Məhkəmə qərarları › İş №2(103)-2084/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2084/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2084/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(005)-2626/2022 saylı qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2626/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh2 MMC 11 yanvar 2023-cü il tarixdə həmin qətnamədən elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 18 yanvar 2023-cü il tarixli, 2(005)-2626/2022 saylı qərardadı ilə Cavabdeh2 MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(005)- 2626/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 MMC-nin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(005)-2626/2022 saylı qərardadından verdiyi şikayət məhkəmənin 03 fevral 2023-cü il tarixli, 2(005)-2626/2022 saylı qərardadı ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasının hüquqi əsası kimi MPM-nin 363.1.1, 363.1.2 və 363.1.5-ci maddələrinə istinad etsə də, şikayətin qaytarılması üçün konkret hansı prosessual normanın pozulmasını qərardadında əsaslandırmamış, yalnız hüquq normalırını və onların məzmununu sadalamaqla kifayətlənmiş, şikayətin qaytarılmasına əsas olan pozuntunun dəqiq nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardad ləğv edilməli, apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC-nin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2626/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən göründüyü kimi, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğun olaraq, həmin məcəlləyə “əlavə 2” də müəyyən edilmiş formada və qaydada (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilmişdir. Buna görə də, kollegiya hesab edir ki, apellyasiya şikayətini qaytarmaqla, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QRARA ALDİ: Cavabdeh2 MMC tərəfindən tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(005)-2626/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh2 MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2626/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar