74 manat əlavə olaraq DSMF hesabına da ödəniş edilmiş, iddiaçı 18 may 2024-cü il tarixdə cavabdehə müraciət edərək işdən azad olunma barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir, hüquqdan suiistifadə halına yol vermişdir, hansı ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən sonuncu istər əvvəlki, istərsə də bundan sonra MMC-yə qarşı hər hansı maddi, mənəvi tələbinin olmadığını bildirmişdi.
56. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2649/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.