Məhkəmə qərarları › İş №2(103)-2092/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2092/2025

03.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2092/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət hüquqlarının tanınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı 27 dekabr 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi-vəkili Vəkil4 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzilindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə X2 vərəsəsi kimi onun mülkiyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmişdir; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən 13 fevral 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayətləri verilmişdir. Birinci instasiya məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanuvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülk iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə ki, “AZEMİS” məhkəmə elektron sistemindən müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən 13 fevral 2025-ci il tarixdə nümayəndə-Vəkil4 oğuna məxsus elektron kabinet vasitəsilə həm Cavabdeh2, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin birinci instansiya məhkəməsi yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 verdiyi apellyasiya şikayətinin prosessual qanuvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq, şikayəti mülki işin materiallarına əlavə etməklə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən eyni tarixdə daxil olmuş Cavabdeh2 apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamış, həmin şikayət mülki işin materiallarına əlavə edilməmişdir. Odur ki, mülki iş Cavabdeh2 şikayətinin prosessual qanuvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı 27 dekabr 2024-cü il tarixli qətaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətin prosessual qanuvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar