Məhkəmə qərarları › İş №2(103)-209/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-209/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-209/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-209/2025 (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X11 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi X14 və nümayəndəsi-vəkili Vəkil2, birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi, birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair iddia ərizəsi üzr Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə geyim əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsinə düşən gəlirin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(004)- 3146/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3146/2023 saylı mülki işlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3137/2023 (hazırki nömrəsi 2(004)-64/2024) saylı mülki işin birgə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.

4. Birinci iddia ərizəsi üzrə iddiaçı, birləşdirilmiş iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil ona mərhum dayısından miras qalıb. Belə ki, o qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzili öz adına rəsmiləşdirmiş və həmin mənzil üzərində öz hüquqlarını dövlət qeydiyyatından keçirib öz adına çıxarış almışdır. O Cavabdehlə rəsmi nikahda olub ailə qurmuşdur. Məhkəmə qərarı ilə nikahları pozulmuş və iki uşağı onun himayəsindədir. Hazırda cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında dayanmasını və yaşamağını istəmir. Aralarında narazılıqlar var. Cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxması barədə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini və əşyaları ilə birlikdə ona məxsus mənzildən çıxarılmasını istəyir.

5. Birinci iddia ərizəsi üzrə cavabdeh, birləşdirilmiş iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-642 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən birinci tərəf İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsini aralarında olan razılaşmaya əsasən ikinci tərəfə yəni, Cavabdeh verməyi öhdəsinə götürmüş və bildirmişdir ki, gələcəkdə mənzilə dair alqı-satqı və istənilən formada özgəninkiləşdirmə olarsa və ya Cavabdeh ilə nikah pozularsa, mənzilin ½ hissəsinə düşən gəliri Cavabdeh ödəniləcəkdir. Cavabdeh isə İddiaçı öhdəlik müqaviləsində göstərilən öhdəliyini icra etməsinə dair gələcəkdə heç bir maneə yaratmamağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-642 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsini tərəflər məhkəmə qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 286/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında iddiaçı hüquq müəyyənedici sənəd kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 4M-642 reyestr nömrəli öhdəlik müqaviləsinə hüquqi qiymət verilmiş və qeyd edilmişdir ki, “... tərəflərin məhkəməyə bildirdiklərinə əsasən arvada (iddiaçının) məxsus daşınmaz əmlakın birgə nikah dövründə əsaslı tərəf olması nəticəsində bağlanmış olan bu müqavilə mahiyyət etibarı ilə ər-arvadın hər birinin əmlakına paylı mülkiyyət rejimi tətbiq edən, həmçinin nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirən nikah müqaviləsidir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən iddiaçı Cavabdeh nikah pozularsa mənzilin ½ hissəsinə düşən gəliri X7 verməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçı nikahın pozulması barədə pozitiv şərt baş verdikdə mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri cavabdehə verməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehə mənzilin ½ hissəsinə düşən gəliri tələb etmək barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin ½ hissəsinə düşən gəlir barədə müddəanın Mülki Məcəllənin 404-cü maddəsi baxımından təfsir edilməsi müvafiq iddiaya baxan məhkəmənin səlahiyyətinə aid məsələdir”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 1099/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 15 oktyabr 2002-ci il tarixdə Səadət Sarayı Bakı Nikah evində bağlanılmış nikah pozulmuşdur. Bakı İnzibati Məhkəməsinə müraciətinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4007/2023 saylı, xx.xx.2023-cü il və xx.xx.2020-ci il tarixli qərarı ilə “Öhdəlik müqaviləsi”nə əsasən ünvan 4 ünvanında yerləşən 16 saylı mənzilin müəyyən edilən ½ hissədə payın onun adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Qərarda qeyd edilmişdir ki, Ali Məhkəmə xx.xx.2020-ci il tarixli müqaviləni nikah müqaviləsi kimi qiymətləndirmiş və həmin müqavilədə nəzərdə tutulan mənzilin ½ hissəsinə düşən gəliri üçüncü şəxs İddiaçı tələb etmək hüququnun olmasını təsbit etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) hər iki iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikas Mülki Məcəlləsinin 157.4, 157.8, 158.2, 158.4-cü maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.2, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı Vasiyevnanın mülkiyyət hüquqlarının şərtsiz qaydada hər hansı digər bir tələbin icrasından asılı olmayaraq bərpa olunması və Cavabdeh X3 mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsində istifadə hüququna xitamın dərhal icraya yönəldilməsi barədə qərar verilməsi, Cavabdeh X2rşı Öhdəlik müqaviləsi ilə nəzərdə tutulmuş pul tələbinin həmin tələbin yaranmasına əsas olan şərtin qeyri-qanuni və etibarsız olması və X8 tərəfindən həmin şərtin əmələ gəlməsinə aktiv köməklik vermədiyi səbəbi ilə baş verməmiş hesab olunması əsasları ilə rədd edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Həmçinin əlavə olaraq apelyator tərəfindən qeyd olunmuşdur ki, iddia ərizəsi MPM-in 112-ci maddəsinin pozuntusu ilə verilmişdir. Belə ki, iddia ərizəsində qarşı tərəf tərəfindən iddia qiyməti müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə iddia ərizəsini icraata qəbul edərək iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun ödənilməsinin təmin edilməsi vəzifəsindən yayınmış və bu hərəkəti ilə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanununun 6.1-ci maddəsini pozmuşdur, belə ki, həmin maddəyə görə “dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar”. Beləliklə, məhkəmə iş üzrə dövlət rüsumunun tutulması barədə vəzifə borcunun yerinə yetirilməsindən bilərəkdən niyyətli şəkildə yayınmışdır. MPM-in 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi ilə birlikdə “müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə” iddia qeyri-mümkün hesab edilməlidir və onun icraata qəbulu qeyri-qanuni olmuşdur, buna görə də icraata xitam verilməlidir, lakin bu vəsatətə məhkəmə tərəfindən heç bir reaksiya verilməmişdir. Bundan əlavə iddia ərizəsi MPM-nin 259.0.1 maddəsi əsasında da da qeyri-mümkün hesab edilməli idi, belə ki, tərəflər arasında imzalanmış “Öhdəlik müqaviləsinin” Ali Məhkəmə tərəfindən (Azərbaycan Respublikasi Ali Məhkəməsi Mülki Kollegiyasinin 2(102)–286/2023 sayli, xx.xx.2023–cü il tarixli Qərarı) “nikah müqaviləsi” hesab edildiyinə və qanunla nikah münasibətləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin məcburi olduğuna baxmayaraq, məhkəmə bu xüsusatı da nəzərə almaqdan imtina etmiş, bununla da MPM-nin 259.0.1-ci maddəsinin kobud pozuntusunu törətmişdir. Belə ki, həmin maddəyə görə “məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün (nikah münasibətləri ilə bağlı işlər həmin kateqoriyalardan olan işlərə aiddir) qanunla müəyyən edilmiş qaydaya (mediasiya prosesinin tətbiqi) əməl etməmişsə iddia ərizəsi icraata qəbul edilə bilməz. İddiaçı mediasiya prosesinə başlamadığı üçün MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəmə iddianı icraata qəbul etmiş, sonradan da icraata xitam vermənişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apelyasiya şikayətinə qarşı etiraz, birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tərəfindən həmin etirazla bağlı mülahizə daxil olmuşdur.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

20. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

21. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

24. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə birləşdirilmiş iş üzrə birinci iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh iddiasının təmin olunan hissəsini, o cümlədən təmin olunan tələblərin eyni vaxtda icrasını və dövlət rüsumunun ödənilməsini mübahisələndirdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir.

34. Apellyasiya baxışının hədləri çərçivəsində işə baxan məhkəmə kollegiyası ilk növbədə apelyatorun birləşdirilmiş iddia tələbinin təmin olunmaması barədə şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

35. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA ******* seriya nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzil xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

36. İddiaçı (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Öhdəlik müqaviləsinin şərrtlərinə əsasən birinci tərəf- İddiaçı bildirir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61 kv.m olan 2 otaqlı mənzil onun mülkiyyətinə 12 saylı notariat ofisində bağlanmış xx.xx.2011-ci il tarixli 4Ə-142 reyestr nömrəli bağışlama müqaviləsi əsasında keçmişdir. xx.xx.2002-ci il tarixində həyat yoldaşı Cavabdeh ilə nikaha girmişlər. Aralarında olan razılaşmaya əsasən göstərilən mənzilin ½ hissəsini əri Cavabdeh verməyi öhdəsinə götürür. Bildirir ki, gələcəkdə göstərilən mənzilə dair alqı-satqı və həmçinin istənilən formada özgəninkiləşdirmə olarsa və ya Cavabdeh ilə nikahları pozularsa mənzilin ½ hissəsinə düşən gəlir onun tərəfindən həyat yoldaşı Cavabdeh ödəniləcəkdir. İkinci tərəf - Cavabdeh müqavilənin 1.1-ci bəndində göstərilən şərlə razıdır və həyat yoldaşı İddiaçı öhdəlik müqaviləsində göstərilən öhdəliyini icra etməsinə dair gələcəkdə heç bir maneə yaratmayacaqdır. Bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir.

37. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 15 oktyabr 2002-ci il tarixdə Səadət Sarayı Bakı nikah evində 1500 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2004- cü il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün İddiaçı yanında qalmaları, 03 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X15 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “payın naturada bölünməsi və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5925/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5925/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X15 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “payın ayrılması” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

39. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4007/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

40. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh hazırda məhkəməyə müraciət edərək yuxarıda adı çəkilən öhdəlik müqaviləsinə əsasən mübahisəli mənzilin ½ hissəsinə düşən gəlirin ona ödənilməsini xahiş etmiş, iddiaçı isə tələbin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir.

41. Kollegiya qeyd edir ki, yuxarıda adı çəkilən iş materiallarından da göründüyü kimi sözügedın xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsi üzrə məhkəmə mübahisələri olmuş, istər həmin müqavilənin etibarlılığına, istərsə də hüquqi xarakter və doğura biləcəyi nəticələrə dair qanuni qüvvəsini almış məhkəmə aktlar qəbul edilmişdir.

42. Belə ki, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X15 və Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh isə İddiaçı qarşı “Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzildəki payının naturada ayrılması və bu mümkün olmadıqda isə ona kompensasiya ödənilməsi, kompensasiya ödənilmədiyi təqdirdə mənzilin hərracda satılması və satışdan əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Həmin mülki işlə əlaqədar olaraq yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X15 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “payın naturada bölünməsi və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5925/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5925/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X15 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “payın ayrılması” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

43. Həmin iş üzrə sözügedən öhdəlik müqaviləsini etibarlı əqd hesab edən Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən arvada (iddiiaçının) məxsus daşınmaz əmlakın birgə nikah dövründə əsaslı təmir olunması nəticəsində bağlanmış olan bu müqavilə mahiyyət etibarı ilə ər-arvadın hər birinin əmlakına paylı mülkiyyət rejimi tətbiq edən, həmçinin nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirən nikah müqaviləsidir.”

44. Kassasiya instansiyası məhkəməsinin mövqeyindən də göründüyü kimi sözügedən öhdəlik müqaviləsinin etibarsız hesab olunması üçün hər hansı əsaslar müəyyən edilməmiş, həmin əqdin hüquqi təbiət etibarilə nikah müqaviləsi olması və tərəflər üçün həmin müqavilədən irəli gələn öhdəliklər yaratmasını təsbit etmişdir.

45. O cümlədən məhkəmə həmin qərarında Cavabdeh sözügedən müqaviləyə istinad edərək mübahisəli mənzil üzərində payların ayrılması ilə bağlı iddiasına münasibətdə qeyd etmişdir ki, “tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən iddiaçı Cavabdeh ilə nikahları pozularsa mənzilin ½ hissəsinə düşən gəliri Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçı nikahın pozulması barədə pozitiv şərt baş verdikdə mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri cavabdehə verməyi öhdəsinə götürmüşdür. Belə olan halda, cavabdehə mənzilin ½ hissəsinə düşən gəliri tələb etmək barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin ½ hissəsinə düşən gəlir barədə müddəanın Mülki Məcəllənin 404-cü maddəsi baxımından təfsir edilməsi isə müvafiq iddiaya baxan məhkəmənin səlahiyyətinə aid məsələdir”

46. Göründüyü kimi Cavabdeh müqaviləyə əsasən mənzil üzərində payların ayrılmasına dair iddiasına münasibətdə işə baxan məhkəmə həmin müqavilənin mənzilin özü üzərində deyil, onun ½ hissəsinə düşən gəlir üzərində hüquqlarının mövcudluğunu təsbit etmiş və şəxsin məhz həmin gəliri tələb etmək barədə iddia qaldırmasının məqsədəuyğun olduğunu müəyyən etmişdir. Hazırki iş üzrə də birləşdirilmiş iddia üzrə iddiaçının tələbinin əsasını da məhz bu təşkil edir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

48. Bu zaman həmin müqavilə üzrə “mənzilin ½ hissəsinə düşən gəlir” dedikdə konkret olaraq nəyin nəzərdə tutulduğuna münasibət bildirilməsi zəruridir.

49. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

50. “Gəlir” sözü istər ümumişlək mənada, istərdə də terminoloji baxımından son dərəcə geniş tətbiqi olan bir məfhumu özündə ehtiva edir. Bu anlayış müxtəlif mənalarda istifadə olunmaqla ən ümumi mənası hər hansı fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınmasından ibarətdir.

51. Hazırki iş üzrə kollegiya hesab edir ki, tərəflər arasında bağlanılan xx.xx.2020-ci il tarixli müqavilənin məzmununa, o cümlədən onlar arasında əvvəllər mövcud olmuş nikah münasibətlərinə və ümumilikdə nikah müqaviləsi anlayışının özündə ehtiva etdiyi xüsusiyyətlərə əsasən “mənzilin ½ hissəsinə düşən gəlir” dedikdə mübahisəli mənzilin dəyər ölçüsü əsas götürülməli, həmin dəyərin nə qədər təşkil etməsi müəyyənləşdirilməklə ½ hissədə məbləğ təyin olunmalıdır.

52. Aydın məsələdir ki, bu cür qiymətləndirilmənin aparılması məhkəmənin səlahiyyətlərinə daxil olmadığına və bunun xüsusi bilik tələb edən araşdırma ilə müəyyən edilməsinin mümkünlüyünə görə birinci instansiya məhkəməsi tərəfindən mənzilin dəyərinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7184-9/7269 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan mənzilin ümumi sahəsinin 61 kv.m təşkil etdiyi nəzərə alındıqda, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 156000 manat (2563x61), həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 207000 manat (2563x81) məbləğində müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası işin halları və mübahisənin xarakterini nəzərə alaraq təkrar qiymətləndirmənin keçirilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/54xx-xx/5211 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan mənzilin ümumi sahəsinin 61 kv.m təşkil etdiyi nəzərə alındıqda, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518- ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 155.500 manat (2550x61), həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 206.500 manat (2550x81) məbləğində müəyyən edilmişdir.

54. Göründüyü kimi ekspert tədqiqatı nəticəsində mübahisəli mənzilin dəyəri ilə bağlı iki müxtəlif qiymət göstərilmişdir. Lakin məhkəmə işin hallarına əsasən mübahisəli mənzildə əlavə yaxşılaşdırılmaların edilməsi nəticəsində onun faktiki ölçülərinin artmasını və bu artımın mənzilin bazar qiymətinə də obyektiv olaraq təsir etdiyini, o cümlədən sözügedən rəyin iş üzrə sübut kimi qiymətləndirilməsini istisna edən halın və ya əks arqumentin olmamasını nəzərə alaraq hissədə bölünməli olan “gəlir”in məbləğini 206.500 manat həcmində müəyyən edir.

55. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasındakı xx.xx.2020-ci il tarixli müqavilənin şərtləri baxımından həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alınmaqla ekspertiza tərəfindən müəyyən edilmiş mənzilin hazırki dövr üçün bazar dəyərinin yarısı, yəni 103500 manat (206500: 2=103250) məbləğində pul vəsaiti birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tutularaq birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ödənilməlidir.

56. Kollegiya apellyasiya şikayətinin təmin olunan tələblərin eyni vaxtda icrasının əsassız olmasına dair hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə hesab edir ki, X.Allahveriyevin mübahisəli mənzildən istifadə edərək eyni zamanda evin dəyərindən ½ hissəsini əldə etməsi qətnamənin icrası və nail olmağı nəzərdə tutduğu məqsəd baxımından uyğun olmadığından Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması ilə 103250 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsinin eyni vaxtda icra olunması məqsədəmüvafiqdir.

57. Kollegiya apellyatorun birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən verilən iddia ərizəsinin ailə münasibətlərindən irəli gəlməsinə baxmayaraq bundan öncə mediasiya prosesi üçün müraciət etməməsi və buna görə də iş üzrə icraata xitam verilməli olması barədə dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

58. Mülki prosessual məcəllənin 14.3-1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Həmin məcəllənin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır.

59. İstər yuxarıdakı maddənin tələbləri baxımından, istərsə də apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsi məqsədilə apellyasiya baxışı zamanı kollegiya tərəfindən iş üzrə tərəflərə mübahisənin mediasiya vasitəsi ilə həll olunması təklif olunmuş, hətta birləşdirilmiş iş üzrə iddiaçı özü də bu təkliflə çıxış edərək hazırki prosesin dayanması, iddiaçının bildirdiyi kimi mediasiyada iştirakın təmin edilməsini təklif etmiş, lakin birinci iddia üzrə iddiaçı buna razı olmadığını bildirmiş və bu qeyd məhkəmə protokolunda da öz əksini tapmışdır. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini MPM-in 385.2-ci maddəsinə də əsasən formal mülahizələrə görə ləğv edilməsini əsaslı saymır.

60. Məhkəmə birləşdirilmiş iddia üzrə iddiaçıdan dövlət rüsumunun düzgün tutulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

61. İddiaçı istər öz apellyasiya şikayətinin dəlillərində, istərsə də birinci instansiya məhkəməsində verdiyi iş üzrə icraata xitam verilməsi barədə vəsatətdə birləşdirilmiş iddia üzrə iddiaçının iddia ərizəsi verərkən qanunla nəzərdə tutulmuş dövlət rüsumunu ödəməməsini əsas gətirmişdir.

62. Qeyd edilən dəlilə və vəsatətə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

63. Hazırki işdə də birləşdirilmiş iddia üzrə iddiaçı məhkəməyə iddia verərkən mübahisəli mənzilin ½ hissəsinə düşən dəyərin ödənilməsi tələbini irəli sürmüş və həmin vaxt mənzilin dəyərini konkreti olaraq müəyyənləşdirmək imkanı olmamışdır. Qanunvericiliyin yuxarıda göstərilən normasına əsasən də məhkəmənin bu cür hallarda işin gedişatına əsasən sonradan rüsumun kəsirinin iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq tutmaq səlahiyyəti qeyd edilmişdir.

64. Tutulacaq rüsumun məbləğinə gəldikdə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda ödənilməli rüsumun miqdarı 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil etməlidir.

65. İşin hallarına əsasən yuxarıda da göstərildiyi kimi birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh iddiası mübahisəli mənzilin ½ hissəsinə düşən gəlirin tutulması ilə bağlı olduğundan və hazırki qətnamə ilə onun xeyrinə tutulmalı olan məbləğ 103250 manat təşkil etdiyindən, qeyd edilən hesablamaya əsasən onun tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 393.25 manat olmuşdur. Bu zaman məhkəmə həmin dövlət rüsumunun tutulması ilə bağlı məsələni hazırki qətnamənin qəbulu zamanı həll etməyə haqlıdır.

66. Həmçinin məhkəmə onu da qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Qeyd edilənlərə əsasən məlum olur ki, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi verərkən onun tərəfindən 393.25 manat ödənilməli idi və əgər həmin məbləğ ödənmiş olsa idi, hər bir halda qanunvericiliyin yuxarıda göstərilən müddəasına əsasən həmin rüsumun onun iddia tələbinin ödənilmiş hissəsi mütənasib olan hissəsi birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tərəfindən alınaraq ona ödənəcəkdi.

68. Bu halda məhkəmə hesab edir ki, 393.25 manat dövlət rüsumunun hər iki iddia tələblərinin ödənilmiş hissələrinə mütənasib olaraq 100 manat hissəsi birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tutularaq birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh, qalan 293,25 manat məbləğ isə Dövlət büdcəsinə ödənilməlidir.

69. Həmçinin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat pul birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tutulmalıdır.

70. Qeyd olunanlara əsasən kollegiya, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh İddiaçı tutulmalı olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlirin müəyyən edilmiş məbləğinə aid hissədə dəyişdirilməlidir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

72. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

73. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

74. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh İddiaçı tutulmalı olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlirin müəyyən edilmiş məbləğinə və rüsuma aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlir, yəni 103250 (yüz üç min iki yüz əlli) manat məbləğində pul vəsaiti (206500:2=103250) cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 393,25 (üç yüz doxsan üç manat iyirmi beş qəpik) manat dövlət rüsumu İddiaçı tutularaq onun 100 (yüz) manatı Cavabdeh, qalan 293,25 ( (iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat məbləğ isə Dövlət büdcəsinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat pul birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X10 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar