Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2075/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil4, Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 və cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Rafiq oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli hərracların, habelə xx.xx.2022-ci il tarixli Y-193/22 nömrəli protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21 “A” saylı evin 4, 8, 14, 25, 27, 29, 31, 35 saylı mənzillərinin 1.167.657,75 manat borc əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair xx.xx.2022-ci il tarixli 193/222 saylı protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21 “A” ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735.643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli 409/22 saylı protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21 “A” ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735.643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli, 410/22 saylı protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-984/2019 saylı icra vərəqəsinə əsasən, (hazırki iş üzrə iddiaçı) İddiaçı məxsus, üzərinə həbs qoyulmuş və Bakı şəhəri Nəsimi rayonunda 28 May küçəsində yerləşən 21 “A” saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 saylı mənzillərinin, həmin ünvanda yerləşən qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satılaraq əldə olunmuş vəsaitin ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməli, artıq qalan vəsait isə ləğv edilmiş "xxxx" ASC-yə və vergi borclarının ödənilməsinə yönəldilməlidir. İcra sənədi üzrə Nəsimi Rayon İcra Şöbəsində xx.xx.2019-cu il tarixdə müvafiq qaydada icraata başlanılmış (icra məmuru Pərviz Babayev), iş 2 ildən artıq müddətdə hərəkətsiz saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar qəbul edilərək əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir. İcra işinin materiallarına əlavə olunmuş “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarın aidiyyəti şəxslərə göndərilməsi haqqında müşayiət məktubunun surətindən görünür ki, həmin qərar İddiaçı ümumiyyətlə göndərilməmiş, başqa sözlə, qiymətləndirmə gizli qaydada həyata keçirilmişdir ki, bununla da iddiaçının “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərardan şikayət vermək hüququ bilərəkdən məhdudlaşdırılmış, qərarda bu hüquq ümumiyyətlə nəzərdə belə tutulmamışdır. "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli 041/22 nömrəli rəyində 14 saylı mənzilin bazar qiyməti 261.660 manat, 039/22 saylı rəydə 6 saylı mənzilin qiyməti 261.660 manat, 038/22 saylı rəydə 4 saylı mənzilin qiyməti 261.660 manat, 046/22 saylı rəydə 35 saylı mənzilin qiyməti 261.660 manat, 045/22 saylı rəydə 31 saylı mənzilin qiyməti 261.660 manat, 044/22 saylı rəydə 29 saylı mənzilin qiyməti 261.660 manat, 043/22 saylı rəydə 27 saylı mənzilin qiyməti 261.660 manat (mənzilə baxış keçirilməyib), Q42J22 saylı rəydə 25 saylı mənzilin qiyməti 261.660 manat (mənzilə baxış keçirilməyib), 040/22 saylı rəydə 8 saylı mənzilin qiyməti 261.660 manat (mənzilə baxış keçirilməyib) müəyyən edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, icra məmuru “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı "xxxx" MMC-yə göndərmiş, həmin MMC tərəfindən verilmiş rəy M.V.Babayev adlı qiymətləndirici tərəfindən imzalanmışdır. Halbuki qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında M.V.Babayevin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir. M.V.Babayev rəyi və müşayiət məktubunu "xxxx" MMC-nin direktoru kimi imzalamışdır. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsindən əldə olunan məlumatdan görünür ki, "xxxx" MMC-nin direktoru X3r. Bu isə vəzifə səlahiyyətlərinin mənimsənilməsi olmaqla, bir daha sübut edir ki, İddiaçı əmlakı qanunvericiliyin bütün tələbləri pozulmaqla talanır. “Sərraf-M" MMC “Qiymətləndirmənin nəticələri haqqında hesabat” əvəzinə "xxxx" tərtib etmişdir. Əvvəla qeyd olunmalıdır ki, icra məmuru, “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı ilə qiymətləndirməyə eksperti deyil, qiymətləndiricini cəlb etmişdir. İkincisi, "xxxx" MMC-nin "xxxx" tərtib etmək səlahiyyəti də yoxdur. Bununla da, M.V.Babayev adlı şəxs ikinci kobud qanuntusuna yol verərək ekspertin də səlahiyyətlərini mənimsəmiş olmuşdur. Buna görə də, məhkəmə bunları nəzərə alaraq iş üzrə xüsusi qərardad qəbul edərək göstərilən xüsusatların araşdırılmasını aidiyyəti qurumlara tapşırmalıdır. Qiymətləndirmədən sonra icra məmuru və qurumun rəhbəri əmlakların açıq hərracda satılması (49 saylı mənzil istisna olmaqla) üçün xx.xx.2022-ci il tarixli 5340/133564/19-5-33 nömrəli məktubla "xxxx" MMC-yə sifariş vermişdir. İddiaçı isə həmin sifarişdən məlumatı belə olmamışdır. Sifarişdə İddiaçı ünvanı Bakı şəhəri, T.Elçin küçəsi, ev 7, mənzil 33 göstərilmişdir. Halbuki İddiaçı 7 ildən artıqdır ki, cəzaçəkmə müəssisəsindədir, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən icra vərəqəsində də onun ünvanı Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsi göstərilmişdir. Bu da bir daha icra qurumunun İddiaçı qarşı qərəzli olduğunu, əmlakları gizli qaydada özgəninkiləşdirmək niyyətində olduqlarını sübut edir. Sözügedən əmlaklar ipoteka ilə yüklü edildiyinə görə “İpoteka haqqında" Qanunun 41.2-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Qanuna uyğun olaraq verməli idi. İcra məmuru qanunun bu tələbinə əməl etməmiş, əmlakın satılması üçün istədiyi hərrac təşkilatına sifariş vermiş, başqa sözlə, tərəflərlə razılıq əldə edilməsinə belə səy göstərməmişdir. Bu barədə İddiaçı vəkili Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müraciət ünvanlamasına baxmayaraq, həmin müraciətə hazıradək cavab verilməmişdir. Əmlakların açıq hərracda ilkin satışı xx.xx.2022-ci il tarixə təyin edilmiş, bu barədə hərrac bildirişi xx.xx.2022-ci il tarixdə İddiaçı imza etdirilməklə təqdim olunmuşdur. Hərracın keçirilməsinə dair bildiriş ipoteka qoyan İddiaçı hərraca 8 gün qalmış təqdim olunmuşdur ki, bu da kobud qanun pozuntusudur. xx.xx.2022- ci il tarixdə keçirilmiş açıq hərrac baş tutmadığına görə növbəti hərrac xx.xx.2011-ci il tarixə təyin olunmuşdur. Bu dəfə isə ümumiyyətlə İddiaçı məlumat verilməmiş, bu barədə onun vəkili iş materialları ilə tanış olarkən məlumat əldə etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac zamanı isə mübahisəli mənzillərdən birini – 6 saylı mənzili Kəlbəcər şəhər sakini Cavabdeh3 222.411 manata almışdır. Hərrac barədə mülkiyyətçinin məlumatı olmadığı halda, Kəlbəcər şəhər sakininin hərrac barədə məlumat əldə etməsi və qalib alıcı elan edilməsi müəmmalı deyilmi? İddiaçı vəkili Vəkil1 tərəfindən Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətdə İddiaçıla arvadı arasında “əmlakın bölünməsi tələbi" dair mülki işə baxılıb qurtaranadək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-326/2020 saylı qərardadı ilə İddiaçı məxsus müəyyən əmlakların, o cümlədən açıq hərracda satışının təşkil edilməsi barədə sifariş verilmiş əmlakların özgəninkiləşdirilməsi qadağan edilmiş və tərəfindən icra məmuruna bu barədə məlumat verilməsinə baxmayaraq, hərracın keçirilməsi davam etdirilmişdir. Vəkilin qeyd olunan müraciətində "xxxx" MMC-nin 5 il daimi fəaliyyətinin olmaması xüsusilə vurğulansa da, nə icra məmuru, nə də hərrac təşkilatı buna məhəl qoymamışdır. Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda "xxxx" MMC fəaliyyətinin aktiv olduğu qeyd olunmuşdur. 5 illik fəaliyyətin olmamasını sübut etmək məqsədilə "xxxx" MMC-nin təsis olunduğu tarixdən 2021-ci ilədək aktiv fəaliyyətinin olub-olmaması, hansı məbləğdə gəlir (mənfəət) və s. vergiləri ödəyib-ödəməməsi (illər göstərilməklə), habelə ona təqdim edilmiş və ya onun tərəfindən təqdim edilmiş qaimə-fakturalar barədə məlumatların göndərilməsi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsindən xahiş olunmuş, lakin xx.xx.2022-ci il tarixli məktubda qeyd olunan məlumatların sirr təşkil etməsi əsas göstərilərək verilməsindən imtina olunmuşdur. Həmin MMC-nin 5 il əvvəl təsis edilərək vergi orqanlarında qeydiyyata alındıqdan sonra ötən dövrdə VÖEN aktiv olmasına baxmayaraq, faktiki fəaliyyətinin olmaması, yəni vergi bəyannamələrində fəaliyyətinin 0 (sıfır) göstərilməsi həmin təşkilatın daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilat hesab olunub-olunmaması barədə izah verilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinə müraciətlər ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********686900 saylı məktubunda qeyd edilmişdir ki, ixtisaslaşdırılmış təşkilatın 5 ildən az olmayan dövrdə daimi fəaliyyət göstərməsi qeyd olunan müddət üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olması ilə yanaşı eyni zamanda dövriyyəsinin olması ilə də şərtləndirilir. Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsi xx.xx.2022-ci il tarixli 03/11- 2858/2 nömrəli məktubunda göstərmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin dördüncü hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları şərh edir. Qanunvericilikdə hərrac təşkilatının 5 illik fəaliyyət dedikdə onun vergi ödəyicisi kimi aktiv olması deyil, həmin illər ərzində müxtəlif hərraclar keçirməsini ehtiva edir. Çünki ipoteka ilə yüklü edilmiş əmlakı yeni yaranmış hər hansı hərrac təşkilatı deyil, bu sahədə oturuşmuş təcrübəsi olan təşkilat həyata keçirməlidir. Məhz ona görə də “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən kobud qanun pozuntularına yol verilmiş, bu pozuntulara yol verilməsi isə onların bu sahədə oturuşmuş təcrübəsinin olmamasından və qanunvericiliyin tələblərini dərindən bilməmələrindən xəbər verir. b) birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin mövqeləri barədə məlumat
4. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 Rayon Məhkəməsi tərəfindən iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında iştirak edərək, iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh "xxxx" MMC-nin direktoru X4 Rayon Məhkəməsi tərəfindən iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda göstəmişdir ki, “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən keçirilmiş hərrac tam qanunidir. Belə ki, iddiaçı qeyd edir ki, MMC ən azı 5 il daimi fəaliyyət göstərməmişlər. Bu məsələ isə yalnız ipoteka işlərinə aiddir. Lakin onlar ipoteka işlərindən də əlavə digər sifarişlər almış, hərraclar keçirmişlər. Kifayət qədər də təcrübə qazanmışlar. İcarə müqavilələrindən də məlum olur ki, 2016-cı ildən fəaliyyət göstərmişlər. Bu illər ərzində fəaliyyətlərini dayandırmamışlar. Eyni zamanda bildirir ki, “İpoteka haqqında” Qanuna əsasən hərrac təşkilatı sifariş əsasında xəbərnaməli bildiriş göndərir, təşkilat da vaxtı-vaxtında bildirişləri göndərmişdir. Poçt tərəfindən bildirişin maraqlı şəxsə çatdırılıbçatdırılmamasına görə “Bakı Hərrac Mərkəzi" MMC məsuliyyət daşımır. Eyni zamanda “İpoteka haqqında” Qanunda qeyd olunur ki, hərrac təşkilatı öz saytında, elot.gov.az xəbər saytında və Market qəzetində elan yerləşdirir. Tərəflərindən həmin tədbirlər də görülmüşdür. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
6. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Rafiq oğlu məhkəmə iclasında iştirak edərək Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı icra sənədinin icrasını yubatmaq üçün iddia qaldırmışdır. Hərrac bildirişləri hərrac təşkilatı tərəfindən tərəflərə göndərilir. Hərrac təşkilatı bildirişin çatdırılması ilə bağlı öhdəlik daşımır. Bundan başqa nəzərə alınmalıdır ki, hərrac barədə elanlar qəzetdə və müvafiq internet saytında yerləşdirilir. Hərrac təşkilatı kifayət qədər öz öhdəsinə düşən vəzifələri yerinə yetirmiş, həm əlaqəli şəxsləri, həm də geniş publikanı bu barədə məlumatlandırmışdır. İddiaçı tərəfin məqsədi işi uzatmaq, tərəfləri süründürməkdən ibarətdir. Bank tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə hərrac vasitəsilə əmlaklar satın alınmışdır. Ona görə də, iddia rədd edilməlidir.
7. Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 Rayon Məhkəməsi tərəfindən iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, Cavabdeh3 kütləvi informasiya vasitəsi ilə hərrac barədə məlumatı olmuşdur. O, açıq hərracda iştirak etmiş və qanuni əsasla 6 saylı mənzili almışdır. İddia ərizəsi tamamilə formal xarakter daşıyır. Ona görə də, iddia rədd edilməlidir.
8. Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə baxışı iclaslarına nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Buna nəzərə almış Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş №: 2(004)-760/2023) ilə iddianın təmin edilməməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərracların keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Hazırkı mübahisə üzrə isə hərracların yekunları barədə protokolların etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsinə əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
11. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəf sübutların əldə olunması barədə məhkəmə sorğusu verilməsini xahiş etsə də, Rayon Məhkəməsi tərəfindən onun xahişi təmin edilməmişdir. Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianı əsassız olaraq təmin etməmişdir. e) apellyasiya instansiya məhkəməsində birinci icraat barədə məlumat
13. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(103)-2961/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
14. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (İş № 2(102)-300/2024) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və işə apelyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
15. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işi mahiyyəti üzrə araşdıran apellyasiya məhkəməsi mübahisəli əmlakların hüquqi statusu, onların hərraca çıxarılması əsasları, o cümlədən həmin əmlakları iddiaçının və ya üçüncü şəxslərin tələbləri üzrə ipoteka ilə yüklü edilibedilməməsi, əmlakları ipoteka predmeti olduğu halda ipoteka saxlayanın kim olması və iş üçün əhəmiyyət kəsb edən sair halları araşdırmamış, bunun nəticəsində tərəflər arasında yaranan hüquq münasibətlərini müəyyən etməmiş və həmin münasibətlərinə uyğun olaraq, mübahisəyə “İcra haqqında” Qanunun və ya “İpoteka haqqında” Qanunun müddəalarının tətbiq edilməli olmasına, mübahisəli hərracların həmin qanunların tələblərinə uyğun həyata keçirilib-keçirilməməsinə hüquqi qiymət verməmiş, “İpoteka haqqında” Qanuna uyğun həyata keçirilən hərracları “İcra haqqında” Qanununa uyğun olmasına dair ziddiyyətli nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzillərin hər biri "xxxx" MMC tərəfindən 261.660 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan həmin MMC-nin qiymətləndirmə rəylərindən mənzillərə baxış keçirilməməsi, həmçinin mənzillərin hər birinin fərdi xüsusatlarının (sahəsinin, otaqların sayının, təmirli və ya təmirsiz olmasının, yerləşdiyi mərtəbənin və s.) nəzərə alınması müəyyən olunmur. Eyni zamanda, iş üzrə müəyyən olunan hallara görə, hərraca çıxarılan qeyriyaşayış sahələrinin ölçüləri təxminən eyni olsa da (329,7 kv.m və 309,0 kv.m), onların ilkin satış qiymətlərində kəskin fərq mövcuddur (müvafiq olaraq 1.153.950 manat və 3.244.500 manat). Apellyasiya məhkəməsi isə işin göstərilən hallarını tərəflərlə müzakirə etməmiş, iddiaçının mülkiyyətində olan əmlakların qiymətləndirilməsini mübahisələndirdiyi halda, müəyyən olunmuş qiymətlərlə razı olub-olmamasını iddia tərəfi ilə araşdırmamış, buna uyğun olaraq qiymətləndirmə rəylərinin qanuniliyini yoxlamamışdır. Halbuki, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. g) apellyasiya instansiya məhkəməsində yeni icraat zamanı tərəflərin məhkəmə iclasında iştirakı və məhkəmə baxışında iştirak etmiş şəxslərin izahatları barədə məlumat
16. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili (nümayəndəsi) Vəkil4 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
17. Apellyasiya baxışında iştirak edən Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 və cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Rafiq oğlu isə apellyasiya şikayətin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
18. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə digər cavabdehlər Nəsimi Rayon İcra Şöbəsi və "xxxx" MMC, iş üzrə üçüncü şəxs olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-n 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
20. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-984/2019 saylı icra vərəqəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü (hazırki iş üzrə iddiaçı) İddiaçı məxsus, üzərinə həbs qoyulmuş və yuxarıda qeyd edilən ünvanda yerləşən 4, 6, 8, 14, 25, 27, 29, 31, 35, 49 saylı mənzillərin və qeyri-yaşayış sahələrin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi,”Texnikabank” ASC və "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsinə aid hissədə ləğv olunması, həmin mənzillərin və qeyri-yaşayış sahələrin hərrac yolu ilə satılaraq, əldə oluna biləcək pul vəsaitin ilk növbədə Mərkəzi Banka ödənilməsi, bundan sonra artıq qala biləcək vəsaitin vurulmuş ziyana görə "xxxx" ASC-yə və vergidən yayındırılmış məbləğə görə 509.524,25 manat Bakı Şəhəri Lokal Gəlirlər Departamentinə ödənilməsi qərara alınmışdır.
21. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, qeyd edilən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.
22. İcra məmurunun xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borclu İddiaçı könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir.
23. İcra məmurunun xx.xx.2022-ci il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından görünür ki, borclu İddiaçı məxsus və üzərinə həbs qoyulmuş mübahisəli mənzillərin və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi üçün “Sərraf-M" MMC-dən mütəxəssis dəvət edilməsi, qiymətləndiricinin xidmətindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulması qərara alınmışdır.
24. “Sərraf-M" MMC-nin 038/22 saylı, xx.xx.2022-ci il tarixli rəylərinin nəticə hissələrindən görünür ki, aparılan təhlil və hesabatlar nəticəsində İddiaçı məxsus və üzərinə həbs qoyulmuş mənzillərin real bazar dəyəri 261.660 manat təşkil edir.
25. Nəsimi Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə və İddiaçı ünvanladığı xx.xx.2022ci il tarixli “hərracın keçirilməsi haqqında” sifarişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı məxsus və üzərinə həbs qoyulmuş mənzillərin hər birinin qiyməti 261.660 manat müəyyən edilmişdir. Mənzillərin açıq hərracda satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur.
26. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 193/22 saylı hərrac bildirişində qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan mənzillərin hər birinin ilkin satış qiyməti 261.660 manat təşkil edir. Həmin əmlakın açıq hərracdan satılması ilə bağlı hərrac xx.xx.2022-ci il tarixə, saat 11:00a təyin edilmişdir.
27. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 193/22 nömrəli “hərracın baş tutmamasına dair protokola” əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamışdır.
28. “Market” reklam və elanlar qəzetinin 06-12 may 2022-ci il tarixli sayından görünür ki, İddiaçı məxsus 4, 6, 8, 14, 25, 27, 29 və 35 saylı mənzillərin ilkin satış qiymətləri 261.660 manat müəyyən edilmişdir.
29. Həmin MMC-nin xx.xx.2022-ci il tarixli 193/22 saylı “Hərrac bildirişində” qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus mənzillərin təkrar satış qiymətləri 222.411 manat təşkil edir. Həmin mənzillərin açıq hərracdan satılması ilə bağlı hərrac xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir.
30. “Market” qəzetinin 03-09 iyun 2022-ci il tarixli sayından görünür ki, İddiaçı məxsus həmin mənzillərin təkrar hərracı xx.xx.2022-ci il tarixə saat 11:00 təyin edilmişdir.
31. “Market” qəzetinin 24-30 iyun 2022-ci il tarixli sayından görünür ki, İddiaçı məxsus həmin mənzillərin təkrar hərracı xx.xx.2022-ci il tarixdə baş tutmamışdır.
32. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 193/22 nömrəli “hərracda iştirak üçün sifarişdən” görünür ki, (hazırki iş üzrə cavabdehlərdən biri olan) Cavabdeh3 əmlakın hərracda iştirakı üçün ərizəsinin qəbul edilməsini xahiş etmişdir.
33. MMC-nin xx.xx.2022-ci il tarixli, Y-193/22 nömrəli “hərracın nəticələri haqqında yekun protokolundan” görünür ki, xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan mənzillərdən biri – 6 saylı mənzil son qiyməti 222.411 manat dəyərində olmaqla Cavabdeh3 tərəfindən əldə etmişdir.
34. Həmin MMC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən” görünür ki, həmin müqavilə 6 saylı mənzili 222.411 manat dəyərində olmaqla Cavabdeh3 tərəfindən hərracdan alınması ilə bağlı bağlanmışdır.
35. MMC-nin xx.xx.2022-ci il tarixli 410/22 saylı “Hərrac bildirişində” qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan və ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 3.244.500 manat təşkil edir. Həmin əmlakın açıq hərracdan satılması ilə bağlı hərrac xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir.
36. AZ seriyalı, 1045/********** nömrəli “Teleqramın” məzmunundan görünür ki, İddiaçı ünvanlanmış SS808681686 AZ saylı məktub xx.xx.2022-ci il tarixdə saat 12:38-də təyinatı üzrə çatdırılmışdır.
37. “Market” qəzetinin 04-10 noyabr 2022-ci il tarixli sayından görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 3.244.500 manat müəyyən edildiyini və açıq hərracın xx.xx.2022-ci il tarixdə 11:00da keçirilməsi barədə məlumat dərc olunmuşdur.
38. MMC-nin xx.xx.2022-ci il tarixli 410/22 saylı “Hərrac bildirişində” qeyd edilir ki, İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan və ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin satiş qiyməti 2.757.825 manat təşkil edir. Həmin əmlakın açıq hərracdan satılması ilə bağlı hərrac xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir.
39. “Market” qəzetinin 02-08 dekabr 2022-ci il tarixli sayından görünür ki, ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin təkrar satış qiyməti 2.757.825 manat müəyyən edildiyini və açıq hərracın xx.xx.2022-ci il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur.
40. Həmin qəzetin 23-29 dekabr 2022-ci il tarixli sayından görünür ki, ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin təkrar hərracı xx.xx.2022-ci il tarixdə baş tutulmaması barədə məlumat dərc olunmuşdur.
41. MMC-nin xx.xx.2023-cü il tarixli, 410/22 nömrəli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolundan” müəyyən olunur ki, keçirilmiş hərracda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan və ümumi sahəsi 309,0 kv.metr olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2.068.368,75 manata əldə edilmişdir.
42. MMC-nin xx.xx.2022-cü il tarixli, 193/22 nömrəli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolundan” müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21 a saylı evin 4,8,14,25,27,29,35 saylı mənzillər ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir.
43. MMC-nin xx.xx.2022-ci il tarixli 409/22 saylı “Hərrac bildirişində” qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan və ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satiş qiyməti 1.153.950 manat təşkil edir. Həmin əmlakın açıq hərracdan satılması ilə bağlı hərrac xx.xx.2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir.
44. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 409/22 saylı hərrac bildirişində qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “Sifariş məktubuna” əsasən, borclu İddiaçı məxsus olan və ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin satış qiyməti 980.857,50 manat təşkil edir. Həmin əmlakın açıq hərracdan satılması ilə bağlı hərrac xx.xx.2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir.
45. “Market” qəzetinin 04-11 noyabr 2022-ci il tarixli sayından görünür ki, yuxarıda qeyd edilən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1.153.950 manat məbləğində müəyyən olunmuşdur.
46. Həmin qəzetin 02-08 dekabr 2022-ci il tarixli sayından görünür ki, ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin təkrar satış qiyməti 980.857,50 manat məbləğində müəyyən olunmuşdur.
47. Həmin qəzetin 23-12 dekabr 2022-ci il tarixli sayından görünür ki, ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin təkrar hərracı xx.xx.2022-ci il tarixdə baş tutmamışdır.
48. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 409/22 nömrəli “ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolundan” müəyyən olur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan və ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Mərkəzi Bank tərəfindən 2.068.368,75 manata əldə edilmişdir.
49. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-ə ünvanlanmış məlumatda cəmiyyətin vergi uçotuna alındığı xx.xx.2016-cı il tarixdən fəaliyyətinin dayandırılması barədə ərizəsi vergi orqanlarına daxil olmamış, hesabat dövrləri üzrə bəyannamələr təqdim edilmiş və xx.xx.2023-cü il tarixə təqdim edilməmiş bəyannamələri mövcud deyildir və hal-hazırda cəmiyyətin fəaliyyəti aktivdir.
50. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakların (4, 6, 8, 14, 25, 27, 29, 31, 35, 49 saylı mənzillərin, 329,7 kv.m və 309,0 kv.m ölçülü qeyri-yaşayış sahələrin) iddiaçının mülkiyyətində olması, həmin əmlakların iddiaçı tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən həmin əmlakların hərracdan satılması nəticəsində ilk növbədə ipoteka saxlayan Mərkəzi Bankın, sonradan isə başqa şəxslərin tələblərinin təmin edilməsinin qərara alınması işin mübahisəsiz hallarıdır.
51. Həmçinin iş üzrə müəyyən olunur ki, qeyd olunan əmlaklar icra məmurunun sifarişi əsasında qiymətləndirilmiş, hərracdan satılması sifariş olunmuş və cavabdeh hərrac təşkilatı tərəfindən keçirilən hərraclar nəticəsində mənzillərdən biri Cavabdeh3 satılmış, digər mənzillər və qeyri-yaşayış sahələri isə cavabdeh (icra sənədi üzrə tələbkar) Mərkəzi Bankın mülkiyyətinə verilmişdir.
52. Hazırda iddiaçı əmlakların qiymətləndirilməsi və hərracın keçirilmə prosedurlarını mübahisələndirməklə, hərracların nəticələrinin etibarsız hesab olunmasını xahiş edir.
53. Rayon Məhkəməsi hesab etmişdir ki, əmlakların qiymətləndirilməsi və hərrac “İcra haqqında” Qanun tələblərinə uyğun keçirilmişdir.
54. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2021-ci il tarixli qərardadında izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.
55. Hazırki işin materiallarından görünür ki, iddiaçının əmlaklarının hərracdan satılması cinayət mühakimə icraatı qaydasında qəbul edilmiş qərara əsasən həyata keçirilmiş olsa belə, hərrac sənədlərindən (bildiriş və protokollardan) görünür ki, mənzillərin və qeyri-yaşayış sahələrinin hərracın nəticələrinə dair mübahisəli protokollar tərtib edilərkən “İpoteka haqqında” Qanuna istinad olunmuşdur. Həmçinin əmlaklar cavabdeh Mərkəzi Bank tərəfindən qeyd olunan Qanuna uyğun olaraq, hərracdan satılması üçün müəyyən edilən ilkin satış qiyməti 15%, sonra isə 25% aşağı salınmaqla alınmışdır.
56. Lakin Rayon Məhkəməsi mübahisəli əmlakların hüquqi statusunu, həmin əmlakların Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilməsini, əmlakların ipoteka saxlayanının Mərkəzi Bank olmasını nəzərə almamış, bunun nəticəsində tərəflər arasında yaranan hüquq münasibətlərini düzgün müəyyən etməmiş və həmin münasibətlərə səhv olaraq “İcra haqqında” Qanunun müddəalarını tətbiq etmiş, “İpoteka haqqında” Qanuna uyğun həyata keçirilən hərracların “İcra haqqında” Qanuna uyğun olmasına dair düzgün olmayan nəticəyə gəlmişdir.
57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarının 1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
58. Həmin Qərarın 2.2-ci bəndinə görə, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
59. MPM-in tələblərinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1.). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2.). Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3.). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir (maddə 385.1.1.). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386.).
60. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə tamamilə ləğv edilməli və işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.
61. İşə mahiyyəti üzrə baxan Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. MPM-in 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
63. İşə ikinci dəfə apellyasiya qaydasında baxılan zaman cavabdeh Mərkəzi Bankın nümayəndəsi tərəfindən iddiaya qarşı etirazın əsaslarını təsdiq edən sübutlar təqdim edilsə də, Məhkəmə hesab etmişdir ki, həmin sübutlar işin birinci instansiya məhkəməsində baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilmədiyindən və həmin sübutların apellyasiya baxışı zamanı qəbul edilməsi üçün əsaslar müəyyən edilmədiyindən yeni sübut hesab edilərək qəbul edilməsindən imtina edilməli və iddia tələbinin əsaslılığına işdə olan sübutlar əsasında qiymət verilməlidir.
64. “İpoteka haqqında” Qanunun tələblərinə görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir (maddə 41.2.). Hərracın təşkilatçısı icra məmurundan sifarişini aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir (maddə 42.1.).
65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır (maddə 414.1.). Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır (maddə 414.4.). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2.). Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir (maddə 415.5.). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).
66. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
67. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
68. Hazırkı mübahisədə hərracların keçirilməsində qanunvericiliyin tələblərinin pozulmasını, hərracların yekunları barədə protokolların etibarsızlığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı öz tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
69. Digər tərəfdən Məhkəmə qeyd edir ki, iddiaçının dəlillərindən biri də ondan ibarətdir ki, mülkiyyətində olan daşınmaz əmlakların qiymətləndirilməsi qanunvericiliyin tələblərinə zidd həyata keçirilmişdir.
70. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2021-ci il tarixli qərardadına görə borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.
71. Həmin qərardadda təsbit edilmiş hüquqi mövqeyə uyğun olaraq, iddiaçı, mülkiyyətində olan əmlaklar hərracdan satıldığı üçün, qiymətləndirməni iddia icraatı qaydasında mübahisələndirmiş, tələbində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını bilavasitə göstərməsə də, qiymətləndirməni həyata keçirən şirkətin və mütəxəssisin səlahiyyətli olmamasını, onun bu qiymətləndirmədən şikayət vermə hüququnun pozulmasını iddia etmişdir.
72. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzillərin hər biri "xxxx" MMC tərəfindən 261.660 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan həmin MMC-nin qiymətləndirmə rəylərindən mənzillərə baxış keçirilməməsi, həmçinin mənzillərin hər birinin fərdi xüsusatlarının (sahəsinin, otaqların sayının, təmirli və ya təmirsiz olmasının, yerləşdiyi mərtəbənin və s.) nəzərə alınması müəyyən olunmur.
73. Eyni zamanda, iddiaçı tərəfindən əmlakların qiymətləndirilməsinin qanunvericiliyin tələblərinə uyğun olmamasını təsdiq edən hər hansı sübut (məsələn: hər hansı bir qiymətləndiricinin mübahisəli əmlaklar barədə qiymətləndirmə hesabatı və sair bu kimi sənəd) təqdim etməmiş, özünün sübutetmə yükündən irəli gələn prosessual vəzifələrini yerinə yetirməmişdir.
74. Eyni zamanda iddiaçı, özünün iddia ərizəsində və apellyasiya şikayətində qeyd etmişdir ki, icra məmuru “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı "xxxx" MMCyə göndərmiş, həmin MMC tərəfindən verilmiş rəy M.V.Babayev adlı qiymətləndirici tərəfindən imzalanmışdır. Halbuki qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında M.V.Babayevin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir. M.V.Babayev rəyi və müşayiət məktubunu "xxxx" MMC-nin direktoru kimi imzalamışdır. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsindən əldə olunan məlumatdan görünür ki, "xxxx" MMC-nin direktoru X3r. Bu isə vəzifə səlahiyyətlərinin mənimsənilməsi olmaqla, bir daha sübut edir ki, İddiaçı əmlakı qanunvericiliyin bütün tələbləri pozulmaqla talanır.
75. İddiaçı həmçinin qeyd etmişdir ki, “Sərraf-M" MMC “Qiymətləndirmənin nəticələri haqqında hesabat” əvəzinə "xxxx" tərtib etmişdir. Əvvəla qeyd olunmalıdır ki, icra məmuru, “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı ilə qiymətləndirməyə eksperti deyil, qiymətləndiricini cəlb etmişdir. İkincisi, "xxxx" MMC-nin "xxxx" tərtib etmək səlahiyyəti də yoxdur. Bununla da, M.V.Babayev adlı şəxs ikinci kobud qanuntusuna yol verərək ekspertin də səlahiyyətlərini mənimsəmiş olmuşdur. Buna görə də iddiaçı hesab edir ki, məhkəmə bunları nəzərə alaraq iş üzrə xüsusi qərardad qəbul edərək göstərilən xüsusatların araşdırılmasını aidiyyəti qurumlara tapşırmalıdır.
77. Məhkəmə, iddiaçının bu dəlilləri ilə bağlı bildirir ki, iddiaçının qeyd etdiyi hallar “İcra haqqında” Qanunun 51.1-ci maddəsinin tələbindən irəli gəlir.
78. Həmin maddəyə görə, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
79. Maddənin məzmunundan da göründüyü kimi, həmin maddənin tələbləri borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən qiymətləndirilməsi halına şamil edilmir. Yuxarıda da qeyd edildiyi kimi, hazırki mübahisənin həllinə “İcra haqqında” Qanunun normaları tətbiq edilə bilməz.
80. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 1.1-ci maddəsində qiymətləndirmə fəaliyyətinin qiymətləndirici fiziki şəxs və eyni zamanda Qiymətləndirici təşkilat tərəfindən həyata keçirilə biləcəyi öz təsbitini tapmışdır. Qiymətləndirici – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxsdir. Qiymətləndirici təşkilat isə – əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi sayılır. Eyni zamanda Qanunun 5.3-cü maddəsində qiymətləndiricinin öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirə biləcəyi qeyd edilmişdir.
81. Bundan başqa, sözügedən Qanunun 5.2-ci maddəsinə görə, qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.
82. Göründüyü kimi, fiziki şəxs Qiymətləndiricilər Palatasının üzvlüyünə qəbul edilməsi artıq onun Qanunun 5.2-ci maddəsində göstərilən hallara cavab verməyən şəxs olduğunu təsdiq edir. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edən sübutlar təqdim edilməmişdir.
83. Məhkəmə həmçinin qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə görə, qiymətləndirici tərəfindən qiymətləndirmənin nəticələri haqqında hesabat tərtib edilir. Qiymətləndirmənin nəticələrinin hansı adla adlandırılması bu fəaliyyətin qiymətləndirmə fəaliyyəti olmasını dəyişmir. Nəticədə qiymətləndirici tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir.
84. İş materiallarından görünür ki, "xxxx" adlandırılan həmin sənədləri "xxxx" MMC-nin direktoru M.V.Babayev deyil, qiymətləndirici Ə.A.Musayev imzalamışdır. MMCnin direktoru isə qiymətləndirmə işi ilə əlaqədar xidmət haqqının ödənilməsi barədə məktubları imzalamışdır.
85. Məhkəmə bildirir ki, "xxxx" MMC tərəfindən verilmiş sənədin üzərində "xxxx" yazılsa da, bu hal həmin MMC-ni ekspertiza təşkilatına, sənədi vermiş mütəxəssisi isə ekspertə çevirməmişdir. Həmin sənədin “qiymətləndirmə hesabatı” olması aşkardır.
86. Beləliklə, Məhkəmə tərəfindən iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas müəyyən edilməmiş, iddiaçının bildirdiyi xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır.
87. Bundan başqa qeyd edilməlidir ki, hərraca çıxarılan daşınmaz əmlakların ölçüləri və qiymətləri baxımından ilkin satış qiymətlərində fərqlərin mövcud olduğunun müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən bununla bağlı sübutlar təqdim edilmədiyi üçün Məhkəmə müzakirə edilən hissədə də iddianı əsassız hesab edir. g) apelyasiya baxışının nəticəsi
88. Beləliklə, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia əsassızdır. Rayon Məhkəməsi də iddianın əsassız olması barədə nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Buna görə də, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. Qətnamə ləğv edildiyi üçün apellyasiya şikayəti qismən əsaslı hesab edilməlidir.
89. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iş üzrə ödənilmiş dövlət rüsumları MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçının özünə aid edilməlidir.
90. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi rədd edildiyindən cavabdehlər və üçüncü şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
91. Odur ki, göstərilənləri və MPM-in 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiası rədd edilsin. İddia tələbi rədd edildiyindən, ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları onun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qətnamədən kassasiya şikayəti verilə bilməzlər.