Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-208/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı “istifadə hüququ olmayan və istifadə hüququ itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı tələbini sonradan dəyişməklə məhkəməyə müraciət edərək, cavabdehlər Cəfərova (Əliyeva) Mehriban İsgəndər qızı, Cavabdeh2, Cavabdeh4 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüquqları olmayan hesab edilməsi və Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini dəyişdikdən sonra iddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 oglu ailə üzvləri ila birlikdə üzün illər ərzində daimi olaraq İmişli rayonunda yaşayir, orada kand təsərrüfati aparır. İddiaçı Lilipar Cafarovaya məxsus olan mənzildə onun əmlakı yoxdur. Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatı tamamilə formal xarakter daşıyır. Ona görə də, İddiaçı hesab edir ki, Cavabdeh1 iddiaciya maxsus olan mənzildə istifadə hüququnu tam itirmişdir. Bundan başqa, digər cavabdeh X3 iddiaçıya maxsus olan mənziİdə uzun illər ərzində yaşamır, o, 2012-ci ildən həmin mənzildə qeydiyyatdadır va onun qeydiyyatı tamamilə formal xarakter daşıyır. Cavabdeh2 son səkkiz il ərzində İtaliya dövlətində yaşayır. 2012-ci ilə qədər Cavabdeh2 anası Cavabdeh3 ilə birlikdə ünvan 2 ünvanda Cavabdeh3 (Əiyevə) məxsus olan mənzildə qeydiyyatda olmuşdur. Cavabdeh4 2001-ci ildan mübahisəli mənzildə qeydiyyatdadır. O, digar Cavabdeh3 oğludur. Lakin onun qeydiyyatı iddiaçıya məxsus mənzildə formal xarakter daşıyır, çünki o, Polşa dövlətində daimi yaşayır. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İddiaçı ailə üzvləri deyildir. Bununla əlaqədar onların mübahisəli mənzildə istifadə hüququ da yoxdur. Eyni zamanda, Cavabdeh3 (Əliyeva) İddiaçı qızıdır. O, Baki şəhəri, 8-ci mikrorayon H.Hüseynov küçəsi, ev 11a ünvanında yerləşən 13 sayli mənzilin mülkiyyətçisi olmuşdur. Həmin mənzil İddiaçı öz pul vəsaiti ilə 2000-ci ildə ona almışdır. Lakin 2010-cu ildə Cavabdeh3 ona mülkiyyət hüququ üzrə məxsus olan mənzili satmışdır. Bundan sonra bir neçə il müxtəlif mənzillərdə uşaqları ilə birlikdə kirayəçi yaşamışdır. 2019-cu ildə iddiaçının razılığı ilə müvəqqəti yaşamaq üçün iddiaçıya məxsus mənzilə köçmüşdür. Lakin Cavabdeh3 həmin mənzildə heç bir istifadə hüququ yoxdur. O, mübahisəli mənzildən istifadə hüququnu 8 mikrorayon, Heydər Hüseynov küçəsi, 11 A ünvanında yerləşən 13 nömrəli mənzilin alınması zamanı itirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuş, şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İş baxılması üçün apellyasiya instansiyasına göndərilən zaman İddiaçı xx.xx.2024cü il tarixdə vəfat etmiş, mülki iş üzrə icraat iddiaçının hüquqi varis (lər)i müəyyən edilənədək dayandırılmışdır. Sonradan müvafiq notariat orqanı tərəfindən təqdim edilən cavab məktubuna əsasən iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv olunaraq həmin hissədə iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı iddiaçının hüquqi varislərinin olubolmaması və bu varisliyin hazırki işə məhkəmə qaydasında baxılmasının mümkünlüyünə nə dərəcədə təsir etməsini dəqiqləşdirmək məqsədilə iş üzrə icraat dayandırılmış və müvafiq notariat orqanına bu barədə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi, o cümlədən ünvan 5 ünvanlanmış cavab məktublarından aydın olur ki, xx.xx.2024-cü ildə vəfat etmiş İddiaçı miras qalmış əmlaklara dair vərəsəlik işi açılmışdır. Belə ki, iddiaçının qızı – X1 miras əmlakdan qanun üzrə vərəsəlik üzrə 1/6 hissədə, vəsiyyət üzrə vərəsəlik üzrə ½ hissədə payın; iddiaçının qızı (cavabdeh) Cavabdeh3 miras əmlakdan qanun üzrə vərəsəlik üzrə 1/6 hissədə payın; iddiaçının oğlu (cavabdeh) Cavabdeh1 miras əmlakdan qanun üzrə vərəsəlik üzrə 1/6 hissədə payın verilməsi təsbit edilmiş və bu barədə müvafiq şəhadətnamələr verilmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı istifadə hüququ olmayan və istifadə hüququ itirilmiş hesab edilməsi ilə bağlıdır. Həmçinin yuxarıda qeyd edilən işin faktiki hallarına əsasən iddiaçı vəfat etmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mirası qəbul edərək onun qanun üzrə vərəsələri elan edilmişlər. Bu isə o deməkdir ki, hazırki iddiaya mübahisələndirilən hissədə məhkəmə qaydasında baxılması və vərəsə qismində Cavabdeh3 hüquq varisliyinə əsasən iddia tələbi üzrə iddiaçı hesab olunması onun eyni zamanda cavabdeh olaraq özlərinə qarşı iddia verməsi mənasına gəlmiş olacaq ki, bu isə istər hüquqi müəyyənlik, istərsə də məntiqi mühakimə baxımından mümkünsüzdür. Həmçinin işin mübahisəsiz halıdır ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 digər Cavabdeh3 övladları olmaqla ailə üzvləridirlər. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda apelyasiya baxışı üzrə iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı istifadə hüququnun itirilməsi ilə bağlı olduğundan və iddiaçının vəfat etməsi səbəbilə mirası qəbul edən cavabdehlərin özlərinə qarşı iddianı müdafiə etmələri mümkün olmadığından, kollegiya hesab edir ki, iddiaya mübahisələndirilən hissədə hazırda məhkəmə qaydasında baxılması yolverilməzdir. Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv olunsun və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı “istifadə hüququ olmayan və istifadə hüququ itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata qismən, yəni Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 münasibətdə xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəyən şəxslərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-208/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-208/2025
23.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver